2) Azərbaycan Xalq Cümhuriyyətinin yaranması: 3 mart 1918-ci il Brest-Litovsk sülh müqaviləsinin şərtinə görə, Rusiya 40 il öncə Qars, Ərdəhan və Batum vilayətlərini geri qaytarmalı idı. Seymin azərbaycanlı, gürcü və erməni nümayəndələrindən ibarət heyəti 1918-ci il martın 14-dən aprelin 13-ə kimi Trabzonda Osmanlı dövlətinin təmsilçiləri ilə sülh danışıqlarına başladı. Osmanlı dövləti Seym qarşısında iki əsas tələb qoydu: 1. Seym Cənubi Qafqazın müstəqilliyini elan etsin; 2. Qars, Ərdəhan və Batum vilayətlərini dərhal boşaltsın. Cənubi Qafqaz nümayəndə heyəti Trabzon sülh konfransınıyarımçıq tərk etdi. Erməni və gürcü fraksiyalarının tələbi ilə Seym Osmanlı dövlətinə qarşı müharibəyə başladı. Osmanlı hərbi qüvvələri ilə döyüşlərdə erməni-gürcü hərbi qüvvələri bir neçə gün ərzində ağır məğlubiyyətə uğradı. Nəticədə Seym Osmanlı dövlətinin hər iki tələbini qəbul etdi. 1918-ciil aprelin 22-də Seymin iclasında müstəqil Cənubi Qafqaz Federativ Demokratik Respublikası yaradıldığı elan edildi. Lakin 1918-ci il 26 may seymdən çıxan Gürcüstan Demokratik Respublikası (GDR) elan edildi. Seymin Azərbaycan fraksiyası mayın 27-də keçirilən iclasında özünü Azərbaycan Milli Şurası elan etdi və ölkəmizin idarə olunması vəzifəsini öz üzərinə götürdü. Şuranın sədri M.Ə.Rəsulzadə, icra orqanının rəhbəri isə F.Xoyskiseçildi. 1918-ci ilin 28 mayında Tiflisdə Qafqaz Canişin sarayının 2-ci mərtəbəsindəki böyük salonda keçirilən ilk iclasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan edilib və Azərbaycanın 6 bənddən ibarət “Milli İstiqlal Bəyannaməsi” imzalandı. Bəyannamədə bildirilirdi: 1) Azərbaycan tamhüquqlu müstəqil dövlətdir. Cənubi Qafqazın cənub və şərq hissələrindən ibarətdir. Ali hakimiyyət Azərbaycan xalqına məxsusdur. 2) Azərbaycanın siyasi quruluş forması Xalq Cümhuriyyətidir. 3) Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq birliyin bütün üzvləri ilə, xüsusən həmsərhəd xalqlar və dövlətlərlə qonşuluq əlaqələri yaradacaqdır. 4) Azərbaycan Xalq Cümhuriyyəti öz sərhədləri daxilində milliyyətindən, dinindən, cinsindən, ictimai vəziyyətindən asılı olmayaraq, bütün vətəndaşlarına tam vətəndaşlıq və siyasi hüquqlar verir. 5) Azərbaycan Xalq Cümhuriyyəti onun ərazisində yaşayan bütün xalqların sərbəst inkişafına şərait yaradacaqdır. 6) Müəssislər Məclisi çağırılana qədər Azərbaycanda ali hakimiyyət xalqın səsvermə yolu ilə seçdiyi Milli Şura və Milli Şuranın qarşısında cavabdeh olan Müvəqqəti Hökumət sayılır. Elə həmin gün TiflisdəFətəli xan Xoyski başçılığı ilə Cümhuriyyətin ilk hökuməti təşkil olundu. Azərbaycan Xalq Cümhuriyyəti bütün türk və müsəlman dünyasında dünyəvi təməl üzərində qurulan ilk respublika oldu. 1918-ci_il_iyun_ayının_16-da_Gəncəyə'>1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə Batumda sülh və dostluq müqaviləsi imzalandı. Müqavilənin bağlanması ilə Osmanlı imperiyası Azərbaycan Xalq Cümhuriyyətini tanıyan ilk dövlət oldu. Müqavilənin IV maddəsi dövlətimiz üçün həyati əhəmiyyət daşıyırdı. Həmin maddəyə əsasən, Osmanlı imperiyası Azərbaycana hərbi qüvvə ilə yardım göstərməyi öhdəsinə götürmüşdü. AXC Milli Şurası və hökuməti Tiflis şəhərini tərk etmək məcburiyyətində qaldı və 1918-ci il iyun ayının 16-da Gəncəyə köçdü. 17 iyunda Azərbaycan Milli Şurası öz işini dayandırdı və bütün səlahiyyətlərini F.Xoyskinin başçılıq etdiyi II hökumətə (19 iyun-7 dekabr 1918) verdi. Bundan sonra qanunverici və icraedici orqan kimi fəaliyyət göstərməli olan hökumət 6 aydan gec olmayaraq Müəssislər Məclisini (parlament) çağırmalı idi. Hökumət hərbi vəziyyət elan etdi, Azərbaycanın Milli Ordusunun yaradılmasına başlanıldı. Qafqaz İslam Ordusu— Osmanlı Dövlətinin 1918-ci ilin mart-avqust tarixləri arasında yaratdığı Şərq Orduları Qrupuna daxil olan hərbi birliklərdir. Hərbi nazir Ənvər Paşanın əmri ilə yaradılmış və tamamilə müsəlmanlardan ibarət idi. Birinci dünya müharibəsi zamanı Qafqaz cəhbəsindəki döyüşlərdə iştirak etmişdir. Nuru Paşarəhbərlik edirdi. 12-14 min osmanlı əsgərindən ibarət olan Qafqaz İslam ordusu, Azərbaycan türklərindən və Dağıstan müsəlmanlarından ibarət könüllülərin qatılması ilə təqribən 20 min sayında olmuşdur. Bakı XKS-in silahlı dəstələri iyunun 10-da Gəncə istiqamətində hərbi əməliyyatlara başladı. Məqsəd Gəncə şəhərini və bütün Azərbaycanı ələ keçirmək idi. Qafqaz İslam ordusu 1918-ci il 27 iyun-1 iyul Göyçay döyüşündə, 12-14 iyul Kürdəmir döyüşlərində bolşevik-rus və erməni daşnak qüvvələri geri oturdula bildi. 19-20 iyul 1918-ci ildə Şamaxı şəhərini ələ keçirdi. Bakı XKS İrandakı rus-kazak qüvvələrini yardıma çağırsa da, bunun elə də əhəmiyyəti olmadı. Şəhərin erməni əhalisi azərbaycanlılara qarşı törətdikləri soyqırımına görə tezliklə cavab verəcəyindən təlaşlanmışdı. Sovet Rusiyasınınşəhəri qorumaq üçün kifayət qədər yardım göndərməməsi, XKS-nin hərbi bacarıqsızlığı erməniləri İrandakı ingilis qoşunlarını köməyə çağırmağa sövq edirdi. Bakı Sovetinin iyulun sonlarında keçirilən iclasında bolşeviklərin bu qərara etirazı bir nəticə vermədikdə XKS fəaliyyətini dayandırdı. Avqustun 1-də Bakıdayaradılmış Sentrokaspi diktaturası (1 avqust-15 sentyabr) adlı hakimiyyət orqanında da erməni siyasi təşkilatları əsas rol oynayırdı. Onların israrlı xahişi ilə general Denstervilin başçılığı altında ingilis qoşunları avqustun 4-dən etibarən İrandan Bakıya gəlməyə başladılar. Gələn hərbi qüvvənin gözlənildiyindən xeyli az olması (1000 nəfərə qədər) erməniləri məyus etdi. İngilis komandanlığı şəhərdəki hakimiyyətin yerli silahlı qüvvələrin döyüş qabiliyyətinin zəif olduğunu yəqin etdi. İngilis generalı şəhərin və onun ətrafındakı yaşayış yerlərinin müsəlman əhalisinin yaxınlaşmaqda olan Azərbaycan-Osmanlıqoşunlarına rəğbətini gördükdən sonra Bakını tərk etmək qərarına gəlsə də, Sentrokaspi diktaturası buna imkan vermədi. Bu zaman Almaniya müttəfiqi Osmanlı dövlətinə və AXC-yə qarşı xain addım ataraq avqustun 27-də Sovet Rusiyası ilə gizli bağladığı “Əlavə saziş”ə əsasən, müəyyən qədər neftin müqabilində Bakını Azərbaycan-Osmanlı qoşunlarından qorumaqla bağlı üzərinə öhdəlik götürdü. Almaniya hərbi-siyasi dairələrinin fikrincə, bu zaman onlar Bakı neftinə yetişməklə müharibənin gedişində mühum dönüşə nail ola bilərdilər. "Sentrokaspi diktaturası"nın gördüyü yeganə doğru addım S.Şaumyan və onun silahdaşlarının Həştərxana qaçarkən həbs edilməsi oldu. Cinayətkarlar Azərbaycan xalqından qarət etdikləri çoxlu zinət əşyalarını, silah-sursatı özləri ilə aparırdılar. Bakı komissarlarının ikinci dəfə Sovet Rusiyasına qaçmaq cəhdi də baş tutmadı. Mindikləri gəmi ingilislər tərəfindən Türkmənistana aparıldı. Orada Bakı XKS-in rəhbərləri və digər cinayətkarlar eserlər tərəfindən güllələndilər. 26 avqust–14 sentyabr 1918-ci il Bakı döyüşləri nəticəsində 1918-ci il 15sentyabrda Qafqaz İslam Ordusu Bakını düşmənlərdən azad etdi. 17Sentyabrda Azərbaycan hökuməti Gəncədən Bakıya köçdü. Bakı şəhəri AXC-nin paytaxtına çevrildi. Yusif İzzət paşaosmanlıordusu ilə Dərbəndin şərqindəki dağlıq və meşəlik sahəyə çəkilən Biçeraxov qüvvələri ilə 9 oktyabrda da qanlı döyüşlər oldu. Rus birlikləri 12 və 13 oktyabrda da hücum manevrləri etdilər, ancaq hər dəfə də məğlub olaraq ağır itkilərlə geri çəkilmək məcburiyyətində qaldılar. Dərbənd azad edildi.