Dünya: iradə və təsəvvür kimi


Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi"



Yüklə 6,14 Mb.
Pdf görüntüsü
səhifə15/57
tarix01.01.2017
ölçüsü6,14 Mb.
#4243
1   ...   11   12   13   14   15   16   17   18   ...   57

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

283 



insan  nəslinin  məziyyətlərində,  –  mənfəətpərəstlikdə,  nifrətdə, 

məhəbbətdə,  qorxaqlıqda,  cəsarətdə,  yelbeyinlikdə,  kütlükdə, 

hiyləgərlikdə,  itiağıllılıqda,  dahilikdə  və  sairdə  göstərir;  bütün 

bunlar  minlərlə  müxtəlifcinsli  obrazlarda  (fərdlərdə)  birləşərək 

və  ayrılaraq, fasiləsiz olaraq dünyanın böyük və kiçik  tarixlərini 

yaradır, özü də mahiyyəti etibarı ilə fərqsizdir ki, bütün bunları 

hərəkətə  gətirən  nədir  –  qozmu  və  ya  tacmı?  O,  nəhayətdə 

aşkar edəcəkdir ki, dünya Qotsinin dramlarına bənzəyir, burada 

daimi  olaraq  eyni  niyyətləri  və  eyni  taleyi  olan  eyni  simalar 

ortaya  çıxır;  əlbəttə  ki,  motivlər  və  hadisələr  hər  bir  pyesdə 

başqadır, amma hadisələrin ruhu eynidir, bir pyecin iştirakçıları 

başqa pyesdə olan hadisələrdən xəbərdar deyillər, baxmayaraq 

ki,  özləri  burada  iştirak  etmişlər;  elə  buna  görə  də,  əvvəlki 

pyeslərin  bütün  təcrübəsindən  sonra  Pantalone  daha  zirək  və 

ya  daha  əliaçıq,  Tartaliya  –daha  vicdanlı,  Briqella  –  daha 

cəsarətli və Kolombina – daha təvazökar olmadı.  

Əgər  bizə  haçansa  imkanlar  məmləkətinə  aydın  gözlə 

nüfuz  etmək  və  bütün  səbəb  və  təsir  zəncirlərini  nəzərdən 

keçirmək  fürsəti  verilsəydi,  əgər  yerin  ruhu  təzahür  etsəydi  və 

hünər  göstərincəyə  qədər  təsadüf  nəticəsində  məhv  olan  ən 

gözəl  şəxsiyyətlərin  obrazlarını,  dünyanın  maarifçilərini  və 

qəhrəmanlarını  bizə  göstərsəydi;  əgər  o,  sonra  dünya  tarixini 

dəyişə  biləcək  və  öz  ardınca  ali  mədəniyyət  və  maarifçilik 

dövrlərini  gətirə  biləcək,  amma  özünün  doğuluşu  zamanı 

hansısa  bir  kor  təsadüf,  əhəmiyyətsiz  hadisə  nəticəsində 

boğulan  böyük  hadisələri  göstərsəydi;  əgər,  nəhayət,  o,  böyük 

fərdlərin  bütöv  əsrləri  mayalandıra  bilən,  amma  yanılma  və 

ehtiras  içərisində  və  ya  zərurət  zülmünün  pəncəsi  altında 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

284 



bəhrəsiz  və  faydasız  işlərə  faydasız  olaraq  sərf  olunan  ya  da 

sadəcə  olaraq,  necə  deyərlər,  küləyə  verilən  möhtəşəm 

qüvvələrini bizə göstərsəydi, – əgər biz bütün bunları görsəydik, 

bizi titrəmə tutardı və biz bütöv əsrlərin məhv olmuş sərvətləri 

üçün  fəryad  qoparardıq.  Amma  yerin  ruhu  gülümsəyərdi  və 

deyərdi: "fərdlərin və onların qüvvələrinin qaynaqlandığı mənbə 

zaman  və  məkan  kimi  tükənməz  və  sonsuzdur,  zira  onlar  da 

həmçinin,  bütün  təzahürlərin  bu  formaları  kimi  yalnız  təzahür, 

iradənin  görüntüsüdür.  Heç  bir  sonlu  ölçü  bu  sonsuz  mənbəyi 

tükəndirə bilməz; ona görə  rüşeymində boğulan hər bir hadisə 

və  ya  yaradıq  üçün  heç  nə  ilə  məhdudlaşmayan  sonsuzluğa 

qayıdış  yolu  açıqdır.  Bu  təzahür  dünyasında  həqiqi  qazanc 

mümkün  olmadığı  kimi, həqiqi  itki də mümkün deyildir.  Yalnız, 

müstəsna  olaraq  iradə  mövcuddur:  o,  –  özündə  şeydir,  o,  – 

bütün  hadisələrin,  bütün  təzahürlərin  mənbəyidir.  Onun 

özünüdərki  və  ona  əsaslanan  özünütəsdiq  və  ya  özünüinkar  – 

yeganə özündə hadisədir"

*

.  



 

§ 36 


Hadisələr  zəncirini  tarix  izləyir:  o,  praqmatikdir,  çünki 

onları  üzə  səbəbiyyət  qanununa  görə  çıxarır,  bu  qanun  isə 

orada  təzahür  edən  iradəni  idrakın  işığı  ilə  işıqlandığı  yerdə  

müəyyənləşdirir  ki,  o,  iradənin  obyektliyinin  aşağı  pillələrində, 

onun  idrak  olmadan  fəaliyyət  göstərdiyi  yerdə  onun 

təzahürlərinin  dəyişmə  qanunları  təbiətşünaslıq  tərəfindən 

                                                           

*

 Bu sonuncu cümlə növbəti kitabla tanışlıq olmadan anlaşıla bilməz. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

285 



etiologiya  olaraq,  bu  qanunlarda  daimi  olan  isə  morfologiya 

olaraq  araşdırılır.  Morfologiya  özünün  demək  olar  ki,  sonsuz 

vəzifəsini  anlayışların  köməyi  ilə  yüngülləşdirir,  ümumini  tutur 

ki,  xüsusini  ondan  çıxara  bilsin.  Nəhayət,  daxilində  subyektin 

fərd olaraq dərk olunması üçün ideyaların çoxluğa, yəni zamana 

və  məkana  açılmış  olduğu  sadəcə  olaraq  formaları  riyaziyyat 

nəzərdən  keçirir.  Bütün  bu  elm  adını  daşıyan  biliklər,  beləliklə, 

onun müxtəlif formalarında əsas qanununa tabedir və təzahür, 

onun qanunları, əlaqə və buradan yaranan münasibətlər onların 

predmeti olaraq qalır. 

Amma  hər  hansı  qəbildən  olan  idrak  hər  hansı  bir 

münasibətlərin  xaricində  mövcud  olanı  və  onlardan  asılı 

olmayanı, dünyanın əsl yeganə mahiyyətini, onun hadisələrinin 

həqiqi  məzmununu,  heç  bir  dəyişikliyə  məruz  qalmayanı  və 

buna  görə  də,  bütün  zamanlarda  eyni  həqiqiliklə  dərk  edilə 

biləni,  –  bir  sözlə,  özündə  şeyin,  iradənin  bilavasitə  və  adekvat 

obyektliyi  olan  ideyaları  hansı  qəbildən  olan  idrak  nəzərdən 

keçirir?  

Bu,  sənətdir,  dühanın  yaratdığıdır.  O,  xalis  seyrlə  dərk 

olunan  əbədi  ideyaları,  dünyanın  bütün  hadisələrində  mühüm 

və  daimi  olanı  yenidən  yaradır  və  o,  onları  yenidən  yaratdığı 

materialdan asılı olaraq, – təsviri sənət, poeziya və ya musiqidir. 

Onun yeganə mənbəyi – ideyaların dərk olunması, onun yeganə 

məqsədi – bu dərk olunmanın ötürülməsidir. Halbuki elm, dörd 

şəkilli  əsasların  və  nəticələrin  fasiləsiz  və  dəyişkən  axınının 

ardınca  gedərək,  nail  olunmuş  hər  bir  məqsəddən  sonra 

getdikcə  daha  çox  irəli  gedir  və    qaçışda  buludların  üfüqə 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

286 



toxunduğu  yerə  gedib  çatmağa  nail  olmayan  heç  bir  vaxt  son 

məqsədə,  tam  ödənilməyə  nail  ola  bilmir  –  sənət,  əksinə, 

həmişə məqsədin yanındadır. Zira o öz seyrinin obyektini dünya 

axınından  çəkib  çıxarır  və  onu  təcrid  olunmuş  şəkildə  öz 

qarşısında qoyur, və bu ayrıca hadisə, bu ayrıca təzahür, həyat 

axınında  yox  olmaqda  olan  bu  kiçik  hissəcik  incəsənət  üçün 

bütövün  nümayəndəsinə,  məkan  və  zaman  daxilində  sonsuz 

çoxluğun ekvivalentinə çevrilir. Ona görə də, sənət bu xüsusidə 

dayanır:  o,  zamanın  çarxını  ləngidir

9

,  münasibətlər  onun 



qarşısında yox olur, onun obyekti - yalnız mühüm olan, ideyadır.  

Elə buna görə də, biz birbaşa olaraq sənəti şeylərin əsas 

qanunundan  asılı  olmayan  seyr  üsulu  kimi  müəyyənləşdirə 

bilərik.  Bu,  şeylərin  əsas  qanunundan  çıxış  edilərək  nəzərdən 

keçirilməsinin,  təcrübənin  və  elmin  yolu  olan,  araşdırmanının 

əksidir.  Yuxarıda  adı  çəkilən  nəzərdən  keçirmə  üsullarından 

ikincisi  sonsuz,  üfiqi  uzanan  xəttə,  birincisi  isə  onu  istənilən 

nöqtədə  kəsən  perpendikulyar  xəttə  bənzəyir.  Əsas  qanununa 

tabe olan seyr üsulu – zəkavi seyr üsuludur, bu üsul həm praktik 

həyatda, həm də elmdə mənaya və qüvvəyə malikdir; yuxarıda 

xatırlanan  qanunun  məzmunundan  kənara  çıxan  seyr  üsulu  isə 

–        yeganə  olaraq  incəsənətdə  məna  və  qüvvəyə  malik  olan, 

dahiyanə seyr üsuludur. Birinci nöqteyi-nəzərdə Aristotel, ikinci 

nöqteyi-nəzərdə  isə,  bütövlükdə  Platon  dayanırdı.  Birinci  üsul  

başlanğıca  və  məqsədə  malik  olmadan  əsən  güclü  qasırğaya 

oxşardır, bütün hər bir şeyi əyir, titrədir və özü ilə aparır; ikinci – 

günəşin  sakit  şüasına  bənzəyir,  bu  qasırğa  ona  qətiyyən 

toxunmadan onun içərisindən keçir. Birinci şəlalənin rəqs edən 

saysız-hesabsız  sıçrantılarına  bənzəyir,  bu  sıçrantılar  bir-birini 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

287 



daimi  olaraq  əvəz  edərək  bircə  an  belə  sakitləşmirlər;  ikinci  – 

göy qurşağına bənzəyir, o, bu coşqun stixiya üzərində sakitliklə 

uyuyur.  

İdeyalar  yalnız  yuxarıda  təsvir  olunan  xalis  seyr  yolu  ilə 

dərk  olunurlar,  bu  xalis  seyr  obyektdə  tamamilə  yox  olur  və 

dahinin  mahiyyəti  məhz  belə  bir  üstün  seyr  qabiliyyətindən  

ibarətdir;  sonuncu  öz  məxsusi  şəxsiyyətinin  və    maraqlarının 

tam  unudulmasını  tələb  etdiyindən,  dahilik    tam  obyektivlik, 

yəni  ruhun,  öz  məxsusi  şəxsiyyətinə,  yəni  iradəyə  yönələn 

subyektiv 

istiqamətlənməsinin 

əksi 


olan 

obyektiv  

istiqamətlənmədən  başqa  bir  şey  deyildir.  Elə  buna  görə  də, 

dahilik  –  xalis  seyrdə  olma,  onun  daxilində  itmə  və  ilkin  olaraq 

yalnız  iradəyə  xidmət  etmə  üçün  mövcud  olan  idrakı  azad 

etmək,  onu  bu  xidmətdən  xilas  etmək,  yəni  öz  maraqlarını,  

arzularını  və    məqsədlərini  tamamilə  gözdən  qaçırmaq, 

dünyanın  yalnız  xalis  dərk  edən  subyekti,  aydın  görən  gözü 

olaraq  qalaraq,  öz  şəxsiyyətindən  bir  müddət  tamamilə  

uzaqlaşmaq,  əl  çəkmək  qabiliyyətidir,  –  və  bu,  bir  an  üçün 

deyildir, elə bir daimilik və elə bir düşünülmüşlüklə olmalıdır ki, 

o şüurlu sənətlə dərk olunanı yenidən yaratmaq və "göz önündə 

səbatsız  və  qərarsız  hadisədə  keçəni  səbatlı  düşüncədə  əbədi  

möhkəmlətmək" üçün zəruri olsun. 

Fərddə  dühanın  üzə  çıxması  üçün,  ona  idrak 

qabiliyyətinin  sanki  elə  bir  ölçüsü  nəsib  olmalıdır  ki,  bu,  fərdi 

iradəyə xidmət etmə üçün tələb olunandan müqayisə olunmaz 

dərəcədə  çox  olsun;  və  idrakın  azadlığa  çıxmış  bu  artıqlığı 

burada  iradəsiz  subyektə,  dünyanın  mahiyyətinin  aydın 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

288 



güzgüsünə  çevrilir.    Dahi  fərdlərin    narahatlığı    buradan  izah 

olunur: gerçəklik onları nadir hallarda razı sala bilər, ona görə ki, 

o,  onların  şüurunu  doldurmur;  bu  da  onlara,  yorulmaz  səylilik, 

cəhdgirlik,  yeni  düşüncəyə  layiq  obyektləri  axtarmaq  şövqü, 

ünsiyyətdə  ola  biləcəkləri  özünə  oxşarlara,  özünə  tay  olan 

məxluqlara, demək olar ki, həmişə qane olmayan meyl, təəşşüq 

verir  –  halbuki,  adi  gerçəkliklə  tamamilə  dolu  olan  və  ona 

tamamilə qane olan adi yer oğlu onun içərisində əriyib itir, hər 

bir  yerdə  özünə  oxşarları  tapır,  gündəlik  həyatın  o  xüsusi 

rahatlığını əldə edir ki, dahinin qismətinə bu yazılmamışdır.  

Dahiliyin  mühüm  elementi  olaraq  fantaziyanı  qəbul 

edirdilər  və  onu  hətta  bəzən  onunla  eyniləşdirirdilər  də:  lakin 

birinci  –  düzgündür,  ikinci  isə  –  yox.  Özlüyündə  dahinin  

obyektləri  –  əbədi  ideyaları,  dünyanın  və  onun  bütün 

təzahürlərinin  qərarlaşmış  formaları  oldu  olmadı  və  ideyaların 

dərk  olunması  zəruri  olaraq  abstrakt  deyil,  seyranə  xarakter 

daşıdığından, dahinin dərk olunması həqiqətən onun şəxsiyyəti 

qarşısında  duran  obyektlərin  ideyaları  ilə  məhdudlaşmış  olardı 

və əgər fantaziya onun üfüqlərini onun şəxsi təcrübəsinin həqiqi 

sərhədlərindən  uzaqlara  doğru  genişləndirməsəydi  və  onun 

mövcudi (nəqd) apersepsiyasına

10

 daxil olmuş az şeydən, qalan 



bütün  digər  hər  bir  şeyi  qurmaq  və  beləliklə,  həyatın  demək 

olar  ki,  bütün  mümkün  mənzərəsini  gözləri  qarşısından 

keçirmək  imkanından  ona  verməsəydi,  onda  bu  idrak  ona  bu 

ideyaları çatdıran şəraitdən asılı olmuş olardı. Buraya o da əlavə 

olunmalıdır ki, gerçək obyektlər demək olar ki, həmişə onlarda 

ifadə  olunan  ideyanın  yalnız  son  dərəcə  qeyri-mükəmməl 

nüsxələri  kimi  təzahür  olunur:  elə  buna  görə  də,  şeylərdə 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

289 



təbiətin  həqiqətən  yaratdığını  deyil,  onun  yaratmağa  səy 

etdiyini,  amma  formalarının  əvvəlki  kitabda  xatırlanan  ara 

mübarizəsi ucbatından yarada bilmədiyini görmək üçün dahinin 

fantaziyaya  ehtiyacı  vardır.  Biz  sonradan  heykəltəraşlığın 

nəzərdən keçirilməsi zamanı bu məsələyə bir daha qayıdacağıq. 

Beləliklə,  fantaziya  dahinin  baxış  dairəsini  onun  şəxsiyyəti 

qarşısında həqiqətən duran obyektlərin sərhədlərindən ötəyə, o 

taya  da  genişləndirir  –  həm  keyfiyyət,  həm  də  kəmiyyət 

baxımından.  Elə  buna  görə  də,  fantaziyanın  qeyri-adi  qüvvəsi 

dahiliyin  yol  yoldaşı  və  hətta  şərtidir,  amma  onun  özü  hələ  ki, 

sonuncuya  dəlalət  etmir:  əksinə,  hətta  yüksək  dərəcədə  dahi 

olmayan  insanlar  da,  böyük  fantaziyaya  malik  ola  bilərlər.  Zira 

gerçək  obyekt  iki  tamamilə  müxtəlif  üsulla  nəzərdən  keçirilə 

bilər:  xalis  obyektiv  üsulla,  dahiyanə  şəkildə,  onun  ideyasını 

dərk edərək və ya adi qaydada,onun əsas qanununa tabe olan,  

başqa 


obyektlərə 

və 


bizim 

öz 


məxsusi 

iradəmizə 

münasibətlərində,  –  eləcə  də,  fantaziyanın  da  obrazını  ikili 

qaydada seyr etmək mümkündür: birinci halda o, ideyanın dərk 

olunma vasitəsi kimi çıxış edir, bu ideyanın ötürülməsi isə bədii 

əsərdir;  ikinci  halda  fantaziyanın  obrazından  hava  qəsrlərinin 

qurulması üçün, bir anlıq ilğım və heyranlıq gətirən xudbinliyi və 

şıltaqlığı  razı  salmaq  üçün  istifadə  edirlər;  bu  zaman  belə  bir 

yolla  birləşmiş  fantastik  obrazlarda,  əslində,  həmişə  yalnız 

onların  münasibətləri  dərk  olunur.  Bu  oyuna  uyan  hər  bir  kəs 

xülyaçıdır:  onu  yalqızlıqda  məmnun  edən  mənzərələri,  o, 

gerçəkliklə  qarışdıracaqdır  və  buna  görə  də,  o  onun  üçün 

yararsız  olacaqdır;  ola  bilər,  o,  öz  fantaziyasının  oyununu,  bir 

qayda  olaraq  adətən  ona  bənzər  olanları  və  böyük  kütləni 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

290 



əyləndirən hər hansı bir romanda olduğu kimi təsvir edəcəkdir, 

zira oxucular özlərini qəhrəmanların yerində xəyal edirlər və bu 

təsviri çox "ürəyə yatan" sayırlar. Adi insan, təbiətin bu hər gün 

minlərlə  istehsal  etdiyi  bu  fabrik  əmtəəsi,  mənim  artıq  qeyd 

etdiyim  kimi,  qərəzsiz,  heç  olmazsa  sözün  tam  mənasında 

davamlı  müşahidə  qabiliyyətinə  əsla  malik  deyildir,  davamlı 

müşahidə  isə  həqiqi  seyranəliyi  təşkil  edir:  o,  öz  diqqətini 

şeylərə  yalnız  o  ölçüdə  yönəldə  bilər  ki,  bu  ölçüdə  onlar  onun 

iradəsinə  hansısa,  heç  olmasa  çox  vasitəli,  dolayı  münasibətə 

malikdirlər. Belə ki, bunun üçün münasibətlərin və şeyin kifayət 

qədər  abstrakt  anlayışının  dərk  olunması  tələb  olunur  (özünün 

daha böyük hissəsində o, hətta hər bir şeydən daha yararlıdır), 

adi insan isə uzun müddət xalis seyrdə dayanmır, öz baxışlarını 

bir predmetə uzun müddət zilləmir, amma onun rastlaşdığı hər 

bir şey üçün hər  şeydən öncə anlayışlar axtarır ki, bütün bunları 

ona aid etmək olsun, necə ki, tənbəl adam stul axtarır və sonra 

predmet  onu  artıq  daha  maraqlandırmır.  Elə  buna  görə  də,  o 

hər bir şeyin: sənət əsərlərinin, gözəl təbiətin yaratdıqlarının və 

həyatın  bütün  səhnələrdə,  hər  yerdə  mənalı  mənzərəsinin 

öhdəsindən  belə  tezliklə  gəlir.  Amma  onun    dayanmağa  vaxtı 

yoxdur:  o,  həyatda  yalnız  öz  yolunu,  nadir  halda  isə,  həm  də 

haçansa  onun  yolu  ola  bilən  hər  bir  şeyi,  yəni  bu  sözün  geniş 

mənasında  topoqrafik  qeydləri  axtarır;  özlüyündə  həyatın 

özünün  seyri  üçün  isə  o,  vaxt  itirmir.  Əksinə,  dahinin  idraki 

qüvvəsi öz izafiliyində onu bir müddət iradəyə xidmətdən  xilas 

edir  və  dahi  həyatın  özünün  seyrində  dayanır,  hər  bir  şeydə 

onun  başqa  şeylərə  münasibətlərini  deyil,  onun  ideyasını  dərk 

etməyə  can  atır;  elə  buna  görə  də,  o,  bir  çox  hallarda  öz 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

291 



məxsusi  həyat  yoluna  diqqət  yetirmir  və  buna  görə  də,  əksər 

hallarda  onu  kifayət  qədər  bacarıqsız  keçirir.  Əgər  adi  insan 

üçün  idrak  onun  yolunu  işıqlandıran  çıraqdırsa,  dahi  üçün  o, 

dünyanı  onun  üçün  işıqlandıran  Günəşdir.  Seyr  üsulundakı  bu 

böyük fərq, hətta hər ikisinin zahirində əks olunmaqdan qalmır. 

Daxilində düha yaşayan və fəaliyyət göstərən insanın baxışı onu 

başqalarından  asanlıqla  fərqləndirir:  onun  baxışı,  canlı  və  eyni 

zamanda  zillənmiş  olmaqla,  təbiətin  saysız-hesabsız  milyonlar 

içərisində  zaman-  zaman  yaratmış  olduğu  bəzi  dahi  başlarının 

təsvirlərində  göründüyü  kimi  seyranə  xarakter  daşıyır;  əksinə, 

başqa insanların baxışında, əgər yalnız o, əksər hallarda olduğu 

kimidirsə,  yəni  küt  və  ya  süst  deyildirsə,  asanlıqla  seyrin  əsl 

əksini  –  göz  qoymanı;  xəlvəti  baxıb  öyrənməni  –  görmək  olar. 

Elə  buna  görə  də,  başın  "dahiyanə  ifadəsi"  ondan  ibarətdir  ki, 

idrakın  arzu  üzərində  qəti  üstünlüyü  görünür,  belə  ki  idrak 

burada  iradəyə  hər  hansı  bir  münasibət  olmadan,  yəni  xalis 

idrak  kimi  ifadə  olunur.  Əksinə,  başda  adətən  iradənin  ifadəsi 

üstünlüyə malik olur və görünür ki, idrak burada yalnız iradənin 

impulslarına  tabe  olaraq  fəaliyyət  göstərməyə  başlayır,  və 

deməli ki, sadəcə olaraq, motivlərə yönəlmişdir.  

Belə  ki,  dahiyanə  idrak  və  ya  ideyanın  dərk  olunması 

əsas  qanununa  tabe  deyildir,  ona  tabe  olan  idrak  isə  həyatda 

ağıl  və  zəkalılıq  verir  və  elmləri  yaradır,  halbuki  dahi  fərdlər 

idrakın  yuxarıda  xatırlanan  üsullarının  ikincisinə  saymaz 

yanaşdıqları  üçün,  bundan  irəli  gələn  nöqsanlara  malikdirlər. 

Amma  burada  qeyd-şərt  etmək  lazımdır  ki,  mənim  bundan 

sonrakı  nitqim  dahi  fərdlərə  yalnız  o  ölçüdə  aiddir  ki,  onlar  bu 

ölçü  daxilində  və  hələ  ki,  idrakın  dahiyanə  üsuluna    həqiqətən 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

292 



də  dərindən  nüfuz  etmişlər  ki,  bu  da  əsla  onların  həyatlarının 

heç  də  hər  bir  anında  olmur,  zira    ideyaların  iradəsiz  qavrayışı 

üçün  zəruri  olan  qeyri-ixtiyari  böyük  gərginlik  sonradan 

qaçılmaz  olaraq  zəifləyir  və  böyük  fasilələr  meydana  çıxır,  bu 

zaman  dahi  şəxsiyyətlər  həm    üstünlükləri,  həm  də  öz 

nöqsanları  baxımından    adi  adamlarla  demək  olar  ki,  bir 

səviyyədə dayanırlar. Elə buna görə də, dahinin yaradıcılığını lap 

əzəldən  ilham  kimi  qəbul  etmişlər  və,  onun  daxilində  fərdin 

özündən  fərqli  olan  və  ona  yalnız  mütəmadi  olaraq  hakim 

kəsilən  fövqəlinsani  varlığın  təsirini  görmüşlər.  Dahi  fərdlərin 

əsas qanununun məzmununa varmaq, nüfuz etmək istəməməsi 

hər  şeydən  öncə  varlığın  əsasına  münasibətdə  təzahürün  ən 

ümumi  formalarını,  məkanı  və  zamanı  (onların  özləri  –  əsas 

qanununun yalnız növləridir) nəzərdən keçirən və buna görə də, 

hər  hansı  bir  münasibətdən    təcrid  olunaraq,  yalnız  təzahürün 

məzmununa yönələn, onun daxilində ideyanı ifadə edən seyrin 

tam  əksini  təşkil  edən  riyaziyyata  meylli  olmama  kimi  özünü 

göstərir.  Bundan  savayı,  riyaziyyatın  məntiqi  üsulları  da  dahini 

uzaqlaşdırır,  ona  görə  ki,  onlar  əsl  anlamanın  yolunu 

bağlayaraq,  məmnunluq  yaratmırlar,  idrakın  əsas  qanununa 

görə,  istinad  olunan  bütün  əvvəlki  müddəalara  daimi  olaraq 

hazır  şəkildə  malik  olmaq  üçün  əqli  nəticələrin  yalnız  sadə 

zəncirini  təklif  edirlər  və  bütün  mənəvi  qüvvələrdən  daha  çox 

yaddaşı  tələb  edirlər.  Və  təcrübə  təsdiq  etmişdir  ki,  sənətin 

böyük  dahiləri  riyaziyyat  üzrə  qabiliyyətə  malik  deyildirlər:  heç 

vaxt  elə  bir  insan  olmamışdır  ki,  eyni  zamanda  hər  iki  sferada 

fərqlənsin.  Alfiyeri  danışır  ki,  o  heç  vaxt,  hətta  Evklidin 

dördüncü  teoremini  belə  anlaya  bilməmişdir.  Höteyə  qaldıqda 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

293 



isə,  onun  rənglər  nəzəriyyəsinin  zəkasız  əleyhdarları  onu  riyazi 

məlumatların  çatışmazlığında günahlandırırdılar, – baxmayaraq 

ki,  burada  söhbət  hipotetik  verilənlər  üzrə  ölçmə  və 

hesablamadan  yox,  səbəbin  və  təsirin  bilavasitə  olaraq 

dərrakəvi  dərkindən  getmişdir,  oxşar  qınaqlar  o  dərəcədə 

cəfəng  və  yersiz  idi  ki,  onların  müəllifləri  özlərinin  bu  və  buna 

bənzər  başqa  hökmləri  ilə  mühakimə  qabiliyyətlərinin  tam 

qüsurluluğunu  aşkara  çıxardılar.  Və  indi,  Hötenin  rəng 

nəzəriyyəsinin  meydana  çıxmasından  demək  olar  ki  yarım  əsr 

keçdikdən  sonra  da  Nyuton  uydurmalarının,  hətta  Almaniyada 

da  kafedralara  maneəsiz  sahiblik  etməsi  və  kütlənin  hələ  də 

yeddi  eynicinsli  rəng  və  onların  müxtəlif  sınma  dərəcələri 

barədə  tamamilə  ciddi  şərh  verməkdə  davam  etməsi  haçansa, 

ümumiyyətlə,  bəşəriyyətin  və  xüsusən  də,  almanların  çox 

xarakterik olan intellektual cizgilərinə aid ediləcəkdir.  

Yuxarıda  göstərilən  bu  səbəblə    o  məlum  fakt  da  izah 

olunur  ki,  əksinə,  görkəmli  riyaziyyatçılar  sənət  əsərlərinə 

münasibətdə daha az qavrama qabiliyyətinə malikdirlər, bu, bir 

fransız  riyaziyyatçısı  barədə  məşhur  bir  lətifədə  xüsusi 

sadədilliklə  ifadə  olunmuşdur,  həmin  riyaziyyatçı  Rasinin 

"İfigeniya"sını  oxuduqdan  sonra  çiyinlərini  çəkmiş  və 

soruşmuşdu:  "Qu'est-ce-que  cela  prouve?"  [Bu,  nəyi  sübut 

edir?] Bundan sonra qeyd edək ki, münasibətlərin səbəbiyyət və 

motivasiya qanununa görə sürətli qavrayışı, əslində, praktik ağılı 

təşkil  edir,  dahiyanə  idrak  isə  münasibətlərə  yönəmli  deyildir, 

deməli,  ağıllı  olan  kəs  ağıllı  olduğu  dərəcədə  və  təqdirdə 

dahiyanə ola bilməz, dahi isə dahi olduğu dərəcədə və nə qədər 

ki, dahidir ağıllı ola bilməz. Nəhayət, ideyanın müstəsna olaraq 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

294 



onun sahəsində olduğu, ümumiyyətlə, əyani idrak zəkavi və ya 

abstrakt  idraka  birbaşa  olaraq  əksdir  ki,  onu  da  əsas  qanunu 

idarə  edir.  Məlum  olduğu  kimi,    nadir  hallarda  dahiliyə  üstün 

zəkililiklə  bir ittifaqda rast gəlinir; əksinə, dahiyanə fərdlər tez-

tez  güclü  affektlərə  və  qeyri-zəkavi  ehtiraslara  məruz  qalırlar. 

Bunun  səbəbi  olaraq  zəkanın  zəifliyi  deyil,  qismən  dahi  fərddə 

təmsil  olunan  iradənin  qeyri-adi  enerjisi  çıxış  edir,  bu  enerji  

bütün  iradə  aktlarının  coşqunluğunda  ifadə  olunur;  qismən  isə 

bunun səbəbi olaraq həmin bu enerji – əyani hissi və dərrakəvi 

idrakın  abstrakt  idrak  üzərində  üstünlüyü  kimi  çıxış  edir,  əyani 

olana  qəti  yönüm  də  öz  başlanğıcını  elə  buradan  götürür:  o, 

dahidə  çox  böyük  enerjili  təəssürat  doğurur,  bu,  da  rəngsiz 

anlayışları  o  dərəcədə  kölgədə  qoyur  ki,  əməlləri  artıq  onlar 

deyil,  bu təəssürat  idarə  edir,  buradan  da  əməllər  qeyri-zəkavi 

olur;  elə  buna  görə  də,  bir  anın  təəssüratı  dahilərə  elə  güclü 

təsir edir ki, onları düşünülməmiş əmələ, affektə, ehtirasa çəkib 

aparır.  Elə  buna  görə  də,–  və  ümumiyyətlə,  ona  görə  də  ki, 

onların idrakı iradəyə xidmətdən qismən azad olmuşdur – onlar 

söhbət  zamanı  söhbət  etdikləri  insan  barədə  düşünməkdən 

daha  çox  söhbət  etdikləri  predmet  barədə  düşünürlər,  bu 

predmet onların qarşısında canlı olaraq dayanır; ona görə onlar 

öz  məxsusi  mənafeləri  üçün  həddindən  artıq  obyektiv  

mühakimə yürüdürlər və ya susmağın daha aqilanə, faydalı ola 

biləcəyi şeylərin üstündən sükutla ötüşmürlər və i.a. Buna görə 

də,  nəhayət,  onlar  monoloqlara  meyllidirlər  və  ümumiyyətlə, 

zəiflik  nümayiş  etdirirlər,  bu  isə  onları  həqiqətən  də  ağılsızlığa 

yaxınlaşdırır.  Tez-tez,  bir  çox  hallarda  qeyd  olunmuşdur  ki, 

dahilik və dəlilik, ağılsızlıq arasında elə bir sərhəd mövcuddur ki, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

295 



burada onlar öz aralarında təmasda olurlar və bəzən bir-birinin 

daxilinə keçirlər və hətta poetik ilham belə bir dəliliyin bir növü 

kimi  qəbul  edilirdi:  Horatsi  (Odalar  III,  4)  onu  amabilis  insania 

adlandırır  və  həmçinin  Viland  özünün  "Oberon"a  girişində  onu 

"xoşa  gələn  dəlilik"  adlandırır.  Hətta  Aristotel  Senekanın 

şahidliyinə  görə (De tranq. Animi, 15, 16), belə demişdi: “Elə bir 

böyük  istedad  olmamışdır  ki,  onun  dəlilik  qatışığı  olmamış 

olsun”.  Platon  qaranlıq  mağara  barədə  yuxarıda  xatırlanan 

mifdə  ("Dövlət", 7)  bunu  belə  ifadə  edir:  “Mağaranın  xaricində 

əsl  günəş  işığını  və  həqiqətən  mövcud  olan  şeyləri  (ideyaları) 

görən kəslər artıq bundan sonra mağarada görə bilməzlər, ona 

görə  ki,  onların  gözləri  qaranlığa  yadırğamışdır;  onlar  artıq 

siluetləri  yaxşı  fərqləndirmək  qabiliyyətində  deyillər  və  öz 

səhvləri  ilə  heç  bir  vaxt  bu  mağaradan,  bu  siluetlərdən 

çıxmayan  başqalarında  gülüş  doğururlar”.  Eyniliklə  bu  cür  o, 

"Fedr"də  birbaşa  olaraq  deyir  ki,  heç  bir  həqiqi  şair  dəliliyin 

müəyyən  payı  olmadan  keçinə  bilməz  və  keçici,  ötəri  şeylərdə 

əbədi  ideyaları  dərk  edən  hər  bir  kəs  dəli  kimi  görünür.  Və 

Siseron  şahidlik  edir:  "Demokrit  israr  edir  ki,  müəyyən  dəliliyi 

olmayan böyük şair ola bilməz, Platon da bunu deyir" (De divin. 



I, 37). Və nəhayət, Pop deyir:  

 

Böyük ruh dəliliklə həmişə qohumdur,  



Onlar bir-birindən nazik divarla ayrılmışlar

11

. 

Hötenin  "Torkvato  Tasso"  əsəri  bu  baxımdan  xüsusən 

ibrətamizdir, burada bizim qarşımızda dahinin yalnız özlüyündə 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

296 



əzabı,  xarakterik  cəfakeşliyi  deyil  və  həmçinin  də  onun  dəliliyə 

tədrici  keçidi  təsvir  olunmuşdur.  Nəhayət,  dahiliklə  dəlilik 

arasında  bilavasitə  yaxınlıq  faktı  çox  dahi  insanların,  məsələn, 

Russonun, 

Bayronun, 

Alfiyerinin 

tərcümeyi-halları 

və 


başqalarının  həyatından  lətifələrlə  təsdiq  olunur.  Digər 

tərəfdən, mən deməliyəm ki, dəlixanalara tez-tez baş çəkərkən 

mən  mübahisəsiz  böyük  potensiala  malik  olan  ayrıca 

subyektlərlə rastlaşmışam  və  onların dəliliyi  içərisindən onların 

dahiliyi  aydın  bir  şəkildə  sezilirdi,  amma  bu dəlilik  onlarda qəti 

üstünlüyə  malik  idi.  Bu,  təsadüfi  ola  bilməz,  ona  görə  ki,  bir 

tərəfdən,  dəlilərin  sayı  nisbətən  çox  azdır,  digər  tərəfdənsə, 

dahi fərd - hər hansı bir qiymətdən üstün olan nadir hadisədir, – 

təbiətdə  ən  böyük  istisnadır;  ən  azı  bütün  təhsilli  Avropanın 

bütün  qədim  və  yeni  dövrlərdə  yaratdığı  həqiqətən  böyük 

dahiləri saymaqla və onları daimi olaraq Avropada yaşayan, hər 

otuz  ildən  bir  təzələnən  250  milyonla  müqayisə  edərək  buna 

əmin  olmaq  mümkündür  və  mən  deyirəm  ki,  bu  yeganə 

nüsxələrin sırasına yalnız o kəsləri daxil etmək lazımdır ki, onlar 

bəşəriyyət üçün keçici, ötəri olmayan və əbədi dəyərini saxlayan 

əsər  qoyub  getmişlər.  Mən  onu  da  gizlətmirəm  ki,  mən  bəzi 

insanları  tanımışam  ki,  onlar  doğrudur,  böyük  olmasa  da, 

şübhəsiz  mənəvi  qüvvəyə  malikdirlər,  –  eyni  zamanda  onlarda 

da bir qədər dəlilik çaları sezilməkdədir. Buradan, görünür, belə 

çıxır ki, intellektin adi səviyyədən hər hansı bir yüksəlişi artıq bir 

anomaliya olaraq onun sahibini dəliliyə meyilli edir. Amma mən 

çalışacağam  ki,  dahilik  və  dəlilik  arasında  belə  bir  oxşarlığın 

intellektual səbəbi barədə öz mövqeyimi mümkün olduqca qısa 

ifadə edim, ona görə ki, bu, dahiliyin əsl mahiyyətini, yəni ruhun 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

297 



o  qabiliyyətini  aydınlaşdırmağa  şübhəsiz  kömək  edəcəkdir  ki, 

yalnız o, həqiqi sənət əsərlərini yaratmaq iqtidarındadır. Amma 

bunun  üçün  qısaca  olaraq  dəliliyin  özünü    nəzərdən  keçirmək 

zəruridir

*

.  


Mənə  məlum  olduğu  qədər,  dəliliyin  mahiyyətinə  dair 

bu vaxta qədər hələ ki, aydın və bitkin baxış yoxdur və o barədə 

də  düzgün  və  aydın  anlayış  tapılmamışdır  ki,  dəli  normal 

adamdan  əslində  nə  ilə  fərqlənir.  Dəlinin  nə  zəkasının,  nə  də 

dərrakəsinin  olmadığını  söyləmək  olmaz,  ona  görə  ki,  onlar 

danışırlar  və  başa  düşürlər  və  bir  çox  hallarda  çox  düzgün  əqli 

nəticələr  çıxarırlar;  eynilə  bu  cür  söyləmək  olar  ki,  onlar,  bir 

qayda  olaraq,  indini  düzgün  qavrayırlar  və  səbəb  və  təsir 

arasındakı  əlaqəni  görürlər.  Qızdırmalı  fantaziyalara  bənzər 

qarabasmalar  dəliliyin  adi  simptomunu  təşkil  etmir:  sayıqlama 

seyri,  ağılsızlıq  – fikri  təhrif edir. Dəlilərin əksəriyyəti  bilavasitə 

olaraq qarşıda dayananın idrakında, dərk olunmasında qətiyyən 

yanılmırlar:  onların  sayıqlamaları  həmişə  burada  olmayana  və 

keçmişə  və  yalnız  bunun  vasitəsilə  sonuncunun  indi  ilə 

əlaqəsinə aiddir. Buna görə də, mənə elə gəlir ki, xəstəlik onları 

ondan  tamamilə  məhrum  etmək  dərəcəsində  olmasa  da 

xüsusən onların yaddaşını zədələyir. Zira onlardan bir çoxu çox 

şeyi  əzbər  xatırlayır  və  bəzən    çoxdan  görmədikləri  şəxsləri  də 

tanıyırlar,  yox,  yaddaş  onlarda  o  mənada  zədələnir  ki,  onun 

bağları  qırılır, onun  nizamlı  rabitəsi dağılır  və  keçmişin bərabər 

ölçülü  rabitəli  xatırlanması  qeyri-mümkün  olur.  Bu  keçmişin 

ayrı-ayrı  səhnələri,  və  həmçinin  də  indinin  ayrıca  momentləri 

                                                           

*

 II cildin 31-ci fəsli buraya aiddir. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

298 



saxlanılır, amma dəlilərin xatirələrində boşluqlar mövcuddur ki, 

bunları  da  inkar  fiksiyalarla  doldurur:  sonuncular  ya  dəyişməz 

olaraq  qalır,  ya  da  idefiksə  çevrilirlər  və  belə  halda  qarayaxa 

dəlilik,  melanxoliya  meydana  çıxır;  yaxud  onlar  hər  dəfə 

dəyişilirlər    –  ani  tühaflıqlar  üzə  çıxır  və  o  zaman  bu, 

kəmağıllılıq,  fatuitas  adlanır.  Elə  buna  görə  də,  dəli  dəlixanaya 

daxil  olanda  ondan  onun  əvvəlki  həyatı  barədə  nəsə  öyrənib 

bilmək çox çətin olur. Onun yaddaşında gerçəklik getdikcə daha 

çox  uydurma  ilə  qarışır.  Baxmayaraq  ki,  qarşısında  olanları 

dəlilər  bilavasitə olaraq düzgün  dərk edirlər, amma onlarda o, 

xəyali  keçmişlə  uydurulmuş  əlaqə  ilə  təhrif  olunur;  buna  görə 

də,  onlar  özlərini  və  başqalarını  yalnız  onların  uydurulmuş 

keçmişlərində  mövcud  olan  şəxslər  kimi  qəbul  edirlər,  bəzi 

tanışlarını onlar, ümumiyyətlə, tanımırlar və qarşıdakının ayrıca 

momentləri  barədə  düzgün  təsəvvürlərə  malik  olaraq,  onlar 

onların  keçmişə  münasibətləri  barədə  tamamilə  yalan 

mühakimə  yürüdürlər.  Əgər  ağılsızlıq  yüksək  dərəcəyə  çatırsa, 

onda  yaddaşın  itirilməsi  baş  verir,  bununla  da  ağılsız  burada 

olmayan  nə  iləsə  və  keçmişlə  əlaqələndirmə,  uyğunlaşdırma 

qabiliyyətini  itirir:  o,  onun  beynində  keçmişi  dolduran 

fiksiyalarla  əlaqədar  olaraq  yalnız  ani  həvəsə  tabe  olur,  və  o 

zaman biz bircə an belə onun tərəfindən əgər daimi olaraq ona 

öz hakimiyyətimizi göstərmiriksə zorakılıqdan və öldürülmədən 

sığortalanmamışıq.  

Dəlinin  idrakı  heyvanın  idrakı  ilə  o  ümumi  əlamətə 

malikdir  ki,  onların  hər  ikisi  indi  ilə  məhdudlaşmışdır.  Amma 

onları  aşağıdakılar  fərqləndirir:  heyvan  özlüyündə  keçmiş 

barədə əslində, heç bir təsəvvürə malik deyildir, baxmayaraq ki, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

299 



sonuncu  ona  vərdiş  vasitəsilə  təsir  edir,  belə  ki,  məsələn,  it  öz 

əvvəlki  sahibini  hətta  bir  neçə  il  keçdikdən  sonra  belə  tanıyır, 

yəni  ona  baxdığı  zaman  vərdiş  etdiyi  təəssüratı  alır,  amma  o, 

zamanın  ötən  dövrü  barədəki  xatirələri  hər  halda  yadda 

saxlamır.  Əksinə,  dəli  öz  zəkasında  in  abstracto  olaraq  həmişə 

keçmişi  daşıyır,  amma  yalançı  keçmişi,  yalnız  onun  üçün 

mövcud  olan  keçmişi  və  ya  həmişə,  ya  da  yalnız  ayrı-ayrı 

anlarda  onunla  belə  olur;  və  bu  yalançı  keçmişin  təsiri  düzgün 

anlaşılmış indidən də istifadə etməkdə ona mane olur, halbuki,  

heyvan  üçün  bu  mümkündür.  Güclü  mənəvi  əzabların, 

gözlənilməz  və  dəhşətli  hadisələrin  bir  çox  hallarda  dəliliyə 

gətirib  çıxardığını,    özlüyündə  mən  aşağıdakı  qaydada  izah 

edirəm. Bu cür hər bir oxşar əzab gerçək hadisə olaraq həmişə 

indi  ilə  məhdudlaşır,  yəni  o,  keçib  gedir  və buna  görə  də, hələ 

ki,  əndazəsiz  böyük  deyildir.  O,  yalnız  onda  çəkilməz  dərəcədə 

ağır olur ki, bu zaman o, daimi məşəqqətə çevrilir; bu statusda 

da o, hər halda yalnız fikirdir və buna görə də, yaddaşdadır. Və 

belə  bir  dərd,  belə  bir  ağrılı  şüur  və  ya  xatirə  olur  ki,  o  qədər 

əzabla  bu  tam  dözülməz  olur  və  insan  tam  üzülür,  onda  onun 

əzilmiş,  zəlalətə  düçar  olmuş,  təbiəti  həyatın  xilasının  sonuncu 

vasitəsi olaraq dəlilikdən yapışır: bu qədər güclü bir tərzdə əzab 

çəkən  ruh  öz  yaddaşının  bağlarını  darmadağın  edir,  boşluqları 

fiksiyalarla  doldurur  və  beləliklə,  onun  qüvvələrindən  üstün 

olan  qəlb  ağrısından  zədələnmiş  qanqrenlı  əzanın  kəsilib 

götürülməsi və onun ağacla əvəz olunması kimi dəlilik vasitəsilə 

xilas  olur.  Buna  nümunə  kimi  Qəzəbli  Ayaksı,  Kral  Liri  və 

Ofeliyanı  göstərmək  olar,  ona  görə  ki,  həqiqi  dahinin  burada 

yalnız  ümum  bəlli  olan  kimi  istinad  etmək  mümkün  olan 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

300 



yaradıqları  həqiqiyə  bənzərliklərinə  görə  gerçək  şəxslərlə  bir 

səviyyəyə  qoyulmalıdır;  bundan  başqa  real  təcrübə  də  bir  çox 

hallarda  burada  tamamilə  eyni  şeyi  göstərir.  Əzabdan  dəliliyə 

bu  keçidin  zəif  analogiyası  odur  ki,  biz  hamımız  hansısa  qəfil 

əzablı  xatirədən  ayrılmaq  və  özünü  fikrini  dağıtmağa  məcbur 

etmək  üçün  gur  səslə  və  ya  hansısa  hərəkətlə  onu  mexaniki 

olaraq sanki özümüzdən uzaqlaşdırırıq. 

Və  budur,  əgər  dəli  indinin,  həm  də  keçmişin  ayrı-ayrı 

anlarını  düzgün  dərk  edirsə,  amma  onların  münasibətlərini,  

əlaqəsini  düzgün  dərk  etmirsə  və  buna  görə  də,  yanılırsa  və 

sayıqlayırsa,  onda  dahi  fərdlə  onun  təmas  nöqtəsi  də  elə 

bundan  ibarətdir:  axı  sonuncu  da,  şeylərdə  yalnız  onların 

ideyasını  görmək  və  tapmaq  üçün,  onların  əyani    ifadə  olunan 

əsl mahiyyətini dərk etmək üçün münasibətlərin əsas qanununa 

görə  baş  verən  idrakına  etinasızlıq  göstərir,  bu  mahiyyətə 

münasibətdə hər bir şey öz növünün nümayəndəsi kimi təzahür 

olunur və ona görə də, Hötenin dediyi kimi, bir hal minini əvəz 

edir,  –  axı  dahi  də  bu  üzdən  şeylərin  əlaqəsinin  idrakını 

diqqətdən  qaçırır;  onun  seyrinin  ayrıca  obyekti  və  ya  onun  

qeyri-adi  dərəcədə  canlı  bir  tərzdə  qavradığı  indi  onun 

qarşısında  o  qədər  parlaq  işıqda  dayanır  ki,  onların  aid  olduğu 

zəncirin digər həlqələri sanki kölgədə qalır, buradan da çoxdan 

etiraf  olunduğu  kimi  dəlilik  fenomenlərinə  oxşar  fenomenlər 

meydana  çıxır.  Mövcud  olan  ayrıca  şeydə  mükəmməl  olmayan 

və  modifikasiyalarla  zəifləyən  -  dahinin  seyrində  öz  ideyasına, 

mükəmməlliyə yüksəlir; buna görə də, o, hər yerdə ifratı görür, 

və bu səbəbdən onun əməlləri də həmçinin ifrata varır: o, zəruri  

ölçü  bilmir,  ayıq  baxış  onda  çatışmır,  və  nəticədə  barəsində 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

301 



yuxarıda danışılanlar alınır. O, fərdləri deyil, ideyanı mükəmməll 

dərk  edir.  Elə  buna  görə  də,  gördüyünüz  kimi,  şair  insanı 

dərindən və əsaslı surətdə bilə, amma adamlarısa çox pis tanıya 

bilər:  onu  aldatmaq  asandır,  və  o,  hiyləgərin  əlində  oyuncağa 

çevrilir

*

.  



 

§ 37 


Baxmayaraq  ki,  bizim  baxışımıza  uyğun  olaraq,  dahilik  - 

əsas qanunundan asılı olmayaraq dərk etmək və, deməli, yalnız 

münasibətlərdə  mövcud  olan  ayrıca  şeylərin  yerinə  onların 

ideyalarını  dərk  etmək  qabiliyyətindən  ibarətdir  və  uyğun 

olaraq  ideyanın  korrelyatı,  yəni  artıq  fərd  deyil,    xalis  idrak 

subyekti  olma  qabiliyyətidir  –  amma  bu  qabiliyyət  daha  az  və 

müxtəlif dərəcələrdə bütün insanlara xas olmalıdır, ona görə ki, 

başqa cür onlar sənət əsərləri yarada bilmədikləri kimi onlardan 

həzz  almaq  və  ümumiyyətlə,  gözəlliyi  və  ülviliyi  qavramaq 

qabiliyyətində  olmazdılar  və  hətta  bu  sözlərin  özləri  də  onlar 

üçün  heç  bir  mənaya  malik  ola  bilməzdi.  Biz  buna  görə  də, 

güman  etməliyik  ki,  insanların  tamamilə  estetik  həzzə  qabil 

olmayanları  istisna  olmaqla  onların  hamısında  müəyyən 

dərəcədə  şeylərdə  onların  ideyalarını  dərk  etmək  və  bununla 

da,  özünü  öz  şəxsiyyətindən  bir  anlıq  ayırmaq  istedadı  vardır. 

Dahi onlardan belə bir idrakın yalnız əhəmiyyətli dərəcədə daha 

yüksək dərəcəsi və daha çox davamlılığı ilə üstündür. Bu da, ona 

dərk edilmiş mahiyyəti azad yaradıcılıqda yenidən canlandırmaq  

                                                           

*

 II cildin 32-ci fəsli buraya aiddir. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

302 



üçün  zəruri  olan  təfərrüatlarına  qədər  düşünüb-daşınmanı 

saxlamağa  imkan  verir:  belə  bir  yenidən  canlandırma  – 

incəsənətin yaradılmasıdır. Onun köməyi ilə də o, dərk olunmuş 

ideyanı  başqalarına  ötürür.  Bu  zaman  ideya  dəyişilmədən  eyni 

olaraq qalır: elə buna görə də, onu sənət əsərinin və ya təbiətin 

və  həyatın  bilavasitə  seyrinin  doğurmasından  asılı  olmayaraq, 

estetik  həzz  mahiyyəti  etibarı  ilə  eynidir.  Sənət  əsəri  –  yalnız 

estetik  həzzdən  ibarət  olan  idrakın  asanlaşdırılması  üçün  bir 

vasitədir.  İdeyanın  təbiətdə  və  gerçəklikdə  bilavasitə 

təcəssümünə  nisbətən  bədii  əsərdə  özünü  bizə  daha  asanlıqla 

təcəssüm  etdirməsi  müstəsna  olaraq  onunla  izah  olunur  ki, 

gerçəkliyi deyil, yalnız ideyanı dərk etmiş sənətkar da, həmçinin 

öz  yaradıcılığında  yalnız  xalis  ideyanı  yenidən  yaradır,  onu 

gerçəklikdən  ayırır,  hər  hansı  bir  əlavə  və  təsadüfi  elementləri 

kənarlaşdırır.  Sənətkar  bizi  dünyaya  onun  gözləri  ilə  baxmağa 

məcbur edir. Onun elə gözləri vardır ki, o, şeylərin mahiyyətini 

hər  cür  münasibətlərin  xaricində  dərk  edir,  –    dahinin 

anadangəlmə  vergisi,  istedadı  da  elə  budur;  amma  onun  bu 

vergini  bizimlə  bölüşə  bilmə  qabiliyyəti  –  sənətin  qazanılmış 

texnikasıdır.  Buna  görə  də,  yuxarıda  estetik  idrakın  daxili 

mahiyyətini  ən  ümumi  və  əsas  cizgilərdə  şərh  edərək,  mən 

gözəlliyin 

və 

ülviliyin 



sonrakı 

daha 


təfsilatlı 

fəlsəfi 


araşdırılmasında  onları,  eyni  zamanda,  həm  təbiətdə,  həm  də 

incəsənətdə  izah  edəcəyəm,  artıq  sonuncuları  ayırmadan 

gözəllik  insanı  riqqətləndirdiyi,  ülvilik  onu    həyəcanlandırdığı 

zaman  insanda  nə  baş  verir,  –  biz  bunları  hər  şeydən  öncə 

nəzərdən keçirək; bu həyəcanı o, bilavasitə olaraq təbiətdənmi, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

303 



həyatdanmı alır, yoxsa ona yalnız incəsənət vasitəsiləmi tutulur, 

bu, mühüm olmayan, yalnız zahiri olan fərqdir.  

 

§ 38 


Seyrin estetik üsulunda biz iki bölünməz element tapdıq: 

obyektin ayrıca şey kimi deyil, Platon ideyası kimi, yəni şeylərin 

bütün  verilmiş  növünün    qərar  tutmuş  forması  kimi  dərk 

olunması  və  dərk  edənin  özünü  fərd  kimi  deyil,  idrakın  xalis, 

iradəsiz  subyekti  kimi  dərki.  Bu  hər  iki  tərkib  elementinin 

birlikdə  çıxış  etməsinin  şərti  olaraq  biz  əsas  qanunu  ilə  bağlı 

olan  idrak  üsulundan  imtina  etməni  qəbul  etmişik,  amma  o 

üsuldan  ki,  iradəyə  və  elmə  xidmət  etmə  üçün  yalnız  o, 

yararlıdır.  Biz,  həmçinin  görəcəyik  ki,  gözəlliyin  seyrindən 

doğulan həzz öz mənşəyini bu iki elementdən və özü də estetik 

seyrin  predmetindən  asılı  olaraq  əsasən  onların  birindən 

götürür. 

Hər  cür  arzu  tələbatdan,  yəni  ehtiyacdan,  yəni əzabdan 

yaranır. Sonuncu ödənilmə ilə bitir, amma hər halda, ən azı, on 

rədd edilmiş arzuya bir ödənilmiş arzu düşür və bundan başqa, 

canatma 


davamlı, 

tələblər 

sonsuzdur, 

ödənilmə 

isə 

qısamüddətlidir  və  həddindən  artıq  xəsisliklə  verilir.  Amma 



hətta  tam  ödənilmənin  özü  belə  –  yalnız  xəyalidir:  yerinə 

yetirilmiş  arzu  indi  öz  yerini  yeni  arzuya  verir;  birinci  –  dərk 

olunmuş,  sonuncu  isə  –  hələ  ki  dərk  olunmamış  yanılmadır. 

Uzun müddətli, artıq dəyişməyən məmnunluğu arzunun heç bir 

nail  olunmuş  obyekti  verə  bilməz;  əksinə,  o,  həmişə  sədəqəyə 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

304 



bənzəyir,  onu  dilənçinin  qarşısına  atırlar  ki,  bu  da  onun 

əzablarını sabaha qədər uzatmaq üçün bu günlük onun həyatını 

qoruyub  saxlayır.  Şüurumuz  hələ  ki,  iradəmizlə  dolu 

olduğundan,    hələ  ki  özümüzü  əbədi  ümid  və  qorxu  ilə  arzular 

coşqusunun  ixtiyarına  veririk,  nə  qədər  ki,  biz  –  arzunun 

subyektiyik,  heç bir vaxt nə uzun müddətli xoşbəxtliyimiz, nə də 

rahatlığımız  olacaqdır.  Biz  bədbəxtliyi  axtarır,  ya  ondan    qaçır, 

qorxuruqmu  və  ya həzzə  çalışırıqmı, –  bu,  mahiyyəti  etibarı  ilə 

fərqsizdir:  əbədi    tələbkar    iradə  sarıdan  qayğılanma  hansı 

şəkildə  olmasından  asılı  olmayaraq,  şüuru  fasiləsiz  olaraq 

doldurur  və  həyəcanlandırır,  amma  rahatlıq  olmadan  həqiqi 

rifah  qətiyyən  mümkün  deyildir.  Arzunun  subyekti,  beləliklə, 

İksionun  əbədi  fırlanan  təkərinə  zəncirlənmişdir,  suyu  daimi 

olaraq Danaidlərin xəlbiri ilə götürən, əbədi olaraq susuz qalan 

Tantaldır

12

.  



Amma o zaman ki, zahiri səbəb və ya daxili əhval-ruhiyyə 

bizi  qəfildən  arzuların  sonsuz  axınından  çəkib  çıxardır,  idrakı 

iradəyə  kölə  xidmətindən  qoparıb  ayırır  və  fikir  artıq  arzunun 

motivlərinə  yönəlmir,  şeyləri  onların  iradə  ilə  əlaqəsindən  asılı 

olmayaraq  qavrayır,  yəni  onları qərəzsiz,  subyektivlik  olmadan, 

xalis  obyektiv  olaraq  seyr  edir,  onları  motiv  deyil,  təsəvvür 

olduqları  üçün  bütövlükdə  onlara  qərq  olaraq  seyr  edir,  –  o 

zaman  öz-özünə  dərhal  bizim  əbədi  olaraq  axtardığımız  və 

əbədi  olaraq  bizim  əlimizdən  sürüşərək  çıxan  və  özünün  ilkin 

yoluna – arzular yoluna qayıdan hüzur, rahatlıq qədəm qoyur və 

bu, bizim üçün yaxşı olur. Biz o ağrısız halı hiss edirik ki, Epikür 

bunu ali nemət və tanrıların halı

13

 kimi həmd etmişdi, zira belə 



anlarda  biz  iradənin  alçaldıcı  əsarətini  öz  üzərimizdən  atırıq, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

305 



arzunun  katorqa  işinin  şənbəsini  bayram  edirik  və  İksionun 

təkəri dayanır.  

Amma  məhz  belə  bir  halı  mən  yuxarıda  ideyanın  dərk 

olunması üçün zəruri olan, xalis seyr kimi təsvir etdim: biz onun 

daxilində  əriyirik,  obyektdə  itirik,  hər  cür  fərdiliyi  unuduruq, 

əsas  qanununun  ardınca  gedən  və  yalnız  münasibətləri 

qavrayan idrakdan imtina edirik; və bu halda, eyni zamanda və 

ayrılmaz  surətdə  seyr  olunan  təkcəli  şey    öz  növünün 

ideyasınadək,  dərk  edən  fərd  isə  –  iradəsiz  idrakın  xalis 

subyektinədək  yüksəlir  və  onların  hər  ikisi  özlüyündə  artıq 

zaman  axınının  və  istənilən  başqa  münasibətlərin  xaricindədir. 

O  zaman  günəşin  qürub  etməsinə  zindandanmı  və  ya 

qəsrdənmi baxmaq artıq fərqsizdir.  

Daxili  əhval-ruhiyyə,  idrakın  arzu  üzərində  üstünlüyü 

belə bir vəziyyəti istənilən şəraitdə meydana çıxara bilər. Bunu 

bizə o görkəmli Niderland rəssamları sübut edirlər ki, onlar belə 

bir  xalis  obyektiv  seyri  ən  əhəmiyyətsiz  predmetlərə 

yönəltmişlər  və  öz  natürmortlarında  öz  obyektivliklərinə  və 

mənəvi  rahatlıqlarına  əbədi  abidə  ucaltmışlar:  tamaşaçı    bu 

mənzərələri  riqqətsiz  seyr  edə  bilməz,  ona  görə  ki,  onlar  onun 

qarşısında  sənətkarın  o  sakit,  dinc,  iradəsiz  əhval-ruhiyyəsini 

dirildir  ki,  o,  bu  qədər  əhəmiyyətsiz  şeylərin  belə  bir  obyektiv 

seyrinə  dalmaq,  onları  belə  diqqətlə  nəzərdən  keçirmək  və  bu 

seyri belə düşünülmüş bir şəkildə yenidən yaratmaq üçün zəruri 

idi.  Bu  cür  mənzərə  tamaşaçını  da  bu  əhval-ruhiyyədə  iştirak 

etməyə meylləndirdiyinə görə onun riqqəti bir çox hallarda həm 

də    narahat,  güclü  arzularla  həyəcanlandırılan  öz  məxsusi 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

306 



mənəvi  durumunun  kontrastları  ilə  güclənir.  Landşaft 

rəssamları,  xüsusən  Reysdal  yüksək  dərəcədə  əhəmiyyətsiz 

görünüş bir çox hallarda elə həmin ruhda təsvir edirdilər və elə 

həmin, hətta daha fərəhli bir təəssürat  yaradırdılar.  

Belə  bir  nəticəyə  yalnız  bədii  ruhun  daxili  qüvvəsi  nail 

olur;  amma  bu  xalis  obyektiv  əhval-ruhiyyə  ətraf  obyektlərin, 

təbiət gözəlliklərinin bolluğunun sayəsində anlaşıla bilən olur və 

özünə  xarici  dəstək  qazanır,  təbiət  gözəlliklərinin  özləri 

tamaşaçını  özlərinin  seyrinə  cəlb  edirlər.  Onda  təbiət  qəflətən 

bizim  baxışlarımız  qarşısında  aşkara  çıxır,  demək  olar  ki,  o 

həmişə  bir  anlıq  belə  olmasına  baxmayaraq  bizi  öz 

subyektivliyimizdən,  iradəyə  kölə  kimi  xidmət  etmədən  çəkib 

çıxarmağa  və  xalis  idrak  vəziyyətinə  gətirməyə  müyəssər  olur. 

Bununla  da,  insan,  hətta  ehtirasların,  ehtiyacın  və  qayğının 

zülmünə  məruz  qalmış  insan  özünün  təbiətə  bircə  azad 

baxışında  gözlənilmədən  özündə  bir  yüngüllük,  gümrahlıq  və 

qüvvə  tapır:  ehtirasların  burulğanı,  arzuların  və  qorxunun 

cövlanı və istəyin bütün əzabları hansısa möcüzə ilə dərhal ram 

edilir, zira o anda ki, biz arzudan qopub ayrılaraq, özümüzü xalis 

iradəsiz  idrakın  ixtiyarına  veririk,  sanki  başqa  bir  dünyaya daxil 

oluruq,  elə  bir  dünyaya  ki,  burada  artıq  heç  nə  yoxdur  ki,  

iradəmizi  həyəcanlandırsın  və  bizi  güclü  sarsıntıya  məruz  qoya 

bilsin.  Azad  olunmuş  idrak  yuxu  və  yuxugörmə  bizi  uzaqlara 

aparır, bütün bunlar üzərində yüksəklərə qaldırır,   xoşbəxtlik və 

bədbəxtlik yox olur, biz artıq fərd deyilik, o, unudulmuşdur, biz 

yalnız  idrakın  xalis  subyektiyik,  bütün  dərk  edən  varlıqlardan 

baxan,  amma  müstəsna  olaraq  insanda  iradəyə  xidmətdən  

tamamilə  azad  ola  bilən  vahid  dünya  gözüyük  və  bunun 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

307 



nəticəsində fərdiliyin hər  hansı bir  fərqi o  dərəcədə  məhv  olur 

ki,  bu  zaman  bu  seyr  edən  gözün  qüdrətli  kralamı,  yoxsa 

dilənçiyəmi məxsus olması bir elə fərq etmir. Zira bu sərhədi nə 

xoşbəxtlik,  nə  də  dərd  keçmir.  Bizim  dərdimizdən  tam 

uzaqlaşdığımız  vilayət  həmişə  bizim  lap  yaxınlığımızdadır,  – 

amma  onun  daxilində  uzun  müddət  qalmağa  kimin  qüvvəsi 

çatar?  Elə  ki,  bu  xalis  seyr  obyektlərinin  iradəmizə  və 

şəxsiyyətimizə  olan  hansısa  münasibəti  şüura  bir  daha  daxil 

olur,  ovsunlama  bitir:  biz  yenə  də  o  idraka  qərq  oluruq  ki, 

burada  əsas  qanunu  hökm  sürür,  biz  artıq  ideyanı  deyil,  yalnız 

təkcəli şeyi, özümüzün də aid olduğumuz zəncirin həlqəsini dərk 

edirik  və  biz  bir  daha    bütün  dərdlərimizin  ixtiyarına  verilirik. 

İnsanların  əksəriyyəti  obyektivliyə,  yəni  dahiliyə qətiyyən  sahib 

olmadıqlarından,  demək  olar  ki,  həmişə  belə  bir  vəziyyətdə  

qalırlar.  Elə  buna  görə  də,  onlar  həvəssiz  olaraq  təbiətlə  baş-

başa  qalırlar – onların cəmiyyətə, ən azı, kitaba ehtiyacları var. 

Zira  onların  idrakı iradəyə  xidmət  etməkdən  qalmır,  buna  görə 

də,  onlar  predmetlərdə  öz  iradələrinə  hansısa  münasibəti 

axtarırlar,  belə  bir  münasibətə  malik  olmayan  hər  bir  şey  isə 

onların qəlblərinin dərinliyində dəyişməz olaraq ümidsiz bir nida 

doğurur:  "bunun  mənə  faydası  yoxdur";  buna  görə  də,  onlar 

tənhalıqda  olduqları  zaman,  hətta  ən  gözəl  ətraf  belə  onlar 

üçün boş, kədərli, yad və düşməncəsinə bir şəkil alır.  

Nəhayət, iradəsiz seyrin elə həmin bəxtiyarlığı öz –özünü 

aldatma sayəsində onu bəzədilmiş şəkildə təqdim edərək. gözəl 

sehrini  keçmişə  və  uzaqlara  da  yayır,  Zira  çoxdan  ötüb  keçmiş,  

haradasa 

uzaqda 


keçirdiyimiz 

günləri 


yaddaşımızda 

canlandıraraq,  fantaziya  iradənin  subyektini  deyil,  yalnız 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

308 



obyektləri dirildir,  iradənin  subyekti  isə həm  o zaman,  həm  də 

indi  öz  sağalmaz  əzablarını  özü  ilə  gətirir;  amma  biz  onları 

unutmuşduq,  zira  o  zamandan  bəri  onlar  öz  yerlərini 

başqalarına  vermişdilər.  Və  budur,  obyektiv  seyr  xatirədə  də, 

elə  indi  də  etməli  olduğu  kimi  təsir  edir,  bir  şərtlə  ki,  biz 

özümüzü iradəsiz olaraq onun ixtiyarına verməyə qabil olaq. 

Bunun  da  nəticəsində,  xüsusən  də  hansısa  dərdin  bizi 

qeyri-adi  dərəcədə  əzdiyi  anlarda  o  baş  verir  ki,  keçmiş  və 

uzaqda  olan  barədə  gözlənilməz  xatirə    qarşımızdan  sanki 

itirilmiş cənnət kimi keçir. Fantaziya fərdi-subyektiv olanı deyil, 

yalnız  obyektiv  olanı  dirildir  və  biz  belə  xəyal  edirik  ki,  bu 

obyektiv  olan  bizim  qarşımızda  elə  o  zaman  da  təmiz,  iradəyə 

qarşı  heç  bir  münasibətlə  korlanmamış,  indi  onun  obrazının  

fantaziyamızda  durduğu  kimi  dayanırdı;  halbuki,  obyektlərin  

arzumuza  münasibəti,  yəqin  ki,  bizə  o  zaman  da  indi  olduğu 

kimi  əzab  vermişdir.  Və  qarşımızda  duran  obyektlərdə  bizi  hər 

hansı bir əzabdan bizdən uzaqda duran obyektlər kimi azad edə 

bilər,  bir  şərtlə  ki,  yalnız  biz  onların  xalis  obyektiv  seyrinə 

yüksəlməyə  və  belə  bir  illüziya  qurmağa  qabil  olaq  ki,  bizim 

özümüz deyil, yalnız bu obyektlər mövcuddur; o zaman özünün 

əzab  çəkən  mənindən  əl  çəkmiş  bizlər  idrakın  xalis  subyekti 

olaraq  bu  obyektlərlə  qovuşuruq  və  onlara  bizim  dərdimiz  yad 

olduğu  kimi,  eləcə  də,  belə  anlarda,  o,  elə  bizim  özümüzə  də 

yaddır.  O  zaman  yalnız  təsəvvür  kimi  dünya  qalır,  iradə  kimi 

dünya isə yox olur.  

Bütün  bu  mülahizələrlə  mən  göstərmək  istəyirdim  ki, 

estetik  həzzdə  onun  subyektiv  şərtinin  payı  öz  təbiətinə  görə 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

309 



necədir və nə qədər böyükdür: idrakın iradəyə xidmətdən azad 

olması,  fərd  olaraq  öz  məninin  unudulması,  şüurun  xalis, 

iradəsiz,  zamandankənar,  hər  hansı  bir  münasibətlərdən 

müstəqil  olan  idrak  subyektinə  yüksəlməsi.  Estetik  seyrin  bu 

subyektiv  tərəfi  ilə  həmişə  eyni  zamanda  zəruri  korrelyat  və 

obyektiv  tərəf  kimi  Platon  ideyasının  intuitiv  qavranılması  çıxış 

edir.  Amma  bu  ikinci  tərəfin  və  incəsənətin  ona  münasibətdə 

rolunun  daha  təfsilatlı  nəzərdən  keçirilməsinə  müraciət 

etməzdən öncə, estetik həzzin subyektiv tərəfi üzərində hələ də 

bir  qədər  dayanmaq,  onun  nəzərdən  keçirilməsinin  yalnız 

ondan asılı olan və onun modifikasiyası ilə meydana çıxan ülvilik 

təəssüratının 

analizi 

ilə 


tamamlanması 

üçün 


daha 

məqsədəuyğun  olacaqdır.  Sonra  isə  estetik  həzzin  artıq  bizim 

tərəfimizdən  tədqiqi  onun  obyektiv  tərəfinin  nəzərdən 

keçirilməsi sayəsində tam bitkinlik əldə edəcəkdir.  

Bu  vaxta  qədər  şərh  olunanlara  aşağıdakı  qeydləri  də 

əlavə  etmək  lazımdır.  İşıq  –  bütün  şeylərdən  ən  fərəhlisidir:  o, 

xeyirxah  və  bərəkətli  olan  bütün  hər  şeyin  simvoluna 

çevrilmişdir. Bütün dinlərdə o, əbədi xilas mənasını, qaranlıq isə 

– lənətlənmə mənasını verir. Hörmüz pak işıqda, Əhrimən isə – 

əbədi gecədə yaşayır

14

. Dantenin cənnəti demək olar ki, London 



vağzalının  malik  olduğu  görünüşə  malikdir:  bütün  bəxtiyar 

ruhlar  işıq  saçan  nöqtələr  kimi  görünür,  onlar düzgün fiqurlara 

birləşirlər.  İşığın  olmaması,  yoxluğu  bizi  bilavasitə  olaraq 

qüssəyə  düçar  edir,  onun  qayıdışı  isə  bizə  xoşbəxtlik  verir; 

rənglər  bilavasitə  olaraq  onların  şəffaflığı  halında  yüksək 

dərəcəyə  çatan  canlı  sevinc  oyadır.  Bütün  bunlar  yalnız  ona 

görə  baş  verir  ki,  işıq  idrakın  ən  mükəmməl  əyani  üsulunun 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

310 



korrelyatı və şərtidir –  iradənin bilavasitə tamamilə affiksasiya 

etməyən  idrakının  ən  mükəmməl  əyani  üsulunun  korrelyatı  və 

şərti  kimi.  Zira  görmə, başqa  hisslərin  əksinə  olaraq  özlüyündə 

bilavasitədir və özünün təsiri ilə orqanda xoş və ya xoş olmayan 

hiss oyatmaq qabiliyyətində deyildir, yəni o, iradə ilə bilavasitə 

əlaqəyə  malik  deyildir;  o  zaman  yalnız  dərrakədə  doğulan  seyr 

obyektin  iradəyə  münasibətindən  ibarət  olan  belə  bir  əlaqəyə 

malik ola bilər. Artıq eşitməyə tətbiqən bu, başqa cür şəkil alır: 

səslər  bilavasitə  olaraq  əzab  yarada  bilər  və  digər  tərəfdən, 

bilavasitə  olaraq,  harmoniyaya  və  ya  melodiyaya  münasibəti 

olmadan  hissi  cəhətdən  xoş  ola  bilər.  Bütün  bədənin  ümumi 

hissi ilə tamamilə eyni olaraq lamisə iradəyə bu bilavasitə təsirə 

daha  çox  tabedir,  baxmayaraq  ki,  ağrı  və  həzz  olmadan  da 

təmas mövcuddur. Qoxular isə həmişə xoşdur və ya xoş deyildir

dad isə – daha çox. İki sonuncu hiss, beləliklə, iradəyə daha çox 

yaxındır, buna görə də, onlar – ən az dərəcədə nəcibdir və Kant 

onları subyektiv hisslər adlandırmışdır.  

Beləliklə,  işığa  sevinmək  –  əslində  ən  xalis  və  ən 

mükəmməl əyani idrakın obyektiv imkanına sevinmək mənasını 

verir  və  bu  sevinc  onunla  izah  olunur  ki,  hər hansı  bir  arzudan 

azad və hər hansı bir arzudan əl çəkmiş xalis idrak ali dərəcədə 

sevinclidir  və  artıq  özlüyündə  estetik  həzzin  böyük  payına 

malikdir.  İşığın  bu  qavrayışı  həmçinin  onu  da  izah  edir  ki,  niyə 

biz  obyektlərin  sudakı  əkslərini qeyri-adi dərəcədə  gözəl hesab 

edirik. Cisimlərin bir-birinə təsirinin bu ən yüngül, ən sürətli və 

ən  zərif  üsulu  –  əks  olunmuş  işıq  şüalarının  təsiridir,    öz 

qavrayışlarımızın ən mükəmməli və ən xalisinə görə biz bu üsula 

borcluyuq,  bu  üsul  burada  bizim  gözlərimiz  qarşısında  böyük 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

311 



miqyasda tamamilə aydın, hərtərəfli görünən və dolğun şəkildə 

səbəbdə  və  əməldə  dayanır,  buradan  da  –  bizim  bu 

mənzərədən  doğulan  estetik  heyranlığımız  meydana  çıxır,  bu 

mənzərə isə özünün başlıca tərəfi ilə bütövlükdə estetik həzzin 

subyektiv əsasına köklənir və xalis idrakdan və onun yollarından 

doğulan bir heyranlıqdır

*



 




Yüklə 6,14 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin