4) XIII-XV əsrlərdə mədəniyyət: Elm: N.Tusinin(1201-1274) rəhbərliyi altında 1259-cu ildə Marağada və XIV əsrin əvvəlində Şam-Qazanda tikilmiş rəsədxanalar Şərqdə astronomiya elminin mərkəzinə çevrilmişdi. N.Tusi Hülakü xanın məsləhətçisi, Abaqa xanın isə vəziri olmuşdur. O, “Zic Elxani” (“Elxani cədvəlləri”), “Əxlaqi-Nasiri”, “Təhriri Oqlidis” (“Evklidin şərhi”) əsərləri ilə elmə böyük töhfələr vermişdir. Məşhur Azərbaycan alimi Məhəmməd Naxçıvani İbn Sina kimi sağlamlığı insanın əqli və fiziki inkişafının əsası hesab edərək ölkədə müalicə evlərinin - “Dar ül-şəfa”larınolması haqqında ətraflı məlumat vermişdir. Azərbaycanın təkcə cənub ərazisində 67 şəfa evi var idi. Ölkədə daruxanalar (apteklər) da fəaliyyət göstərirdi. Fəzlullah Rəşidəddinin məşhur “Came ət-təvarix” (“Tarixlər toplusu”) əsərində dünya və Azərbaycan tarixlərinə aid maraqlı məlumatlar verilmişdir. Dövrün digər tarixçiləri Həmdullah Qəzvininin, Şərafəddin Əli-Yəzidinin və başqalarının əsərlərində Azərbaycan tarixinə xüsusi diqqət yetirilirdi. Təbrizin Rəbi Rəşidi məhəlləsində XIV əsrin əvvəllərində F.Rəşidəddin tərəfindən yaradılmış mədrəsə Bağdaddakı Nizamiyyə mədrəsəsindən sonra Şərqdə ikinci ali təhsil ocağı idi. Təbriz ali mədrəsəsində - universitetdə 500-ə qədər alim dərs deyir, 7 min tələbə oxuyurdu. Tələbələrin 6 min nəfəri müxtəlif müsəlman ölkələrindən gəlmişdi. Universitet binası ilə yanaşı, Alimlər və Tələbə məhəllələri, habelə 60 min kitaba malik kitabxana Rəbi Rəşidi məhəlləsində yerləşirdi Coğrafiya sahəsində Zəkəriyyə Qəzvininin, Həmdullah Qəzvininin və Əbdürrəşid Bakuvinin əsərlərini, dilçilik sahəsində isə Hinduşah və oğlu Məhəmməd Naxçıvanini xüsusi qeyd etmək lazımdır. Əsirəddin Əndəlüsinin “Türk dilinin dərketmə kitabı” adlanan və 2300 sözü əhatə edən türkcə-ərəbcə lüğəti dilçilik baxımından böyük əhəmiyyət kəsb edirdi. Azərbaycandilli klassik poeziyanın ilk nümayəndəsiHəsənoğlu Şeyx İzzəddin (XIII əsr) olmuşdur. Onun ana dilində yazılmış iki qəzəli məlumdur. Təbrizli Fəzlullah Nəimihürufiliyin banisi idi. Onun “Cavidannamə” adlı əsərində Hürufiliyin nəzəri əsasları əks olunmuşdu. Əslində, bu əsər hürufiliyin proqramı idi. Hürufilik Teymurilərin hakimiyyəti əleyhinə çevrilmiş mənəvi-siyasi hərəkat idi. Onun görkəmli davamçılarından biri - XV əsrin böyük filosofu və şairi İmadəddin Nəsimi (1369-1417) idi. Monqolların ikinci yürüşü nəticəsində dağıdılan Gəncə şəhəri 1239-cu ildən bərpa olunmağa başladı. XIII—XIV əsrlərin qovşağında Sultaniyyə və Mahmudabad şəhərləri salındı. Abşeron memarlıq abidələrindən olan Nardaran, Ramana və Mərdəkan qalaları ümumi quruluşu və ornamentləri ilə fərqlənirdi. Hökmdarların, onların ailə üzvlərinin, din xadimlərinin və digər görkəmli şəxslərin qəbirləri üzərində möhtəşəm türbələrin inşası ənənə halını almışdı. Bərdə türbəsi, NaxçıvandakıGülüstan türbəsi, Qarabağlar memarlıq kompleksindəki Baştağ türbəsi dövrün memarlıq xüsusiyyətlərini daşıyır. Təbrizdə Elxani vəziri Tacəddin Əlişahın tikdirdiyi “Əlişah məscidi” sonralar Ərk qalası kimi tanınmışdır. XV əsrdə Azərbaycanda aşağıdakı memarlıq abidələri inşa olunmuşdur: 1. Bakıda Şirvanşahlar saray kompleksi -Şirvanşah I Xəlilullahın (1417-1462) dövründə tikilmişdi. 2. Təbrizdə “Göy məscid” 1465-ci ildə Qaraqoyunlu hökmdarı Cahanşahın tapşırığı ilə inşa edilmişdir. 3. Təbrizdə “Qeysəriyyə bazarı” və Həsən padşah camisi (Uzun Həsənin dövründə). 4)Təbrizdə “Həşt-behişt” saray kompleksi-1483-cü ildə Ağqoyunlu Yaqub padşahın Təbrizdə tikilib. XV əsrdə yaşamış görkəmli musiqiçisi Əbdülqadir Marağai idi. Bu dövrdə Azərbaycan rəssamlarından Əmir Dövlətyar və onun şagirdləri Əbdül, Müsavir və.b məşhur idilər. Metalişləmə sənəti sahəsində Təbriz ustalarından Yusif ibn Əhmədin1319-cu ildə hazırladığı bədii naxışlı kasaLondonun Viktoriya və Albert Muzeyində, Usta Əbdüləziz ibn Şərafəddinin Əmir Teymurun əmri ilə 1399-cu ildə düzəltdiyi irihəcmli tiyan isə Sankt-Peterburqun Ermitaj muzeyində saxlanılır.