9) XVI-XVII əsrlər Səfəvi dövründə mədəniyyət: Elm: XVI əsr Azərbaycan mədəniyyəti XVI əsrin başlanğıcında Azərbaycan Səfəvi dövlətinin yaranması ilə əlaqədar xalqın mədəniyyəti də xeyli inkişaf etdi. Elm və incəsənətə xüsusi qayğı göstərən I Şah ismayıl Marağa rəsədxanasınıbərpa etdirmiş, riyaziyyatçı və astronom Qiyasəddin Mənsuru Marağaya göndərmişdi. XVI əsrdə elmin inkişafı fəlsəfə və tarixin öyrənilməsinə geniş imkanlar açmışdı. Məhəmməd Füzuli (1494-1556) - əsərlərindəki dərin fəlsəfi fikirlərə görə öz dövründə dünya poeziyasının zirvəsini fəth etdi. Onun fəlsəfi fikirləri “Mətlə-ül-etiqad” (“Etiqadın mənşəyi”) əsərində öz əksini tapmışdır. XVII əsrin II yarısındaölkəmizdə elmin inkişafında müəyyən canlanma yaranmışdı. Bu dövrdə təkcə Şamaxıda 40 məktəb, 7 mədrəsə, Təbrizdə 600 məktəb, 47 mədrəsə fəaliyyət göstərirdi. Şərq ölkələrində, o cümlədən Azərbaycanda ali ruhani mədrəsəsini bitirmiş müəllim “müdərris” adlanırdı. Mirzə Məhəmməd Şirvani fəlsəfə, astronomiya və riyaziyyata aid əsərlər yazmışdı. Digər bir elm xadimi Yusif Qarabağinin əsərləri dövr üçün mühüm bilik mənbəyi idi. Onun əsərlərində məntiq, hüquq və astronomiyaya dair maraqlı məlumatlar vardır. Memarlıq: 1544-cü ildə indiki Qusarın Həzrəkəndində tikilən Şeyx Cüneyd məqbərəsi, NaxçıvandaƏlincə çayı üzərində tikilmiş körpü, Bakının şərq darvazaları XVI əsrin memarlıq inciləridir. XVII əsrdə inşa edilmiş memarlıq abidələrə: 1) 1663-cü ildə Sərkar Əbdüləzimin rəhbərliyi ilə Şamaxmm Kələxanakəndində inşa edilmiş məqbərələri; 2) 1663-cü ildə Nardaran kəndində tikilmiş məscidi; 3) GəncədəkiŞah Abbas (Cümə) məscidini; 4) Suraxanıda hind atəşpərəstlərinin tikdirdiyi məbədi və 5) Təbrizdə Şibli karvansarasını göstərmək olar. Kitab çapı və tarixi əsərlər: II Şah Abbasın dövründə də kitab çap etmək üçün Avropadan ölkəyə mətbəə avadanlığı gətirilməsinə təşəbbüs göstərilmişdi. Lakin kifayət qədər vəsaitin ayrılmaması, II Abbasın ölümü və I Şah Süleymanın kitabsevər alimlərin təkliflərinə biganə yanaşması bu mütərəqqi təşəbbüsün yarımçıq qalmasına səbəb oldu. Tavernye kitab çapı işinin baş tutmamasmm əsas səbəbini sarayda olan çoxsaylı kitab üzü köçürən xəttatların öz işini itirmək təhlükəsi qarşısında bu işə mane olması ilə izah etmişdir. Tarixçi Həsən bəy Rumlu I Təhmasibin sarayında qulluq etmişdi. Yürüşlərdə iştirak edən tarixçi 12 cildlik «Əhsən-ət-təvarix» («Tarixlərin ən yaxşısı») əsərini yazmışdı. Əsərin dövrümüzə qədər gəlib çatmış 11-12-ci cildlərindəAzərbaycanın və ona qonşu olan ərazilərin XV—XVI əsrlər tarixindən bəhs edilir. Avropada Don Juan tanınmış Oruc bəy Bayat (1560-1604) Səfəvi diplomatı kimi bir çox Avropa dövlətlərində səfərdə olub. Səfəvi elçiliyinin tərkibində İspaniyaya gəlmiş Oruc bəy burada qalmış, öz səyahəti və Səfəvilər dövləti haqqında kitab yazmışdır. İsgəndər bəy Münşi Şah I Abbasın hərbi yürüşlərində, ovlarında, saraydakı qəbullarında iştirak edib. Onun şah əsəri olan “Dünyanı bəzəyən Abbasın tarixi” dövrü öyrənmək baxımından önəmli mənbədir. Tarixi əsərlər içərisində II Şah Abbasın baş tarixçisi Məhəmməd Tahir Vahidin “Tarixi-vahid” (“Abbasnamə”) əsəri dövrü öyrənmək üçün çox əhəmiyyətli əsərdir. XVI əsrdə Təbrizdə Şah İsmayıl tərəfindən böyük bir kitabxana açılmışdır.Görkəmli rəssam Kəmaləddin Behzad 1522-ci ildə Şah I İsmayıl tərəfindən Təbrizdəki saray kitabxanasına rəis təyin edilmişdi. XVI əsr Təbriz miniatür məktəbinin görkəmli ustası Sultan Məhəmməd olmuşdur. Onun miniatürləri SanktPeterbur, London, Leypsiq, Venetsiya muzeylərində mühafizə olunur və saxlanılır. Fransız səyyahı Şarden XVII əsrin ortalarında İrəvanda xan sarayında üç hissəli tamaşaya baxmış və onu “Şərqin operası” adlandırmışdı. Səfəvilər dövründə incəsənətin qədim növlərindən biri olan xalçaçılığa xüsusi diqqət yetirilirdi. 1539-cu ildə Səfəvi hökmdarı I Təhmasibinsifarişi ilə Şeyx Səfi məscidi üçün xüsusi bir xalça toxunmuşdur. Həmin xalçanı 1893-cü ildə ingilislər satın alaraq Londona aparmışdılar və hal-hazırda o, “Viktoriya və Albert” muzeyində saxlanılır. XVI-XVII yüzilliklər Azərbaycan ədəbiyyatında həm də orta əsr məhəbbət və qəhrəmanlıq dastanlarının formalaşması dövrü kimi tanınır. Klassik Ədəbiyyat nümayəndələrinə Şah İsmayıl, M.Fizuli, Saib Təbrizi və s. Şifahi xalq ədəbiyyatının nümayəndələri: Aşıq Dirili Qurbani, Aşıq Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım kimi aşıqların yaradıcılığında da görmək mümkündür. Qəhrəmanlıq və məhəbbət dastanlarının tam şəkildə təşəkkülü prosesi XVI əsrin sonu- XVII əsrin başlanğıcına təsadüf edir. Həcm və əhəmiyyət baxımından «Koroğlu» dastanı xalq yaradıcılığının möhtəşəm nümunəsidir. XVII əsrdə «Şah İsmayıl», «Aşıq Qərib», «Abbas və Gülgəz», «Əsli və Kərəm», «Novruz»kimi məşhur dastanlar tam şəkildə formalaşdı.