XI Mühazirə: Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920).
Plan 1918-ci mart soyqırımı.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması.
AXC-nin daxili siyasəti.
AXC-nin xarici siyasəti və beynəlxalq vəziyyəti.
1) 1918-ci mart soyqırımı:Cənubi Qafqazda əvvəl Zaqafqaziya Komissarlığının, sonra isə Zaqafqaziya Seyminin səlahiyyət dairəsindən kənarda qalan yeganə şəhər Bakı idi. Çünki RSDFP-nin (Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının) yerli təşkilatı olan Bakı Komitəsinin bolşevik rəhbərliyi 1917-ci il noyabrın 2-də Bakı şəhərində Sovet hakimiyyəti elan etmişdi. S.Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin əsas dayağı Sovet Rusiyası idi. V.İ.Lenin Cənubi Qafqaz xalqlarının milli azadlıq mübarizəsini diqqətlə izləyirdi. O, yaxşı başa düşürdü ki. Cənubi Qafqazda baş verən siyasi proseslər gec-tez müstəqil Azərbaycan dövlətinin yaradılması ilə nəticələnəcəkdir. Bunun qarşısını almaq üçün Qafqazın Fövqəladə Komissarı təyin etdiyi S.Şaumyana neftlə zəngin olan Bakıda hakimiyyəti tam şəkildə ələ keçirməyi tapşırmışdı. Plana görə bundan sonra bütün Azərbaycan işğal edilməli idi. Bakı şəhərində qırğın törətməklə bir neçə məsələni eyni vaxtda həll etmək istəyirdi. 1. Sovet Rusiyasının işğal planının həyata keçirilməsi,2. Müsəlman-türk əhalisini qırmaqla, Bakını rus- erməni şəhərinə çevirmək, 3. Əsas rəqibi olan "Müsavat" partiyasını, sosial bazası ilə birlikdə məhv etmək,4. Milli siyasi qüvvələrə divan tutmaqla xalqımızın azadlıq mübarizəsini başsız qoymaq. 1918-ci ilin mart-aprel aylarında Şimali Azərbaycanda erməni-daşnak-bolşevik qüvvələri tərəfindən kütləvi şəkildə soyqırımın törədilməsinin əsl səbəbini məhz bunda axtarmaq lazımdır. Sovetin antiazərbaycan qüvvələri – menşeviklər, eserlər, kadetlər Bakıda tam hakimiyyətə sahib olmağa can atan bolşevikləri Azərbaycan milli qüvvələrinə qarşı mübarizədə müdafiə edirdilər. 1918-ci il martın ortalarına kimi kiçik silahlı qüvvəyə malik olan bolşeviklər əlavə hərbi qüvvəyə ehtiyac duyurdular. Bu məqsədlə bolşeviklərlə daşnaklar arasında Azərbaycan milli hərəkatının əsas qüvvəsi olan “Müsavat”a qarşı hərbi-siyasi ittifaq bağlandı. Bolşeviklər daşnakları öz tərəflərinə çəkmək məqsədilə 1917-ci il 29 dekabrda Sovet Rusiyasının imzaladığı qondarma “Türkiyə Ermənistanı” haqqında dekretdən yararlandılar. Bakı, bir tərəfdən, bolşeviklər üçün Rusiya sənayesinin və nəqliyyatının əsas yanacaq təchizatçısı kimi mühüm əhəmiyyət kəsb etdiyi halda, digər tərəfdən, Azərbaycanın iqtisadi inkişafında əvəzedilməz, tükənməz mənbə hesab edilirdi. Həmçinin Bakı Azərbaycan milli hərəkatının mərkəzi, bolşeviklərin isə öz hakimiyyətlərini Cənubi Qafqazda yaymaq üçün mühüm dayaq nöqtəsi idi. Mart hadisələri ərəfəsində burada azərbaycanlıların iri silahlı birləşmələri mövcud deyildi. 1918-ci il 24 fevralda Bakıda 1-ci müsəlman atıcı alayının təşkil edilməsi üçün bura gəlmiş general-mayor Xəlil bəy Talışinski və qərargah zabitləri vağzalda bolşeviklər tərəfindən həbs edildilər. Bu müsəlman əhalisində о dərəcədə böyük narazılığa səbəb oldu ki, bolşeviklər onları azad etdilər. 1918-ci il 15 mart Bakı Soveti rəhbərliyiDaşnaksutyun partiyasının Bakı Komitəsi və digər erməni təşkilatları birgə fəaliyyət haqqında gizli saziş bağladı. Erməni-bolşevik qüvvələri Bakı şəhərində müsəlman əhalisinə divan tutmaq üçün Müsəlman Süvari Alayının bir qrup əsgər və zabitinin “Evelina” sərnişin gəmisində Lənkərandan Bakıya gəlməsindən bəhanə kimi istifadə etdilər. Həmin qrup 1918-ci il 24 martda H.Z.Tağıyevin faciəli şəkildə həlak olmuş oğlu, alayın zabiti Məhəmmədin dəfnində iştirak edirdi. Bu zabitlər geri qayıtdıqdan sonra onların guya Muğandakı rus-molokan kəndlərini məhv edəcəkləri barədə şəhərin xristian əhalisi arasında şayiələr yayıldı. Bakı Soveti nümayəndələri bundan istifadə edərək alayın əsgərlərini tərk-silah etdilər. Şəhərdə olan çoxsaylı erməni silahlılarına toxunulmadığı halda, azərbaycanlı hərbçilərə qarşı bu tədbirin həyata keçirilməsi müsəlmanların kəskin etirazına səbəb oldu. Kortəbii təşkil edilmiş mitinqlərdə şəhərin müsəlman əhalisi Bakı Sovetindən müsadirə olunmuş silahların qaytarılmasını və ya ermənilərdən də silahların alınmasını tələb edirdilər. Martın 30-da Bakı Sovetinin rəhbərliyi altında daşnak-bolşevik hərbi qüvvələri şəhərdə türk-müsəlman əhaliyə qarşı soyqırımına başladı. 3 gün davam edən qırğın nəticəsində 12 min nəfərədək dinc əhali ən amansız üsullarla qətlə yetirildi. Martın 31-dəşəhərin müsəlman əhalisi Bakı Sovetinin silahlı qüvvələrinə müqaviməti dayandırdı. Bakının nadir memarlıq abidəsi olan“İsmailiyyə” binası, Tağıyev teatrı, “Açıq söz” və “Kaspi” qəzetlərinin redaksiyaları yandırıldı, “Təzəpir” məscididağıdıldı.Aprelin 1-də azərbaycanlı partiya və cəmiyyətlərin nümayəndələri Bakı Sovetinin tələblərini qəbul etməyə məcbur oldular. Bu tələblərə görə, şəhərin müsəlman əhalisi hərbi birliklərini tərk-silah etməli, Bakı Sovetini şəhərdə yeganə ali qanuni hakimiyyət orqanı kimi tanımalı, Bakıdan Tiflisə və Petrovska (Mahaçqalaya) gedən dəmir yollarının bağlanılması aradan qaldırılmalı idi. Lakin buna baxmayaraq, erməni quldurlarının müsəlmanlara qarşı zorakılıqları aprelin 2-də də davam etdi. Aprelinəvvəllərində Dağıstan və Çeçenistanın imamıNəcməddin Qotsinskinin dağlılardan və Quba qəzasının komissarı Əli bəy Zizikskinin isə qəzanın yerli əhalisindən təşkil etdikləri hərbi dəstələr Bakının müsəlman əhalisini erməni-bolşevik vəhşiliklərindən xilas etmək məqsədilə yürüşə başladı. Onlar erməni-bolşevik silahlı dəstələrindən birini Xaçmaz yaxınlığında məğlub etdikdən sonra Bakı Soveti qoşunlarının Biləcəri-Xırdalan müdafiə xəttinə qədər irəlilədilər. Həştərxandan Bakıya yeni sovet qoşunlarının gətirilməsi ilə qüvvələr nisbətinin bolşeviklərin xeyrinə dəyişməsi onları geri qayıtmağa vadar etdi. Buna baxmayaraq, Bakının müsəlman əhalisi tamamilə müdafiəsiz qalmamışdı. Şəhərin qoçu dəstələri xalqın bu ağır vəziyyətində şəxsi maraqlarını bir kənara qoyaraq, qüvvələrini birləşdirib erməni quldurlarına layiqli cavab verirdilər. Onlardan kürdəxanılı qoçu Məşədi Adili, dağlı Musanı və maştağalı qoçu Nəcəfqulunu xüsusilə qeyd etmək lazımdır. Təsadüfi deyil ki, ermənilər Bakıda geniş miqyaslı soyqırımı törətsələr də, bir sıra ətraf kəndlərə girə bilməmişdilər. Bu qüvvələr tərəfindən Şamaxı qəzasında72 kənddağıdıldı. 22 mindən çox türk-müsəlman əhali öldürüldü. Bu erməni vəhşiliyinin qurbanlarının əksər hissəsi qoca, qadın və uşaqlar idi. Şaumyanın köməkçisi S.Lalayanın əmri ilə Şamaxıda qoca, qadın və uşaqların sığındığı məscidlərə od vurularaq yandırıldı. Şaumyanın digər nümayəndəsi Hamazaspın silahlı dəstəsi Quba qəzasında 162-dən çox kəndi məhv etdi. Quba şəhəri də daxil olmaqla, qəzada 16mindənçoxtürk-müsəlmanvəyəhudiəhalisiqətlə yetirildi. Ümumiyyətlə, 1918-ci ilin mart-aprel ayları ərzində 50 mindən (bəzi mənbələrə görə 30 min) çox türk-müsəlman əhaliməhv edilmişdi. Şəhərdə müsəlmanlara qarşı həyata keçirilən qırğınlara etirazını bildirən rus ordusunun 36-cı Türküstan alayının əsgərlərinin və komandanlığının, Xəzər Hərbi Dəniz Donanmasının rus matroslarının qırğınların dərhal dayandırılması haqqında Bakı Sovetinə verdikləri tələbindən və əks halda erməni məhəllələrinin bombardman ediləcəyi xəbərdarlığından sonra şəhərdə erməni zorakılığına əsasən son qoyuldu. Bu dəhşətli soyqırımı hadisəsini araşdırmaq üçün 1918-ci il 15iyul AXC tərəfindən Fövqəladə Təhqiqat Komissiyası yaradıldı. Prez.H.Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Mart soyqırımından sonra S.Şaumyanın başçılıq etdiyi “erməni sovet hökuməti” Bakıda bolşevik və erməni mətbuatından başqa bütün qəzet və jurnallar bağlandı. Erməni Milli Şurasından başqa bütün Milli Şuraların fəaliyyəti qadağan edildi. Bakı Şəhər Duması buraxıldı. Aprelin 25-dəBakı Xalq Komissarları Soveti (BXKS) (25 aprel 1918 - 31 iyul 1918) yaradıldı. S.Şaumyanın sədrlik etdiyi bu qurum birbaşa Sovet Rusiyasının göstərişləri əsasında fəaliyyət göstərirdi. Komissarlıqda bütün əsas vəzifələr ermənilərə tapşırılmışdı. Bankların milliləşdirilməsi adı altında şəhər banklarında saxlanılan bütün pul və zinət əşyaları müsadirə olundu. Bu işə A.Mikoyan rəhbərlik edirdi.