Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
449
onların mənasından irəli gəlir, o mənadan ki, bu əməllər – xarakterin izi, iradənin güzgüsüdür və
biz ona nəzər salaraq, bizim gizli, məhrəm mənimizi, bizim iradəmizin nüvəsini dərk edirik. Bunu
biz qabaqcadan deyil, yalnız nəticədə bildiyimizdən, bizə zamanda, zaman daxilində səy etmək
və mübarizə aparmaq gərəkdir ki, öz əməllərimizlə yaratdığımız mənzərənin görüntüsü bizə
təskinlik versin, dilxor etməsin. Özü də, belə bir rahatlığın və ya belə bir pərtliyin mənası, mənim
artıq qeyd etdiyim kimi, aşağıda araşdırılacaqdır. Burada isə hələ ki, aşağıdakı mülahizələri
nəzərdən keçirmək zəruridir.
Mücərrəd və empirik xarakterlə yanaşı onların hər ikisindən fərqli olan nəsə üçüncünü
də xatırlatmaq lazımdır, – bu, qazanılmış xarakterdir, o, yalnız həyatın gedişində, dünyəvi
təcrübə prosesində formalaşır; insanı xarakterə malik olduğuna görə təriflədikləri və ya
xaraktersizliyə görə onu məzəmmət etdikləri zaman məhz ondan, qazanılmış xarakterdən
söhbət gedir. Əlbəttə, düşünmək olardı ki, empirik xarakter mücərrəd xarakterin təzahürü
olaraq dəyişməmişdir və hər cür təbiət hadisəsi kimi daxilən ardıcıldır, onda insan da bu
səbəbdən həmişə özünə bərabər və ardıcıl olmalıdır və ona görə də, təcrübə və düşüncə yolu
ilə xarakterin süni şəkildə kəsb edilməsinə onun ehtiyacı yoxdur. Amma bu, belə deyildir, və
insanın həmişə eyni olaraq qalmasına baxmayaraq, o, bununla belə, heç də hər zaman özünü
başa düşmür, müəyyən dərəcədə əsl özünüdərkə nail oluncaya qədər biz bir çox hallarda
özümüz sarıdan səhvə yol veririk. Empirik xarakter təbiətin sadə şövqü, həvəsi olaraq özlüyündə
qeyri-zəkavidir, və zəka hətta onun təzahürlərinə insan nə qədər böyük dərrakəliliyə və fikir
qüdrətinə malikdirsə, – bir o qədər də güclü mane olur. Zira sonuncular ona həmişə göstərirlər
ki, növ xarakteri olaraq ümumiyyətlə insana nə etmək münasibdir, o, nəyi istəyə və nəyi həyata
keçirə bilər.
Bu insana ayrıca o şeyin məğzinə varmağı çətinləşdirir ki, o, bütün bunların içərisindən,
öz fərdiliyinin təsiri ilə yeganə olaraq nəyi istəyir və nəyi edə bilər. O, özündə bütün ən müxtəlif
insani canatmaların və qüvvələrin rüşeymlərini, mayasını hiss edir; amma onların onun
fərdiliyindən müxtəlif dərəcələri onun üçün təcrübə olmadan aydınlaşmır və hətta əgər o, yalnız
məhz onun xarakterinə uyğun gələn meylləri seçirsə, onda o, ilkin olaraq seçdiyinə doğru
maneəsiz olaraq irəliləməyi arzu etdiyi təqdirdə o, hər halda, xüsusən ayrıca anlarda və müxtəlif
əhval-ruhiyyələrdə birincilərlə birləşə bilməyən tamamilə əks və qəti olaraq susdurulmalı olan
məqsədlərə doğru coşqun bir meyl hiss edir. Zira bizim yer üzərindəki fiziki, cismani yolumuz
səth deyil, həmişə yalnız xətt təşkil etdiyi kimi, eləcə də həyatda bir şeyi tutmağı və əldə etməyi
arzu edərək, biz saysız-hesabsız başqa şeylərdən imtina etməli, sağda və solda qalanlara
toxunmamalıyıq. Əgər biz bu qərara gələ bilməsək, əgər biz, yarmarkadakı uşaqlar kimi bizi
yolda cəzb edən hər bir şeydən yapışırıqsa, onda bu – xəttimizi səthə çevirmək cəfəng
arzusudur, biz o zaman əyri-üyrü, dolanbac xətlə hərəkət edəcəyik, azaraq müxtəlif tərəflərə
gedəcəyik və heç nəyə nail olmayacağıq. Və ya, başqa, Hobbsun hüquqi təliminə oxşar
müqayisədən istifadə edək: ona uyğun olaraq, hər bir kəs ilkin olaraq hər bir şeyə malik olmaq
hüququna malikdir, amma bu şeylərdən heç birinə malik olmaq üçün müstəsna hüquqa malik
deyildir, o, ayrıca şeylərə münasibətdə müstəsna hüquqa yalnız özünün bütün digər
hüquqlarından imtina yolu ilə nail ola bilər, özü də başqaları onun tərəfindən seçilmiş şeyə
münasibətdə eyni qaydada hərəkət edirlər, – həyatda da eynilə bu cür olur və biz hansısa
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
450
müəyyən canatmamızı yalnız o halda ciddi olaraq və uğurla həyata keçirə bilirik ki, biz ona yad
olan bütün iddialardan əl çəkirik, başqa bütün hər bir şeydən imtina edirik, bu canatmanın
həzzəmi, şan-şöhrətəmi, zənginliyəmi, incəsənətəmi və ya fəzilətəmi yönəmli olmasından asılı
olmayaraq. Elə buna görə də, özlüyündə təkcə arzu və bacarıq hələ ki, kifayət deyildir və insan
həmçinin bilməlidir ki, o, nəyi istəyir, və bilməlidir ki, o, nəyi bacarır: o, xarakterini yalnız bu cür
aşkara çıxara və yalnız bu zaman həqiqi olan nəyisə edə, törədə bilər. Buna nail oluncaya
qədərsə o, empirik xarakterin təbii ardıcıllığına baxmayaraq, xaraktersizdir, və baxmayaraq ki,
bütövlükdə, o, öz demonu tərəfindən çəkilib aparılaraq, özünə sadiq qalmalı və öz
yolunu getməlidir, o, hər halda düz xətt deyil, dalğavarı, əyri-üyrü bir xətt çəkəcək, tərəddüd
edəcək, geri çəkiləcək, qayıdacaq, özünü peşmançılığa və əzaba məruz qoyacaqdır, və bütün
bunlar ona görədir ki, o, öz qarşısında böyük və kiçik olan, insan üçün əlçatan və mümkün olan
bir çox şeyləri görür, amma, bütün bunlarla yanaşı o, hər halda bilmir ki, bütün bunların
içərisində məhz nə yeganə olaraq onun üçün yararlı, onun tərəfindən yerinə yetirilə biləndir və
hətta onun ürəyincə olacaqdır. Elə buna görə də, o özünün deyil, özlərinin vəziyyəti və
şəraitində olan, yalnız onların özlərinin xarakterinə uyğun gələn başqa insanlara paxıllıq
edəcəkdir, hətta onlardan zəhləsi getsə də belə onların içərisində özünü bədbəxt hiss edəcəkdir.
Zira balığa yalnız suda, quşa – yalnız havada, köstəbəyə – yalnız yerin altında yaxşı olduğu kimi,
həmçinin hər hansı bir insan da özünü yalnız ona uyğun gələn atmosferdə yaxşı hiss edir; belə
ki, məsələn, saray atmosferində heç də hər kəs asanlıqla nəfəs ala bilmir. Başqa birisi bunu
kifayət qədər başa düşmədən,bir uğursuz cəhdlər edəcək, hərdənbir öz xarakterini zorlayacaq,
bütövlükdə isə hər halda ona güsəştə get məyə məcbur olacaqdır; onun öz xarakterinə rəğmən
çətinliklə əldə edəcəyi isə ona heç bir həzz gətirməyəcəkdir; onun bu yolda öyrəndikləri ölü
qalacaqdır; və hətta etik cəhətdən də onda xalis, bilavasitə coşqun həvəsdən deyil, anlayışdan,
ehkamdan doğulan, onun xarakteri üçün həddindən artıq nəcib olan,əməl sonradan eqoist
peşmançılıq yaradacaq və ona görə də,hətta onun öz gözlərində də hər cür qiymətini itirəcəkdir,
Velle pop discitur. Necə ki, biz özgə xarakterlərinin sarsılmaz olduğuna yalnız təcrübədə əmin
oluruq, vaxta qədərsə uşaqcasına inanırıq ki, guya zəkavi inandırmalar, xahişlər və yalvarışlar,
nümunə və alicənablıq kimisə o vəziyyətə gətirib çıxara bilər ki, o, öz təbiətindən əl çəksin, öz
davranışını dəyişsin, öz düşüncə tərzindən kənara çıxsın və ya hətta öz qabiliyyətlərini
genişləndirsin, eynilə bu cür qeyd etmək olar ki, bizim özümüzə münasibətdə də elə belə olur.
Yalnız təcrübədən bilirik ki, biz nə istəyirik və nə edə bilərik, ona qədər isə biz bunu bilmirik, biz
xaraktersizik və bir çox hallarda xaricdən vurulan ağır zərbələr bizi öz şəxsi yolumuza
qaytarmalıdır. Amma əgər biz, nəhayət, bunu dərk etmişiksə, onda biz ona nail olmuşuq ki, onu
adətən xarakter adlandırırlar, deməli biz qazanılmış xarakterə nail olmuşuq. Sonuncu, beləliklə,
öz fərdiliyinin mümkün olan dərəcədə mükəmməl dərkidir – bizim öz məxsusi empirik
xarakterimizin dəyişməz xassələrinin abstrakt, deməli, aydın bir bilgisi, mənəvi və cismani
qüvvələrin dərəcəsi və istiqaməti barədə bilik, yəni öz məxsusi fərdiliyinin bütün üstünlükləri və
zəif cəhətləri barədə bilik olmaqdan başqa bir şey deyildir. O, bizə imkan verir ki, bizim öz
məxsusi şəxsiyyətimizin əvvəlcə sistemsiz olaraq yerinə yetirdiyimiz birdəfəlik və həmişəlik
dəyişməz rolunu artıq şüurlu və metodiki olaraq yerinə yetirək, və dəyişməz anlayışların
rəhbərliyi altında onun daxilində şıltaqlıq və zəiflikdən yaranan boşluqları dolduraq. Özümüzün
elə bu olmadan da öz fərdi təbiətimiz üzündən zəruri olan davranışımızı, biz indi aydın və
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
451
həmişə bizdə olan, həmişə malik olduğumuz prinsiplərə şüurlu olaraq müncər edirik, bu
prinsiplərin diktəsi altında biz onu o qədər düşünülmüş bir şəkildə yerinə yetiririk ki, sanki onu
əzbərləmişik, və bu zaman ötəri əhval-ruhiyyə və ya keçici, ötəri təəssürat bizi bir dəfə də
yolumuzdan etmir, yolda bizim rastlaşdığımız hansısa xırda bir təfsilatdan yaranan qəm və ya
sevinc bizi ləngitmir, və biz həyəcanlanmadan, tərəddüd etmədən, yoldan heç bir yayınma
olmadan irəliləyirik. Biz indi artıq nə istədiyimizi və nə edə biləcəyimizi görmək üçün yeni
öyrənənlər kimi fürsət gözləməyək, sınaqdan çıxarmayacağ, o yan bu yanında dolaşmayacağıq:
yox, biz bunu birdəfəlik və həmişəlik bilirik, hər bir seçim dərhal qərara gəlmək üçün bizə yalnız
ümumi müddəaları ayrı-ayrı hallara tətbiq etmək lazımdır. Biz bütövlükdə öz iradəmizi tanıyırıq
və buna görə də, imkan vermirik ki, ayrı-ayrı hallarda hansısa əhval-ruhiyyə və ya xarici təsir bizi
ona ümumiyyətlə zidd olan qərarlara doğru çəksin. Eynilə bu cür biz qüvvələrimizin və
zəifliklərimizin xarakterini və dərəcəsini bilirik, və bu bizi bir çox əzablardan qoruyur. Zira
mahiyyəti etibarı ilə başqa elə bir həzz yoxdur ki,o öz şəxsi qüvvələrini istifadə etmək və hiss
etmək qədər olsun, və ən böyük əzab – ehtiyac olduğu yerdə öz qüvvələrinin yetərli
olmamasını dərk etməkdir. Qüvvəmizin və zəifliyimizin nədə olmasının dərkinə çataraq, biz
özümüzün aşkar təbii istedadımızın hərtərəfli istifadə olunmasına və inkişafına can ataraq,
həmişə o yerə üz tutacağıq ki, burada onlar yararlı və dəyərlidirlər – amma qəti surətdə və
özümüzü ələ alaraq, o canatmalardansa yayınacağıq ki, onlar üçün bizdə təbiətən az istedad
vardır, açıq-aşkar uğurlu ola bilməyəcək cəhətlərdən saqınacağıq. Yalnız buna nail olan kəs
həmişə bütövlükdə və tam şüuru ilə özü olaraq qalacaqdır və heç bir vaxt öz günahı ucbatından
pis vəziyyətə düşməyəcəkdir, çünki, o, həmişə bilir ki, özündən nəyi gözləyə bilər. Ona tez-tez
öz qüvvələrini hiss etmək sevinci nəsib olacaq və o, öz zəifliyinin xatırlanmasından doğulan
ağrını, yəni, ehtimal ki,ona böyük ruhi əzab verən belə bir alçalmanı nadir hallarda hiss
edəcəkdir; buna görə də, öz bəxtsizlik dərkinə dözmək öz bacarıqsızlığına dözməkdən xeyli
dərəcədə daha asandır.
Əgər biz, beləliklə, öz qüvvəmizi və zəif cəhətlərimizi tam dərk etsək, onda biz bizdə
olmayan qabiliyyətləri aşkar etməyə çalışmarıq – biz saxta sikkə ilə oynamarıq, ona görə ki, belə
bir aldanma son nəticədə öz məqsədinə nail olmur. Doğrudan da əgər insan bütövlükdə – yalnız
öz iradəsinin təzahürü olduğundan, bundan daha cəfəng heç nə ola bilməz ki, refleksiyadan çıxış
edərək, gerçəklikdə olduğumuzdan fərqli olmağı, başqası olmağı arzu edək – axı bununla da
iradə birbaşa olaraq özünə zidd olmuş olur. Özgələrin xassələrini və xüsusiyyətlərini təqlid
etmək özgələrin paltarın geyməyə nisbətən xeyli dərəcədə daha biabırçıdır,zira bu, özünün heç
nə olmasına imza atmaq deməkdir. Öz şəxsi meyllərini və bütün mümkün qabiliyyətlərini və
onların dəyişməz sərhədlərini dərk etmək – cəhətdən özündən ən böyük məmnunluğa nail
olmaq üçün ən doğru yol, - bax, budur. Çünki xarici hadisələrə tətbiq oluna bilən daxili
hadisələrə də tətbiq oluna bilər, bizim üçün şərtsiz zərurətə tam əminlikdən daha həqiqi olan
başqa bir təsəlli yoxdur. Düçar olduğumuz bədbəxtlik bizi onu dəf edə bilən vasitələr barədə
fikir qədər əzmir, elə buna görə də, bizim sakitləşməyimiz üçün ən gerçək əməli vasitə – baş
verənlərə zərurilik nöqteyi-nəzərindən baxışdır: təsadüfi olan bütün hər bir şey o zaman bizim
qarşımızda dünyanı öz hökmündə saxlayan talenin aləti kimi durur və biz hesab edirik ki, düçar
olduğumuz dərd şərtsiz olaraq daxili və xarici şəraitin toqquşması nəticəsində yaranmışdır, yəni
biz fatalizmə tapınırıq. Biz özlüyündə əslində yalnız o vaxta qədər , giley-güzar edir deyinir və
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
452
qəzəblənirik ki, bizdə bununla başqalarına təsir göstərmək və ya özümüzü misli görünməmiş
gərginliyə sövq etmək ümidi olur. Amma uşaqlar da, yaşlılar da artıq nəsə etməyin mümkün
olmadığını başa düşdükləri anda çox sürətlə sakitləşirlər:
Sinədəki qəlbi labüd olanla
cilovlayaraq
cxxxviii
.
Biz ələ keçirilmiş fillərə bənzəyirik ki, onlar bir neçə gün qorxunc şəkildə mübarizə aparır
və ipə-sapa yatmırlar, bunun faydasız olduğunu gördükləri zaman isə, həmişəlik ram olurlar, öz
boyunlarını dərhal və sakit bir şəkildə boyunduruğun altına salırlar. Biz – sanki çar Davud
kimiyik, o Davud kimi ki, hələ ki, onun oğlu sağ idi, əl çəkmədən yalvarışları ilə Yehovanı təngə
gətirib ümidsizlik içində qıvrılırdı amma elə ki, oğlu öldü, o, artıq onun barəsində bir daha
düşünmədi
cxxxix
. Elə buna görə də, saysız-hesabsız xroniki dərdlərə, məsələn, şikəstliyə,
yoxsulluğa, cəmiyyətdə aşağı mövqedə olmaya, eybəcərliyə, çox pis mənzilə bir çoxları
tamamilə etinasız bir şəkildə dözürlər və hətta bütün bunları sanki sağalmış bir yara kimi hiss
etmirlər, sadəcə olaraq ona görə ki, belə insanlar öz talelərinin bütün daxili və ya xarici
qaçılmazlığını dərk edirlər, halbuki daha çox xoşbəxt olanlar buna necə dözmək mümkün
olduğunu başa düşmürlər. Onun aydın anlamından daha möhkəm heç nə həm xarici, həm də
daxili zərurətlə barışdırmır. Əgər biz özümüzün həm yaxşı keyfiyyətlərimizi və qüvvələrimizi,
həm də öz nöqsanlarımızı və zəifliklərimizi birdəfəlik olaraq aydın bir şəkildə anlasaydıq, əgər biz
öz qarşımıza onlara uyğun gələn məqsədi qoysaydıq və əlçatmayandan imtina etsəydik
(fərdiliyimiz buna yol verdiyinə görə), onda bu, bizi əzabların ən acısından – özündən razı
olmamadan - bütün hər bir şeydən daha doğru bir şəkildə qorumuş olardı, özündən razı olmama
öz şəxsi fərdiliyini anlamamanın, təşəxxüsün və ondan irəli gələn təkəbbürün qaçılmaz nəticəsi
olur. Təqdim olunan özünüdərkin acı obyektinə Ovidinin bir şeiri əla tətbiq oluna bilər:
Üzgün, pərişan könlümdən buxovları dərhal qırıb atan və
Birdəfəyə və həmişəlik bütün ağrısını çəkib qurtarmış kəs ruhunun ən yaxşı xilaskarıdır
cxl
.
Qazanılmış xarakter barəsində mənim demək istədiklərim bunlardır. O, məxsusi mənada
etika üçün yox, praktik həyat üçün daha önəmli, mühümdür, amma üçüncü növ kimi onun
analizini mücərrəd və empirik xarakterin analizi ilə bir sıraya qoymaq gərək, onun
aydınlaşdırılması üzərində isə biz ona görə bir qədər çox dayanmalı idik ki, özünün bütün
təzahürlərində iradənin zərurətə tabe olduğunu göstərək, halbuki, o, özlüyündə azad və hətta
hər şeyə qadir adlandırıla bilər.
§ 56
Bu azadlığın, bu qüdrətin aşkarlanması və izi olaraq bütün görünən dünya çıxış edir,
onların təzahürü o qanunlara uyğun olaraq ardıcıllıqla inkişaf edir ki, bunları öz ardınca idrak
forması gətirir, – bu azadlıq başqa cür də aşkar oluna bilər, özü də o yerdə aşkar oluna bilər ki,
burada onun qarşısında onun öz məxsusi mahiyyətinin tamamilə adekvat dərki ən mükəmməl
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
453
təzahürdə qalar. Bu, iki cür baş verir. Ya burada da, fikrin və özünüdərkin zirvəsində də, o, onu
istəyir ki, bunu o, kortəbii olaraq və özünü tanımayaraq istəyirdi, – idrak belə halda da, elə ayrı-
ayrı hallarda olduğu kimi, həm də bütövlükdə onun üçün həmişəlik olaraq motiv olaraq qalır;
ya, da əksinə, bu idrak onun üçün kviyetiv olur ki
cxli
, bu da, hər hansı bir arzunu ram və ləğv edir.
Həyat iradəsinin artıq yuxarıda ümumi cizgilərdə təsvir edilən təsdiqi və ya inkarı elə bundan
ibarətdir: fərdin fəaliyyətinə münasibətdə iradənin ayrıca təzahürü deyil, ümumi təzahürü
olmaqla, o, xarakterin inkişafına mane olmur və bununla da onu modifikasiya etmir, o, öz
ifadəsini ayrı-ayrı əməllərdə də tapmır; amma insanın bütün əvvəlki davranışını get-gedə artan
qüvvə ilə təsdiqləyərək və ya, əksinə, ondan üz döndərərək, o, həyati şəkildə o prinsipi ifadə
edir ki, onu indi iradə, idrakın işığında azad bir surətdə seçmişdir.
Bu sonuncu kitabın əsas mövzusunu təşkil edən bütün bu fikirlərin daha aydın inkişafı
azadlıq, zərurət və xarakter barədə epizodik düşüncələrimizlə bizim üçün artıq bir qədər
yüngülləşmiş və hazırlanmışdır. Amma o, bizim üçün o zaman daha yüngül olacaqdır ki, bu
zaman biz, sonuncu mühakimələri bir tərəfə qoyaraq, hər şeydən öncə həyatın özünə diqqət
yetirəcəyik, bu, istəmə və ya istəməmə böyük bir məsələni təşkil edir, – və özü də bunu elə
edəcəyik ki, ümumiyyətlə, onu bilməyə çalışaq ki, o, əslində iradənin özünə onun təsdiq nə
verir (axı iradə hər yerdə bu həyatın gizli, məhrəm mahiyyətini təşkil edir), bu təsdiq onu necə
və nə qədər təmin edir. Qısa deyilsə, biz özümüz üçün aydınlaşdıracağıq ki, iradənin bu öz
mülkü olan bu dünyadakı vəziyyəti kimi ümumi və mühüm cizgilərdə nəyi nəzərdən keçirmək
lazımdır, bu dünya isə, hər tərəfdən ona məxsusdur.
Hər şeydən öncə mən burada o mühakiməni xatırlatmaq istərdim ki, onunla mən ikinci
kitabı tamamlamışdım, – iradənin məqsədinə dair orada qoyulan məsələ barədə mülahizəni
xatırlatmaq istərdim; ona cavab əvəzinə biz əyani olaraq gördük ki, iradə öz təzahürünün
aşağıdan ən yüksəyə kimi bütün pillələrində son məqsədə və necə də tamamilə yaddır və daimi
can atmadadır, onun yeganə mahiyyəti də bundan ibarətdir, zira əldə edilmiş heç bir məqsəd
buna son qoymur, qəti olaraq ödənilmə tanımır və yalnız xarici, zahiri maneə ilə ləngidilə bilər,
özlüyündə isə sonsuzluğa gedib çıxır. Biz bunu bütün təbiət hadisələri içərisində ən sadəsində -
ağırlıqda - gördük: o, məkansız, yeri bilinməyən mərkəzə səy etməkdən və can atmaqdan
qalmır, oraya çatmaq isə onun üçün və materiya üçün məhv olma olardı, – o, səy etməkdən və
can atmaqdan dayanmır, bütün kainat bir topaya sıxlaşıb yığılsa belə. Biz bunu təbiətin başqa
sadə hadisələrində də görürük: bərk cisim, əriyərək və ya həll olaraq maye halına doğru can atır,
təkcə bu halda onun kimyəvi qüvvələri azad olur: donma, donub qalma – əsarətdir onu bu
əsarətdə saxlayansa soyuqdur. Maye buxar halına can atır, hər hansı bir təzyiqdən xilas olan
kimi isə dərhal bu hala keçir. Qohumluğu, yaxınlağı olmayan heç bir cisim yoxdur, və ya ehtirası,
təəşşüqü olmayan, Yakob Böme belə demişdi. Elektrik daxili özündəkiləşməsini sonsuzluğa
qədər yayır, baxmayaraq ki, yer kürəsinin kütləsi onun təsirini udur. Qalvanizm də, həmçinin,
dirək mövcud oluncaya qədər özündəikiləşmənin və barışmanın məqsədsiz və fasiləsiz
yeniləşən aktıdır. Bitkinin də həyatı elə bu cür,daim oyaq, heç vaxt ödənilməyən canatmadır, bu
fasiləsiz hərəkət, formaların yüksəlməkdə olan sırası vasitəsilə, sonuncu nöqtəqə, toxum
yenidən ilkin məntəqə oluncaya qədər, və beləcə sonsuzluğa kimi təkrar olunur: heç bir yerdə
məqsəd yoxdur, heç bir yerdə son, qəti ödənilmə, heç bir yerdə istirahət yoxdur. Eyni zamanda
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
454
ikinci kitabdan xatırladaq ki, təbiətin müxtəlif qüvvələrindən və üzvi formalarından hər biri
digərinin əlində olan, ixtiyarında olan materiyaya iddia edir, onlardan hər biri bu materiyada
təzahür olunmaq istəyir, zira dünyada hər bir şey yalnız o şeyə malikdir ki, onu başqasının
əlindən almışdir və beləcə ölüm-dirim mübarizəsi əbədi olaraq davam edir, və başlıca olaraq
məhz ondan o əks-təsir irəli gəlir ki, bunun da nəticəsində hər bir şeyin ümumi canatması bu
gizli, məhrəm mahiyyəti maneə ilə qarşılaşır, əbəs yerə ona basqı göstərir, amma öz təbiətini
dəyişə bilmir və həmin hadisə,təzahür məhv olanacan intizarda qalır və onda başqaları onun
yerini və materiyasını zəbt edirlər.
Hər bir şeyin özündəsini və nüvəsini təşkil edən bu canatmanı biz artıq çoxdan o
statusda qəbul etmişik ki, o, bizlərdə ən aydın bir şəkildə aşkara çıxır, tam şüurun işığında iradə
adını daşıyır. Onunla onun müvəqqəti məqsədi arasındakı maneədən yaranan ləngiməni biz
əzab adlandırırıq, məqsədə nail olmanı isə – ödənilmə, rifah, xoşbəxtlik adlandırırıq. Bu adları
biz şüursuz dünyanın yuxarıda xatırlanan hadisələrinə, təzahürlərinə də aid edə bilərik, bu
hadisələr, təzahürlər dərəcəsinə görə daha zəif, amma mahiyyəti etibarı ilə tamamilə eynidir. Və
əgər onlara bu cür baxsaq, onları daim əzab çəkən və möhkəm xoşbəxtlikdən məhrum olan
kimi görürük. Zira hər hansı bir canatma ehtiyacdan, öz vəziyyətindən məmnun olmamadan irəli
gəlir və deməli, hələ ki, ödənilməyincə o- əzabdır; amma heç bir ödənilmə dayanıqlı deyildir,
əksinə, o, həmişə yalnız yeni canatma üçün çıxış nöqtəsidir. Biz görürük ki, hər bir meyl hər
yerdə necə də müxtəlif maneələrlə əhatə olunmuşdur, onu daimi mübarizədə görürük, yəni o,
bizə həmişə əzab şəklində gəlir. meylin son məqsədi yoxdur – deməli, əzabın da ölçüsü və
məqsədi yoxdur.
Amma bizim şüursuz təbiətdə yalnız kəskinləşmiş diqqətlə və gərginliklə kəşf etdiyimiz
şey dərk edən təbiətdə, heyvani dünyanın həyatında bizim qarşımızda aşkar bir tərzdə çıxış edir
ki, onun da daimi əzabını göstərmək asandır. Bu aralıq pillədə dayanmayaraq, o yerə müraciət
edək ki, bütün hər bir şey burada idrakın tam işığında ən aydın bir görüntü kəsb edir, – insan
həyatına müraciət edək. Zira iradənin təzahürü təkmilləşdikcə, əzab da getdikcə daha çox aşkar
olur. Bitkidə hələ ki, hissiyyat yoxdur, deməli, ağrı da yoxdur; əzabın müəyyən, çox zəif dərəcəsi
aşağı pillədə olan heyvanlara, infuzoriyalara və şüaşəkillilərə xasdır; hətta həşəratlarda belə
hiss və əzab qabiliyyəti hələ ki məhduddur, və yalnız mükəmməl sinir sisteminə malik olan
onurğalılarda o, yüksək dərəcəyə nail olur və intellektin inkişaf ölçüsünə uyğun olaraq getdikcə
artır.
Beləliklə, idrakın aydınlığının güclənmə dərəcəsinə və şüurun yüksəlmə dərəcəsinə
uyğun olaraq, əzab da artır, və o özünün ən yüksək dərəcəsinə insanda nail çatırr və hər halda o,
burada da, insan nə qədər aydın bir şəkildə dərk edirsə, nə qədər böyük intellekt sahibidirsə, o,
bir o qədər də güclü olur: düha olan kəs bütün hamıdan daha çox əzab çəkir. Mən Koqeletin
məşhur kəlamını burada məhz bu mənada, yəni, sadəcə olaraq abstrakt bilik mənasında deyil,
ümumiyyətlə idrakın qüvvəsi mənasında başa düşürəm və ona iqtibas edirəm: "Biliklərini artıran
kəs qəmini də artırır"
cxlii
. Şüurun dərəcəsi ilə əzabın dərəcəsi arasındakı bu dəqiq uyğunluğu
fəlsəfi rəngkar, və ya rəngkarlıq edən filosof Tişbeyn əyani və aydın,xüsusi bir obrazda gözəlliklə
göstərmişdir. Onun rəsminin yuxarı hissəsində uşaqları əllərindən alınan qadınlar təsvir edilir:
müxtəlif qruplarda və pozalarda onlar dərin ana kədərini, dəhşəti, məyusluğu müxtəlif cür ifa
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
455
edirlər; aşağı hissəsində eynilə elə bu cür qruplaşmada və yerləşmədə quzuları əllərindən alınan
qoyunlar təsvir olunur, belə ki, yuxarıda qalan hissədə verilən hər bir insan başının və insan
pozasının aşağıda, heyvanlar içərisində tam analogiyası vardır və dərhal görünür ki, kor, susqun
heyvani şüurda mümkün olan ağrı yalnız şüurun və idrakın aydınlığı ucbatından mümkün olan
böyük əzaba hansı nisbətdədir.
Buna görə də, iradənin daxili və köklü,əsl taleyini biz insani varlıqda nəzərdən
keçirəcəyik. Hər bir kəs həmin, yalnız bir qədər daha zəif və müxtəlif dərəcələrdə ifadə olunan
şeyi heyvanların həyatında da asanlıqla görə bilər və əzab çəkən heyvani aləmin nümunələri
onun üçün hər cür həyatın mahiyyəti etibarı ilə əzab olduğuna əmin olmaqdan ötrü kifayət
edəcəkdir.
§ 57
İdrakın işığına bürünən hər bir pillədə iradə özünə fərd kimi təzahür olunur. Sonsuz
məkanda və zamanda insan fərdi özünü sonlu və deməli, onların daxilinə atılan, onlarla
müqayisədə az əhəmiyyətli bir kəmiyyət kimi görür; onların qeyri-məhdudluğu nəticəsində o,
heç bir vaxt öz varlığının mütləq yox, həmişə nisbi nə zaman və harada-sına malik olur. zira
onun yeri və əsri – sonsuz və sərhədsiz olanın sonlu bir hissəsidir. Onun əsl varlığı – yalnız
indidədir, bu indinin keçmişə qarşısıalınmaz yürüşü ölümə daimi keçid, daimi ölmədir; zira
insanın keçmiş həyatı, onun indidəki bəzi nəticələri və iradəsinin onda həkk olunmuş izləri
istisna olunmaqla, artıq tamamilə arxada qalmış, ölüb getmiş və o, daha yoxdur. Elə buna görə
də, zəkanın nöqteyi-nəzərindən, insan üçün fərqi olmamalıdır ki, bu keçmiş nədən ibarət
olmuşdur – sevincdən və ya kədərdən. İndi isə daimi olaraq onun əlləri altında keçmişə çevrilir,
gələcək isə qətiyyən məlum deyildir və həmişə qısamüddətlidir. Beləliklə, onun hətta yalnız il
formal tərəfdən nəzərdən keçirilən mövcudluğu, - indinin daimi olaraq ölü keçmişə qərq
edilməsi daimi ölmədir.Ona fiziki cəhətdən baxıldıqda isə aşkar olur ki, yeriməmiz yalnız daimi
ləngidilən düşmə olduğunu kimi, bədənimizin həyatı da – yalnız xroniki ləngidilən ölmədir,
ölümün yenidən və yenidən təxirə salınmasıdır; nəhayət, bizim ruhumuzun fəaliyyəti də – xronik
olaraq uzaqlaşdırılan üzüntüdür. Hər bir tənəffüs fasiləsiz olaraq hücumda olan ölümü əks
etdirir, onunla biz, hər bir saniyə mübarizə aparırıq,daha böyük zaman aralıqları vasitəsilə isə
biz hər bir udum yeməklə, hər bir yuxu ilə, hər bir qızınma və i.a. ilə mübarizə aparırıq. Son
nəticədə ölüm qələbə çalmalıdır, zira biz – artıq doğuluşun özündən başlayaraq onun malı,
şikarıyıq və o öz qurbanı ilə onu uduncaya qədər yalnız müvəqqəti olaraq oynayır. O vaxtacansa
biz böyük səy və səmimi qayğı ilə öz həyatımızı mümkün olduğu qədər davam etdiririk, bir növ
onun kimi ki, sabun qovuqlarını daha uzun müddət və daha çox şişirdirlər, baxmayaraq, sözsüz
bilirlər ki, o, partlayacaqdır.
Əgər artıq şüursuz təbiətdə biz gördük ki, onun daxili mahiyyəti məqsəd və rahatlığı
olmadan fasiləsiz canatmadan ibarətdir, onda heyvanların və insanların nəzərdən keçirilməsi
zamanı bu, bizim üçün müqayisə olunmaz dərəcədə daha aydın olur. İstəmək və can atmaq –
onların bütün mahiyyəti, bax, budur, sönməyən təşnəlik kimi. Hər cür istəyin əsası isə – tələbat,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
456
ehtiyac, yəni əzabdır, belə ki, insan ona artıq əzəldən və özünün təbiətinə görə tabedir. Əgər
həddindən artıq asanlıqla ödənilmə arzu obyektlərini dərhal onun əlindən alırsa və buna görə
də, insanda arzu obyektləri olmursa, onda onu dəhşətli boşluq və üzüntü öz ağuşuna alır, yəni
onun varlığı və həyatının özü onun üçün çəkilməsi mümkün olmayan bir yükə çevrilir. Beləliklə,
onun həyatı əzab və üzüntü arasında saat kəfgiri kimi geriyə və irəliyə doğru rəqs edir, bütün
həyat həqiqətdə özünün sonuncu elementlərində bunlara parçalanır. Bu, özünün çox gözəl
ifadəsini onda tapmışdır ki, insan bütün əzab və əziyyətləri cəhənnəmə apardıqdan sonra, səma
üçün üzüntüdən savayı heç nə qalmamışdı.
Lakin iradənin hər hansı bir təzahürünün mahiyyətini təşkil edən əbədi canatma
təcəssümün yüksək pillələrində özünün birinci və ən ümumi əsasını onda tapır ki, iradə burada
özlüyündə canlı bədən olaraq təzahür olunur və qəti və dəyişməz bir buyruq alır – onu
qidalandırmaq barədə; və belə bir buyruğa qüvvəni məhz o verir ki, bu bədən, bu cisim
obyektivləşdirilmiş həyat iradəsinin özüdür. Buna uyğun olaraq insan bu iradənin ən
mükəmməl obyektivasiyası kimi bütün varlıqlardan ən çox ehtiyac içərisində olanıdır, o, –
büsbütün konkret istək, başdan-ayağa ehtiyac, minlərlə tələbatların bir-birinə qarışmasıdır.
Onlarla o yer üzərində, öz ixtiyarına buraxılmış bir halda, təkcə öz dərdi və ehtiyacından savayı
hər şeydən qafil, biagah olaraq yaşayır, elə buna görə də, bu həyatın qorunub-saxlanılması
qayğısı hər gün yeni bir israrlıqla yaranan bu qədər ağır tələblər daxilində, adətən, bir qayda
olaraq bütün insan həyatını öz məzmunu ilə doldurur. Bu qayğıya bilavasitə olaraq sonradan
ikinci tələb – nəslin davam etdirilməsi tələbi də qoşulur. Eyni zamanda o, bütün tərəflərdən
cürbəcür təhlükələrlə əhatə olunmuşdur, onların aradan qaldırılması üçünsə daimi sayıqlıq
gərəkdir. O, öz yolunu ehtiyatlı addımlarla, ətrafı ürkək nəzərlə süzərək keçir, zira minlərlə
təsadüf və minlərlə düşmən onu güdürlər. O, vəhşilik dövründə də belə yaşamışdır, onun
sivilizasiyalı həyatı da belə keçir və onun üçün heç bir şeydə təhlükəsizlik yoxdur:
Qısa ömrünüz həyatın cəngəllikləri içində
Saysız təlaş və hədə- qorxu içində keçir!
(Lukretsi II, 15)
Əksər insanların həyatı – yalnız bu mövcudluğun özü uğrunda daimi mübarizədir, və
onlar qabaqcadan əmindirlər ki, ondan məğlubiyyətlə çıxacaqlar. Və onları bu çətin döyüşdə
inadcıllıq göstərməyə məcbur edənsə həyat eşqindən çox ölüm qorxusudur, amma ölüm
qorxusu qarşısıalınmaz bir tərzdə pərdə arxasında dayanır və hər bir an daxil ola bilər. Həyatın
özü- də burulğanlar və sualtı daşlarla dolu böyük bir dənizdir ki,orada insanlar böyük
ehtiyatlılıq və səylə onlardan yayınır, baxmayaraq o, bilir ki, əgər hətta ona bütün gərginliyi və
məharəri sayəsində onlardan yan ötüb keçmək nəsib olsa da, bu onu hər bir addımda böyük,
tam, qaçılmaz və çarəsi tapılmaz bir qəzadan,fəlakətə – ölümə - yaxınlaşdırır; o, bilir ki, yolu
birbaşa ona doğrudur, o, üzücü gəmi səyahətinin son məqsədidir və onun üçün yanından
ötdüyü bütün sıldırımlardan daha dəhşətlidir.
Amma, eyni zamanda, aşağıdakılar da diqqəti cəlb edir: bir tərəfdən, bütün həyat
ölümdən yayınmadan ibarətdir, həyatın əzab və əziyyətləri asanlıqla o dərəcəyə qədər arta bilər
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
457
ki, ölümün özü arzu olunan olur və insan könüllü olaraq ona can atır, digər tərəfdən ehtiyac və
əzablar insana bir qədər rahatlıq verən kimi isə, dərhal sıxıntı yaxınlaşır, belə ki, o, hökmən
"vaxtı necəsə keçirməli olur.» Bütün yaşayanları məşğul edən və onları hərəkətdə saxlayan şey,
– var olma meylidir. Amma onlar varlıqla təmin olunduqları zaman isə, onlar bununla nə
edəcəklərini bilmirlər: elə buna görə də, onları hərəkətə gətirən ikinci şey – varlığın ağırlığından
azad olmaq, onu hiss olunmayan etmək, "vaxtı öldürmək", yəni sıxıntıdan qaçmaq meylidir. Ona
görə də, biz görürük ki, demək olar ki, ehtiyacdan və qayğıdan sığortalanmış bütün insanlar
başqa çətinliklərdən qurtularaq, sonra özləri üçün bir yükə, ağırlığa çevrilirlər və hər bir ötən
saatı, yəni həyatdan hər bir azalmanı bir uduş hesab edirlər, o həyatdan ki, bu vaxta qədər onu
bütün qüvvələri ilə mümkün olduğu dərəcədə daha çox uzatmağa çalışırdılar. Sıxıntı,darıxma isə
mühümlüyü heç də az olmayan bəladır: son nəticədə o, sifətə əsl ümüdsizlik, məyusluq
möhürünü vurur. Bununla da, o, elə edir ki, insanlar kimi bir-birini az sevən varlıqlar, hər halda
təkidlə bir-birlərini axtarırlar, və o, bununla da ictimailiyin mənbəyinə çevrilir. Ona, eləcə də
başqa bütün ümumi bəlalara qarşı hər yerdə, artıq elə təkcə dövlət müdrikliyinin təsiri ilə
kütləvi miqyasda ölçü götürülür, ona görə ki, bu bir bəladır, eləcə də onun əks ifrat dərəcəsi –
aclıq insanları böyük azğınlığa gətirib-çıxara bilər: xalqa panis et circenses *çörək və sirk
tamaşası
cxliii
] gərəkdir. Filadelfiyanın ciddi cinayət- cəza sistemi sadəcə olaraq darıxmanı
tənhalıq və fəaliyyətsizlik vasitəsilə cəzaya çevirir, və bu cəza o qədər dəhşətlidir ki, artıq
dustaqları intihara gətirib çıxarır. Ehtiyac xalqın daimi bəlası olduğu kimi, sıxıntı da varlıların
daimi bəlasıdır. Adi həyatda bazar günü sıxıntı ilə – həftənin digər altı günü isə ehtiyacla təmsil
olunur.
Beləcə, hər hansı bir insan həyatı dəyişməz şəkildə arzu və ödənilmə arasında keçir. Arzu
öz təbiətinə görə – əzabdır; ödənilmə tezliklə bezdirir, məqsəd qeyri-real olur, malik olma
lətafətdən məhrum edir, arzu və tələbat yenə də, yeni formada meydana çıxır, əgər belə
olmursa, –hüzn, boşluq və sıxıntı başlayır, onlarla mübarizə isə ehtiyacla mübarizə kimi
əzablıdır. Əgər arzu və ödənilmə bir-birini həddindən artıq tez və həddindən artıq gec
əvəzləmirsə, onda bu, onlar tərəfindən gətirilən əzabı son dərəcə azaldır və həyatı xoşbəxt edir.
Zira həyatın son dərəcə gözəl tərəfi, ən təmiz sevincləri adlandırılmalı olan digər bütün hər şey
(amma məhz ona görə ki, onlar bizi real varlıqdan ucalara qaldırırlar və onun təmənnasız
tamaşaçılarına çevirirlər), yəni hər hansı bir istəyə yad olan xalis idrak, gözəllikdən həzz alma,
sənətin bəxş etdiyi həqiqi sevinc, – bütün bunlar nadir qabiliyyətlər tələb edərək olduqca az
adama nəsib olur, özü də ötüb-keçən bir röya kimi; və sonra məhz bu azlıq təşkil edənlərdə
daha yüksək intellektual qüvvə elə əzablara qarşı həssaslıq doğurur ki, küt insanlar onları heç bir
vaxt duya bilməzlər, bundan savayı o, onları onlardan əhəmiyyətli dərəcədə fərqlənən varlıqlar
arasında tənha edir, odur ki, burada da müvazinət bərpa olunur. Amma insanların mütləq
əksəriyyəti üçün xalis intellektual həzzlər əlçatmazdır, xalis idrakın sevincinə onlar demək olar
ki, tamamilə qabil deyillər, – onlar bütövlükdə istəyə qərq olmuşlar. Elə buna görə də, onların
əlaqəsinə hüsn-təvəccöhünü yalnız o şey doğura, onlar üçün o şey maraqlı ola bilər ki, o, bu və
ya digər qaydada onların iradəsini oyatsın – hətta onunla yalnız uzaq və yalnız potensial əlaqə
ilə də olmuş olsa belə; iradə tamamilə iştirak etməyə də bilməz, ona görə ki, onların həyatı
idraka nisbətən müqayisə olunmaz dərəcədə daha çox istəkdən ibarətdir: təsir və reaksiya –
onların yeganə stixiyası, - bax, budur. Bu xassənin sadəlövh təzahürlərini gündəlik həyatın
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
458
xırdalıqlarında görmək mümkündür: belə ki, məsələn, onlar öz adlarını ziyarət etdikləri görməli
yerlərə yazırlar, bununla ona reaksiya verirlər ki, yaxşı ki, onlara təsir göstərməmiş yerə onlar
özləri təsir göstərsinlər; eynilə bu cür qeyd etmək olar ki, onlar özgə ölkədən gətirilən nadir
heyvanı çətinliklə sakit bir tərzdə nəzərdən keçirə bilərlər, – yox, onlar onu hökmən cırnatmalı,
onunla öcəşməli, oynamalıdırlar, nədir ki, təsiri və reaksiyanı hiss etsinlər. Amma iradənin
oyadılmasına olan bu tələbatın xüsusən təzahür olunduğu yerdə, ixtirada, kart oyununda
kartların paylanmasında belə olmuş olsa, bəşəriyyətin, doğrudan da, acınacaqlı tərəfinin ifadəsi
kimi çıxış edir.
Amma təbiət bizə nə verirsə versin, xoşbəxtlik bizə nə verirsə versin, biz nə oluruqsa
olaq və nəyə sahib oluruqsa olaq– həyata xas olan əzabdan yaxa qurtarmaq heç bir halda
mümkün deyildir:
Peleyin oğlu, üzünü göylərə tutub
Göz yaşı tökdü.
cxliv
.
Və ya:
Mən Kronos Zevsin oğlu idim, amma, bununla belə,
əzablarım sonsuz idi
cxlv
.
Əzabdan qurtulmaq üçün göstərilən aramsız səylər yalnız ona gətirib çıxarır ki, o, öz
simasını dəyişir. Öncə o, məhrumiyyət, ehtiyac, mövcudluq qayğısı olur. Əgər bu simada olan
əzabı qovmaq səadəti nəsib olursa (bu, da çox çətindir), o, dərhal yaşa və şəraitə uyğun bir
şəkildə dəyişərək, minlərlə başqa formalarda meydana çıxır: cinsi hiss, ehtiraslı məhəbbət,
qısqanclıq, paxıllıq, nifrət, qəzəb, qorxu, şöhrətpərəstlik, tamahkarlıq, xəstəlik kimi – və s. və i.a.
Əgər, nəhayət, o, hər hansı başqa bir formada təzahür olunmaq üçün yol tapmırsa, onda o,
matəm libasında, doyub bıqmanın və darıxmanın ifadəçisi olan boz libasda üzə çıxır, o zaman bu
darıxmanın əleyhinə ən müxtəlif vasitələr axtarılır. Əgər son nəticədə onu qorxutmaq nəsib
olursa, onda əzabın əks, əvvəlki formalarından birinə yol vermədən bunu etmək çətin ki
mümkün olsun və beləliklə, nağıl təzədən başlanır, zira hər bir insan həyatı əzab və darıxma
arasında dövr edir. Bu həqiqət nə qədər acı olsa da, mən hər halda onun bir tərəfinə diqqət
yetirirəm, həmin tərəfdən baxıldıqda təsəlli tapmaq və hətta, ola bilsin ki, öz şəxsi dərdinə qarşı
stoik etinasızlıq da mümkün olar. Biz hər bir bədbəxtliyimizdən başlıca olaraq ona görə şikayət
edir, ona görə deyinirik ki, onu səbəblərin çəlpəşiyindən meydana çıxan təsadüf hesab edirik,
düşünürük ki, bütün bunlar çox asanlıqla başqa cür də alına bilərdi. Axı adətən, bir qayda olaraq,
biz bilavasitə labüd və tamamilə ümumi olan bəladan gileylənmirik, qocalığın və ölümün
zəruriliyi və gündəlik rahatsızlıqlar çoxluğu da buraya aiddir. Əzabın kəskinliyini artıran şey
barədə – çox yəqin ki, onu məhz bizə yönəldən şəraitin təsadüfi olması barədə fikirdir. Əgər biz
başa düşsək ki, əzab özlüyündə həyata xas olan və qaçılmazdır, təsadüfdən isə onun yalnız
forması, onun yalnız qəbul etdiyi şəkil asılıdır, deməli, bizim hər hansı bir kədərimiz o yeri tutur
ki, bu olmasaydı, onun yerini dərhal başqa bir dərd tutacaqdı, o dərd ki, verilmiş məqamda
indiki kədər onu sıxışdırır, tale onun üzərində mahiyyəti etibarı ilə az hakimiyyətə malikdir, –
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
459
əgər biz bunu düşünüb-daşınsaq, onda belə bir fikir canlı inama çevrilərək, stoik biganəliyin
əhəmiyyətli dərəcəsini meydana çıxara bilər və öz rifahı sarıdan məşəqqətli qayğını olduqca
azalda bilər. Amma gerçəklikdə bilavasitə əzab hissi üzərində zəkanın belə bir hökmranlığına
nadir hallarda rast gəlinir və ya heç zaman rast gəlinmir.
Özü də, əzabların qaçılmazlığı onlardan birinin digəri tərəfindən sıxışdırılıb çıxarılmasıdır
və birinin sonunun öz ardınca digərinin başlanğıcını gətirməsi barədə yuxarıda söylənilən
mülahizə hətta paradoksal, amma mənasız olmayan bir hipotezə də gətirib çıxara bilər ki, hər
bir fərd üçün ona xas olan əzab ölçüsü onun öz təbiəti tərəfindən birdəfəlik və həmişəlik olaraq
müəyyənləşmişdir və bu ölçü nə boş qala, nə də həddindən artıq doldurula bilməz, əzabın
formaları necə dəyişilirsə, dəyişilsin. Bir nöqteyi-nəzərdən insanın əzabı və rifah halı qətiyyən
kənardan müəyyənləşmir, yalnız bu ölçü ilə müəyyənləşir, bu fərdi həyat tərzi ilə müəyyənləşir,
o da doğrudur ki, bu fərdi həyat tərzi də müxtəlif dövrlərdə şəxsin fiziki vəziyyətinə uyğun
olaraq, bir sıra gücləndirilmə və zəiflədilməyə məruz qalır, amma bütövlükdə isə dəyişməz qalır
və - temperament və ya, daha dəqiq deyilsə, dərəcə adlandırılanı təşkil edir, bu o dərəcə də
Platonun "Dövlət"in birinci kitabındakı ifadəsinə görə ευκολοσ və ya δυςκολοσ kimi, yəni həmişə
şən,gülərüz və ya qaşqabaqlı,qəmgin kimi təzahür olunur. Bu hipotezin xeyrinə yalnız o məlum
məşhur müşahidə danışmır ki, böyük əzablar kiçikləri tamamilə susdurur və əksinə, böyük
əzabların yoxluğu zamanı, hətta xoşa gəlməyən əhəmiyyətsiz hallar belə bizə əziyyət verir və
bizim ovqatımızı təlx edir, – amma təcrübə, həmçinin onu da öyrədir ki, təkcə onun barəsindəki
fikir belə, bizi titrəməyə məcbur edən böyük bədbəxtlik həqiqətən baş verdiyi zaman, ağrının
ilkin anını yaşadıqdan sonra, ümumiyyətlə, əhval-ruhiyyəmiz demək olar ki, dəyişikliyə
uğramadan öz yerində qalır və əksinə, çoxdan arzu olunan xoşbəxtlik baş verdiyi zaman isə biz
özümüzü uzun müddət seziləcək dərəcədə daha yaxşı, əvvəlkindən daha məmnun hiss etmirik.
Yalnız dərdin və ya xoşbəxtliyin baş verdiyi an bizi güclü bir tərzdə, qeyri-adi dərəcədə sarsıdır
– dərin kədərlə və ya gur sevinclə, amma həm o, həm də bu, sürətlə yox olur, ona görə yox olur
ki, onlar illüziyaya əsaslanmışlar. Axı onlar bilavasitə olaraq verilmiş dərdin və ya verilmiş həzzin
təsiri ilə meydana çıxmırlar, ona görə meydana çıxırlar ki, qarşımızda yeni bir gələcəyin
perspektivi açılır, bu perspektivi isə biz onlarda qabaqcadan görürük. Yalnız ona görə ki, qəm və
ya sevinc gələcəkdən nəyi isə tutub saxlamışlar, onlar əndazəsiz güclənə bilərlər, amma bu, çox
da uzun sürməz.
İrəli sürülən hipotezə uyğun olaraq, həm idrakda, həm də əzab və ya məmnunluq
hissində olduqca əhəmiyyətli hissə subyektiv və a priori olaraq müəyyənləşir, bu, öz təsdiqini o
faktda tapır ki, insanın şənliyi və ya məyusluğu xarici şəraitdən, zənginlikdən və ya statusdan
irəli gəlmir; axı biz yoxsullar içərisində də, ən azı, zənginlər içərisində olduğu qədər şən
fizionomiyalarla rastlaşırıq; onu da göstərək ki, intihara aparıb çıxaran motivlər son dərəcə
müxtəlifdir, və biz elə bir bədbəxtliyi göstərə bilmərik ki, bu, istənilən xarakter halında böyük
ehtimalla intihara aparıb çıxarmaq üçün kifayət qədər böyük ola bilsin, digər tərəfdənsə, az
bədbəxtlik tapılar ki, o qədər kiçik olsun ki, onun üçün səbəb olaraq çıxış edə bilməsin. Əgər
bizim şən və ya qəmli olma dərəcəmiz həmişə eyni deyilsə, onda, bizim baxışımıza uyğun olaraq,
bu, xarici şəraitin dəyişikliklərindən deyil, daxili əhval-ruhiyyənin, fiziki vəziyyətin
dəyişikliklərindən asılıdır. Zira ruhun ali sevincə qədər gerçək yüksəlişi, həmişə yalnız müvəqqəti
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
460
olsa belə, adətən, bir qayda olaraq hər hansı bir xarici səbəb olmadan baş verir. Doğrudur, biz
bir çox hallarda görürük ki, əzabımız yalnız müəyyən xarici xüsusatdan, şəraitdən irəli gəlir və
bizə elə gəlir ki, bizi yalnız o, kədərləndirir və yalnız o, məyus edir; o zaman biz düşünürük ki,
əgər onu aradan qaldırsaq, onda bizə ən böyük bəxtiyarlıq baş verər. Amma bu, illüziyadır. əzab
və məmnunluğumuzun ölçüsü, bizim hipotezə uyğun olaraq, bütövlükdə zamanın hər bir anı
üçün subyektiv olaraq müəyyənləşmişdir və ona münasibətdə kədərlənmənin xarici motivi –
bədən üçün o çiban məlhəmilə eyni şeydir ki, kökləri orqanizmin hər yerinə yayılmış bəd şirələr
ona doğru axır. Varlığımızda zamanın verilmiş dövrü üçün mövcud və buna görə də,
qarşısıalınmaz olan əzab kədərlənmək üçün belə bir müəyyən xarici səbəb olmadan yüzlərlə
nöqtəyə parçalanar və yüzlərlə xırda qəm-qüssə formasını və o şeylərə dair xoşagəlməz duyğu
formasını kəsb etmiş olardı ki, onlar indi bizim diqqətimizi cəlb etmir, ona görə ki, bizim ağrı
ölçümüz artıq əsas bəla ilə dolmuşdur, o bəla ilə ki, səpələnmiş əzabları bir yerə toplamışdır.
Buna o müşahidə də uyğun gəlir ki, işin xoşbəxt sonuclanması sayəsində bizə əzab verən böyük
bir qayğı çiynimizdən götürüldüyü zaman onun yerini dərhal başqa bir qayğı tutur ki, onun da
bütün məzmunu artıq öncədən mövcud idi, amma o, bir qayğı olaraq şüura nüfuz edə
bilməmişdi, belə ki, orada onun üçün yer qalmamışdı, və ona görə də, bu qayğının predmeti
aydın olmayan və dumanlı bir kabus kimi şüurun yalnız üfüqündə qalmışdı. İndi isə, yer azad
olunduğu zaman, bu hazır məzmun dərhal yaxınlaşır və bu günün hökmranlıq edən
(πρυτανευουςα) gündəminin taxt-tacını tutur, baxmayaraq ki, o, öz materiyasına görə yox
olmuş qayğının məzmununa nisbətən xeyli yüngül çəkili idi: yeni həyəcan elə şişib qabara bilir
ki, öz zahiri möhtəşəmliyinə görə birincidən geri qalmır və buna görə də, günün əsas gündəmi
kimi taxt-tacı bütövlükdə zəbt edir.
Ölçüyəgəlməz sevincə və çox güclü əzaba həmişə yalnız eyni şəxsdə rast gəlinir, çünki
onlar bir-birini qarşılıqlı olaraq şərtləndirirlər və özləri də birgə ruhun böyük canlılığı ilə
şərtlənmişlər. Bizim elə indicə gördüyümüz kimi, belə sevinc və belə əzab yalnız indinin
təəssüratları ilə meydana çıxmır, həm də gələcəyin qabaqcadan görüntüsü ilə meydana çıxır.
Amma əzab həyata xas olduğu və onun dərəcəsi subyektin təbiəti ilə müəyyənləşdiyi üçün (elə
buna görə də, qəfil dəyişikliklər, həmişə xarici olmaqla, onun bu dərəcəsini əslində özlüyündə
dəyişdirə bilmirlər), həddindən artıq şadyanalığın və ya əzabın əsasında həmişə yanılma və
xülyalar yatır və deməli, ruhun hər iki ifrat gərginliyindən fikrin qüvvəsi ilə qaçmaq mümkündür.
Hər hansı bir ifrat heyranlıq (exultatio, insolens laetitia) hökmən illüziyaya əsaslanır, guya biz
həyatda nəsə elə bir şey tapmışıq ki, onun daxilində onunla qarşılaşmaq mümkün deyildir, –
məsələn, əzablı, daimi olaraq yenidən doğulan arzuların və qayğıların davamlı ödənilməsini. Hər
bir oxşar arzu nəticədə qaçılmaz olaraq məyusluqla tamamlanır və o, yox olduğu zaman bütün
hər şeyə görə onun meydana çıxması nə qədər sevincli olmuşdusa, bir o qədər acı əzablar
bahasına onun üçün haqq ödənilməlidir. Bu cəhətdən o, tam bir şəkildə elə bir yüksəkliyə
bənzəyir ki, ondan yalnız yıxılaraq, aşağı düşmək mümkündür və buna görə də, ondan qaçmaq
lazımdır və hər hansı bir gözlənilməz hədsiz əzab – yalnız belə bir yüksəklikdən düşmədir, onu
şərtləndirmiş istəyin yox olmasıdır. Buna görə də, əgər biz həmişə özümüzü şeyləri onların
məcmusunda və əlaqəsində aydın baxışla hərtərəfli görməyə, qiymətləndirməyə məcbur
etsəydik və görmək istədiyimiz rəngi gerçəklikdə onlara aid etməkdən özümüzü möhkəm
saxlasaydıq, onda həm xəyaldan, həm də əzabdan qaçmaq mümkün olmuş olardı.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
461
Stoik etika başlıca olaraq ruhu hər hansı bir bu cür şirniklənmələrdən və onun
nəticələrindən azad etməyə və bunun əvəzində ona sarsılmaz sakitlik bəxş etməyə can atırdı.
Horasionin məşhur bir odasının məğzində bu fikir durur:
Dar günündə də, xoşbəxt günlərində də
Ruhun sakitliyini saxlamağa çalış,
Şadyanalığını cilovlamağı bacar
(25)
.
Amma biz əksər hallarda bundan, bu, acı dərmana oxşar həqiqətdən gizlənirik ki, əzab
həyatın özünə xasdır və buna görə də, bizə kənardan nüfuz etmir, hər bir kəs onun tükənməz
mənbəyini özündə daşıyır. Biz bizim əbədi yoldaşımız – əzab üçün daimi olaraq hansısa ayrıca
xarici səbəbi axtarırıq, sanki hansısa bir bəhanə lazımdır kimi, – ona oxşar olaraq ki, başı
üzərində ağaya malik olmaqdan ötrü azad insan özünə kumir yaradır, Zira biz yorulmadan
istəkdən-istəyə keçid alırıq və baxmayaraq ki, əldə olunmuş hər hansı bir ödənilmə, bizə nə
qədər çox şey vəd edirsə etsin, o, bizi hər halda təmin etmir, əksinə, adətən, bir qayda olaraq
bizim qarşımızda bir tənə və yanılma olaraq dayanır, – biz hər halda görmürük ki, Danaidlərin
xəlbiri ilə su çıxarırıq və yeni və yeni arzulara doğru can atırıq:
Bizə elə gəlir ki,hər şeydən yaxşı olan şey
Bihudə axtardığımızdır.
Lakin, onu əldə edən kimi, biz başqasını axtarırıq
Və heç vaxt həyat təşnəsi olanların yanğısı sönmür.
(Lukretsi, III, 1095 [= 1082/84])
Bu, ya sonsuzluğa kimi davam edir, ya da (bu, nadir hallarda olur və xarakterin artıq
məlum qüvvəsini nəzərdə tutur) o vaxta qədər davam edir ki, biz hələ ki, ödənilə bilməyən
istəyə gəlib çıxırıq, elə bir istəyə ki, ondan qopub ayrılmaq da olmur. Bu zaman biz sanki
axtardığımızı tapmış, yəni, nəsə elə bir şeyi tapmış oluruq ki, ondan biz, öz şəxsi varlığımızın
əvəzinə, öz əzablarımızın mənbəyi kimi və bizi öz taleyimizlə doğrayan, cəncələ, bizi öz
həyatımızla barışdıran şey kimi hər bir an gileylənə bilərik, belə ki, o şüur yenə də yox olur ki,
əzab həyatın özünə xasdır və həqiqi ödənilmə mümkün deyildir. Bu cür dünya seyri nəticəsində
bir qədər melanxolik əhval-ruhiyyəyə gələn insan özü ilə daimi olaraq yeganə bir böyük əzabı
daşıyır və ona görə də, bütün kiçik dərdlərə və ya sevinclərə nifrətlə yanaşır; deməli, bu, yeni-
yeni kabusların əbədi olaraq dalınca düşməyə nisbətən artıq daha ləyaqətli bir hadisədir və bu,
müqayisə olunmaz dərəcədə daha adidir.
§ 58
Hər hansı bir ödənilmə və ya adətən xoşbəxtlik adlandırılan hər hansı bir şey mahiyyəti
etibarı ilə müsbət deyil, həmişə yalnız mənfi xarakterə malikdir. Bu, əzəli olan və öz təşəbbüsü
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
462
ilə bizə baş çəkən xoşbəxtlik deyildir, həmişə yalnız hansısa bir arzumuzun ödənilməsidir. Zira
arzu, yəni ünsiyyət hər hansı bir həzzin ilkin şərtidir. Amma ödənilmə istəyə və deməli, həm də
həzzə son qoyur. Elə buna görə də, ödənilmə, və ya xoşbəxtlik, heç bir vaxt dərddən, ehtiyacdan
qurtulmaqdan savayı başqa bir şey ola bilməz: zira sonuncuya yalnız hər hansı bir gerçək, aşkar
əzab deyil, həm də davamlılığı rahatlığımızı pozan hər cür istək də – buraya hətta həyatımızı
zillətə çevirən öldürücü sıxıntı, darıxdırıcılıq da aiddir. Amma nəyəsə nail olmaq və nəyisə əldə
etmək necə də çətindir: hər bir niyyətə qarşı sonsuz çətinliklər və səylər dayanır, və hər bir
addımda maneələr də artır. O zaman ki, nəhayət, bütün maneələr dəf olunmuşdur və hər bir
şeyə nail olunmuşdur, onda nəticədə yalnız o alınır ki, biz hər hansı bir əzabdan və ya arzudan
azadıq və, deməli, özümüzü əvvəlki kimi, başvermədən olan kimi hiss edirik. Bilavasitə olaraq
bizə həmişə tələbat, yəni əzab verilmişdir. Ödənilməni və ya həzzi isə biz yalnız vasitəli, dolayı
olaraq hiss edə bilərik, onun tərəfindən aradan qaldırılmış əzab və məhrumiyyət barədə
xatırlayaraq. Elə buna görə də, biz gerçəklikdə bizdə olan nemətləri və üstünlükləri nə
qiymətləndirmək, nə hətta lazım olduğu kimi dərk etmək qabiliyyətində deyilik və düşünürük ki,
bu, başqa cür ola da bilməzdi: axı onlar əzablara yol vermədən, bizə yalnız mənfi xoşbəxtlik
verirlər. Yalnız onlardan məhrum olarkən biz onların qiymətini başa düşməyə başlayırıq, zira
tələbat, məhrumiyyət, əzab – müsbət olan və bilavasitə olaraq özü barəsində danışan, bax,
bunlardır. Ona görə də, artıq yaşanmış dərd, xəstəlik, ehtiyac və s. barədə xatirə bizə xoşdur:
yalnız o, bizə indiki nemətlərdən həzz almaq imkanını verir. Onu da inkar etmək olmaz ki, bu
mənada və bu nöqteyi-nəzərdən – həyat istəyi formasını təşkil edən eqoizm nöqteyi-
nəzərindən, – özgə bədbəxtliyinin görüntüsü və ya təsviri bizə zövq və məmnunluq verir,
Lukretsinin ikinci kitabın başlanğıcında gözəl və açıq bir tərzdə ifadə etdiyi kimi:
Sahildən coşub-daşan dənizdən başqalarının
Kor təbiətlə ağır mübarizədən üzüldüklərinə baxmaq şirindir
Buna səbəb özgəsinin əzabına sevinməyimiz deyil,
Bizdən sovuşmuş şəri görməyin xoş olmasıdır.
Lakin biz aşağıda görəcəyik ki, öz rifahının bu qədər vasitəli dərk olunması ilə təlqin
olunan belə bir sevinc əsl, müsbət bədliyin mənbəyinə çox yaxındır.
Səbatlı ödənilmə məmnunluq verə bilmədiyinə, həmişə yalnız ardınca yeni əzab və
languor predmetsiz qüssə və üzüntü gəlməli olan hansısa bir əzabdan və məhrumiyyətdən xilas
etdiyinə görə hər cür səadət müsbət yox, yalnız mənfi xarakterə malik olur– bütün bunlar öz
təsdiqini dünyanın və həyatın mahiyyətinin doğru güzgüsündə – incəsənətdə, xüsusən də
poeziyada tapır. Hər hansı bir epik və ya dramatik əsər yalnız mübarizəni, canatmanı, xoşbəxtlik
uğrunda döyüşü təsvir edə bilər, amma heç bir vaxt daimi və bitkin xoşbəxtliyin özünü təsvir
edə bilməz. O, öz qəhrəmanını məqsədə doğru minlərlə çətinliklər və təhlükələr vasitəsilə
aparır, amma yalnız ona nail olunan kimi pərdə çox sürətlə aşağı enir. Zira indi yalnız onu
göstərmək qalardı ki, daxilində qəhrəmanın öz xoşbəxtliyini gördüyü parlaq məqsəd yalnız ona
gülürmüş və bu məqsədə nail olunduqdan sonra onun vəziyyəti əvvəlkindən daha yaxşı
olmamışdır. Həqiqi, daimi xoşbəxtlik olmadığından o, incəsənətin obyekti ola bilməz. Doğrudur,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
463
idilliya öz qarşısına məhz belə bir xoşbəxtliyi təsvir etmək məqsədini qoyur, amma biz bilirik ki,
idilliya özlüyündə sona qədər çatdırıla bilməz. O, şairin əli altında həmişə hökmən ya epik olur,
yəni yalnız kiçik əzablardan, kiçik sevinclərdən və kiçik canatmalardan tərtib olunmuş çox
əhəmiyyətsiz bir eposa çevrilir (əksər hallarda belə olur), ya da sadəcə olaraq təsviri poeziya
olur, təbiətin gözəlliyini, yəni, özlüyündə xalis iradəsiz idrakı təsvir edir, xalis iradəsiz idrak isə
əslində - yeganə xalis xoşbəxtlikdir: ondan əvvəl əzablar və qayğılar ondan sonra, peşmançılıq,
əzab, boşluq, bıqma;çiyirmə gəlmir, amma bu cür xoşbəxtlik bütün həyatı doldura bilməz, onun,
yəni həyatın yalnız ayrı-ayrı anlarına təsadüf edir. Poeziyada gördüklərimiz musiqidə də öz
təsdiqini tapır: onun melodiyasında biz özünü dərk edən iradənin gizli, məhrəm tarixinin ümumi
ifadəsini, insan ürəyinin sirli həyatını, qüssəsini, dərdini və sevincini, qabarma və çəkilmələrini
artıq dərk etmişik. Melodiya həmişə - əsas tondan kənara çıxmadır, ən ağrılı dissonansa kimi
gedib çıxan minlərlə qəribə sərgərdanlıqlardır, bundan sonra isə o, nəhayət, tonikaya qayıdır, o
tonikaya ki, ödənilməni və iradənin sakitləşməsini ifadə edir, amma onunla daha heç nə etmək
mümkün deyildir, və əgər onu davam etdirsək, onda yalnız cansıxıcı, ifadəli olmayan və darıxma
hissinə uyğun gələn monotonluq yaranır.
Bütün bu düşüncələri aydınlaşdırmalı olan hər bir şey, – davamlı ödənilmənin əldə oluna
bilməməsi və hər hansı bir xoşbəxtliyin mənfi olmasıdır, bütün bunlar öz izahını onda tapır ki, o,
ikinci kitabın xülasəsində göstərilmişdir, yəni, obyektivasiyası olaraq hər hansı başqa bir təzahür,
hadisə kimi həm də insan həyatı çıxış edən iradə - məqsədi və sonu olmayan canatmasıdır. Bu
sonsuzluğun izini biz onun məcmu təzahürünün bütün tərəflərində görürük, onun ən ümumi
formasından – zamanın və məkanın sonsuzluğundan - tutmuş onun təzahürlərinin ən
mükəmməlinə - insan həyatın və canatmasınadək. İnsan həyatının üç tərəfini qəbul etmək və
onları insanın gerçək həyatının elementləri kimi nəzərdən keçirmək nəzəri olaraq mümkündür.
Əvvəla, bu, qüdrətli istək, böyük ehtiraslardır (radşa-quna
cxlvi
). Onlar böyük tarixi xarakterlərdə
təzahür olunurlar, onları epos və dram təsvir edir; amma onlar kiçik sferada da aşkar oluna
bilərlər, ona görə ki, obyektlərin əhəmiyyətliliyi burada onların xarici, zahiri münasibətləri ilə
deyil, onların yalnız iradəni sarsıtma dərəcələri ilə ölçülür. Sonra, ikincisi, bu, xalis idrakdır,
idrakın iradəyə xidmət etməkdən azad olması ilə şərtlənən ideyaların qavranılması, dahinin
həyatıdır (sattva-quna). Üçüncüsü, nəhayət, bu, iradənin və onunla bağlı olan idrakın böyük
letargiyası, predmetsiz qüssə, sıxıntı, darıxdırıcılıq, bunda da həyat ölgünləşir (tama-quna). Bu
ifrat hallardan birindən daimi olaraq uzaqda qalan fərdin həyatı onlarla yalnız nadir hallarda
təmasda olur və əksərən - bu və ya digər tərəfə yalnız zəif və qətiyyətsiz yaxınlaşmadır, dəyərsiz
obyektlərə yönələn miskin istəkdir, bu istək daimi olaraq geri qayıdır və ona görə də,
darıxmaqdan qaçına bilir. Və doğrudan da, ağlasığmazdır ki, əgər əksəriyyətin həyatını kənardan
nəzərdən keçirsək, onun boş və məzmunsuz, elə daxildən də o, bir o qədər küt və mənasız
keçdiyi hiss olunar. Bu – bir sıra bayağı niyyətlərlə müşayiət olunan əzablı qüssə və həsrətdir,
həyatın dörd yaş dövrü boyunca, ta ölümə qədər səndələyən yerişlə davam edən yuxulu
sərgərdanlıqdır. İnsanlar işə salınmış saat mexanizmlərinə oxşayırlar, onlar gedirlər, özləri də
bilmədən nə üçün; hər dəfə, yeni insanın mayasının qoyulduğu və doğulduğu hər bir halda
insan həyatının saatı yenə də işə düşür, artıq saysız-hesabsız, dəfələrlə oynanılan cansıxıcı
şarmanka pyesi cüzi variasiyalarla nöqtəbənöqtə və bənd-bənd təkrar etmək üçün. Hər bir fərd,
hər bir insan siması və hər bir həyat yolu – təbiətin sonsuz ruhunun, əbədi həyat iradəsinin
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
464
yalnız bir sürətlə ötüb keçən yuxu görməsidir, yalnız daha bir ötəri obrazdır, ruhun oynayaraq,
öz sonsuz uzanan lülə kağızında – zaman və məkanda çəkdiyi bir obrazdır ki, cüzi bir müddət
ərzində onu toxunmaz saxlayan, sonradan isə yeni obrazlara yer olsun deyə onu silir. Bununla
belə – həyatın dəhşətli tərəfi elə bundan ibarətdir – bu hər bir ötəri obraza, bu cəfəng
şıltaqlıqların,tühaflıqların hər birinə görə bütün həyat iradəsi özünün bütün gərginliyində
çoxsaylı, dərin əzablarla və son nəticədə uzun müddət hədələyən və nəhayət gəlib çıxan acı
ölümlə əvəz verməlidir. Elə buna görə də, meyitgörmə qəflətən bizi bu qədər ciddi edir.
Hər bir ayrıca şəxsin həyatı ümumiyyətlə və bütövlükdə götürüldükdə, onun ən mühüm
cizgilərində həmişə - faciədir; amma öz detallarında o, komediya xarakterinə malikdir. Zira
gündəlik qayğılar və əzablar, verilmiş hər bir anın aramsız olaraq qıcıqlandırması, hər həftənin
özünəməxsus arzu və qorxuları, hər bir saatın iztirabları – bütün bunlar,daim oyunbazlığa hazır
olan təsadüf sayəsində - komediya səhnələridir. Amma əbədi olaraq ödənilməyən arzular,
bəhrəsiz canatmalar, talenin amansızcasına tapdaladığı ümidlər, bütün həyatın getdikcə artan
əzablarla və sonda ölümlə müşayiət olunan məşum səhvləri – bütün bunlar, şübhəsiz ki,
faciədir. Beləliklə, tale sanki varlığımızın ələminə həm də istehza etməyi istəyərək elə etmişdir
ki, həyatımız faciənin bütün dəhşətlərini özündə ehtiva etməlidir, amma biz bu zaman hətta
faciəvi personajların ləyaqəti qoruyub saxlama imkanından belə məhrumuq.
Amma hər bir insan həyatını böyük və kiçik kədərlər nə qədər doldururlarsa
doldursunlar, onu nə qədər daimi narahatlıq və hərəkətdə saxlayırlarsa saxlasınlar, onlar ruhun
doldurulması üçün hər halda həyatın çatışmazlığını varlığın bütün boşluğunu və bayağılığını ört-
basdır edə, darıxdırıcılığı qova bilməzlər, o,isə qayğının boş qoyduğu hər bir pauzanı
doldurmağa həmişə hazırdır. Bununla o da izah olunur ki, insanın ruhu gerçək dünyanın ona
yüklədiyi qayğılar, məşğuliyyətlər və narahatlıqlarla qane olmayaraq, özünə həm də saysız-
hesabsız və müxtəlif xurafatatlar şəklində xəyali dünya yaradır və özünü bütünlükdə bu
dünyanın ixtiyarına verir və gerçəklik ona bir qədər istirahət təklif edən kimi isə bunu hətta
qiymətləndirməyi də bacarmır, öz vaxtını və qüvvələrini bütövlükdə həmin dünyaya israf edir.
Elə buna görə də, bu hadisəyə ilkin olaraq o xalqlarda rast gəlinir ki, iqlimin və torpağın
mülayimliyi onların mövcudluğunu asanlaşdırır, – hər şeydən öncə hindlilərdə, sonra
yunanlarda, romalılarda, sonradan isə – italyanlarda, ispanlarda və i.a. İblisləri, tanrıları və
müqəddəsləri insan özünə oxşar olaraq yaradır, sonra isə onlara aramsız qurbanlar verilir,
dualar edilir, onların şərəfinə məbədlər bəzədilir, əhdlər verilir və yerinə yetirilir, arasıkəsilməz
ziyarətlər, ibadətlər, ikonaların bəzədilməsi və i.a. icra olunur. Onlara xidmət etmə hər bir yerdə
gerçəklik ilə çulğaşır və hətta onu tutqunlaşdırır, kölgələndirir: həyatın hər bir hadisəsi bu
varlıqların əməli kimi qəbul olunur, onlarla ünsiyyət həyatın yarısını doldurur, daimi olaraq ümid
verir və bir çox hallarda öz-özünü aldatma sehri ucbatından real varlıqların cəmiyyətinə
nisbətən daha maraqlı olur. O, insanın ikiqat tələbatının ifadəsi və simptomudur: bir tərəfdən,
yardıma və himayəyə olan tələbatının, digər tərəfdən isə – məşğuliyyətə və əyləncəyə olan
tələbatının və baxmayaraq ki, çox vaxt müsibət və təhlükə hallarında dəyərli vaxtın və
qüvvələrin onlarla mübarizəyə deyil, səmərəsiz dualara və qurbanlara sərf olunması zamanı o,
birinci tələbata birbaşa olaraq mane olur, amma bunun əvəzində o, bununla uydurulmuş ruhlar
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
465
dünyası ilə fantastik söhbətin sayəsində ikinci tələbata daha yaxşı xidmət edir və bütün
mövhumatların heç də az əhəmiyyətli olmayan faydası elə bundan ibarətdir.
Dostları ilə paylaş: |