5) Səfəvilər dövləti XVII əsrin II yarısı XVIII əsrin əvvəllərində: Qəsri - Şirin sülhü o vaxta qədər bağlanmış Səfəvi-Osmanlı müqavilələrindən fərqli olaraq iki dövlət arasındakı münasibətlərdə uzun müddətli sabitliyi təmin edə bildi. Təbriz şəhəri müharibələr nəticəsində dağıntılara məruz qalsa da, XVII əsrdə siyasi və iqtisadi mövqeyinə görə imperiyanın ikinci şəhəri hesab olunurdu. Təbriz hakimləri bu əsrin sonlarına qədər Səfəvi ordusunun baş komandanı vəzifəsinidə icra edirdilər. Təbriz həm də sənətkarlıq və ticarət mərkəzi kimi şöhrət tapmışdı. Yaxın və Orta Şərqin ən iri bazarı - Qeysəriyyə bərpa edilmişdi. Beynəlxalq ticarət yollarının kəsişdiyi Təbriz şərq və qərb tacirləri üçün əlverişli məntəqə idi. XVI əsrdə Kazan (1552) və Həştərxan (1556) xanlıqlarınıişğal edən Moskva çarlığı Xəzər dənizinə də birbaşa çıxış imkanı qazanmışdı. Bu işğallardan sonra Şimali Qafqazda rusların siyasi təsiri güclənməyə başladı. Qafqazın içərilərinə doğru irəliləməyə can atan ruslar XVII əsrin ortalarındaSəfəvi sərhədləri yaxınlığında qalalarinşa etməyə başladılar. Bu qalalar hərbi dayaq məntəqələri olub Moskva çarlarının strateji maraqlarına xidmət etməli idi. Şah II Abbasdan(1642-1666) rusların tikdirdiyi qalaları dağıtmaq fərmanı alan Şirvan bəylərbəyi Xosrovun qüvvələri ruslarla mübarizəyə başladı. 1653-cü ildə baş verən silahlı toqquşmalar Moskva çarı Aleksey Mixayloviçi Səfəvilərlə danışıqlara vadar etdi. Kifayət qədər hərbi gücə malik olmayan ruslar Səfəvilərlə hərbi münaqişədən çəkinirdilər. Müharibə Moskva çarlarının iqtisadi maraqlarına da uyğun olmadığından İsfahana rus elçiləri göndərildi və münaqişə 1662-ci ildə dinc yolla həll edildi. II Abbasın ölümündən sonra hakimiyyətə gələn Şah Süleyman (1666-1694) Rusiya dövləti ilə müqavilə imzaladı. 1667-ci ildə imzalanan bu müqavilədə rus tacirlərinə geniş imtiyazlar verilirdi: onlar səfəvi sülaləsinin hakimiyyəti dövründə Səfəvi dövləti ərazisində gömrüksüz ticarət hüququ və digər imtiyazlar əldə etdilər. Şah Süleymanın fərmanı ilə yerli hakimlərdən rus tacirlərinə xüsusi ehtiramla yanaşmaq tələb olunurdu. Volqa-Xəzər ticarət yolunun canlanması buraya quldur basqınlarının başlanmasına şərait yaratdı. Bu sahədə rus kazakları xüsusi ‘‘fəallıq” göstərirdi. Onların ən böyük qarətçi basqını Stepan Razinin (1630-1671) adı ilə bağlıdır. 1668-ci ilin yayındaöz gəmiləri ilə Xəzərə enən Razin öz quldur dəstəsi ilə Dərbənddən Gilana qədər sahilboyu yaşayış məntəqələrini qarət etmiş, böyük qənimətlərlə geri dönmüşdü. Rus çarları qətiyyətlə belə yürüşlərin qarşısını almağa çalışırdılar. Ələ keçirilən Razin də sərt cəzalandırılmışdı. XVII əsrin sonlarına doğru Səfəvilər dövləti ağır iqtisadi böhranla üz-üzə qalmışdı. İqtisadi həyatın bütün sahələrini əhatə edən böhranın iqtisadi və siyasi səbəbləri vardı. İqtisadi səbəblər: 1)İpək yolunun əhəmiyyətini itirməsi və ənənəvi ticarət əlaqələrinin zəifləməsi; 2) Dövlətin əsas gəlir mənbələrindən olan ipək ixracatının aşağı düşməsi (böyük coğrafi kəşflər nəticəsində dünya ticarət yolunun böyük ipək yolundan okeanlara keçməsi); 3) Xarici ticarətin zəifləməsi nəticəsində ölkədə yaranan pul qıtlığı, qəlp pulların dövriyyəyə yol tapması; 4)Süni suvarma şəbəkələrinin sıradan çıxması və əkin sahələrinin azalması. Siyasi səbəblər: 1) İdarəçilikdə yol verilən səhvlər, dövlət idarəetmə aparatına səriştəsiz şəxslərin yol tapması; 2) Məmur özbaşınalıqları, mülki bürokratiyanın rüşvətxorluğu. şah Sultan Hüseyn (1694−1722) ölkəni düşdüyü böhrandan qurtarmaq üçün əvvəlcə pul böhranını aradan qaldırmaq üçün Ərdəbildə ata-babalarının qəbri üstündəki qızıl, gümüş əşyaları əridib pul zərb etdirdi. Amma bu tədbir səmərə vermədi. Ölkədə maliyyə böhranı getdikcə dərinləşdi, dövlətin gəlirləri azaldı, xəzinə boşaldı. 2-ci dəfə xəzinəni doldurmaq üçün vergiləri artırmaq qərarına gəldi. Bu məqsədlə 1699-1702-ci illərdə əhali və əhalinin əmlakı siyahıya alındı. Nəticədə vergilərin 3 qat qalxması əhalinin güzəranını daha da çətinləşdirdi. Üstəlik, XVIII əsrin əvvəllərində Azərbaycanı bürüyən quraqlıq dəhşətli aclığa səbəb oldu. Mərkəzi hakimiyyətin zəifləməsi yığılan vergilərin xeyli hissəsinin məmurlar tərəfindən mənimsənilməsinə şərait yaratdı.