7. Komendant idarə üsulu və ona qarşı üsyanlar. Şimali Azərbaycanda komendant idarə üsulu - Azərbaycanın Rusiya tərəfindən istila edilməsinin gedişində yaradılmış yeni inzibati idarəetmə sistemidir. Şimali Azərbaycan ərazisində 6 əyalət – Talış, Şirvan, Şəki, Qarabağ, Bakı və Quba əyalətləri, Yelizavetpoldairəsi, Car-Balakən vilayəti (1830-cu ildə yaradılmışdı) və 3 distansiya: Qazax, Şəmşəddil və Borçalı yaradıldı. Əyalətlər 2 dairədə birləşdirildi. Şəki, Şirvan, Qarabağ və Talış əyalətləri mərkəzi Şuşada yerləşən "Müsəlman əyalətləri rəisliyinə", Bakı və Qubaəyalətləri isə Dərbənddəkidairə rəisliyinə daxil idilər. Naxçıvan və İrəvan torpaqlarını rus çarizmi "Erməni vilayəti"nin tərkibinə daxil etdi. Bütün Qafqazı rus çarının təyin etdiyi baş hakim idarə edirdi. Əyalət, dairə və distansiyaları isə komendantlar idarə edirdilər. Onlara geniş səlahiyyətlər verilmişdi. İdarə etdikləri ərazilərdə bütün mülki və hərbi idarəçilik komendantların əllərində cəmlənmişdi. Komendantların rəsmən ölüm hökmü vermək hüququ yox idi, lakin onlar azərbaycanlıları məhkəməsiz öldürməkdən çəkinmirdilər. Əyalətlər mahallara, mahallar isə ənənəvi olaraq kəndlərə bölünürdü. Mahallar naiblər, kəndləri kəndxudalar və ya yüzbaşılar idarə edirdi. Naib və ya kəndxuda vəzifəsinə təyin edilənlərin Rusiyaya sədaqəti əsas götürülürdü. Dövlətdən heç bir maaş almayan bu vəzifə sahiblərinə çar hökuməti yalnız bəzi imtiyazlar vermişdi. Ənənəvi şəriət məhkəmələri öz əvvəlki rolunu itirdi. Bu məhkəmələrin səlahiyyətləri evlənmə-boşanma (kəbin-talaq) və vərəsəlik məsələləri ilə məhdudlaşdırıldı. Əvəzində yeni yaradılan əyalət və şəhər məhkəmələrinə geniş səlahiyyətlər verildi. Bu məhkəmələrdə verilən qərarlar qayda-qanundan daha çox onlara sədrlik edən komendantların iradəsindən asılı idi. Məhkəmələr rus dilində aparılır, bu isə dili bilməyən yerli əhali üçün böyük problemlər yaradırdı. Ən böyük ədalətsizliklərdən biri də mülki cinayətlərə hərbçilər üçün yaradılmış səhra məhkəmələrində baxılması idi. 1829-1830-cu illərdə Cənubi Qafqazda yoxlamalar aparmaq üçün göndərilmiş senatorlar P.İ.Kutaysov və Y.İ.Meçnikov müsəlman əyalətlərinin maliyyə-vergi sistemində həddindən çox qanunsuzluq və özbaşınalıqlar üzə çıxardılar. Çar Rusiyasının müstəmləkəçilik siyasəti XIX əsrin 30-cu illərində üsyanların yeni dalğasına səbəb oldu. Üsyanlar siyasi (komendant idarə üsulu, çar məmurlarının özbaşınalığı), iqtisadi (vergi və mükəlləfiyyətlərin artırılması) və sosial (yerli hakim təbəqənin siyasi və torpaq hüquqlarının məhdudlaşdırılması, milli və dini zülm, köçürmə siyasəti) səbəblərlə bağlı idi. Lakin hər üsyanın daxili özünəməxsus səbəbləri də var idi. Məs, 1830-cu ildə Car-Balakəndədaxili muxtariyyatın ləğvi nəticəsində Şeyx Şaban və Həmzət bəyin başçılığı ilə üsyan, 1831-ci ildə Lənkəranda əkinəyararlı torpaqların azlığı görə Mirhəsən xanın rəhbərliyi ilə, 1837-ci ildə Qubadailtizam sisteminin daha sərt formada tədbiqinə görə Hacı Məhəmmədin, 1838-ci ildə isə Şəkidəvergilərin çoxluğuna görəMəşədi Məhəmmədin başçılığı ilə baş verən bütün üsyanlar yatırıldı.