Mühazirə mətnləri Ümumi: 30 Mühazirə mövzusu. Cəmi: 60 saat (30 saat mühazirə-30 saat seminar) Bakı-2021


) XIX əsr-XX əsrin əvvəllərində memarlıq



Yüklə 315,92 Kb.
səhifə63/90
tarix02.01.2022
ölçüsü315,92 Kb.
#46223
növüMühazirə
1   ...   59   60   61   62   63   64   65   66   ...   90
60 saatlıq mühazirələr 2021-2022

5) XIX əsr-XX əsrin əvvəllərində memarlıq: XIX əsrdə şəhərsalma işində memar Qasım bəy Hacıbababəyov Bakı şəhərinin mərkəzi meydanının tikintisini (indiki Fəvvarələr meydanı) həyata keçirmişdi. Onun yaratdığı ən böyük memarlıq abidələrindən biri də 1860-cı illərdə Böyük karvansara sayılır. 1915-ci ildə bina "Metropol" mehmanxanası kimi fəaliyyət göstərirdi. Sonralar 1918-1920-ci illərdə AXC-nin Nazirlər Kabinetinin əməkdaşları burada yaşamışlar və işləmişlər, 1920-1930-cu illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurası burada yerləşdirilmişdi. Hal hazırda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi kimi fəaliyyət göstərir. Aleksandr Nevski kilsəsi (Qızıl kilsə) -1888-1898-ci illərdə tikilmişdir. 1936-cı ildə bolşeviklər tərəfindən məhv edilən bu provaslav kilsəsi vaxtilə Cənubi Qafqazın ən böyük kilsəsi olub. Kilsənin memarı alman Robert Marfeld, onun köməkçisi isə İosif Qoslavski idi. Tağıyevin qız məktəbi-Dövrün görkəmli memarı İosif Qoslavskinin (1865-1904) layihəsi əsasında H.Z.Tağıyevin 1901-ci ildə azərbaycanlı qızlar üçün ilk məktəbinin binası (indiki AMEA-nin Əlyazmalar İnstitutunun binası). Rəsmi adı “Aleksandra imperator rus-müsəlman qız məktəbi”olan bu məktəbin ilk direktoru H.Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova olmuşdur. Binada azərbaycanlı qızlar üçün pansion tipli ilk məktəb idi. Pansion – məktəb şagirdlərinin bütün gün ərzində qaldığı qapalı tədris müəssisəsi. Burada şagirdlərə ancaq bazar günləri evlərinə getməyə icazə verilirdi. H.Z.Tağıyevin sarayı-1902-ci ildə onun həyat yoldaşı Sona xanımın şərəfinə tikilmişdir. Memarı İ.Qoslavskidir. Hazırda isə Azərbaycan Tarix Muzeyinin yerləşdiyi binadır. Bakı şəhər Dumasının binası 1900-1904-cü illərdə memar İosif Qoslavskinin layihəsi əsasında barokko stilində inşa edilmişdir. Hazırda Bakı Şəhər İcra hakimiyyətinin binası kimi fəaliyyət göstərir. İsmailiyyə Sarayı 1908-1913-cü illərdə qotik üslubunda tikilmişdir. Saray Musa Nağıyevin gənc yaşında vəfat etmiş oğlu İsmayıl Nağıyevin şərəfinə adlandırılmışdır. Memarı İosif Ploşko olmuşdur. Əvvəllər Müsəlman xeyriyyə cəmiyyətinin binası kimi, hazırda isə AMEA-nın Rəsayət heyətinin binası kimi fəaliyyət göstərir. Hacı Sultanəli məscidi 1904-1910-cu illərdə dövrünün xeyriyyəçi və zəngin adamlarından olan Hacı Sultanəlinin vəsaiti hesabına tikilib. Memarı İosif Ploşko olmuşdur. Səadət Sarayı və ya Muxtarovun evi — Milyonçu Murtuza Muxtarovun 1911-1912-ci illərdə həyat yoldaşı Liza Tuqanova üçün inşa etdirdiyi saraydır. Memarı İosif Ploşko olmuşdur. Təzəpir məscidi 1905-1914-cü illərdə Nabat Aşurbəylinin (1795-1912)-117 yaş) vəsaiti ilə Zivərbəy Əhmədbəyovun layihəsi əsasında tikilib. Bakı Bulvarının əsasının qoyulması 1909-1910-cü illərdə Məmməd Həsən Hacınskiyə məxsusdur.


Yüklə 315,92 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin