Mühazirə mətnləri Ümumi: 30 Mühazirə mövzusu. Cəmi: 60 saat (30 saat mühazirə-30 saat seminar) Bakı-2021


) Müharibə dövründə ictimai-iqtisadi və sosial vəziyyət: 1915-ci il 15 iyun



Yüklə 315,92 Kb.
səhifə73/90
tarix02.01.2022
ölçüsü315,92 Kb.
#46223
növüMühazirə
1   ...   69   70   71   72   73   74   75   76   ...   90
60 saatlıq mühazirələr 2021-2022

    Bu səhifədəki naviqasiya:
  • Bakıda
15) Müharibə dövründə ictimai-iqtisadi və sosial vəziyyət: 1915-ci il 15 iyun çar höküməti fərmanına əsasən 18-23 yaş arası olan kişilərin arxa cəbhədə işləmək üçün 50 mindən artıq azərbaycanlının səfərbərliyə alındı. Nəticədə: 1) kəndlərdə işçi qüvvəsinin sayını xeyli azaldı, 2) Müharibə dövründə Azərbaycan kəndinin işçi qüvvəsindən, qoşqu heyvanı, əmək alətləri, toxum və ərzaqdan məhrum edildi, 3) Rusiya və xarici bazarlarla əlaqələrin kəsilməsi ciddi təsərrüfat böhranına səbəb oldu, 4) Bahalıq möhtəkirliyə, aclığa və üsyanlara səbəb oldu. Nəqliyyat problemləri səbəbindən Şimali Azərbaycanın Rusiyanın ərzaq istehsal edən başlıca rayonları ilə əlaqələrinin çətinləşməsi ölkəyə ərzağın gətirilməsində də ağır vəziyyət yaratmışdı. Rusiya imperiyasının mühüm sənaye mərkəzlərindən biri olan Bakıda zəruri ərzaq məhsullarının qiymətlərinin 3–5 dəfə artması əhalinin yaşayışını xeyli ağırlaşdırmışdı. 1916-cı il 14-16 fevralda Bakıda möhtəkirlərin ərzaq məhsullarını süni şəkildə bahalaşdırmalarına qarşı qadınların güclü etiraz çıxışları baş verdi. Onlar bir sıra bazarları, dükanları, ərzaq anbarlarını, dəyirmanları ələ keçirib talan etdilər. Şəhərə böyük maddi ziyan vuruldu. Bakıya gətirilən əlavə qoşun hissələri bu çıxışı qəddarlıqla yatırdı. Nəticədə 64 adam həlak oldu, şəhərə 3 milyon rubl dəyərində ziyan dəydi.


Yüklə 315,92 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin