Mühazirə mətnləri Ümumi: 30 Mühazirə mövzusu. Cəmi: 60 saat (30 saat mühazirə-30 saat seminar) Bakı-2021


) XX əsrin əvvəllərində fəhlə hərəkatı: Hələ



Yüklə 315,92 Kb.
səhifə65/90
tarix02.01.2022
ölçüsü315,92 Kb.
#46223
növüMühazirə
1   ...   61   62   63   64   65   66   67   68   ...   90
60 saatlıq mühazirələr 2021-2022

7) XX əsrin əvvəllərində fəhlə hərəkatı: Hələ Çar hökumətinin keçirdiyi islahatlar Azərbaycanın iri şəhərlərində sənaye müəssisələrinin sayını artırır, kənddə gedən sosial təbəqələşmə var-yoxdan çıxmış kəndliləri bir qarın çörək dalınca fabrik və zavodlara istiqamətləndirirdi. Azərbaycanın fəhlə sinfi məhz bu cür formalaşırdı. Sənaye müəssisələrinin çoxalması Rusiyanın ətraf bölgələrindən, hətta xarici ölkələrdən belə fəhlə axınını sürətləndirirdi. Bakı tədricən çoxmillətli şəhərə çevrilirdi. Fəhlələrin vəziyyəti olduqca acınacaqlı idi. XIX əsrin sonlarından başlayaraq Bakıda, Nuxada, Gədəbəydə iqtisadi tələblərlə çıxış edən fəhlə narazılıqları, tətillər artdı. 1895-ci ildə Bakıda tütün fabrikinin fəhlələri Azərbaycan tarixində ilk mütəşəkkil tətil keçirdilər. Bakıda başlamış tətil hərəkatı şəhərdə hərbi vəziyyətin elan olunmasi ilə nəticələndi. Yalnız bundan sonra müəssisə rəhbərləri yeniyetmə fəhlələrin maaşını artırmağa razılıq verdilər. Rusiya və Qərbi Avropa şirkətləri milli sərvətlərimizi daşıyıb apararaq böyük qazanc əldə edirdilər. Zəngin sərvətlərimizdən faydalanmayan təkcə onun əsl sahibi olan Azərbaycan xalqı idi. Bir yazıda obrazlı şəkildə ürəkağrısı ilə qeyd edilmişdi: “Nefti ilə bütün dünyanı işığa boyayan, özü isə qaranlıqda qalan Bakı şəhərim mənim”. Şimali Azərbaycanda və onun əsas sənaye mərkəzi olan Bakıda fabrik və zavodlarda, neft mədənlərində fəhlələr ağır şəraitdə çalışır, gündə 12-14 saat işləyir, əvəzində çox az əməkhaqqı alırdılar. Onların iş və mənzil şəraiti dözülməz idi. Mədənlərdə texniki təhlükəsizlik tələblərinə əməl edilmədiyi üçün hər yeni neft quyusunun qazılması bir neçə fəhlənin ölümü və ya şikəst olması ilə nəticələnirdi. Tibbi və sosial sığortadan isə danışmağa dəyməzdi. 1902-ci ildə Bakıda baş vermiş ilk siyasi nümayişdə "Rədd olsun mütləqiyyət!", "Yaşasın azadlıq!" şüarları səslənmişdi. 1903-cü ildə Bakı şəhərində ilk böyük ümumi tətildə 8 saatlıq iş günü, əməkhaqqının artırılması tələbləri irəli sürülmüş, sahibkarlarla danışıq aparmaq üçün Tətil komitəsi yaradılmışdı. . Lakin hökumət bu tətili ordunun gücü ilə amansızlıqla yatırdı. 1904-cü ilin dekabrında Bakıda fəhlələrin yeni, daha böyük ümumi tətili baş verdi. Bu tətildə 50 mindən çox fəhlə iştirak edirdi. Tətil komitəsinin səyi ilə 1904-cü il dekabrın 30-da neft sənayeçiləri ilə fəhlə nümayəndələri arasında müştərək müqavilə bağlandı. "Mazut konstitusiyası" adlandırılan bu sənədə görə iş günü 9 saata endirildi, əməkhaqqı 20-25% artırıldı. Fəhlələr həftədə bir gün istirahət etmək, ildə bir dəfə məzuniyyətə çıxmaq hüququ qazandılar. Cənubi Azərbaycandan kəsbkarlığa gələn işçilərlə yerli fəhlələr arasında əməkhaqqı ödənilməsində qeyri-bərabərlik aradan qaldırıldı.  Mexaniki istehsal sahələrində çalışan fəhlələr də tətili davam etdirərək 1905-ci ilin yanvar ayında sahibkarları müştərək müqavilə bağlamağa məcbur etdilər. 1904-cü il dekabr ümumi tətili çar hökuməti və sahibkarlar üzərində fəhlələrin ilk böyük qələbəsi idi. Bu tətii 1905-1907-ci illər inqilabının müjdəçisi hesab edilir.


Yüklə 315,92 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin