Dünya: iradə və təsəvvür kimi


Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi"



Yüklə 6,14 Mb.
Pdf görüntüsü
səhifə23/57
tarix01.01.2017
ölçüsü6,14 Mb.
#4243
1   ...   19   20   21   22   23   24   25   26   ...   57

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

389 



cəhətdən  tamamilə  fərqsizdir  ki,  ətrafında  əməlin  dövr  etdiyi 

predmetlər  nisbətən  xırdamı  və  ya  mühümmü  olacaqdır,  bu, 

kəndlilərinmi  həyətləri  olacaq,yoxsa  dövlətlərinmi:  zira  bütün 

bu  şeylər  özlüyündə  əhəmiyyətə  malik  deyildir,  onlar 

əhəmiyyəti yalnız oradan və o qədər alırlar ki, iradəni hərəkətə 

gətirirlər,  –  motiv  yalnız  özünün  iradəyə  qarşı  münasibəti 

sayəsində  əhəmiyyət  kəsb  edir;  əksinə,  onun  bir  şey  olaraq, 

başqa  oxşar  şeylərə  qarşı  münasibəti  qətiyyən  nəzərə  alınmır. 

Bir  düymə  diametri  olan  dairə  qırx  milyon  mil  diametri  olan 

dairə  ilə  tamamilə  eyni  həndəsi  xassələrə  malikdir,  eləcə  də 

kəndin  və  dövlətin  tarixi  və  hadisələri,  mahiyyəti  etibarı  ilə, 

eynidir;  bunlardan  həm  birincisi,  həm  də  ikincisi  üzrə 

bəşəriyyəti öyrənmək və dərk etmək mümkündür. 

Və  belə  düşünmək  ədalətsizlik  olardı  ki,  guya 

avtobioqrafiyalar  yalan  və  riyakarlıqla  doludur.  Əksinə,  yalanın 

(yalan,  əslində,  hər  yerdə,  mümkündür)  burada  olması  başqa 

hər  hansı  bir  yerdə  olmasından  daha  çətin  ola  bilər.    Sadə 

söhbətdə cildə girmək  bütün hər bir şeydən daha asandır; bu, 

nə qədər paradoksal səslənsə də, riyakarlıq mahiyyəti etibarı ilə 

yazıda  daha  çətindir,  ona  görə  ki,  burada  insan,  öz-özünün 

ixtiyarına buraxılaraq,  kənara yox, öz daxilinə baxır, yad və uzaq 

olana  çətinliklə  nüfuz  edir  və  gözləri  qarşısında  o  təəssürata 

malik  deyildir  ki,  bunu,  o,  başqasında  yaradır;  bu  başqası  isə, 

əksinə,  sakitliklə,  yazana  yad  olan  bir  əhval-ruhiyyədə  onun 

yazısını  nəzərdən  keçirir,  onu  bir  neçə  dəfə,  dönə-dönə  və 

müxtəlif  zamanlarda  oxuyur  və  beləliklə  gizli  niyyəti  asanlıqla 

aşkara  çıxarır.  Və  müəllifi  bir  insan  olaraq  hər  bir  şeydən daha 

asan  onun  kitabından  tanımaq  olar,  ona  görə  ki,  yuxarıda 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

390 



xatırlanan  bütün  şərtlər  burada  daha  güclü  və  dayanıqlı  təsir 

göstərir;  avtobioqrafiyada  riyakarlıq  etmək,  yalandan  özünü 

başqa  cür  göstərmək  o  qədər  çətindir  ki,  ola  bilər,  onların 

içərisində elə birisi yoxdur ki, o, bütövlükdə başqa hər hansı bir 

yazılmış  tarixdən  daha  həqiqi  olmasın.  Öz  həyatını  təsvir  edən 

insan onu bütövlükdə və iri cizgilərdə nəzərdən keçirir; detallar 

azalır, yaxında olanlar uzaqlaşdırılır, uzaq yenidən yaxınlaşdırılır, 

perspektivlərin yeri dəyişdirilir: o, öz ürəyini açır və günahlarını 

könüllü olaraq etiraf edir; yalanın ruhu onu burada o qədər də 

asanlıqla  ələ  ala  bilmir,  ona  görə  ki,  hər  bir  insanda  həqiqətə 

doğru bir meyl də vardır ki, hər hansı bir yalan zamanı öncə onu 

dəf  etmək  lazımdır  və  o,  məhz həqiqətə doğru  həmin bu  meyl 

burada qeyri-adi dərəcədə möhkəm mövqe tutur. Bioqrafiya ilə 

xalqların  tarixi  arasındakı  münasibəti  əyani  olaraq  aşağıdakı 

müqayisədə təsəvvür etmək mümkündür. Tarix bəşəriyyəti bizə 

təbiətin  yüksək  dağdan  hansısa  landşaftı  göstərdiyi  kimi 

göstərir: qarşımızda dərhal bir çox şey – uzaq ənginliklər, böyük 

kütlələr təzahür olunur; amma aydın olan heç nə yoxdur və heç 

nəyi  onun  bütün  həqiqi  mahiyyətində  dərk  etmək  olmur. 

Əksinə, ayrıca şəxsiyyətin həyatının təsviri insanı elə göstərir ki, 

sanki  biz  təbiəti  onun  ağaclarının,  bitkilərinin,  qayalarının  və 

sularının  arasında  gəzdiyimiz  zaman  dərk  edirik.  Amma 

sənətkarın bizi onun gözləri ilə baxmağa məcbur etdiyi landşaft 

rəssamlığı  onun  ideyalarını  dərk  etməyi  və  bunun  üçün  tələb 

olunan  iradəsiz  xalis  idrak  vəziyyətinə  nail  olmağı  son  dərəcə 

asanlaşdırmış  olduğu  kimi  –  eləcə  də,  bizim  tarixdə  və 

bioqrafiyada  axtara  biləcəyimiz  ideyaların  təsviri  üçün,  poeziya 

onların hər  ikisi  qarşısında  əhəmiyyətli üstünlüyə  malikdir,  ona 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

391 



görə  ki,  burada  dahi  bizim  qarşımızda  aydınlaşdırıcı  güzgünü 

tutmuşdur  ki,  bütün  mühüm  və  vacib  cəhətlər  bu  güzgüdə  bir 

yerə  toplanmış  və  parlaq  işıqda  işıqlandırılmış  kimi  təzahür 

olunur, təsadüfi və yad olan hər bir şey isə kənarlaşdırılmışdır

*



Bəşəriyyət  ideyasının  şair  üçün  nəsərdə  tutulmuş 



təsvirini  o,  ya  elə  həyata  keçirə  bilər  ki,  burada  təsvir  olunan 

eyni  zamanda  təsvir  edən  kimi  olar:  bu,  lirik  poeziyada, 

mahnıda baş verir, şair burada yalnız öz şəxsi əhval-ruhiyyəsini 

canlı olaraq seyr və təsvir edir, bunun da nəticəsində poeziyanın 

bu  növünə,  onun  məzmunu üzündən  müəyyən bir  subyektivlik 

xasdır;  və  ya  o,  elə  həyata  keçirə  bilər  ki,  təsvir  olunan  təsvir 

edəndən  tamamilə  ayrı  olar:  bu,  poeziyanın  bütün  başqa 

növlərində baş verir, burada təsvir edən çox və ya az dərəcədə 

təsvir  olunanın  arxasında  gizlənir  və,  nəhayət,  tamamilə  yox 

olur.  Romansda  müəllif  öz  əhval-ruhiyyəsini  hələ  ki,  bütövün 

tonunda  və  düzümündə  ifadə  edir;  buna  görə  də,  mahnıya 

nisbətən  daha  obyektiv  olmasına  baxmayaraq  romans,  hər 

halda nəsə subyektiv olan bir şeyi öz məzmununa daxil edir; o, 

idilliyada  zəifləyir,  romanda  daha  çox  zəifləyir,  xalis  eposda 

demək  olar  ki,  tamamilə  yox  olur  və  nəhayət,  dramda  onun 

bütün izləri itir, dram poeziyanın ən obyektiv, bir çox cəhətdən 

ən  mükəmməl  və  eyni  zamanda  ən  çətin  növü  kimi  çıxış  edir. 

Lirika,  beləliklə,  –  onun  ən  asan  növüdür,  və  baxmayaraq  ki, 

incəsənət, ümumiyyətlə, yalnız nadir həqiqi dahinin nəsibi kimi 

çıxış  edir,  amma  bütövlükdə  hətta  bir  o  qədər  görkəmli 

olmayan  insan  da  hər  halda  gözəl  mahnı  yarada  bilər,  əgər 

                                                           

*

 II cildin 38-ci fəsli buraya aiddir. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

392 



hansısa  güclü  xarici  təəssürat  onu  həqiqətən  ilhamlandırsa,  – 

zira bunun üçün  oyanma  anında  öz  məxsusi  əhval-ruhiyyəsinin 

yalnız  canlı  bir  tərzdə  seyr  olunması  tələb  olunur.  Bunu, 

müəllifləri  naməlum  qalan  bir  çox  mahnılar  sübut  edir,  – 

xüsusən alman xalq mahnıları ("Sehrli kərənay"da biz onların ən 

gözəl  məcmuəsinə  malikik),  həmçinin  də  bütün  dillərdə  olan 

saysız-hesabsız məhəbbət və başqa mövzulu xalq mahnıları. Zira 

bir anın əhval-ruhiyyəsini dərk etmək və onu mahnıda təcəssüm 

etdirmək – poeziyanın bu növünün bütün mahiyyəti elə budur. 

Bununla  belə,  həqiqi  şairlərin  lirikasında  bütün  bəşəriyyətin 

ruhu  həkk  olunur  və  bu  vaxta  qədər  yaşayan,  indi  yaşayan  və 

bundan  sonra,  gələcəkdə  yaşayacaq  milyonlarla  insanın 

tamamilə  eyni  olan,  əbədi  olaraq  qayıdan  vəziyyətlərdə  hiss 

etdikləri  və  hiss  etməkdə  olduqları  hər  bir  şey  onun  daxilində 

uyğun əks-sədanı tapır. Belə ki, bu vəziyyətlər, bəşəriyyətin özü 

kimi  əbədi  olaraq  təkrarlanaraq,  dəyişməz  olaraq  qalırlar  və 

həmişə eyni hissləri oyadırlar, buna görə də, həqiqi şairlərin lirik 

yaradıcılığı öz doğruculluğunu, aktivliyini və təravətini minilliklər 

boyu  saxlayır.  Axı  şair,  ümumiyyətlə,  –  ümuminsandır:  insanın 

ürəyini  haçansa  həyacanlandırmış  hər  bir  şey  və  insani  ruhun 

müxtəlif  anlarda  öz  təbiətindən  bir  daha  yaratdığı  hər  bir  şey, 

insan  qəlbində  yaşayan  və  yetişən  hər  bir  şey,  –  onun  süjeti, 

onun  materialı,  bundan savayı  isə  –  həm də  bütün  digər qalan 

təbiətdir.  Bax,  elə  bu  səbəbdən  də  şair  eyni  dərəcədə  həm 

şəhvəti,  həm  mistikanı  vəsf  edə,  Anakreon  və  ya  Angelus 

Silezius


45

 ola,  faciə  də  yaza  bilər,  komediya  da,  özünün  əhval-

ruhiyyəsindən və ya təyinatından asılı olaraq ülviliyi də, rəzilliyi 

də təsvir edə bilər. Elə buna görə də, heç kəs şairə nəcib və ya 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

393 



ülvi, əxlaqlı, mömin, xristian və ya başqa bir kəs olmaq barədə 

göstəriş  vermək  hüququna,  xüsusən  də  başqa  birisi  kimi  deyil, 

məhz belə olduğu üçün onu məzəmmət etmək hüququna malik 

deyildir. Şair – bəşəriyyətin güzgüsüdür və o, nə hiss etdiyini və 

nə etdiyini bəşəriyyətin şüuruna çatdırır.  

Əgər  biz  məxsusi  mənada  mahnının  mahiyyətini 

yaxından  nəzərdən  keçirsək  və  nümunə  olaraq  artıq  başqa 

növlərə,  məsələn,  romansa,  elegiyaya  (mərsiyyəyə),  himnə, 

epiqrama (həcvə) və s. bu kimi növlərə yaxınlaşan növləri deyil, 

gözəl  və  xalis  nümunələri  götürsək,  onda  biz  aşkar  edərik  ki, 

mahnının  dar  mənada  spesifik  mahiyyəti  aşağıdakılardan 

ibarətdir.  Mahnı  oxuyanın  şüurunu  dolduran  şey  –  iradənin 

subyektidir, yəni onun öz məxsusi arzusudur, bir çox hallarda öz 

həllini  tapmış,  ödənilmiş  (sevinc),  daha  az  hallarda  ödənilməsi 

ləngiyən  arzudur  (kədər),  və  həmişə  –  affektdir,  ehtirasdır, 

ruhun  həyacanlanmış  vəziyyətidir.  Amma  bununla  yanaşı  və 

eyni  zamanda    ətraf  təbiətin  görkəmi  də  müğənnidə  o  şeyin 

dərkini  doğurur  ki,  o,  xalis  iradəsiz  idrakın  subyektidir  və  bu 

idrakın  sakit,  soyuqqanlı,  təlaşa  düşməyən,  bəxtiyar  asudəliyi, 

hüzuru həmişə məhdud, heç bir vaxt doymayan iradənin təlaşı 

ilə  kontrast təşkil edir; bu  kontrast duyğusu,  bu mübarizə  hissi 

özlüyündə mahnının bütövlüyünü ifadə edir və lirizm elə əslində 

bundan  ibarətdir.  Onun  daxilində  bizi  sanki  arzudan  və  onun 

cuşa  gəlmələrindən  azad  etmək  üçün  xalis  idrak    öz  ağuşuna 

alır; biz tabe oluruq, amma yalnız bir anlıq: şəxsi məqsədlərimiz 

barədə  arzu  və  düşüncələrimiz  bizi  asudə  seyrdən  bir  daha 

ayırır,  amma,  digər  tərəfdən,  arzudan  bizi  yenə  də  o  gözəllik 

ayırır  ki,  o,  bizi  əhatə  edir  və  burada  xalis  iradəsiz  idrak  bizim 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

394 



qarşımızda  dayanır.  Elə  buna  görə  də,  mahnıda  və  lirik  əhval-

ruhiyyədə  arzu  (məqsədlərini  şəxsi  mənafeyi)  və  ətraf  aləmin 

xalis  seyri  təəccüblü  bir  ittifaqda  olurlar:  onların  arasında 

əlaqələr  aranıb  tapılır  və  xəyal  edilir;  subyektiv  əhval-ruhiyyə, 

iradənin vəziyyəti seyr olunan şəraitə öz rəngini verir, sonuncu 

isə öz növbəsində bu əhval-ruhiyyədə əks olunur və özünə onun 

rəngini verir; əsl mahnı – ruhun bütün bu qarışıq və parçalanmış 

vəziyyətinin izidir.  

Hər  hansı  bir  abstraksiyadan olduqca uzaq  olan  bu  ruhi 

vəziyyətin 

mücərrəd 

parçalanmasını 

nümunə 

əsasında 



aydınlaşdırmaqdan ötrü Hötenin ölməz nəğmələrindən istənilən 

birini  götürmək  mümkündür;  bu  məqsəd  üçün  xüsusən  uyğun 

gələn  yalnız  bəziləri  kimi  isə  mən  aşağıdakıları  sadalayıram: 

"Çobanın  şikayəti",  "Görüş  və  ayrılıq",  "Aya  müraciətlə", 

"Göldə",  “Payız  duyğusu”.  Gözəl  nümunələr  olaraq  həmçinin 

"Sehrli  kərənay"dan    olan  məxsusi  mənada  mahnılar  çıxış  edə 

bilər,  xüsusən  də,  aşağıdakı  sözlərlə  başlayan  mahnı:  "O 

Bremen,  mən  səni  tərk  etməliyəm”.  Fossun  bir  mahnısı  mənə 

diqqətəlayiq  görünür  –  lirik  xarakterli  komik,  sərrast  parodiya: 

o,  burada  zəng  qülləsindən  yıxılan  sərxoş  dam  ustasının 

duyğularını  təsvir  edir,  o,  yerə  düşərkən,  onun  indiki 

vəziyyətindən olduqca uzaq olan və, deməli, iradəsiz idraka aid 

olan  nəyisə  sezir,  yəni  o  görür  ki,  qüllədəki  saat  düz  on  ikinin 

yarısını göstərir.  

Lirik  əhval-ruhiyyəyə  münasibətdə    şərh  etdiyim  baxışı 

bölüşən  hər  bir  kəs  onunla  da  razılaşar  ki,  o,  mahiyyəti  etibarı 

ilə  poetik  və  əyani  idrakdır.  Mənim  əsas  qanunu  haqqında 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

395 



traktatımda irəli sürülən və bu əsərdə artıq yuxarıda xatırlanan 

o  həqiqətin  idrakıdır  ki,  bu  idrakın  subyekti  ilə  arzunun 

subyektinin  eyniyyəti  κατ ́ εξοχην   möcüzəsi  adlandırıla  bilər; 

nəğmənin  poetik  təsiri  son  nəticədə,  əslində,  özlüyündə  bu 

həqiqətə  əsaslanır.  Bu  subyektlərin  hər  ikisi  və  ya  populyar 

tərzdə  ifadə  etsək,  baş  və  ürək  həyat  yollarında  öz  aralarında 

getdikcə  daha  çox  ayrılırlar;  biz  öz  subyektiv  duyğumuzu  öz 

subyektiv idrakımızdan getdikcə daha çox ayırırıq. Uşaqda onlar 

hələ  ki,  tamamilə  bir-birinə  çulğaşmışlar:  o,  özünü  ətraf 

mühitdən  çətin  fərqləndirir  və  ona  qarışır.  Gəncdə  hər  bir 

qavrayış  hər  şeydən  öncə  duyğu  və  əhval-ruhiyyə  doğurur, 

hətta onlarla qarışır, bunu Bayronun gözəl bir tərzdə ifadə etdiyi 

kimi:  

Mən daha özümdə yaşamıram,  

Mən gözümlə gördüyümün bir hissəsiyəm:  

Mənim məhəbbətim 

Dağın uca zirvəsindədir

46

.  

Məhz  buna  görə  də,  gənc  şeylərin  əyani  xarici  tərəfinə 

belə güclü bir tərzdə meyllidir, məhz buna görə də, o, yalnız lirik 

poeziyaya  qabildir  və  drama  isə  yalnız  yetkin  kişi  qabildir. 

Qocanı  yalnız  epik  olaraq,  Homer  rolunda  təsəvvür  etmək 

mümkündür,  zira  nağıl  etmə  qocanın  xarakterinə  xasdır. 

Poeziyanın  daha  obyektiv  növlərində,  xüsusən  romanda, 

eposda  və  dramda,  onların  məqsədi,  bəşəriyyət  ideyasının 

açılması  əsasən  iki  vasitə  ilə  əldə  olunur:  əhəmiyyətli 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

396 



xarakterlərin  doğru  və  dərin  təsviri    və  onların  aşkara  çıxdığı 

mənalı  situasiyaların  yaradılması  ilə.  Zira  ona  oxşar  olaraq  ki, 

kimyaçı yalnız elementləri və onların əsas birləşmələrini xalis və 

düzgün  aşkara  çıxarmaqla  kifayətlənməli  olmayıb,  həm  də 

onları  elə  reagentlərin  təsirinə  məruz  qoymalıdır  ki,  bu  zaman 

onların xüsusiyyətləri valehedici bir aydınlıq və dəqiqliklə aşkara 

çıxsın, – eləcə də şair əhəmiyyətli xarakterləri sanki təbiətin özü 

kimi  bizim  qarşımıza  təkcə  elə  doğru-dürüst    çıxarmamalıdır, 

həm  də,  onlar  bizə  anlaşıqlı  olsunlar  deyə  onları  elə 

situasiyalara  salmalıdır  ki,  burada  onların  xüsusiyyətləri  tam 

inkişaf etsin və onlar aydın, kəskin cizgilər kəsb etsinlər, elə bu 

səbəbdən  də  belə  situasiyalar  əhəmiyyətli  situasiyalar  adlanır. 

Gerçək  həyatda  və  tarixdə  təsadüf  yalnız  nadir  hallarda  belə 

qəbildən  olan  vəziyyətləri  yaradır,  və  orada  onlar  təkcəlidirlər,   

əhəmiyyətsizlik 

kütləsində 

itirilmiş 

və 


gizlədilmiş 

vəziyyətdədirlər.  Bütün  situasiyaların  əhəmiyyəti  romanı, 

eposu, dramı gerçək həyatdan əhəmiyyətli xarakterlərin yanaşı 

qoyulması  və  seçimi  kimi  fərqləndirməlidir;  amma  onların 

təəssürat  yaratması  üçün  zəruri  şərt  son  dərəcə  ciddi 

həqiqətdir,  xarakterlərdə  vəhdətin  çatışmamasıdır,  onların  öz-

özünə  və  ya  ümumiyyətlə  bəşəriyyətin  mahiyyətinə  zidd 

olmasıdır,  eləcə  də  hadisələrin  qeyri-mümkünlüyü  və  ya  ona 

yaxın olan vəziyyəti – həqiqətə oxşamamasıdır, baxmayaraq ki, 

hətta detallarda belə olsa təhqir edirlər, düzgün olmayan rəsm, 

saxta  perspektiv  və  ya  düzgün  olmayan  işıqlandırma 

rəngkarlıqda bu cür etdiyi kimi: zira orada olduğu kimi, burada 

da biz həyatın, bəşəriyyətin, dünyanın – yalnız təsvir sayəsində 

aydınlaşmış  və  yanaşı  qoyma  vasitəsilə  mənalandırılmış 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

397 



dünyanın  düzgün  güzgüsünü  tələb  edirik.  Belə  ki,  sənətlərin 

hamısının  yalnız  bir  məqsədi  vardır  –  ideyaların  təsviri,  və 

sənətlər  arasında  mühüm  fərq  yalnız  isə  ondan  ibarətdir  ki, 

təsvir  olunmuş  ideya  iradənin  təcəssümünün  hansı  pilləsini 

təmsil  edir  (təsvirin  materialı  öz  növbəsində  bununla 

müəyyənləşir),  onda  hətta  bir-birindən  ən  çox  uzaq  olan 

sənətləri  də  bir-biri  ilə  müqayisə  edərək  izah  etmək 

mümkündür.  Belə  ki,  məsələn,  suda  ifadə  olunan  ideyanı  tam 

dərk  etmək  üçün  onu  sakit  quyuda  və  aramla  axan  çayda 

görmək  kifayət  deyildir:  bu  ideyalar  özlərinin  tam  açılmasını 

yalnız  o  zaman  tapır  ki,  bu  zaman  su  bütün  şəraitlərdə  və  o 

maneələr önündə ortaya çıxır ki, onlar ona təsir göstərərək, onu 

onun bütün xassələrinin tam aşkara çıxarılmasına təhrik edirlər. 

Elə buna görə də, biz onu o zaman gözəl çalar olaraq görürük ki, 

bu  zaman  o,  aşağı  tökülür,  coşub-daşır,  köpüklənir,  yenidən 

yuxarı  yüksələrək  və  ya,  aşağı  enərək,  zərrələr  çoxluğuna 

parçalanır  və  ya,  nəhayət,  süni  şırnaqla  yuxarıya  can  atır:  belə 

ki,  müxtəlif  şəraitlərdə  müxtəlif  formaları  qəbul  edərək,  o, 

bununla  belə,  öz  xarakterinə  həmişə  sadiq  qalır  –  onun  üçün 

zərrələrini  yuxarıya  sıçratmaq,  güzgü  sükunətini  saxlamaq 

qədər təbiidir; o, şəraitdən asılı olaraq, bunların hər ikisinə eyni 

dərəcədə hazırdır. Və budur, hidravlika ustasının axan materiya 

vasitəsilə,  arxitektorun  donmuş  materiya  vasitəsilə  nail 

olduğuna, epik və ya dramatik şair bəşəriyyət ideyası vasitəsilə 

nail  olur.  Hər  bir  sənətin  obyektində  ifadə  olunan  ideyanın 

açılması  və  aydınlaşdırılması,  iradənin  hər  bir  pilləsində 

obyektivləşənin açılması və aydınlaşdırılması – bütün sənətlərin 

ümumi  məqsədi  belədir.  İnsanın  həyatı,  əksər  hallarda    o 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

398 



gerçəklikdə  baş  verdiyi  kimi  ona  daha  çox  rast  gəlindiyi  kimi 

gölməçədəki və ya şaydakı suya bənzəyir; eposda, romanda və 

faciədə isə seçilmiş xarakterlər elə şəraitlərə salınır ki, bu zaman 

onların  bütün  xüsusiyyətləri  inkişaf  edir,  insani  ruhun 

dərinlikləri  qeyri-adi  və  əlamətdar  əməllərdə  təzahür  olunaraq 

aşkara  çıxır.  İnsan  ideyasına  özünü  son  dərəcə  fərdi 

xarakterlərdə  ifadə  etmək  xasdır.  Beləliklə,  poeziya  insan 

ideyasını obyektivləşdirir.

 

Poeziyanın  zirvəsi  olaraq,  həm  təəssürat  qüvvəsi 



baxımından,  həm  də  həyata  keçirilmənin  çətinliyi  baxımından, 

faciəni hesab etmək lazımdır, bəli onu elə belə də qəbul edirlər. 

Bizim  bütün  tədqiqatın    ümumi  fikri  üçün  vacib  və  əlamətdar 

olan  hər  bir  şeydən  öncə  odur  ki,  faciənin,  poetik  yaradıcılığın 

bu  zirvəsinin  məqsədi  həyatın  dəhşətli  tərəfinin  təsviridir,  – 

burada  bizə  olmazın  dərdi,  bəşəriyyətin  kədərini,  yamanlığın 

təntənəsini,  təsadüfün  istehzalı  hökmranlığını,  həqiqətin  və 

məsumluğun  qarşısıalınmaz  məhvini  göstərirlər:  bu,  dünyanın 

və  varlığın  xarakterinin,salehliyinin  –  əlamətdar  nümayişidir. 

Burada,  iradənin  obyektliyinin  ali  pilləsində  onun  öz-özü  ilə 

mübarizəsi  bizim  qarşımızda  özünün  tam  inkişafında  çıxış  edir. 

O, insanların əzabında təzahür olunur, əzabı isə qismən təsadüf 

və  yanılma,  dünyanın  bu  hökmdarları  doğururlar,  bu 

hökmdarlar  o  qədər  hiyləgər  və  məkrlidirlər  ki,  onlar 

qabaqcadan düşünülmüş kimi görünürlər və buna görə də, tale 

qismində  təcəssüm  olunurlar;  qismən  isə  o,  fərdi  arzuların 

çarpazlaşmasının  təsiri  ilə,  əksəriyyətin  bədliyi  və  pozğunluğu 

üzündən bəşəriyyətin özündən irəli gəlir. Bütün insanlarda eyni 

iradə  yaşayır  və  təzahür  olunur,  amma  onun  təzahürləri  öz 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

399 



aralarında  həmişə  mübarizə  aparırlar,  bir-birlərini  və  özlərini 

didib  taqətdən  salırlar.  Bir  fərddə  o,  daha  güclü,  başqasında  – 

daha zəif çıxış edir, burada o, idrakın işığı ilə daha çox dərəcədə 

dərk olunmuş və yumşaldılmışdır, orada isə – daha az dərəcədə, 

nəhayət,  əzabın  özü  ilə  təmizlənmiş  və  güclənmiş  bu  idrak 

ayrıca şəxsiyyətlərdə o məqama nail olur ki, təzahür, Mayyanın 

örtüyü  burada  onu  artıq  aldatmır,  onun  gözləri  açılır,  o, 

təzahürün formasını “principium individuationis”  tam görür, və 

bu  prinsipə  əsaslanan  eqoizm  məhz  buna  görə  də,  ölüb-gedir, 

odur  ki,  əvvəllər  bu  qədər  qüdrətli  olan  motivlər  öz 

hakimiyyətini  itirir  və  onların  əvəzinə  dünyanın  mahiyyətinin 

mükəmməl  dərki  iradənin  kviyetivi  kimi  fəaliyyət  göstərərək, 

tam  itaəti,  yalnız  həyatdan  əl  çəkməni,  imtinanı  deyil,  həm  də 

həyat  iradəsinin  özündən  də  imtinanı  irəli  çıxarır.  Beləliklə,  biz 

faciədə görürük ki, onun nəcib qəhrəmanları uzun mübarizədən 

və  əzablardan  sonra  özlərinin  indiyədək  atəşli  bir  tərzdə  can 

atdıqları  məqsədlərindən  və  həyatın  bütün  sevinclərindən 

həmişəlik  imtina  edirlər,  və  ya  həyatın  özünü  həvəslə  və 

sevinclə  tərk  edirlər;  Kalderonun  dəyanətli  şahzadəsi  belədir, 

"Faust"da  Qretxen  belədir,  Hamlet  belədir,  onun  Horasiosu 

onun  ardınca  həvəslə  gələrdi,  əgər  o,  Hamletin  taleyini  izah 

etmək  və  xatirəsini  təmizləmək  üçün  ondan  qalmağı  və  bu 

amansız dünyada bir qədər də duruş gətirməyi xahiş etməsəydi; 

Orlean qızı da belədir, o Messina gəlini də belədir: yəni onlarda 

həyat  iradəsi  artıq  öldükdən  sonra,  onların  hamısı  əzabla 

təmizlənərək ölürlər. Volterin "Məhəmməd"ində bu, hətta hərfi 

olaraq  ifadə  olunmuşdur  –  ölüm  ayağında  olan  Palmiranın 

Məhəmmədə  müraciət  etdiyi  son  sözlərdə:  "Dünya  tiranlar 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,14 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin