Dünya: iradə və təsəvvür kimi


Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi"



Yüklə 6,14 Mb.
Pdf görüntüsü
səhifə28/57
tarix01.01.2017
ölçüsü6,14 Mb.
#4243
1   ...   24   25   26   27   28   29   30   31   ...   57

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

443 


 

öyrədirdilər:  doceri  posse  virtutera  [fəzilətli  olmağı  öyrətmək  mümkündür+.  Kənardan  iradəyə 

yalnız motivlərlə təsir göstərmək mümkündür, amma onlar heç bir vaxt iradənin özünü dəyişə 

bilməzlər, ona görə ki, onların özləri onun üzərində yalnız o şərtlə hakimiyyətə malikdirlər ki, o, 

məhz necə varsa elə olsun. Onların edə biləcəyi bütün hər bir şey - yalnız onun canatmalarının 

istiqamətinin dəyişdirilməsindən ibarətdir, yəni, onun elə qurulmasından ibarətdir ki, o özünün 

aramsız olaraq axtardığını əvvəlki yolla deyil, başqa bir yolla axtarsın. Elə buna görə də, hər cür 

öyüdlər  və  zehni  inkişaf,  yəni  xarici  təsirlər  onu  inandıra bilənlər  ki,  o,  öz  vasitələrində  yanılır, 

elə  edə  bilərlər  ki,  o,  onun  daxili  varlığının  birdəfəlik  və  daimi  olaraq  can  atdığı  məqsədi  

tamamilə başqa bir yolda, hətta tamamilə başqa bir obyektdə axtarsın, amma onlar heç bir vaxt 

elə  edə  bilməzlər  ki,  iradə  həqiqətən  onun  bu  vaxta  qədər  istədiyindən  fərqli  başqa  bir  şeyi 

istəsin;  onun  istəyi  dəyişməz  olaraq  qalır,  ona  görə  ki,  iradə  bu  istəyin  özüdür,  bu,  başqa  cür, 

yəni iradə dəyişildikdə isə sadəcə olaraq susdurulmuş olardı. Halbuki, idrakın, elə buna görə də, 

davranışın  dəyişikliyi  o  qədər  uzağa  gedib  çıxır  ki,  iradə  öz  dəyişməz  məqsədinə,  məsələn, 

islamın    behiştinə

cxxxvii


 nail  olmağa  səy  edir,  bir  dəfə  gerçək  dünyada,  başqa  dəfə  –  xəyali 

dünyada,  bununla  öz  vasitələrini  uyğunlaşdıraraq,  birinci  halda  ağıldan,  zordan  və  yalandan 

istifadə edərək, ikinci halda isə, – öz nəfsini saxlama, ədalət, sədəqə, Məkkəyə ziyarət yolu ilə. 

Amma bundan nə onun canatması, nə də – daha az dərəcədə – onun özü dəyişməmişdir. Əgər, 

beləliklə, onun əməlləri müxtəlif dövrlərdə olduqca müxtəlif olurlarsa da, onun arzusu tamamilə 

eyni olaraq qalır. Velle non discitur

Motivlərin aktivliyi üçün onların yalnız göz qarşısında olması deyil, həm də dərk olunması 

zəruridir, zira, sxolastiklərin artıq bir dəfə yuxarıda xatırlanan çox yaxşı ifadəsinə uyğun olaraq, 

"son  səbəb  öz  real  varlığına  uyğun  olaraq  fəaliyyət  göstərmir,  dərk  edilmiş  varlığına  uyğun 

olaraq  fəaliyyət  göstərir.»  Məsələn,  verilmiş  insanda  mövcud  olan  eqoizm  və  rəhm  arasında 

münasibətin  aşkara  çıxması  üçün,  kifayət  deyildir  ki,  o,  deyək  ki,  zənginliyə  sahib  olsun  və 

özgənin  ehtiyaclarını  görsün:  yox,  o,  həmçinin  bilməlidir  ki,  zənginliyin  köməyi  ilə  həm  özün 

üçün, həm də başqaları üçün nə etmək mümkündür; və o, təkcə özgənin çəkdiyi əzabı  təsəvvür 

etməli  deyil,   həmçinin bilməlidir  ki,  əzab nədir,  həmçinin  də həzz nədir.  Ola  bilər,  hansısa bir 

halda  o,  bütün  bunları  başqa  halda  olduğu  kimi  yaxşı  bilməmişdir,  və  əgər  o,  eyni  hallarda 

müxtəlif cür fəaliyyət göstərmişsə, onda bunun səbəbi yalnız ondan ibarətdir ki, əslində şərait  

başqa idi, məhz o  o, onları necə dərk etdiyindən asılı olduğu hissədə başqa idi, baxmayaraq ki, 

onlar  eyni  kimi  görünür.  Gerçək  şəraitin  necə  olması  barədə  biliksizlik  onun  qüvvəsini  necə 

alırsa, eləcə də, digər tərəfdən, tamamilə uydurulmuş bir şəraitdə real şərait kimi təsir göstərə 

bilər,  özü  də  təkcə  ayrıca  yanılma  hallarında  deyil,  həmçinin  də  ümumiyyətlə  və  uzun  zaman 

ərzində. Əgər, məsələn, insan əmindirsə ki, hər bir savab işə görə ona gələcək həyatda ona yüz 

qat  artığı  veriləcək,  onda  belə  bir  əminlik  onun  üçün  tamamilə  etibarlı  və  uzunmüddətli  bir 

veksel qüvvəsinə malikdir, və o, öz eqoizmi ucbatından sərvətini paylaya bilər,  baxmayaraq ki, 

başqa bir əqidədə olduğu zaman o, öz eqoizmi ucbatından, daha çox götürər. O, dəyişməmişdir: 



velle non discitur. İradənin dəyişməz  qaldığı halda idrakın əməllərə bu böyük təsiri sayəsində o 

baş verir ki, xarakter yalnız tədricən inkişaf edir və onun müxtəlif cəhətləri çıxış edir. Elə buna 

görə də, həyatın hər bir yaş dövründə o, başqa cür təzahür olunur, və qızğın, coşğun gənclikdən 

sonra  sakit  və  mötədil  yetkinlik  gələ  bilər.  Xarakterin  xüsusilə  bəd  cəhətləri  zaman  keçdikcə 

daha  güclü  təzahür  olunur;  bəzənsə  gənclik  illərində  bizi  öz  ağuşuna  alan  ehtiraslar  sonradan 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

444 


 

könüllü olaraq cilovlanır – yalnız ona görə ki, əks motivlər yalnız indi şüura nüfuz edir. Elə buna 

görə  də,    həyatımızın  başlanğıcında  biz  hamımız  yalnız  o  mənada  məsumuq  ki,  nə  biz,  nə 

başqaları  öz şəxsi təbiətimizin bəd tərəfini bilmirik: o, yalnız motivlər vasitəsilə üzə çıxarılır və 

motivlər  yalnız  zaman  ötdükcə  şüura  nüfuz  edir.  Sonda  biz  özümüzü  a  priori  olaraq  hesab 

etdiyimizdən tamamilə başqa cür tanıyırıq, və o zaman özümüzdən bir çox hallarda qorxuruq.  

Peşmançılıq  heç  bir  vaxt  onun  nəticəsi  olmur  ki,  iradə  dəyişilmişdir  (bu,  mümkün 

deyildir):  bu,  ondan  irəli  gəlir  ki,  idrak  dəyişilmişdir.  Haçansa  istədiyimin  içərisində  mühüm  və 

əsl  olanı    elə  indi  də  istəməliyəm,  zira  mənim  özüm  –  zamanın  və  dəyişikliyin  xaricində  qalan 

iradəyəm.  Mən  həmişə  buna  görə  də,  istədiyimi  etdiyimə  görə  peşman  ola  bilmərəm,  mən 

yalnız  ona  peşman  ola bilərəm  ki,  onu  mən  etmişəm,  amma  yanlış  anlayışlarla  idarə olunaraq 

etmişəm,  mənim  iradəmə  xas  olanla  müqayisədə  nəsə  başqa  bir  şeyi  etmişəm.  Daha  düzgün 

idrak əsasında buna əmin olmaq – peşman olmaq, bax, budur, bu deməkdir. Göstərilən məqam 

tək  o  məişət  müdrikliyinə,  vasitələrin  seçiminə  və  məqsədin  mənim  gerçək  iradəmə 

uyğunluğunun müzakirəsinə aid deyildir, həm də özlüyündə əslində etik məqamlara aiddir. Belə 

ki, məsələn, mən içində  ehtiyac barədə, və ya başqalarının hiyləgərliyi, yalançılığı, kin-küdurəti 

barədə şişirdilmiş təsəvvürlərdən çıxış edərək yanıla bilərəm və  xarakterimə xas olandan daha 

eqoistik  hərəkət  edə  bilərəm,  və  ya  onunla  bağlı  olaraq  ki,  mən  in  abstracto  olaraq,  aşkar  bir 

tərzdə  dərk  edilmiş  təsəvvürlərdən  çıxış  edərək  deyil,  tələsik,  düşünmədən,  yalnız  əyani 

motivlərin  təsiri  altında,  bir  anın  təəssüratı  altında  fəaliyyət  göstərmişəm,  elə  bir  affektin 

təəssüratı  altında  ki,  bu  zaman  mən,  əslində  öz  zəkama  sahib  olmamışam;  dərrakəliliyin 

qayıtması  belə bir halda yalnız təshih olunmuş idrakdır ki, ondan da peşmançılıq meydana çıxa 

bilər,  həmin  bu  peşmançılıq  isə  törədilmiş  əməlin  mümkün  olduğu  dərəcədə  düzəldilməsində 

ifadə  olunur.  Özü  də,  qeyd  etmək  lazımdır  ki,  insanlar  özünüaldatma  məqsədi  ilə  bilərəkdən 

yalançı  tələsikliyə  yol  verirlər,  bu  tələsiklik  isə,  özlüyündə  əslində  -  əməlin  gizlicə  düşünülmüş 

planıdır. Zira biz özümüzdən savayı heç kəsin o dərəcədə qılığına girmişik və heç kəsi o dərəcədə 

zərif  incəliklə  aldatmırıq.  Əks  hallar  da  olur:  başqalarına  həddindən  artıq  etibar  etmə  və  ya 

həyat  nemətlərin  nisbi  dəyərini  bilməmə,  və  ya  indi  mənim  artıq  ona  inanmaqdan  qaldığım 

hansısa abstrakt ehkam məni  xarakterimə xas olana nisbətən daha az eqoistik hərəkət etməyə 

məcbur edə bilər, və bununla da məndə başqa qəbildən olan peşmançılıq yarada bilər. Beləliklə, 

peşmançılıq  həmişə  əməlin  gerçək  niyyətə  münasibətinin  təshih  olunmuş  idrakıdır.  İradə  öz 

ideyalarını  yalnız  məkan  daxilində,  yəni  ali  formalardan  birində  açıqlandığı  kimi,  artıq  başqa 

insanların  (verilmiş  halda  –  təbiət  qüvvələrinin)  hakimiyyətinə  tabe  olan  materiya  ona  qarşı 

durur,  və  o,  burada  mükəmməl  təmizlikdə  və  aydınlıqda    yəni  gözəllikdə  aşkara  çıxmağa  can 

atan  formaya  nadir  hallarda  imkan  verir,  –  eləcə  də  yalnız  zaman  daxilində,  yəni  əməllərdə 

təzahür  olunan  iradə  idrakda  analoji  maneə  ilə  qarşılaşır  ki,  bu  maneə  də  nadir  hallarda  ona 

tamamilə  düzgün  olan  məlumatları    verir,  bunun  da  nəticəsində,  əməl  iradəyə  heç  də  tam 

uyğun  gəlmir  və  bununla  da  peşmançılıq  meydana  çıxır.  Sonuncu,  beləliklə,  iradədəki 

dəyişiklikdən  deyil,  həmişə  mükəmməlləşdirilmiş  idrakdakı  yaxşılaşmadan  irəli  gəlir:  belə  bir 

dəyişiklik mümkün deyildir. Törədilmiş əməllə bağlı vicdan əzabı – qətiyyən peşmançılıq deyildir, 

bizim  özümüzü  özümüzdə,  yəni  iradə  olaraq  dərk  etməyimizdən  doğulan  əzabdır.  Bu  vicdan 

əzabı elə həmin əminliyə əsaslanmışdır ki, biz hələ də elə həmin iradəyə malikik . Əgər sonuncu 

dəyişilsəydi  və  vicdan  əzabı  yalnız  peşmançılıq  olsaydı,  onda  o,  öz  özünü  məhv  edərdi,  zira 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

445 


 

keçmiş  artıq  həyacan  doğura    bilməz    artıq  peşmançılıq  çəkənin  iradəsi    olduğundan  iradənin 

üzə çıxması olardı. Aşağıda biz vicdan əzabının mənasını təfsilatı ilə araşdıracağıq.  

 Motivlərin  mühiti  olaraq  idrakın  doğrudur  ki,  iradənin  özünə  deyil,  onun  əməllərdə 

aşkarlanmasına  göstərdiyi  təsir  həmçinin  insanların  və  heyvanların  əməlləri  arasındakı  başlıca 

fərqi  də  əsaslandırır,  –  axı  onların  hər  ikisində  idrak  üsulu  müxtəlifdir.  Heyvan  yalnız  əyani 

təsəvvürlərə malikdir, insan isə zəkanın sayəsində – həm də abstrakt anlayışlara. Baxmayaraq ki, 

həm heyvan, həm də insan eyni zərurətlə motivlərlə müəyyənləşir, sonuncu heyvan qarşısında 

hər halda o üstünlüyə malikdir ki, onun qarşısında tam qərar seçimi imkanı  açıqdır; onu bir çox 

hallarda  hətta  ayrı-ayrı  əməllərdə  iradə  azadlığı  kimi  qəbul  etmişlər,  baxmayaraq  ki,  əslində, 

özlüyündə o, - yalnız bir neçə motiv arasındakı konfliktin tam başa çatma imkanıdır ki, onlardan 

da  ən  güclüsü  məsələni  zərurətlə    həll  edir.  Məhz  bunun  üçün  motivlər  abstrakt  fikirlər 

formasını qəbul etməli olur, zira yalnız onların köməyi ilə gerçək müzakirə, yəni fəaliyyətin əks 

əsaslarınön  götür-qoy  edilməsi  mümkündür.  Heyvanlarda  seçim  yalnız  əyani  olaraq  qarşıda 

duran motivlər arasında ola bilər, ona görə də o, onun mövcud, əyani qavrayışının dar sferası ilə 

məhdudlaşmışdır.  Elə  buna  görə  də,  iradənin  motivlə  müəyyənləşdirilməsi  zərurəti  əməlin 

səbəblə  müəyyənləşdirilməsi  zərurətinə  bərabərdir  və  yalnız  heyvanlarda  əyani  və  bilavasitə 

olaraq  təsəvvür  oluna  bilər,  zira  burada  tamaşaçıda  motivlər  elə  onların    nəticələri  kimi 

bilavasitə olaraq göz qabağıındadır; insanda isə motivlər demək olar ki, həmişə – tamaşaçı üçün 

görünməyən abstrakt təsəvvürlərdir, və hətta failin (fəaliyyət göstərənin ) özü üçün də onların 

təsiri  zərurəti  onların  konflikti  arxasında  gizlənmişdir.  Zira  yalnız  in  abstracto  olaraq  bir  neçə 

təsəvvür  mühakimə  və  sillogizmlər  zənciri  olaraq  şüurda  bir-birinin  altında  ola  və  sonra  hər 

hansı bir zaman təyinindən asılı olmayaraq bir-birinə təsir göstərə bilər, o məqama qədər təsir 

göstərə bilər ki, onlardan ən güclüsü digərlərini dəf etmiş olsun və iradəni müəyyən etmiş olsun. 

Qərarların  seçiminin  tam  imkanı  və  ya  insanın  heyvan  qarşısında  üstünlüyünü  təşkil  edən 

müzakirə  qabiliyyəti  də elə bundan  ibarətdir,  – onun ucbatından  iradəyə  azadlığı  aid  etmişlər, 

güman edərək ki, guya onun istəyi – intellektin əməliyyatlarının sadəcə olaraq müəyyən meylə 

istinad  etməyən  nəticəsidir,  halbuki,  əslində  motivasiya  özlüyündə  insanın  yalnız  müəyyən 

meylinin əsasında  və bu meyl olması şərti ilə təsir edir, insanda bu meyl fərdidir, yəni xarakteri 

təşkil edir. Bu müzakirə qabiliyyətinin və insani və heyvani özbaşınalıq arasında ondan irəli gələn 

fərqin  daha  müfəssəl  təhlilini  "Etikanın  iki  əsas  problemi"ndə  (I  nəşr,  səh.  35  və  sonrakı 

səhifələr, II nəşr, səh. 34 və sonrakı səhifələr) tapmaq mümkündür; mən oxucuya həmin kitaba 

müraciət  etməyi  tövsiyə  edirəm.  Özü  də,  insanın  bu  müzakirə  qabiliyyəti  o  şeylərə  aiddir  ki, 

onlar  onun  mövcudluğunu  heyvanın  mövcudluğuna  nisbətən  daha  əzablı  edirlər,  və  bizim 

ümumiyyətlə ən böyük əzablarımız indiyə, əyani təsəvvürlərə və ya bilavasitə hissə köklənmir, 

abstrakt, mücərrəd anlayışlar, əzablı fikirlər şəklində zəkaya köklənir ki, yalnız indidə və deməli, 

qibtə doğuracaq qayğısızlıq içərisində yaşayan heyvan onlardan tamamilə azaddır. 

İnsanın  müzakirə  qabiliyyətinin  abstrakt  düşünmə  və  deməli,  mühakimə  yürütmək  və 

əqli nəticəyə gəlmək qabiliyyətindən yuxarıda göstərilən asılılığı, görünür o xüsusat idi ki, Dekart 

kimi,  Spinozanı  da  iradənin  qərarlarını  təsdiq  və  inkar  qabiliyyəti  (mühakimə  qabiliyyəti)  ilə 

eyniləşdirməyə  sövq  etmişdi.  Buradan  Dekart  belə  bir  nəticə  çıxarmışdı  ki,  iradə  (onda 

indiferent olaraq azad iradə) hər hansı bir nəzəri yanılmaya görə də məsuliyyət daşıyır; Spinoza, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

446 


 

əksinə, iddia edirdi ki, iradə elə həmin zəruriliklə motivlərlə müəyyənləşir, – mühakimə əsaslarla 

müəyyənləşdiyi  kimi

*

;  özü  də,  sonuncu  baxış  düzgündür,  amma  yalan  müqəddimələrdən 



çıxarılan doğru nəticə kimi düzgündür. 

Heyvanın  və  insanın  motivlərlə  idarə  olunma  üsullarında  müəyyən  edilmiş  fərq  onların 

hər  ikisinin  varlığına  çox  uzağa  gedən    təsir  göstərir  və  o  dərin  və  aşkar  fərqin  əsas  hissəsini 

təşkil edir ki, bu fərq onların varlığının xarakterləri arasında mövcuddur. Eyni zamanda, heyvan 

üçün  motiv  olaraq  həmişə  yalnız  əyani  təsəvvür  çıxış  etdiyi  halda,  insan  öz  zəkasının 

üstünlüklərindən ən böyük fayda ilə istifadə edərək, motivasiyanın bu növünü tamamilə istisna 

etməyə və özünü yalnız abstrakt təsəvvürlərlə tabe etdirməyə səy edir; indidən asılılıq xaricində  

və  ötəri  həzzdən  və  ya  keçici  ağrıdan  seçmir  və  yayınmır,  onların  nəticələrini  düşünür.  Əksər 

hallarda, yalnız tamamilə əhəmiyyətsiz əməllər istisna olunmaqla, bizi indinin təəssüratları deyil, 

abstrakt, zehni motivlər müəyyənləşdirir. Elə buna görə də, hər bir ayrıca məhrumiyyət verilmiş 

anda bizim üçün kifayət qədər yüngüldür, hər hansı bir əl çəkmə  isə dəhşətli dərəcədə çətindir: 

axı  birinci  yalnız  ötəri  indiyə  aiddir,  ikinci  isə  gələcəyə  aiddir  və  buna  görə  də  özündə  saysız-

hesabsız  məhrumiyyətləri  ehtiva  edir,  o,isə  həmin  bu  məhrumiyyətlərin  ekvivalentidir. 

Əzablarımızın,  eləcə  də    sevincimizin  səbəbi,  elə  buna  görə  də,  əksər  hallarda  real  şəraitdə 

deyildir,  sadəcə  olaraq  abstrakt,  mücərrəd  fikirlərdədir:  bir  çox  hallarda  məhz  onlar  bizim 

üzərimizdə  dözülməz  yük  olur,  ağrıları  doğururlar,  bu  ağrılarla  müqayisədə  heyvani  dünyanın 

bütün  əzabları  son  dərəcə  cüzidir,  belə  ki,  bu  əzablar  bəzən  hətta  fiziki  ağrının  belə  səsini 

batırırlar;  bu  azmış  kimi  güclü  ruhi  əzablar  zamanı  biz  öz-özümüzə  fiziki  əzablar  veririk,  yalnız 

onun üçün ki, bütün diqqəti sonuclara yönəldək: elə buna görə də, dəhşətli ruhi ağrı zamanı biz 

öz saçlarımızı yolur, sinəmizi döyür, sifətimizi didib-cırır, özümüzü yerə çırpırıq, – bütün bunlar 

mahiyyət etibarı ilə yalnız dözülməz ağır fikirdən yayınmaq üçün zorakı vasitələrdir. Məhz ona 

görə  ki,  ruhi  əzab  xeyli  daha  güclü  olmaqla,  insanı  fiziki  ağrıya  qarşı  hissiyyatsız  edir,  – 

məyusluğa  və  ya  kədərli,  zillətli,  ağrılı  xiffətə  düçar  olmuş  insan  üçün  intihar  qərarına  gəlmək 

çox asandır, hətta əgər əvvəllər, sakit vəziyyətdə, bu barədə fikir zamanı o, dəhşətə gəlmiş olsa 

belə.  Eynilə  bu  cür  qayğı  və  ehtiras,  yəni,  başqa  sözlə,  fikirlərin  oyunu  bədəni  fiziki 

illətlərdən,məşəqqətlərdən  daha  tez  və  daha  güclü  bir  tərzdə  taqətdən  salır.  Epiktet  elə  buna 

görə də, haqlı olaraq belə deyir: "İnsanları şeylərin özləri deyil, şeylər haqqında fikirlər narahat 

edir" (V), eləcə də Seneka: "Bizi qorxudan şeylər bizə əzab verən şeylərdən daha çoxdur, və biz 

bir çox hallarda gerçəklikdən daha çox, təxəyyüldən əzab çəkirik" (Məktub 5). Bizim Eylenşpigel, 

dağa  qalxarkən  gülərək,  dağdan  enərkən  isə  ağlayaraq,  insan  təbiətini  sərrastlıqla  masqaraya 

qoymuşdu.  Uşaqlar  özlərinə  ağrı  verərək,  bir  çox  hallarda  ağrıdan  ağlamırlar,  onun  barəsində 

fikirdən, özgələrin şəfqətindən yaranan fikirdən ağlayırlar. İnsanların və heyvanların əməllərində 

və həyatındakı belə bir əhəmiyyətli fərq onların dərketmə üsulları arasındakı fərqdən irəli gəlir. 

Bunun ardınca qeyd etmək lazımdır ki, aydın bir şəkildə cızılmış, insanı demək olar ki, müstəsna 

olaraq tür, növ xarakterinə malik olan heyvandan əsasən fərqləndirən fərdi xarakterin təzahürü 

də  həmçinin  yalnız  abstrakt,  mücərrəd  anlayışlar  vasitəsilə  mümkün  olan  bir  neçə  motiv 

arasında  seçimlə  şərtlənir.  Zira  yalnız  qabaqcadan  həyata  keçirilən  seçimdən  sonra  müxtəlif 

fərdlərdə  müxtəlif  cür  formalaşan,  qərarlaşan  həlləri  onların  fərdi  xarakterinin  əlaməti  olur, 

                                                           

*

 Cart, medil. 4. – Spin. Eth., p. II, prop. 48 et 49, caet. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

447 


 

xarakter  isə  hər  bir  kəsdə  başqa  cürdür;  halbuki,  heyvanın  əməlləri  yalnız  təəssüratın 

varlığından  və  ya  yoxluğundan  asılıdır,  o  şərtlə  ki,  belə  bir  təəssürat  ümumiyyətlə  onun  türü, 

növü  üçün  motiv  olaraq  təzahür  olsun.  Buna  görə  də,  insanda,  nəhayət,  sadəcə  olaraq,  arzu 

deyil, yalnız qərar həm onun özü, həm də başqaları üçün onun xarakterinin gerçək əlaməti kimi 

çıxış edir. Qərar isə elə onun özü (fail) üçün də, eləcə də başqaları üçün də yalnız əməl vasitəsilə 

məlum  olur.  İstək  –  yalnız  verilmiş  təəssüratdan  çıxan  zəruri  nəticədir,  sonuncunun  xarici 

qıcıqlandırıcı da  və ya daxili ötəri əhval-ruhiyyədə olmasından asılı olmayaraq, o da, həmçinin 

bilavasitə  olaraq  zəruridir  və  heyvanların  əməlləri  kimi  refleksiya  ilə  müqayisə  olunmur,    ona 

görə  də  sonuncular  kimi    o  da  fərdi  xarakteri  deyil,  yalnız  tür,  növ  xarakterini  ifadə  edir,  yəni 

istək  hiss  edən  fərdin  nəyə  qabil  olduğunu  göstərmir,  yalnız  ümumiyyətlə  insanın  nəyə  qabil 

olduğunu  göstərir.  Hər  hansı  bir  hərəkət  insan  əməli  olaraq  həmişə  məlum  düşüncəlilik  tələb 

etdiyinə,  belə  insan  adətən    zəkaya  malik  olduğundan,  yəni  şüurlu  olaraq  fəaliyyət  göstərdiyi, 

yəni fikrən mücərrəd motivlərin təsiri ilə qərar qəbul etdiyi üçün – buna görə   yalnız əməl insan 

davranışının mücərrəd maksimunun ifadəsi  gizli, məhrəm arzusunun nəticəsi və onun empirik 

xarakterini işarə edən sözün sanki bir hərfidir, onun özü isə onun mücərrəd xarakterinin yalnız 

müvəqqəti  ifadəsidir.  Elə  buna  görə  də,  ruhun  normal  vəziyyətində  arzular  və  niyyətlər  deyil, 

yalnız əməllər vicdanı əziyyətə salır. Zira yalnız əməllərimiz iradəmizin güzgüsü olaraq çıxış edir. 

Yuxarıda xatırlanan, düşünülmədən və kor affekt halında yerinə yetirilən əməllər sadə istək və 

qərar  arasında  müəyyən  dərəcədə  ortalıqdadır.  Elə  buna  görə  də,  səmimi,  amma,  həmçinin 

əməldə təzahür olunan peşmançılıq  iradəmizin mənzərəsini uğursuz bir ştrix kimi silə bilər, belə 

bir  mənzərəni  isə  bizim  həyat  yolumuz  təqdim  edir.  Burada  qeyri-adi  müqayisə  şəklində  qeyd 

edək  ki,  istək  və  əməl  arasındakı  münasibət  elektrik  boşalması  və  yüklənməsi  arasındakı 

münasibətlə təsadüfi, amma dəqiq analogiyaya malikdir. 

İradə azadlığı və ona aid olan predmetlər haqqında bütün bu mühakimələr nəticəsində 

biz  görürük  ki,  iradənin  özü-  özlüyündə  və  təzahür  xaricində  azad  və  hətta  hər  şeyə  qadir 

adlandırılmalı  olmasına  baxmayaraq,  bununla  belə,  özünün  idrakla  işıqlandırılmış  ayrı-ayrı 

təzahürlərində,  yəni  insanlarda  və  heyvanlarda  iradə  o  motivlərlə  müəyyənləşir  ki,  onlara  hər 

bir şəxsin xarakteri həmişə eyni cür, qanunauyğun və zəruri reaksiya verir. Biz görürük ki, insan 

kənardan  qoşulmuş  abstrakt  və  ya  zəkavi  idrak  sayəsində  heyvan  qarşısında  o  üstünlüyə 

malikdir  ki,  o,  seçim  üzrə  qərar  qəbul  edə  bilər;  amma  bu,  yalnız  onu  motivlərin  mübarizə 

meydanı  edir,  onu  onların  hökmranlığından  azad  etmir,  buna  görə  də,  baxmayaraq  ki,  seçim 

üzrə qərar fərdi xarakterin tam aşkarlanmasını şərtləndirir, amma onda, onun daxilində ayrıca 

bir  istəyi  azadlığını,  yəni  səbəbiyyət  qanunundan  asılı  olmamasını  heç  cür  görmək  olmaz, 

səbəbiyyət qanununun zəruriliyi isə hər hansı bir başqa hadisəyə şamil edildiyi kimi, insana da 

şamil  edilir.  Beləliklə,  anlayışların  köməyi  ilə  insani  və  heyvani  istək  arasında  zəkanın  və  ya 

idrakın müəyyənləşdirdiyi fərq yalnız göstərilən nöqtəyə kimi gedib çatır və ondan irəli getmir. 

Amma  insan özlüyündə ayrıca şeylərin əsas qanununa tabe olan hər hansı bir idrakından imtina 

etdikdə, o tamamilə xüsusi, heyvani dünyada qeyri-mümkün olan insan iradəsi fenomeni yarana 

bilər  və  ideyaları  dərk  edərək  principium  individuationisdə  bəsirət  gözü  açılar;  o  zaman  ki, 

bunun  nəticəsində  iradənin  özündə  şey  olaraq  həqiqi  azadlığının    olaraq  gerçək  aşkarlanması 

mümkün olur, bunun da nəticəsində, hadisə, təzahür özü ilə müəyyən, özünüinkar sözü ilə ifadə 

olunan ziddiyyətə girir və hətta son nəticədə özündə öz mahiyyətini məhv edir, – bu,yeganə hal 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

448 


 

olur ki, bu zaman doğrudan da hadisədə,təzahürdə bilavasitə olaraq  özündə şey  olan iradənin 

azadlığı  aşkara  çıxır  ki,o  da  burada  aydın  şəkildə  təsvir  oluna  bilməz  o,  lap  sonda  bizim 

tədqiqatın mövzusu olacaqdır.  

Amma  indi,  biz  bu  mühakimələrdə  zamandankənar  mücərrəd  xarakterin  yalnız 

açılmamasından  ibarət  olan  empirik  xarakterin  dəyişməzliyini  özümüz  üçün  aydınlaşdırdığımız  

əməllərin xarakterlə motivlərin tutuşdurulmasından meydana çıxmasının zəruriliyini anladığımız  

halda  –  biz  hər  şeydən  öncə  o  nəticəni  aradan  qaldırmalıyıq  ki,  buradan  o  çox  asanlıqla 

ləyaqətsiz meyllərin xeyrinə edilə bilər. Yəni  xarakterimizi zamandankənar və deməli, bölünməz 

və dəyişməz iradə aktının, və ya mücərrəd xarakterin müvəqqəti olaraq açılması kimi nəzərdən 

keçirmək lazım olduğundan iradə aktı və ya mücərrəd xarakter ilə isə bizdə mühüm olan bütün 

hər bir şey, yəni bizim həyat tərzimizin etik məzmunu dəyişməz olaraq müəyyənləşdiyindən ona 

uyğun  olaraq,  bu  məzmun  mücərrəd  xarakterin  təzahüründə  –  empirik  xarakterdə  -  ifadə 

olunmalıdır, halbuki, bu təzahürün mühüm olmayan tərəfi, həyatımızın zahiri siması motivlərin 

təzahür olunduğu obrazlardan asılıdırsa, buradan belə bir nəticə çıxarıla bilər ki, öz xarakterinin 

islah  edilməsi  üzərində  işləmək  və  ya  ağılsız  şövqlərin,meyllərin  hakimiyyəti  ilə  mübarizə 

aparmaq faydasızdır, buna görə də, qaçılmaz, labüd olan qarşısında baş əymək və hətta bu şövq 

sərsəm olsa belə hər hansı bir meylə danışıqsız rəvac vermək daha ağıllı iş olmuş olardı. Amma 

belə  bir  baxış  qarşısıalınmaz  qədər,  tale  nəzəriyyəsinə  və  ondan  çıxarılan  o  nəticəyə  tam 

bənzəyir  ki,  bunu,  αργοζ  λογοζ  *süst  zəka+,  yeni  dövrdə  isə  –  "türk  inamı"  adlandırırlar;  bu 

nəticənin Xrisippə aid edilən haqlı təkzibi Siseronda, onun De fato (fəsillər. 12, 13) kitabındadır.  

Baxmayaraq  hesab  etmək  olar  ki,  bütün  hər  bir  şey  qabaqcadan  talenin  hökmü  ilə 

dönməz olaraq müəyyənləşmişdir,amma bu qədər yalnız səbəblər zənciri vasitəsilə baş verir. Və 

heç  cür  müəyyən  oluna  bilməz  ki,  təsir  öz  səbəbinə  malik  olmadan  baş  versin.  Deməli, 

qabaqcadan  müəyyənləşən  özlüyündə  hadisə  deyildir,  əvvəlki  səbəblərin  nəticəsi  olan 

hadisədir,  belə    təkcə  nəticə  deyil,  həmçinin  də  nəticəsi  o  olmalı  olan  vasitələri  də  tale  

müəyyənləşdirir.  Buna  görə  də,  əgər  vasitələr  ortaya  çıxmırsa,  onda  yəqin  ki,  nəticə  də 

olmayacaqdır:  onların  hər  ikisi  tale  tərəfindən  müəyyənləşir,  amma  biz  bunu  həmişə  yalnız 

sonra  bilirik.  

Hadisə həmişə taleyə, yəni səbəblərin sonsuz çəlpəşiyinə uyğun gəldiyi kimi, əməllərimiz 

də eləcə həmişə mücərrəd xarakterimizə uyğun gəlir; amma biz taleni qabaqcadan bilmədiyimiz 

kimi,    bu  xarakteri  də  a  priori  olaraq  ağıl  gözü  ilə  görmək  bizə  nəsib  olmur:  biz  özümüzü  də, 

başqalarını  da  yalnız  təcrübədə,  a  posteriori  olaraq  tanımağı  öyrənirik.  Əgər    mücərrəd 

xarakterimizin  xassəsi  elədirsə  ki,  yalnız  şər  xassəli  təhriklə    uzun  mübarizədən  sonra  xeyir  iş 

görməyi  qət  etmək    iqtidarındayıqsa  onda  bu  mübarizə  öncə  olmalıdır,  və  onun    sonunu 

gözləmək zəruridir. Xarakterin dəyişməzliyi, bütün  əməllərimizin törəndiyi mənbənin yekliyi, bir 

olması  barədə fikir  bizi belə bir  mövqeyə  meylləndirməməlidir  ki,  xarakterin  qərarını  bu  və  ya 

digər tərəfə öncədən yönəldək və xəbər verək, sonrakı qərar bizə göstərir ki, biz kimik və biz öz 

əməllərimizin  güzgüsündə  necə  əks  olunuruq.  Bununla  da  o  məmnunluq  və  ya  pərtlik  hissləri 

izah olunur ki, biz ötüb keçən həyat yoluna onlarla nəzər salırıq: bu iki hiss ona görə baş vermir 

ki,  bizim  ötüb  keçən  əməllərimiz  hələ  də  öz  varlığını  saxlayır,  –  onlar  ötüb  keçiblər,  onlar 

əvvəllər  mövcud  olublar,  indi  isə  artıq  onlar heçdirlər,  amma  bizim üçün  onların  böyük  önəmi 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,14 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin