3) Azərbaycan iki Rusiya-Qacar müharibəsi arasındakı dövrdə (1813-1826): Müharibənin gedişində Gəncə və Bakı xanlıqlarında xanlıq idarə sistemi ləğv edilmiş, əvəzində komendant idarə üsulu yaradılmışdı. Bu idarə sisteminin başında rus zabiti — komendant dururdu. Quba xanlığı işğal olunduqdan sonra yerli bəylərdən ibarət əyalət şurası təşkil olundu. Bu şura rus hərbi dairələrinin nəzarəti altında fəaliyyət göstərirdi.Qubanın əyalət şurasının sədri keçmiş Bakı xanı II Mirzə Məhəmməd xantəyin edilmişdi. Bu şura formal xarakter daşıyırdı. Rus əsgərləri Qubada soyğunçuluqla məşğul olurdu. Lakin əyalət şurası bu özbaşınalıqların qarşısını ala bilmirdi. 1810-cu ildə Quba əyalətini ruslara qarşı etirazlar bürüdü. Bu etirazlar yatırıldı və əyalət şurası öz fəaliyyətini dayandırdı. Qubada komendant idarəçiliyi quruldu. İşğalın ilk mərhələsində Şəki, Şamaxı, Qarabağ və Lənkərandaxanlıqların daxili müstəqilliyi saxlanılsa da, xanların səlahiyyətləri məhdudlaşdırılmışdı. Xanlara general rütbəsi verilmişdi. Onlar çar Rusiyasının generalları hesab edilir və Qafqazın baş hakiminə tabe idilər. Çar generalı erməni Valerian Mədətovungöstərişi ilə 1819-cu ildə Şəki xanı İsmayıl xan zəhərlənib öldürüldü. Yermolov Şəki xanlığını ləğv etdirib orada komendant idarə üsulu yaratdı. 1820-ci ildə Şamaxı, 1822-ci ildə Qarabağ, 1826-cı ildə Lənkəran xanlıqlarıını ləğv etdi. XIX əsrin 20-ci illərində ingilislər şaha pulla, silahla və sursatla göstərdikləri yardımı daha da gücləndirirdilər. İngilis zabitləri sərhəd qalalarını möhkəmləndirirdilər. Tehranda və Təbrizdə metaltökmə zavodlarının əsası qoyulmuş, Təbrizdə barıt istehsalı nizama salınmışdı. 1814-cü ildə Rusiyaya qarşı İnqilis-Qacar arasında Tehran sazişinə görə 1809-cu il ingilis-qacar sazişi ilə müəyyən edilmiş məbləğdə maliyyə və hərbi yardım etməyi öhdəsinə götürür. Qacar-Osmanlı arasında 1823-cü ildə müqavilə bağlandı. İngilislərin köməyi ilə Cənubi Qafqazda kəşfiyyat işləri təşkil edildi. Bunda məqsəd müharibənin başlanması ilə yerlərdə Qacarların tərəfdarlarını gücləndirmək, yerli əhalini Rusiyaya qarşı üsyana qaldırmaq idi.