Mühazirə mətnləri Ümumi: 30 Mühazirə mövzusu. Cəmi: 60 saat (30 saat mühazirə-30 saat seminar) Bakı-2021


) Azərbaycanlıların Birinci Dünya Müharibəsində iştirakı



Yüklə 315,92 Kb.
səhifə72/90
tarix02.01.2022
ölçüsü315,92 Kb.
#46223
növüMühazirə
1   ...   68   69   70   71   72   73   74   75   ...   90
60 saatlıq mühazirələr 2021-2022

14) Azərbaycanlıların Birinci Dünya Müharibəsində iştirakı: Rusiya hökuməti azərbaycanlıları uzun müddət idi ki, hərbi xidmətə çağırmırdı və kişi əhalisi üzərinə hərbi vergi qoymuşdu. Çar hökuməti bu yolla Azərbaycan türklərini silah işlətmək vərdişindəndöyüş təcrübəsindən məhrum etmişdi. Rusiya, hətta Azərbaycan türklərini müharibəyə səfərbər etmiş olsaydı belə, onlann Qafqaz cəbhəsində Osmanlı dövlətinə qarşı vuruşmayacağını düşünməkdə tam haqlı idi. Çünki Azərbaycan əhalisində Türkiyəyə böyük bir sevgi, Rusiya hökumətinə isə dərin bir nifrət hökm sürürdü. Çünki hələ 1912-1913-cü illər Balkan savaşları zamanı Azərbaycandan çoxlu sayda könüllünün Osmanlı tərəfində döyüşdüyünü yaxşı bilən Rusiya hökuməti Cənubi Qafqazdakı ordusunda yalnız xüsusi ermənigürcü milli hərbi hissələri yaratmışdı. Rusiya hökumətinin təşəbbüsü ilə 1874-cü ildə qəbul edilən hərbi qanuna əsasən, ümumi hərbi mükəlləfiyyət yalnız slavyanlara şamil edilmişdi. Cənubi Qafqaz, Orta Asiya, Sibir xalqları kazaklar hərbi xidmətdən azad olunsalar da, onların ali silk nümayəndələrinin orduda zabit qismində iştirakına icazə verilirdi. Onlar hərbi məktəbləri bitirdikdən sonra zabit kimi ordu sıralanna cəlb olunurdular. Müharibə dövründə rus ordusu və donanmasında bəy, ağa nəslindən olan 200-dən çox azərbaycanlı zabit qulluq edirdi. Müharibənin ilk hərbi əməliyyatlarında verdiyi çoxsaylı itkilərdən sonra Rusiyanın ali hərbi-siyasi dairələri yalnız slavyanların səfərbərliyi hesabına ordunun canlı qüvvəyə tələbatının ödənilə bilməyəcəyinə əmin olduğundan imperiyanın digər xalqlarının da müharibəyə cəlb edilməsi qərara alındı. Lakin Osmanlı dövlətinin Rusiyaya qarşı müharibəyə başlaması ilə imperiyanın müsəlman xalqlarına etimadsızlığı artdı. Buna görə də səfərbərliyə alınan müsəlmanlardan yalnız Qərb cəbhəsində Almaniya və Avstriya-Macarıstana qarşı döyüşlərdə istifadə edilməsinə qərar verildi. Orduya əvvəlcə Volqaboyunda yaşayan müsəlmanları səfərbər etsələr də, daha sonra azərbaycanlıların hərbi birliklərdə iştirakına imkan yarandı. 1914-cü il 23 avqust çar II Nikolayın fərmanı ilə 6 alaydan ibarət Qafqaz Yerli Süvari Diviziyası (“Vəhşi diviziya”) yaradıldı. Könüllülərdən təşkil edilmiş diviziyada azərbaycanlılardan ibarət hərbi hissə Tatar Süvari Alayı adlanırdı. Digər hərbi hissələrdən fərqli olaraq, qafqazlıların süvari alaylarında at, yəhər, geyim, soyuq silah və ləvazimat döyüşçülərin öz hesablarına təmin olunmalı idi. Bu zabitlərdən biri olub, Rusiya ordusunun artilleriya general-leytenantı rütbəsinə qədər yüksələn Əliağa Şıxlinskini (1865-1943) ”Rus artilleriyasının allahı' adlandırırdılar. Birinci Dünya müharibəsi dövründə çar II Nikolay Rusiya dövlətinin paytaxtı Peterburq şəhərinin toplarla müdafiəsini ona etibar etmişdi. Topçuluq sənətini inkişaf etdirmiş bu azərbaycanlı general Qərb cəbhəsində artilleriya qoşunlarının rəisi, sonra, hətta ordu komandanı olmuşdu. Artilleriya general-leytenantı Səmədbəy Mehmandarov (1857-1931) Qərb cəbhəsində 21-ci diviziyanın komandanı olmuşdu. Onun başçılıq etdiyi diviziya 1914-cü ilin payızında Polşada "Lodz əməliyyatı” zamam alman qoşunlanna sarsıdıcı zərbə endirərək 2 rus ordusunu mühasirəyə düşmək rüsvayçılığından xilas etmişdi. Bu qəhrəmanlığına görə Səmədbəy Mehmandarova tam artilleriya generalı rütbəsi verilmiş və 1915-ci ildə o, II Qafqaz ordu korpusuna komandan təyin edilmişdi. General-leytenant Hüseynxan Naxçıvanski (1863-1919) Qərb cəbhəsində süvari (atlı) diviziyasına komandanlıq edirdi. Başqa bir azərbaycanlı general İbrahim ağa Vəkilov (1853-1934) ordu qərargahında döyüş əməliyyatları xəritələrinin hazırlanması kimi çox çətin bir işə cəlb olunmuşdu. Müharibə dövründə azərbaycanlı zabitlərdən general Səmədbəy Mehmandarov, kapitan Tərlan Əliyarbəyov (1892-1956) və çar ordusunun general-mayoru Teymur Novruzov (1880-1961) döyüşlərdə qeyri-adi igidlik göstərdiklərinə görə "Müqəddəs Georgi” ordeninin müxtəlif dərəcələrinə layiq görülmüşdülər. İlk azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbovun (1891-1916)İlya Muromets №16” tipli hərbi təyyarə ilə 1916-cı ilin sentyabrında Vilnüs səmasında gedən döyüşdə almanların 4 təyyarəsindən 3-nü vurmuş və döyüşdə həlak olmuşdu. Ölümündən sonra o "Müqəddəs Georgi" xaçı ordeninin IV dərəcəsi ilə təltif olunmuşdu.


Yüklə 315,92 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin