Dünya: iradə və təsəvvür kimi


Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi"



Yüklə 6,14 Mb.
Pdf görüntüsü
səhifə21/57
tarix01.01.2017
ölçüsü6,14 Mb.
#4243
1   ...   17   18   19   20   21   22   23   24   ...   57

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

366 



tərəfindən dərk olunur ki, o, hər hansı bir arzu və hər hansı bir 

fərdilik üzərində idrakın xalis subyekti olaraq qalxıb ucalmışdır. 

Beləliklə, o, yalnız dahi üçün əlçatandır və sonra isə o kəs üçün 

əlçatandır  ki,  o  özünün  xalis  idrak  qabiliyyəti  ilə,  əsasən  də 

dahinin  əsərləri  sayəsində  yüksəlmiş  və  özü  ruhun  dahiyanə 

ovqatını əldə etmişdir; buna görə də, o, bütövlükdə deyil, yalnız 

şərti  olaraq  ötürülə  bilər,  zira  dərk  edilmiş  bədii  yaradıcılıqda  

və yenidən canlandırılmış ideya hər bir kəsə onun yalnız öz şəxsi 

intellektual  səviyyəsinə  uyğun  olaraq  təsir  göstərir,  bunun  da 

nəticəsində, hər bir sənətin məhz ən gözəl nümunələri, dahinin 

ən nəcib əsərləri insanların küt əksəriyyəti üçün əsrlər boyu qırx 

qapının sirri kimi qalmaqda davam edir və qara camaata kralla 

ünsiyyət  əlçatmaz  olduğu  kimi  onun  üçün  əlçatmazdır.  Onları 

bir-birindən  dərin  bir  uçurum  ayırır.  Doğrudur,  ən  bayağı 

insanlar  belə,  öz  məxsusi  vecsizliklərini  büruzə  verməməkdən 

ötrü,  özgə  avtoritetə  istinad  edərək,  ümumən  qəbul  olunmuş 

böyük  əsərləri  inkar  etmirlər;  amma  gizlicə  olaraq  onlara  

həmişə ittiham hökmü çıxarmağa hazırdırlar, bir şərtlə ki, onlara 

belə bir ümid verilsə ki, onlar bunu biabır olmadan edə bilərlər. 

Bu zaman onlar şadyanalıq edərək, böyük olan və gözəl olan hər 

bir şeyə və onun yaradıcılarına qarşı özlərinin uzun müddət gizli 

saxladıqları bütün nifrəti üzə çıxarırlar, bu böyüklük və gözəllik 

onlarda heç bir vaxt təəssürat yaratmamış və bununla da onları 

alçaltmışdı. Zira, ümumiyyətlə, özgəsinin məziyyətlərini könüllü 

və  azad  bir  surətdə  etiraf  etmək  və  qiymətləndirmək  üçün,  öz 

məziyyətlərinə  malik  olmaq  lazımdır.    Hər  hansı  bir  xidmət 

zamanı  təvazökarlığın  zəruriliyi  və  bu  fəzilətin  qeyri-adi 

dərəcədə  mədh  edilməsi  də  bununla  izah  olunur:  hansısa 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

367 



görkəmli  insanı  tərifləməyə  cürət  edən  hər  bir  kəs  həmişə  öz 

əhəmiyyətsizliyini  ört-basdır  etmək  və  qəzəbini  söndürmək 

üçün  yalnız  bu  fəziləti  öz  tərifinə  əlavə  edir,  onun  bütün 

“bacılarını”  isə  kölgədə  saxlayır.  Təvazökarlıq      ikiüzlü  mütilik 

deyildirsə,  bəs  nədir  ki,  onun  köməyi  ilə  bizim  rəzil  paxıllıqla 

dolu  dünyada  məziyyətlər  və  xidmətlər  onlardan  tamamilə 

məhrum  olanlardan  sədəqə  gözləyirlər.  Axı,  doğrudan  da,  heç 

bir  xidmətə  malik  deyilsə  və  bu  halda  onları  özünə  aid  də 

etmirsə, o, təvazökar deyildir, yalnız təmiz adamdır.  

İdeya –  intuitiv qavrayışımızın zaman və məkan forması 

sayəsində  çoxluğa  parçalanmış  vəhdətdir;  əksinə,  anlayış  – 

zəkamızın  abstraksiyası  vasitəsilə  çoxluğun  yenidən  bərpa 

olunan  vəhdətidir,  anlayış  unitas  post  rem  *şeydən  sonra 

vəhdət+ adlandırıla bilər, halbuki, ideya – unitas ante rem *şeyə 

qədər  vəhdət+  adlandırılmalıdır

25

.  Nəhayət,  anlayış  və  ideya 



arasındakı  fərqi  həm  də  müqayisə  ilə  də  ifadə  etmək 

mümkündür: anlayış həyatsız qılafa bənzəyir ki, doğrudur, onun 

daxilinə  qoyulanlar  bir-birinin  yanında  yatır,  amma  onun 

daxilindən  buraya  qoyulanlardan  (sintetik  refleksiya  ilə)  daha 

çox  şey  çıxarmaq  olmaz  (analitik  mühakimələrlə)  ;  ideya  isə, 

əksinə olaraq, onu qavrayanda elə təsəvvürləri inkişaf etdirir ki, 

bunlar  onunla  eyniadlı  olan  anlayışlarla  müqayisədə  yenidir:  o, 

inkişafda  olan  canlıya,  doğuran  qüvvəyə  malik  orqanizmə 

oxşardır,  o,  o  şeyi  yaradır  ki,  bu  onun  daxilində  hazır  şəkildə 

mövcud deyildi.  

Bütün bu deyilənlərdən aydın olur ki, anlayış həyat üçün 

nə  qədər  faydalı  və  elm  üçün  nə  qədər  yararlı,  zəruri  və 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

368 



məhsuldar  olsa  da,  –  incəsənət  üçün  əsrlər  boyu  qeyri-

məhsuldardır.  Dərk  olunmuş  ideya  –  hər  hansı  bir  əsl  sənət 

əsərinin  həqiqi  və  yeganə  mənbəyi,  bax,  budur.  Özünün  əzəli 

qüvvəsini o, yalnız həyatın, təbiətin, dünyanın özündən götürür, 

və  onu  yalnız  həqiqi  dahi  və  ya  bir  anlıq  dahiliyə  qədər 

ilhamlanmış  insan  dərk  edir.  Özündə  ölümsüz  həyatı  daşıyan 

həqiqi əsərlər yalnız belə bilavasitə qavrayışdan doğulur. Məhz 

ona  görə  ki,  ideya  həmişə  əyanidir,  sənətkar  öz  əsərinin 

məramını və məqsədini in abstracto olaraq başa düşmür: onun 

gözləri  önündən  anlayış  deyil,  ideya  keçir;  buna  görə  də,  o,  öz 

əməlləri barədə özünə hesabat verə bilmir, o yaradır, insanların 

ifadə  etdikləri  kimi,  yalnız  hisslə  və  şüursuz  olaraq,  hətta 

instinktiv  olaraq  yaradır.  Əksinə,  təqlidçilər,  ədabazlarr, 

imitatores,  servum  pecus  [təqlidçilər,  kölə  xislət  qaramal]

26

 



incəsənətdə  anlayışdan  çıxış  edirlər:  onlar  o  şeyi  meydana 

çıxarırlar  ki,  bu,  həqiqi  əsərlərdə  xoşa  gəlir  və  təsir  göstərir, 

özlərinə  bunu  aydınlaşdırırlar,  onu  anlayışa,  yəni  abstraksiyaya 

bürüyürlər  və  sonra  bunu  qabaqcadan  düşünülmüş  niyyətlə 

aşkar  və  ya  gizli  bir  şəkildə  təqlid  edirlər.  Parazit  bitkilər  kimi 

onlar özlərinə qidanı özgələrin əsərlərindən sorurlar və poliplər 

kimi  öz  qidalarıının  rəngini  qəbul  edirlər.  Hətta  müqayisəni 

uzatmaq  və  demək  olar  da  ki,  onlar  həmin  o  maşınlarla 

oxşardırlar ki, doğrudur, onlara qoyulan hər şeyi xırda hissələrə 

doğrayırlar, amma heç bir vaxt bunu həzm etmək qabiliyyətində 

deyillər,  odur  ki,  qarışıqdan  həmişə  yad  tərkib  elementləri 

tapmaq  və  ayırmaq  mümkündür;  və  yalnız  dahi  assimilyasiya 

edən,  çevirən  və  produktiv  orqanizmə  bənzəyir.  Zira 

baxmayaraq  ki,  o,  öz  tərbiyəsini  və  inkişafını    sələflərindən  və 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

369 



onların  əsərlərindən  alır,  amma  onu  bilavasitə  olaraq  həyatın 

özü,  dünyanın  özü  mayalandırır,  –  öz  əyani  təəssüratları  ilə; 

buna  görə  də,  hətta  yüksək  təhsil  belə  heç  bir  vaxt  onun 

orijinallığına 

xələl 

gətirmir. 



Bütün 

təqlidçilər, 

bütün 

manyeristlər  (ədabazlar)  bəzən  başqalarının  nümunəvi 



əsərlərinin mahiyyətini anlayışlarla götürürlər, amma anlayışlar 

əsərə  heç  bir  vaxt  daxili  həyat  verə  bilmir.  Hər  bir  dövrün  küt 

qara  camaatı  yalnız  anlayışları  tanıyır  və  onlardan  yapışır, 

ədabaz  əsərlərə  buna  görə  də  hər  bir  dövr  becid  və  səs-küylü 

uğur  hazırlayır;  amma  bir  neçə  ildən  sonra  onlar  artıq  yararsız 

olur,  ona  görə  ki,  zamanın  ruhu,  yəni  hökmranlıq  edən 

anlayışlar  artıq  dəyişmişdir,  onlar  isə  yalnız  buna  istinad  edə 

bilərdilər.  Yalnız  təbiətdən,  həyatdan  bilavasitə  olaraq 

götürülən  həqiqi  əsərlər  qalır,  bu  əsərlər  onların  özləri  kimi  öz 

əbədi  gəncliyini  və  ilkin  qüdrətini  həmişəlik  saxlayırlar.  Zira 

onlar  bu  və  ya  başqa  əsrə  deyil,  bəşəriyyətə  məxsusdurlar; 

onlar məhz buna görə də, öz əsrlərinə uyğunlaşmaq istəmədən, 

öz  dövrünün  yanılmalarını  dolayısı  ilə  mənfi  cəhətdən  üzə 

çıxararaq,  öz  əsrləri  tərəfindən  etinasız  qarşılanmışlar,  amma 

onlar,  buna  baxmayaraq,  sonradan  həvəssiz  olsa  da  tanınmış, 

qəbul  edilmişlər,  onlar  köhnələ  və  qocala  bilməzlər,  çox-çox 

sonra  gələn  əsrləri  də  öz  əbədi  təravəti  və  yeniliyi  ilə  məftun 

etməkdə davam  edirlər.  Və  o  zaman  onlara  etinasız  yanaşmaq 

daha  artıq  mümkün  olmayacaqdır,  ona  görə  ki,  onlar  əsrlər 

boyunca  nadir  hallarda  meydana  çıxan  və  öz  səslərini  ucaldan 

bir sıra bilicilər tərəfindən onların heyrətləri ilə təsdiqlənmiş və 

şərəfləndirilmişlər

*27

;  bu  səslərin  tədricən  artmaqda  olan  cəmi 



                                                           

*

  Gurultulu  girdaba  düşərənlər  arasında  əsl  üzgüçülər  nadir  hallarda 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

370 



avtoriteti  yaradır  ki,  bu  da  bizim  gələcək  nəsillərə  üz 

tutduğumuz zaman nəzərdə tutduğumuz yeganə məhkəmədir. 

Bəli, bu məhkəmə yalnız zaman- zamana meydana çıxan 

belə  şəxsiyyətlərdən  ibarətdir,  zira,  gələcək  nəsillərdən  ibarət 

olan  kütlə  də  müasir  nəsillərdən  ibarət  olan  kütlə  kimi  həmişə 

belə  pozğun və küt olaraq qalacaqdır. Bütün əsrlərin böyük ağıl 

sahiblərinin  müasirlərindən  olan  şikayətlərini  oxuyun:  onlar 

daimi olaraq elə indiki kimi səslənmişlər, zira insan nəsli həmişə 

eynidir. Bütün zamanlarda və bütün sənətlərdə ədabazlıq yalnız 

azlığın  nəsibi  olan  mənəviliyin,  ruhaniliyin  yerini  tutur, 

ədabazlıq  isə  –sonuncu  dəfə  üzə  çıxmış,  mənasız  qəbul 

etdirilmiş  bir  mənəvi  fonemenin  köhnə,  atılmış  qiyafəsidir. 

Buradan  belə  bir  nəticə  çıxır  ki,  gələcək  nəsil  tərəfindən 

bəyənilmə,  adətən,  bir  qayda  olaraq  müasirlərin  bəyənməsi 

hesabına əldə olunur və əksinə

**

.  



 

 

§ 50 



Beləliklə,  əgər  hər  hansı  bir  sənətin  məqsədi    dərk 

olunmuş  ideyanın  ötürülməsidirsə,  o  ideyanın    ki,  o,  sənətkar 

ruhunun  bu  vasitəçiliyi  sayəsində,  təmizlənərək  və  bütün  yad 

elementlərdən  ayrılaraq  yaradıcı  qabiliyyətə  malik  olmayan 

daha  az  zəkavətli  insan  üçün  də  xeyli  dərəcədə  əlçatan  olur; 

                                                                                                                             

görünür. 

**

  II cildin 34-cü fəsli buraya aiddir. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

371 



əgər,  incəsənətdə  bundan  sonra  anlayışlardan  çıxış  etmək 

olmazsa, onda biz onu bəyənə bilmərik ki, sənət əsəri qəsdən və 

şüurlu  olaraq  alleqoriyada  olduğu  kimi  anlayışın  ifadəsi  üçün 

nəzərdə tutulur. Sonuncu  – elə bədii əsərdir ki, təsvir etdiyi ilə 

müqayisədə nəsə fərqli bir məna verir. Halbuki, əyani olan hər 

bir  şey,  və  deməli,  həm  də  ideya  özünü  bilavasitə  olaraq  və 

bütün  tamlığı  ilə  ifadə edir  və  özünə  eyham  edə  biləcək  başqa 

nəyinsə vasitəçiliyinə ehtiyacı yoxdur. Buradan o məlum olur ki, 

nəsə  tamamilə  başqa  bir  şey  vasitəsilə  aydınlaşan  və  təsəvvür 

olunan şeyin özü seyrə nail olmaq qabiliyyətində deyildir, – bu, 

həmişə  anlayışdır.  Alleqoriya  buna  görə  də,  həmişə  anlayışı 

ifadə edir və tamaşaçının ruhu təsvir olunan əyani təsəvvürdən 

ayrılır  və  tamamilə  başqa  bir  şeyə,  abstrakt  olana,  əyani 

təsəvvür  olmayana,  verilmiş  bədii  əsərin  tamamilə  xaricində 

qalana  doğru  istiqamətlənir;  burada,  beləliklə,  rəsm  və  ya 

heykəl onu yerinə yetirməlidir ki, hərflər onu daha yaxşı yerinə 

yetirir.  Beləliklə,  bizim  sənətin  məqsədi  kimi  hesab  etdiyimiz 

şey,  –  əyani  olaraq  dərk  olunmuş  məqsədin  təsviri,  burada 

məqsəd  deyildir.  Amma  alleqoriyanın  can  atdığı  şey  üçün  əsla 

elə  bir  böyük  bədii  mükəmməllik  tələb  olunmur;  yalnız  o 

kifayətdir  ki,  təsvir  olunan  şeyin  nə  olmalı  olduğu  görünsün  və 

əgər  bu  şərt  yerinə  yetirilmişdirsə,  onda  məqsədə  nail 

olunmuşdur,  və  ruh  tamamilə  başqa  qəbildən  olan  təsəvvürə 

doğru, mücərrəd  anlayışa  doğru  yönəlmişdir, həmin  bu  anlayış 

da  nəzərdə  tutulan  məqsədi  təşkil  edirdi.  Təsviri  sənətdəki 

alleqoriya  deməli,  heroqliflərdir;  onların  əyani  təsvir  olaraq 

malik  ola  biləcəkləri  bədii  dəyər  onlara  alleqoriya  olaraq  deyil, 

başqa  bir  şey  olaraq  xasdır.  Korreconun  "Gecə"si,  Hannibal 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

372 



Karraççinin  "Şöhrət  dühası  mələyi»  əsəri,  Pussenin  "Saat"ı  – 

gözəl  rəsmlərdir,  amma  bu,    tamamilə  onunla  bağlı  deyildir  ki, 

onlar – alleqoriyalardır. Sonuncu olaraq onlar yalnız kitabədirlər 

və  hətta  bundan  da  daha  az.  Rəsmin  real  və  nominal  mənası 

arasında  yuxarıda  göstərilən  fərqi bir  daha  xatırlayaq.  Nominal 

olaraq  burada  özlüyündə  məhz  alleqorik  olan  çıxış  edir, 

məsələn,    şöhrət  mələyi;  real  olaraq  isə    həqiqətən  də  təsvir 

olunan  çıxış  edir  –  bu  halda  ətrafında  gözəl  oğlanlar  uçan 

qanadlı  gözəl  bir  gənc:  bu,  ideyanı  ifadə  edir.  Amma  belə  bir 

real məna bizə yalnız o vaxta qədər təsir göstərir ki, biz nominal 

olanı,  alleqorik  olanı  unuduruq;      onu  xatırlayan  kimi,  dərhal 

seyrimiz  pozulur,  ruh  mücərrəd  anlayışa  qərq  olur,  ideyadan 

anlayışa  keçid  isə  –  həmişə  tənəzzüldür.  Nominal  məna, 

alleqorik niyyət real mənaya, əyani düzgünlüyə bir çox hallarda 

hətta xələl gətirir; məsələn, Korreconun "Gecə"sində qeyri-təbii 

işıqlanma belədir, bu, nə qədər gözəl yerinə yetirilsə də, yalnız 

alleqorik  olaraq  motivlənmişdir  və  gerçəklikdə  qeyri-

mümkündür.  Əgər,  beləliklə,  alleqorik  rəsm  bədii  dəyərə 

malikdirsə,  onda  sonuncu    alleqoriya  olaraq  verdiyi  şeydən 

tamamilə  asılı  deyildir;  belə  bədii  əsər  dərhal  iki  məqsədə  – 

anlayışın ifadə olunmasına və ideyanın ifadə olunmasına xidmət 

edir;  amma  yalnız  sonuncu,  bədii  əsərin  məqsədi  ola  bilər, 

birinci  isə  –  yad  məqsəddir,  əyləncəli  oyundur,  onun  məğzi 

ondan  ibarətdir  ki,  rəsmi  eyni  zamanda  məcbur  edirlər  ki,  o, 

kitabə,  heroqlif  rolunu  oynasın.  bu  o  kəslərin  xeyrinə 

düşünülmüşdür  ki,  onlar  üçün  sənətin  əsl  mahiyyəti 

əlçatmazdır. Bu, o deməkdir ki, eyni zamanda, faydalı əşya olan 

bədii  əsər  iki  məqsədə  xidmət  edir:  məsələn,  heykəl,  eyni 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

373 



zamanda həm də şamdan, və ya kariatida və ya eyni zamanda, 

Axillesin qalxanıdır  ki,  o   barelyef  də ola  bilər

28

.  Sənətin  həqiqi 



dostları  nə  onu,  nə  də  o  birisini  bəyənmirlər.  Doğrudur, 

alleqorik  rəsm  özünün  bu  halında  da  ruhda  canlı  təəssürat 

yarada bilər, amma həmin təsiri eyni şəraitdə kitabə də göstərə 

bilər.  Məsələn,  əgər  insanın  ruhunda  şöhrət  arzusu  dərindən 

kök salmışsa və o, ona özünün hələ ki, mülkiyyət hüququna dair 

sənədləri  təqdim  etmədiyi  üçün  yalnız  müvəqqəti  olaraq 

istifadə  etmədiyi  qanuni  sərvəti  kimi  baxırsa,  əgər  o,  öz 

qarşısında  dəfnə  çələngli  düha  mələyini  görmürsə,  onda  onun 

bütün ruhu həyəcanlanacaqdır və onun qüvvələri fəaliyyət üçün 

oyanacaqdır;  amma  əgər  o,  qəflətən  divarda  aydın  "Şöhrət

yazısını görsəydi, onunla eyni şey baş vermiş olardı. Və ya əgər 

insan həqiqəti – praktik həyat üçün vacib olan kəşfi və ya elmi 

nəzəriyyəni bəyan etmiş olsaydı, və o, qəbul edilmiş olmasaydı, 

onda  örtüyü  qaldırıb  çılpaq  həqiqəti  üzə  çıxaran    zamana  təsir 

edən  alleqorik  rəsm  daha  güclü  təəssürat  yaratmış  olardı; 

amma belə bir deviz də ona eynilə bu cür təsir göstərmiş olardı: 

"Le  temps  decouvre  la  verite"  [zaman  həqiqəti  açıb  göstərir]. 

Zira  burada  özlüyündə  təəssürat  yaradan  şey  əslində,  seyr 

edilən şey yox, yalnız mücərrəd fikirdir.  

Əgər,  beləliklə,  alleqoriya  -  təsviri  sənətdə  incəsənət 

üçün  tamamilə  yad  olan  məqsədə  yönəlmiş  yanlış 

təmayüldürsə,  onda  o,  süni  və  gücənərək  çıxarılmış  və  bayağı 

oluncaya  qədər  korlanmış,  şərhlərin  təsvirinə  yetişdiyi  zaman 

dözülməz olur. Məsələn, aşağıdakı nümunələr bələdirlər: qadın 

xanənişinliyini,  evdən  bayıra  çıxmamanı  bildirən  tısbağa,  öz 

geyiminin qırçınlarına baxan Nemezida - onun məhrəmliyi görə 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

374 



bilməsinə  bir  eyhamdır;  Bellorinin    şərhinə  görə    Hannibal 

Karraççi  şəhvətə ona  görə  sarı  paltar  geyindirmişdi  ki, bununla 

o, nəşələrinin saman kimi necə tezliklə solub- saralacağını ifadə 

etmək istəmişdir. 

Əgər təsvirlə onun ifadə etdiyi anlayış arasında ideyanın 

bu  anlayış  altına  gətirilməsinə    və  ya  ideyaların  assosiasiyasına 

əsaslanan  heç  bir  əlaqə  yoxdursa,  işarə  və  onun  işarə  olunan 

bir-biri  ilə  təsadüfi  təyin  olunmanın  təsiri  ilə  tamamilə  şərti 

olaraq  əlaqəlidirlərsə,  onda  alleqoriyanın  bu  növünü  mən 

simvol  adlandırıram.  Belə  ki,  qızılgül  –  dinməzliyin,  dəfnə  – 

şöhrətin,  palma  –  qələbənin,  balıqqulağı  –  ziyarətin,  xaç  – 

xristian  dininin  simvoludur;  bilavasitə  olaraq  rənglərlə  ifadə 

olunan  bütün  mənalar  da  buraya  aiddir:  məsələn,  sarı  – 

xəyanətin, mavi isə – sədaqətliliyin rəngidir. Oxşar simvollar bir 

çox hallarda həyatda da faydalı ola bilər, amma incəsənət üçün 

onlar  dəyərə  malik  deyillər:  onlar  tamamilə  heroqliflərə  və  ya 

hətta  çin  ideoqrafik  yazısına  oxşayırlar,  və  onlar  həqiqətən  də 

gerblərlə,  mehmanxananı  işarə  edən  qomlarla,  kamergeri 

tanıdan açarla, mədənçiləri tanıdan dəri ilə bir qəbildəndirlər.  

O zaman ki, nəhayət, məşhur tarixi və ya mifik şəxslər və 

ya təcəssüm etdirilmiş anlayışlar müəyyən simvollarla birdəfəlik 

işarə  olunurlar,  onda,  əslində,  sonuncuları  emblemlər 

adlandırmaq  lazım  gələrdi:  yevangelistlərin  heyvanları

29



Minervanın  bayquşu,  Parisin  alması,  ümid  lövbəri  və  s. 

belədirlər. Halbuki, emblem sözü altında əsasən o məcazi, sadə 

və devizlə izah olunan təsvirləri başa düşürlər ki, onlar özlərinin 

hansısa  əxlaqi  həqiqəti  əyani  olaraq  təsvir  etmək  məqsədinə 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

375 



malikdirlər;  İ.Kamerari,  Alsiat  və  başqaları  tərəfindən  tərtib 

olunmuş  belə  təsvirlərin  böyük  məcmuələri  mövcuddur.  Onlar 

poetik  alleqoriyaya  keçid  olaraq  çıxış  edirlər,  bu  barədə  də 

aşağıda  söhbət  gedəcəkdir.  Yunan  heykəltəraşlığı  seyrə 

müraciət  edir,  buna  görə  də,  o,  estetikdir;  Hindistan 

heykəltəraşlığı  anlayışa  müraciət  edir,  buna  görə  də,  o,  xalis 

simvolik xarakterə malikdir.  

Alleqoriyaya  bu  baxış  sənətin  daxili  mahiyyəti  barədə 

bizim  əvvəlki  düşüncələrimizə  əsaslanır  və  onunla  sıx  bağlıdır, 

bu  baxış  Vinkelmanın  mövqeyinə  birbaşa  olaraq  ziddir, 

Vinkelman alleqoriyanı sənətin məqsədinə tamamilə yad və bir 

çox  hallarda  ona  mane  olan  hesab  etmək  fikrindən  uzaqdır:  o, 

hər  yerdə  onu  müdafiə  edir  və  hətta  sənətin  ali  məqsədini  - 

"ümumi  anlayışların  və  qeyri-hissi  şeylərin  təsvirində"  görür 

(Əsərləri, c. 1, səh. 55 və növbəti səhifələr). Hər bir kəs bu və ya 

başqa  baxışa  qoşula  bilər.  Amma  Vinkelmanın  özlüyündə 

gözəlliyin  metafizikasına  aid  bu  və  ona  oxşar  digər 

mühakimələri  məni  o  həqiqətə  tam  inandırdı  ki,  gözəlliyin  və 

incəsənətin  mahiyyətinə  mücərrəd  və  əsl  fəlsəfi  izah  verməyi 

bacarmadan  da,  bədii  gözəlliyə  münasibətdə  qeyri-adi 

həssaslığa,  zəkavətə  malik  olmaq  və  onun  barəsində  düzgün 

mühakimə  yürütmək  mümkündür,  –  necə  ki,  əməllərin  əxlaqi 

dəyərini  fəlsəfi  cəhətdən  əsaslandırmaq  və  in  abstracto  olaraq 

izah etmək qabiliyyətində olmadan da  nəcib və xeyirxah insan 

olmaq  və  ayrı-ayrı  hallarda,  kimyəvi  tərəzi  kimi  dəqiq  son 

dərəcə həssas vicdana malik olmaq mümkündür.  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

376 



Amma  alleqoriya  poeziyaya  qarşı  təsviri  sənətə  qarşı 

olduğuna  nisbətən  tamamilə  başqa  münasibətdədir  və  əgər  o, 

burada qəbul edilə bilməyəndirsə, onda poeziyada o, tamamilə 

yerinə düşür və məqsədəuyğundur. Zira təsviri sənətdə o, əyani 

olaraq  veriləndən,  hər  hansı  bir  sənətin  bu  əsl  predmetindən 

mücərrəd  fikrə  doğru  aparır;  poeziyada  isə  münasibət  bunun 

əksidir:  burada  bilavasitə  olaraq  sözlərdə  verilmiş  olan  - 

anlayışdır  və  ən  yaxın  məqsəd  həmişə  ondan  əyani  olana 

gətirmədən  ibarətdir,  əyani  olanın  obrazını  isə  dinləyicinin 

fantaziyası  öz  təsəvvüründə  canlandırmalıdır.  Əgər  təsviri 

sənətdə keçid bilavasitə olaraq veriləndən başqasına doğru baş 

verirsə, onda bu başqası rolunda sözsüz olaraq anlayış çıxış edir, 

çünki,  yalnız  mücərrəd  olan  burada  bilavasitə  olaraq  verilə 

bilməz;  anlayış  isə  heç  bir  vaxt  mənbə,  onun  verilməsi  isə  – 

bədii  əsərin  məqsədi  olmamalıdır.  Əksinə,  poeziyada  anlayış 

materialdır, bilavasitə olaraq veriləndir, buna görə də, tamamilə 

başqa bir şeyi – əyani olanı doğurmaqdan ötrü ondan tamamilə 

yan  keçmək  mümkündür,  məqsəd  əyanidə  əldə  olunur.  Poetik 

əsərin ümumi əlaqəsində bir başqa anlayış və ya mücərrəd fikir 

qaçılmaz  ola  bilər,  baxmayaraq  ki,  özlüyündə  və  bilavasitə 

olaraq  bu  anlayış  əyani  təsvirə  qabil  deyildir;  o  zaman  hansısa 

uyğun  nümunə  vasitəsilə  onu  bir  çox  hallarda  əyaniləşdirirlər. 

Hər hansı bir məcaz zamanı, hər hansı bir metaforada, hər hansı 

bir  eyhamda,  hər  hansı  bir  alleqoriyada  və  hər  hansı  bir 

müqayisədə  artıq  belə  olur:  bütün  bunlar  öz  aralarında  yalnız 

təsvirin  ölçüləri  və  dolğunluğu  ilə  fərqlənirlər.  Söz  sənətində 

belə  müqayisələr  və  alleqoriyalar  füsunkar  təəssürat  yaradır. 

Servantes  yuxunun bizi bütün mənəvi  və  fiziki  əzablardan  xilas 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,14 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin