3) Milli mətbuatın yaranması və inkişafı. XIX əsrin 30-40-cı illərində Tiflisdə rus dilində çıxan qəzetlərə Azərbaycan türkcəsində “Tatar xəbərləri”, “Qafqazın bu tərəfinin əxbarı” adlı əlavələri çap edilmişdi. Lakin bu qəzetlərdə yalnız rəsmi sənədlər, hökumət qərarlarının Azərbaycan dilində tərcüməsi verilir, xalqın həyatı, mədəniyyəti haqqında heç bir məlumat dərc edilmirdi. Ona görə də bu qəzetlər milli mətbuat nümunəsi sayılmırdı. Milli mətbuatımızın banisiHəsən bəy Zərdabinin redaktorluğu ilə 1875-ci il iyulun 22-də Bakıda ana dilində “Əkinçi” qəzetinin 1-ci nömrəsini çap etdirmişdi. Rusiya - Osmanlı müharibəsinin başlanması ilə bağlı 1877-ci il 29 sentyabrında isə qəzetin bağlandı. 1875-1877-ci illərdə qəzetin 56 nömrəsi çapdan çıxdı. 1879-cu ildəTiflisdəSəid Əfəndi Ünsizadənin redaktorluğu ilə “Ziya” adlı həftəlik qəzet çap olunmağa başladı. Onun qardaşı Cəlal ÜnsizadəTiflisdə 1883-cü ildən etibarən “Kəşkül” qəzetini nəşr etdirdi. “Kəşkül" “Əkinçi”nin yolunu davam etdirirdi. Qəzet demokratik və maarifçi ideyaları yaymaqla qalmır, milli və mədəni inkişafımızın yollarını da göstərməyə çalışırdı. Təsadüfi deyil ki, “Azərbaycan milləti” ifadəsini ilk dəfə bu qəzet işlətmişdi. Bu ifadənin çox böyük əhəmiyyəti var idi. Çünki ruslar bütün azərbaycanlıları “müsəlman” və ya “tatar” adlandırırdılar. Bu da, öz növbəsində, əhali arasında öz milli mənsubiyyətini anlamaqda çətinlik yaradırdı. 1903-cü ildə Tiflisdə Azərbaycan dilində “Şərqi-rus” qəzeti çıxmağa başladı. Qəzetin redaktoru M.Şahtaxtinski idi. 1905-1907-ci illər inqilabı dövründə Azərbaycan milli burjuaziyasının (H.Z.Tağıyev, M.Muxtarov) və böyük ziyalıların (Ə.Ağayev, Ə.Hüseynzadə və b.) səyləri ilə bu dövrdə “Həyat”, “İrşad”, “Füyuzat”, “İşıq”və digər qəzet və jurnallar nəşr olunmağa başlandı. M.Ə.Rəsulzadənin redaktoru olduğu “Açıq söz” qəzeti dövrün vacib ictimai-siyasi problemlərini həmişə diqqət mərkəzində saxlayırdı. C. Məmmədquluzadətərəfindən 1906-cı ildənTiflisdə nəşr olunan “Molla Nəsrəddin” jurnalı ilə Yaxın Şərqdə satirik mətbuatın əsası qoyuldu. Cənubi Azərbaycanda da inqilab dövründə ana dilində çoxlu sayda qəzet və jurnallar nəşr olunmağa başlandı. 1906-1907-ci illərdə Təbrizdə Azərbaycan türkcəsində 20 qəzet və jurnal nəşr edilmişdi. Əliqulu Qəmküsarın redaktoru olduğu “Azərbaycan” satirik jurnalı, Seyid Hüseynin redaktorluq etdiyi “Ədalət”və“Ana dili” qəzetləri Cənubi Azərbaycan türklərinin milli şüurunun oyanışı sahəsində əvəzsiz xidmətlər göstərmişdi.