Mühazirə mətnləri Ümumi: 30 Mühazirə mövzusu. Cəmi: 60 saat (30 saat mühazirə-30 saat seminar) Bakı-2021


) II Rusiya-Qacar müharibəsi (1826-1828)



Yüklə 315,92 Kb.
səhifə51/90
tarix02.01.2022
ölçüsü315,92 Kb.
#46223
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   ...   90
60 saatlıq mühazirələr 2021-2022

4) II Rusiya-Qacar müharibəsi (1826-1828): Rusiyadakı Dekabristlər üsyanı ilə bağlı xəbər Qacarların yeni müharibəyə başlamasını sürətləndirdi. İlk hərbi əməliyyatlar 1826-cı il 19 iyulda oldu. Abbas Mirzənin əsas məqsədi Tiflisi tutmaq, rusları bütünlüklə Cənubi Qafqazdan çıxararaq Terek çayından şimala qovmaq idi. Qacar qoşunlarının hərəkət istiqaməti də buna hesablanmışdı. Müharibənin başlanğıcında Abbas Mirzə xeyli uğur əldə etdi. Azərbaycan xanlarının da yaxından iştirakı ilə Lənkəran, Şamaxı, Şəki Gəncə əraziləri ruslardan təmizləndi. Bu ərazilərdə xan hakimiyyəti bərpa olundu. Abbas Mirzənin başçılıq etdiyi ordu iyulun 26-da artıq Qarabağın böyük hissəsinə nəzarəti ələ keçirib, Şuşanı mühasirəyə aldı. Onun göstərişi ilə keçmiş Şamaxı hakimi Mustafa xan qoşunla Şirvana, Mirhəsən xan qoşunla Lənkərana, Uğurlu xan Ziyadoğlu - Gəncəyə, Səlim xanın oğlu Hüseyn xan - Şəkiyə yollandılar. Şimali Azərbaycan xanları demək olar ki, öz keçmiş xanlıqlarında hakimiyyətlərini bərpa etdilər. Rusiyanın müstəmləkə zülmündən bezmiş əhalinin üsyana qalxması da bu işdə az rol oynamadı. İrəvan xanı Həsən xan da PəmbəkŞörəyeli azad etdi. Lakin Abbas Mirzə dağınıq vəziyyətdə olan rus dəstələrini əzmək əvəzinə, əsas qüvvələri ilə Şuşa qalasını mühasirəyə aldı. Mühasirə 48 gün davam etdi. Bundan yararlanan rus komandanlığı pərakəndə halda olan rus qoşunlarını Tiflisə cəmlədi, buraya yeni qüvvələr göndərdi. Qraf İ.F.Paskeviç isə Qafqazdakı rus qoşunlarının komandanı təyin edildi. Nəticə özünü çox gözlətmədi. Şuşanın uzunmüddətli mühasirəsi Abbas Mirzənin strateji səhvi idi. 1826-cı il 3 sentyabr Gəncə13 sentyabr Şəmkir döyüşlərində ruslar qalib gəldi. 1827-ci il 26 mayda rus qoşunu Naxçıvanı ələ keçirdi. 1827-ci il 5 iyunda Cavanbulaq deyilən yerdə döyüşdə rus qoşunu qalib gəldi. Rus qoşunu avqustun sonlarında İrəvana yaxınlaşdı. Abbasabad qalası 7 iyul süqut etdi. 1827-ci il avqustda UşaqanƏştərək döyüşlərində ruslar qalib gəldi. 19 senyabr 1827-ci il Sərdarabad işğal edildi. Nəticədə İrəvana yol açıldı. 26 Sentyabrda rus qoşunları İrəvan qalasını mühasirəyə aldılar. İrəvanın sərdarı Hüseyn xanın başçılığı ilə qalanın müdafiəçiləri ciddi müqavimət göstərsələr də, oktyabrın 1-də İrəvan ruslar tərəfindən ələ keçirildi. Ermənilər ruslara cəsusluq etməklə yanaşı, İrəvan qalasının qapılarından birini rus qoşununun üzünə açmışdı. İrəvanın alınması Rusiya imperiyasının paytaxtı Peterburqda böyük sevinclə qarşılandı. Çar I Nikolay İrəvanın fəthi şərəfinə 1827-ci il noyabrın 4-də Ali fərman imzaladı. Ali fərmanla "rus silahının müsəlman xarabalıqları üzərində qələbəsi şərəfinə İrəvanın baş məscidinin provoslav - yunan - rus kilsəsinə çevrilməsi" qərara alınmışdı. "Erevanski" ləqəbi ilə mükafatlandınlan qraf Paskeviç yazırdı ki, şəhər alınarkən burada 10 min müsəlman ailəsi 3 min erməni ailəsi yaşayırdı. İrəvanın işğalından sonra rus qoşunu Azərbaycanın cənubuna doğru irəliləməyə başladı. 1827-ci il oktyabrın 13-də rus qoşunu Təbrizi işğal etdi. 1828-ci ilin yanvar-fevral aylarınnda UrmiyanıƏrdəbili tutdular. Rus qoşununun yeni hücumu Qacarlar sarayında narahatlıq yaratdı. Nəhayət, 1828-ci il 10 fevralda Təbriz yaxınlığındakı Türkmənçay kəndində sülh müqaviləsi imzalandı. 16 maddədən ibarət olan bu sülhə görə, Qacarlar dövləti ilə Rusiya arasındakı sərhədlər yeniləndi. Şah hökuməti Naxçıvanİrəvan xanlıqlarının da Rusiyaya ilhaqını tanıdı, 20 milyon rubl məbləğındə təzminat ödəməyi öz öhdəsinə götürdü. Müqaviləyə görə, Xəzər dənizində hərbi donanma saxlamaq hüququ yenə də yalnız Rusiyaya məxsus idi. Bundan başqa, Türkmənçay sülhündə qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsi, yeni ticarət konsulluqlarının açılması, gömrük məsələləri də öz əksini tapırdı. Sülhün ən ağrılı məqamlarından biri isə 15-ci maddə idi. Bu maddədə Qacarların daxili əyalətlərində yaşayan əhalinin (ermənilərin-red) Rusiyaya (Azərbaycanın şimalına) sərbəst köçməsinə şərait yaratdığı əks olunurdu. Bu maddəyə uyğun olaraq, Rusiya-Qacarlar müharibələrinin gedişində xəyanət yolunu tutmuş ermənilərin kütləvi surətdə Cənubi Qafqaza və əsasən, Azərbaycan torpaqlarına köçürülməsi prosesi başlandı. Türkmənçay sülhü ilə tarixi Azərbaycan torpaqlarının ikiyə bölünməsi rəsmiləşdirildi.


Yüklə 315,92 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin