Mühazirə mətnləri Ümumi: 30 Mühazirə mövzusu. Cəmi: 60 saat (30 saat mühazirə-30 saat seminar) Bakı-2021


) Sosial təbəqələr, şəhər və kənd həyatı, sənətkarlıq və ticarət



Yüklə 315,92 Kb.
səhifə42/90
tarix02.01.2022
ölçüsü315,92 Kb.
#46223
növüMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   ...   90
60 saatlıq mühazirələr 2021-2022

8) Sosial təbəqələr, şəhər və kənd həyatı, sənətkarlıq və ticarət: Bu dövrdə hakim təbəqəni təşkil edən feodallar 3 qrupa bölünürdü. 1-ci qrup Azərbaycan qızılbaş tayfalarının başçılarından ibarət olan hərbi əyanlar daxil idi. Onlar hələ də Səfəvi dövlətinin idarə sistemində və sosial quruluşunda mühüm mövqeyə malik idilər. 2-ci qrup Ali şiə ruhaniləri idi. Onlara sədr başçılıq edirdi. O, şahdan sonra ikinci şəxs sayılırdı.  Dini idarələrə və məhkəmə işlərə nəzarət və idarə etmək əsas vəzifələri idi. 3-cü qrupa mərkəzi və yerli idarə sistemlərində işləyən məmurlar isə mülki əyanlara aid idilər. Mülki əyanlara vəzir başçılıq edirdi. Onlar əsas vəzifələri: vergilərin yığılması, maliyyə işləri, hesablama, mədaxil, məxaric və s. XVII əsrdə Azərbaycan cəmiyyətində əsas istehsalçı qrup olan kəndlilər də müxtəlif təbəqələrə bölünürdülər: 1) Hampalar (iş heyvanı, əmək alətləri və toxumu olan feodaldan təkcə aldığı torpağı becərən), 2) Rəncbərlər (təsərrüfata malik olmayan) və 3) Elatlar (madarlıqla məşğul olub, hərbi xidmət etdiyi üçün az miqdarlar vergi və mükəlləfiyyət yerinə yetirən) Azərbaycan şəhərləri ixtisaslaşma sayəsində qonşu ölkələrdə yaxşı tanınırdılar. Məsələn, Təbriz toxuculuq məmulatları, yun və ipək xalçaları, pərdələri ilə məhşur idi. Gəncə ənənəvi ipəkçiliyi və silah istehsalı, Dərbənd kətanı və pambıq parçaları, Beyləqan Naxçıvan dulusçuluq məhsulları, Şamaxı isə yüksək keyfiyyətli ipəyi ilə xarici ölkə tacirlərinin diqqətini cəlb edirdi. Gəncə əvvəlcə Şəddadilərin paytaxtı, sonralar isə Səlcuq canişinliyinin mərkəzi olmuşdu. Klassik feodalizm dövrünün əvvəllərində burada 500 min əhali yaşayırdı. Bizans-erməni-gürcü feodallarının hədəfində olan Gəncə o dövrdə islam dünyası ilə xristian dünyası arasında mühüm strateji qala idi. Buna görə feodal hakimlər və dövlətlər Gəncənin möhkəmləndirilməsinə xüsusi diqqət yetirirdilər. Lakin 1139-cu ildə baş verən dəhşətli zəlzələ, 1235-ci ildə isə monqolların şəhəri dağıtması Gəncənin inkişafına mənfi təsir göstərdi. Gəncə Səfəvilərin dövründə Qarabağ bəylərbəyliyinin mərkəzi olduğu üçün yenidən möhkəmləndirilmiş şəhərə çevrildi. Naxçıvan şəhəri Azərbaycan Atabəylər dövlətinin paytaxtı idi. Atabəy Şəmsəddin Eldənizin dövründə çiçəklənən şəhərlərimizdən birinə çevrilmişdi. Səfəvi-Osmanlı müharibələri Naxçıvanın da taleyindən yan keçmədi. Şəhər dəfələrlə dağıdıldı, əhalisi isə I Abbasın hakimiyyəti dövründə ölkənin içərlərinə köçürüldü. Şamaxı şəhəri Şirvanşahların ənənəvi paytaxtı, Səfəvilər dövründə isə Şirvan bəylərbəyliyinin mərkəzi olmuşdu. Şamaxı ipəyi bütün Avropada məhşur idi. Müharibələr və tez-tez baş verən zəlzələlər Şamaxının inkişafına mənfi təsir göstərdi.idi. Müharibələr və tez-tez baş verən zəlzələlər Şamaxının inkişafına mənfi təsir göstərdi. Təbriz şəhəri ilk dəfə Rəvvadilərin, sonralar isə Azərbaycanda yaranan dövlətlərin paytaxtı olduğundan hökmdarlar bu şəhərə xüsusi diqqətlə yanaşmış, burada geniş abadlıq işləri aparmışdılar. Ağqoyunlu Həsən padşahın əmri ilə burada Qeysəriyyə bazarı inşa edilmişdi. Bu bazar sonrakı dövrlərdə Yaxın və Orta Şərqin ən iri bazarlarından birinə çevrilmişdi. Lakin Səfəvi-Osmanlı müharibələri, 1555-ci ildə paytaxtın Qəzvinə köçürülməsi Təbrizin ictimai-iqtisadi həyatına mənfi təsir göstərdi. 1571-1573-cü illər Təbrizin şəhər əhalisinin üsyanından sonra Şah Təhmasib şəhəri dövlət xəzinəsinə ödənilən bütün vergilərdən azad etmişdi. Səfəvilər dövründə çox nadir hallarda tək - tək şəhərlərə verilən vergi immuniteti hüququ muafi (ərəbcə “vergidən azad olma” deməkdir.) adlanırdı. Şəhər həyatında sənətkarlartacirlər mühüm rol oynayırdılar. XIII—XIV əsrlərdə sənətkarlar “əxilik” (qardaşlıq) adlanan sənətkar birliyi yaradırdılar. Əxilik monqol işğalı dövründə sənətkarların iqtisadi zərurətdən yaranan mənəvi-siyasi birliyi idi. Bu yolla sənətkarlar özlərini əyanların, feodalların təzyiqindən qorumağa çalışırdılar. XVII əsrdə yaradılan sənətkar birlikləri isə “əsnaf” adlanırdı. XVII əsrin II yarısında sənətkarlar üç qrupa bölünürdü: 1) Sənətkar təşkilatlarında (əsnaflarda) birləşənlər; 2) Müstəqil fəaliyyət göstərənlər; 3) Feodal emalatxanalarında çalışanlar. 3-cü qrupa aid olan sənətkarların güzəranı daha ağır idi. Onlar həm feodala, həm də dövlətə vergilər ödəyirdilər. Şəhərlərdə, adətən, tacirlərə məlik-üt-tüccar adlı ən varlı və adlı-sanlı tacir başçılıq edirdi. O, tacirlər arasında sağlam rəqabət mühitinin yaradılmasına nəzarət edir, dövlət vergilərini bölüşdürürdü. 1561-1563-cu illərdə Moskva şirkətinin taciri və kəşfiyyatçısı Antoni Cenkinson Səfəvi dövlətinə göndərilərək Şamaxıda Şirvan bəylərbəyi Abdulla xan Ustaclı ilə görüşüb, maneəsiz və gömrüksüz ticarət etmək haqqında imtiyaz fərmanı aldı. Lakin ingilis tacirlərinin Azərbaycan bazarında möhkəmlənmək cəhdi baş tutmadı. Bunun 4 əsas səbəbi var: 1) Çünki XVII əsrdə apardığı işğalçı müharibələr nəticəsində Volqa çayı sahillərini və Xəzər dənizi hövzəsini istila etmiş Rusiya rus tacirlərini müdafiə edərək ingilislərin Volqa—Xəzər yolundan istifadəsinə son qoyaraq onların ticarət imtiyazlarını ləğv etdi. 2) I Təhmasibdən həmin şirkətin ticarət fəaliyyəti üçün əlavə imtiyazlar alınsa da, ingilislərin buradan birbaşa Hindistanla ticarət əlaqələri saxlamaq xahişləri şah tərəfindən qəti rədd edilmişdi. Çünki Səfəvi tacirləri hind malları, o cümlədən ədviyyat ticarətində vasitəçilikdən böyük qazanc götürürdülər. 3) Osmanlı ilə yenicə sülh bağlamış Səfəvilər (1555-ci il Amasya) yenidən münasibətləri gərginləşdirmək istəmirdi. 4) XVII əsrin ikinci yarısında Böyük İpək yolu əhəmiyyətini itirdikdən sonra Azərbaycanın Avropa ilə ticarət əlaqələri zəifləmiş, yerli məhsulların ixracatı kəskin surətdə aşağı düşmüşdü.


Yüklə 315,92 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin