Mühazirə mətnləri Ümumi: 30 Mühazirə mövzusu. Cəmi: 60 saat (30 saat mühazirə-30 saat seminar) Bakı-2021


) XIX əsrin II yarısında ictimai sosial hərəkat. Qaçaq hərəkatı



Yüklə 315,92 Kb.
səhifə64/90
tarix02.01.2022
ölçüsü315,92 Kb.
#46223
növüMühazirə
1   ...   60   61   62   63   64   65   66   67   ...   90
60 saatlıq mühazirələr 2021-2022

6) XIX əsrin II yarısında ictimai sosial hərəkat. Qaçaq hərəkatı: Zaqatala - Balakən bölgəsində qədim dövrlərdən bu günə qədər azərbaycanlılar, avarlar, ingiloylar (qədim albanların islamı qəbul etmiş nəsilləri), saxurlar, gürcülər və digər xalqların nümayəndələri birgə yaşayırlar. Zaqatala dairəsi-1860-cı ildə Car-Balakən dairəsinin mərkəzi Zaqatala qalasına köçürüldüyü üçün dairə belə adlanmışdır. Muğalların Zaqatala dairəsinin ən qədim türksoylu sakinləri idi. Əsasən, Alazan çayı boyunda düzənliklərdə yaşayır, başlıca olaraq əkinçiliklə məşğul olurdular. Çar hökuməti 1863-cü ildə Gürcüstanda kəndli islahatının keçirilməsi qərarını verdikdən sonra Zaqatala dairəsində ingiloylar və muğallar gəlirlərinin 10 qatı həcmində birdəfəlik vəsait verməklə kəndliləri keşkəl-iri torpaq sahiblərinin asılılığından azad ola bilərdilər. Torpaq sahiblərinin əsas gəlir mənbəyinin əllərindən alınmasına yönələn bu qərar carlıların narazılığına səbəb oldu. Çar hökumətinin işğal etdiyi xalqların mənəviyyatına toxunması adi hal idi. Ruslar Zaqatalada xristianlaşdırma siyasəti aparırdılar. Rusiya İmperiyasının Şimali Azərbaycanda yeritdiyi xristianlaşdırma siyasəti xristian dininin pravoslav məzhəbini müstəmləkələrdə yaymaq imperiyanın maraqlarına xidmət etməli idi. 1851-ci ildə Qafqaz canişini knyaz M.Voronsov xristianlığı qəbul edən ingiloyların dövlət xəzinəsinə ödədikləri bəzi vergilərdən azad edilməsi barədə xüsusi əmr verdi. 1862-ci ildə Balakəndə kadet korpusunun məzunlarından biri, xristianlığı qəbul etmiş Aleksandr Qalacovun kilsə tikdirməsi 1863-cü ilin iyununda Hacı Murtuzun rəhbərliyi ilə Zaqatala üsyanının başlanmasına bəhanə oldu. Balakənli Bürcəli carlı Molla Zəngi onun ən yaxın köməkçilərinə çevrildilər. Üsyanda, demək olar ki, əhalinin bütün zümrələri iştirak edirdilər. Bu hərəkata kəndlilərlə bərabər, keşkəl sahibləri, ruhanilər, yerli imtiyazlı şəxslər də qoşulmuşdular. Lakin Zaqatala qalasını ələ keçirmək istəyən üsyançılar məğlub oldular.Lakin Zaqatala dairəsinin yeni rəisi başa düşdü ki, üsyanın yatırılmasından sonra zorakılıqlar davam edərsə, yerli əhali arasında yeni narazılıq dalğası başlaya bilər. Bunu nəzərə alaraq zorla pravoslavlaşdırılmış ingiloylara yenidən İslam dininə qayıtmağa icazə verildi. Nəticədə ingiloylar kütləvi surətdə pravoslavlıqdan imtina etdilər. “Xalq intiqamçıları”. XIX əsrin 70-90-cı illərində Azərbaycan kəndində kapitalist münasibətləri yaranır, ictimai təbəqələşmə baş verirdi, ölkəmizə rus kəndlilərinin köçürülməsi davam etdirilirdi. Nəticədə yerli kəndlilərin bir hissəsi torpaqsızlaşır və aztorpaqlı kəndlilərin sayı artırdı. Ağır vergilər kəndlilərin vəziyyətini daha da dözülməz edirdi. XIX əsrin son rübündə çarizmin milli müstəmləkə zülmünə qarşı mübarizəsi gücləndi. Kəndlilər vergi verməkdən və mükəlləfiyyətlər daşımaqdan boyun qaçırır, sahibkarlara məxsus torpaqları ələ keçirir, hökumət məmurlarının, bəylərin evlərinə hücum edir, onları yandırır, hətta sahibkarları öldürürdülər. Bu dövrdə Qazax, Cavanşir, Yelizavetpol, Şuşa və Quba qəzalarında kəndlilərin fəal çıxışları oldu. XIX əsrin son rübündə Azərbaycanda kəndli hərəkatının ən geniş yayılmış forması qaçaq hərəkatı idi. Azərbaycanda milli müstəmləkə zülmünə qarşı mübarizədə qaçaq hərəkatının böyük əhəmiyyəti olmuşdu. Zəngəzur qəzasında Qaçaq Nəbi, Qazax qəzasında Qaçaq Kərəm, Dəli Alı və b .kimi xalq intiqamçıları mübarizə aparırdılar.


Yüklə 315,92 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin