Mühazirə mətnləri Ümumi: 30 Mühazirə mövzusu. Cəmi: 60 saat (30 saat mühazirə-30 saat seminar) Bakı-2021


) Azərbaycan müharibə edən dövlətlərin planlarında



Yüklə 315,92 Kb.
səhifə70/90
tarix02.01.2022
ölçüsü315,92 Kb.
#46223
növüMühazirə
1   ...   66   67   68   69   70   71   72   73   ...   90
60 saatlıq mühazirələr 2021-2022

12) Azərbaycan müharibə edən dövlətlərin planlarında: 1914-cü il 1 avqustda AntantaÜçlər İttifaqı adlı iki hərbi qruplaşma arasında Birinci Dünya müharibəsi başlandı. Müharibə iştirakçılarının əsas məqsədi dünyanın əsas strateji bölgələrinizəngin müstəmləkələrini ələ keçirmək idi. Hər iki bloka daxil olan dövlətlərin planlarında Şimali və Cənubi Azərbaycan xüsusi yer tuturdu. Böyük dövlətlərdən yalnız Osmanlı imperiyasını Cənubi Qafqazın müsəlman-türk xalqlarının gələcək taleyi ciddi şəkildə maraqlandırırdı. Rusiyanın müstəmləkə zülmü altında əzilən müsəlman və türk xalqları rus əsarətindən xilas yolunu məhz Osmanlı dövlətinə arxalanmaqda görür və bütün ümidlərini Türkiyəyə bağlayırdılar. Müharibə göstərdi ki, çar Rusiyasının milli və dini ayrı-seçkilik siyasətinə məruz qoyduğu Azərbaycan xalqının içərisində heç bir dayağı yoxdur, əksinə Şimali Azərbaycanda xalqın geniş təbəqələri arasında antirus əhval - ruhiyyəsi getdikcə güclənməkdədir. Osmanlı dövlətinin Rusiyaya qarşı hərbi əməliyyatlara başlamasından sonra azərbaycanlıların müharibəyə münasibətində qeyri-müəyyənlik yarandı. Osmanlı imperiyası türk və müsəlman xalqlarının başlıca istinadgahı olduğundan onun uğursuzluğu bütün türk-islam dünyası üçün arzuolunmaz idi. Bu səbəbdən 1915–1916-cı illərdə baş vermiş məşhur Çanaqqala döyüşlərində Şimali və Cənubi Azərbaycandan gəlmiş minlərlə könüllü Osmanlı ordusu sıralarında vuruşmuşdu. Osmanlı dini-siyasi dairələrinin elan etdiyi cihada qoşulmaqla təbəələri olduqları dövlətə qarşı xəyanət etməyin məsuliyyətini dərk edən Şimali Azərbaycanın müsəlman əhalisi Rusiya–Osmanlı hərbi qarşıdurmasının tez bir zamanda dayandırılmasını arzulayırdı. Lakin Rusiyanın Osmanlı imperiyasına qarşı müharibədə “erməni amili”ndən geniş istifadə etməsi, onun silahlandırdığı erməni quldur dəstələrinin müsəlman əhalisinə qarşı zorakılıqları azərbaycanlıları narahat edirdi. Şimali Azərbaycanın milli ziyalılarının bir çox nümayəndələri Rusiyanın müharibədə qalib gələcəyi halda zəruri islahatların keçiriləcəyinə ümid etsələr də, böyük əksəriyyət Osmanlı və Almaniya imperiyalarının yardımı ilə Azərbaycanda müstəqil milli dövlətin yaradılacağını planlaşdırırdı. Difai partiyasının üzvləri 1915-ci ilin fevral ayında Aslan xan Xoyskini Osmanlı dövlətinə göndərdilər. O, Osmanlı dövlətinin hərbi naziri Ənvər paşa ilə görüşdü və ona “Müstəqil Azərbaycan Respublikasının qurulması” layihəsini təqdim etdi. Ənvər paşa bu lahiyəni bəyəndi. Osmanlı dövlətinin tarixi düşməni Rusiya müharibədə Türkiyəni bir dövlət kimi məhv etməyə, ərazisini müttəfiqləri ilə bölüşdürməyə və Osmanlıda yaşayan ermənilərə "muxtar ərazilər" yaratmağa çalışırdı.


Yüklə 315,92 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin