Mühazirə mətnləri Ümumi: 30 Mühazirə mövzusu. Cəmi: 60 saat (30 saat mühazirə-30 saat seminar) Bakı-2021


) İlk milli siyasi partiya və təşkilatların yaranması



Yüklə 315,92 Kb.
səhifə68/90
tarix02.01.2022
ölçüsü315,92 Kb.
#46223
növüMühazirə
1   ...   64   65   66   67   68   69   70   71   ...   90
60 saatlıq mühazirələr 2021-2022

10) İlk milli siyasi partiya və təşkilatların yaranması: Tezliklə Azərbaycanda bir sıra siyasi partiyaların və təşkilatların yaranması prosesi başladı. Onların məqsədi xalqın faciələrinə biganə qalmayan qabaqcıl fikirli insanları birgə mübarizəyə səsləmək idi. İlk siyasi təşkilat 1902-ci ildə Məhəmməd Əmin Rəsulzadə tərəfindən yaradılan Müsəlman Gənclik Təşkilatı oldu. Onun əsas məqsədi müstəmləkə əsarətinə qarşı mübarizə aparmaq idi. 1904-cü ildə Mirhəsən MövsümovunM.Ə.Rəsulzadənin rəhbərliyi ilə qurulmuş “Hümmət” təşkilatının sonrakı fəaliyyəti Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının məqsədlərinə xidmətlə bağlı olsa da, öz ətrafında çox sayda qabaqcıl insan toplaya bilmişdi. “Hümmət” təşkilatı “Hümmət”, “Təkamül”, “Yoldaş” qəzetlərini nəşr etdirirdi.  Şimali Azərbaycanda ilk milli partiya 1905-ci ildə Gəncədə Ələkbər bəy Rəfibəyov tərəfindən Qeyrət partiyasını yaradıldı. Bu partiya Rusiyanın federativ dövlət kimi qurulmasını və Azərbaycana muxtariyyət verilməsi tələbini irəli sürən ilk siyasi təşkilat idi. Partiyanın ŞuşaBakıda yerli özəkləri fəaliyyət göstərirdi. Əhməd bəy Ağayev Bakıda 1906-cı ildə Difai (Dəf edən) partiyasını yaratdı. "Difai" partiyanın Qarabağ şöbəsinin sədri Kərim Mehmandarovun 400 nəfərlik hərbi dəstəsi vardı. Şuşada erməni quldurlarına yardım göstərmiş general Qoloşapov, Naxçıvanda ermənilərin törətdiyi qırğınlarda fəal iştirak etmiş qəza rəisi Enkel Difai rəhbərliyinin göstərişi ilə öldürüldü. 1907-ci ildə Gəncədə “Müdafiə” təşkilatı yaradıldı. Bu təşkilatın yaradılmasında rus ordusunun zabiti İbrahim ağa Vəkilov böyük rol oynadı. Təşkilatın fəxri sədri İsmayıl xan Ziyadxanlı idi. Müdafiə təşkilatının əsas siyasi qüvvəsini mütərəqqi Təşkilatın fəaliyyəti Yelizavetpol quberniyasının qərb hissəsini və Borçalını əhatə edirdi. Bu təşkilat Difai partiyasının yolunu davam etdirirdi. Təşkilat geniş maarifləndirmə işi aparır və azərbaycanlıların hüquqlarını qoruyurdu. 1907-ci ildə Bakıda Abbas Mirzə Şərifzadə, Məmməd Cuvarlinski, Rəhim bəy Məlikovun “İttifaq” təşkilatlarının yaradılmış İttifaq adlı təşkilat da azərbaycanlı əhalini rusların və ermənilərin törətdikləri qırğınlardan qorumağa çalışırdı. “Müsavat” (Bərabərlik) partiyası 1911-ci ildə fəaliyyətə başladı. Onun üzvləri arasında Məmmədəli Rəsulzadə, Abbasqulu Kazımzadə və Tağı Nağıoğlu kimi qabaqcıl ziyalılar var idi. 1912-ci ildə “Müsavat”ın proqramı çap edildi və tezliklə Ə.Hüseynzadənin “türkləşmək, islamlaşmaq, müasirləşmək” ideyası partiyanın əsas məramına çevrildi. M.Ə.Rəsulzadə 1913-cü ildə mühacirətdən qayıtdıqdan sonra Müsavat partiyasının liderinə çevrildi. “Müsavat” partiyası isə 1915-ci ildə “Açıq söz” qəzetini dərc etdirməyə başladı.


Yüklə 315,92 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin