Mühazirə mətnləri Ümumi: 30 Mühazirə mövzusu. Cəmi: 60 saat (30 saat mühazirə-30 saat seminar) Bakı-2021


-cu ildə Şimali Azərbaycanı da əhatə edən Qafqaz Tədris dairəsi



Yüklə 315,92 Kb.
səhifə59/90
tarix02.01.2022
ölçüsü315,92 Kb.
#46223
növüMühazirə
1   ...   55   56   57   58   59   60   61   62   ...   90
60 saatlıq mühazirələr 2021-2022

1849-cu ildə Şimali Azərbaycanı da əhatə edən Qafqaz Tədris dairəsi yaradılmışdır. 1853-cü il məktəb nizamnaməsinə görə Şimali Azərbaycanda birsinifli ibtidai məktəblər yaradılmalı idi (ilk belə məktəblər 1854-cü ildə QubaOrdubadda yaradılmışdı). Dövlət məmurları hazırlamaq məqsədilə 1854-cü ildə Şamaxıda ali dördsinifli məktəb açılmışdı. 1859-cu il Şamaxı zəlzələsindən sonra bu məktəb Bakıya köçürüldü. İlк Аzərbаycаn dili dərsliкləri 30-cu illərdə yаrаnmаğа bаşlаndı. 1839-cu ildə N.Dеmеntyеvin «Yаzı nümunələri», «Türк-tаtаr əlifbаsı», «Təmsil və pоvеstlər» və M.Каzımbəyin «Türк-tаtаr dilinin qrаmmаtiкаsı» (1839), 1844-cü ildə, А.Budаqоvun «Türк-tаtаr dilinin əlifbаsı» dərsliкləri bu sаhədə görülən ən mühüm işlərdir.

Üsuli-Cədid (yeni üsul) - Azərbaycanda 1920-ci ilədək məktəb və mədrəsələrdə tətbiq edilən yeni tədris üsulu, mütərəqqi pedaqoji cərəyan. XIX əsrin sonları-XX əsrin əvvəllərində yaranmışdır. İsmayıl Qaspıralı- Üsuli-cədid məktəblərinin açılmasının ideya müəllifi olmuş, lakin Azərbaycanda ilk dəfə Üsuli-cədid məktəblərinin açılmasının irəli sürən maarifçilər M.F.AxundovH.Zərdabi olmuşdur. “Üsuli-cədid” məktəblərinin üstünlükləri: 1) Heca üsulu əvəzinə - "səs" üsuluna keçirildi, 2) Əzbərləmə əvəzinə şüurlu mənimsəmə üsulu tətbiq edilir, bədən cəzası verilmir, 3) Parta, yazı taxtası, qlobus və digər müasir tədris avadanlıqlarından istifadə, 4) 45 dəqiqəlik 1 dərs müddəti, 5) 10 dəqiqəlik zəng ilə fasilə, 6) Konkret tədris ilini əhatə edən Proqram. XIX əsrin 60-90-cı illərində Şimali Azərbaycanda “üsuli-cədid” məktəbləri yaradılmasına başlandı. İlk belə məktəbi Seyid Əzim Şirvani Şamaxıda açmışdı. Sonrakı illərdə Şuşada Mir Möhsün Nəvvab, NaxçıvandaOrdubadda Məmməd Tağı Sidqi, İrəvandaTəbrizdə Mirzə Həsən Rüşdiyyə, Bakıda Əbdülxaliq Cənnəti, Lənkəranda Məhəmməd İsmayıl Qasir “üsuli-cədid” məktəbi yaratdılar. 1872-ci il 13 may Əsasnaməsi ilə bütün qəza məktəbləri 6 illik təhsil verən pullu şəhər məktəblərinə çevrildi. 1874-cü ildə ibtidai kənd məktəbləri yaradılması haqqında yeni Əsasnamə qəbul edildi.

Azərbaycanda ilk rusdilli orta təhsil müəssisəsigimnaziya 1865-ci ildə Bakıda açıldı. Bakıda 1874-cü ildə ilk qız gimnaziyası, 1896-cı ildə isə ilk kişi gimzaziyası açıldı. Orta məktəblərdə təhsil ödənişli idi. Yəni açılan məktəblərdə dərs demək üçün müəllim kadrları hazırlanmasında 1876-cı ildə Qori Müəllimlər Seminariyası mühüm rol oynadı. Aleksey Çernyayevskinin rəhbərliyi ilə 1879-cu ildən seminariyanın Azərbaycan şöbəsi fəaliyyətə başladı. Azərbaycanlı şagirdləri orta məktəbə hazırlamaq məqsədilə ilk Rus-Tatar məktəbi Bakıda 1887-ci ildə gənc pedaqoqlar Həbib bəy Mahmudbəyov və Sultan Məcid Qənizadə tərəfindən yaradılmışdı. Digər rus məktəblərindən fərqli olaraq, bu məktəblərdə birinci tədris ilində Azərbaycan dili məcburi fənn kimi keçilirdi. 1894-cü ildə isə Nəriman Nərimanov Bakıda ilk qiraətxana təşkil etdi. Burada yerli sakinlər gündəlik qəzet və jurnallarla tanış olmaq, ən son xəbərləri öyrənmək imkanı qazandılar. H.Z.Tağıyevin 1901-ci ildə azərbaycanlı qızlar üçün ilk məktəb açması böyük hadisə idi. Belə bir məktəb bir il sonra Gəncədə də açılmışdı. 1912-ci il Əsasnaməsinə görə, pullu şəhər məktəbləri ali ibtidai sinifli məktəblərə çevrildi. XX əsrin əvvəlində Şimali Azərbaycanda tam orta təhsil verən məktəblərin sayı artdı. Yeni məktəblər 4 illik idi və 3-4 sinifli ibtidai məktəblərin sonrakı pilləsini təşkil edirdi. Bu dövrdə A.Şaiqin (1881-1959) rəhbərliyi altında “Uşaq çeşməyi”, “Gülzar” kimi dərsliklər, H.Mahmudbəyovun (1864-1928) redaktorluğu ilə “İkinci il”, “Türk ədəbiyyatına ilk qədəm”, “Yeni türk əlifbası adlı dərsliklər yazılmışdı.




Yüklə 315,92 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin