Mühazirə mətnləri Ümumi: 30 Mühazirə mövzusu. Cəmi: 60 saat (30 saat mühazirə-30 saat seminar) Bakı-2021


) Milli teatrın yaranması. İncəsənət



Yüklə 315,92 Kb.
səhifə62/90
tarix02.01.2022
ölçüsü315,92 Kb.
#46223
növüMühazirə
1   ...   58   59   60   61   62   63   64   65   ...   90
60 saatlıq mühazirələr 2021-2022

4) Milli teatrın yaranması. İncəsənət. Milli teatr: 1873-cü il martın 10-da Bakı real məktəbinin müəllimi Həsən bəy Zərdabi Nəcəf bəy Vəzirov tərəfindən Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası tamaşaya qoyulmasilə milli teatrımızın əsası qoyuldu. Sonrakı illərdə Bakı teatr həvəskarları qrupunun peşəkar aktyorlar truppasına çevrildi. H.Z.Tağıyev 1883-cü ildə Bakıda ilk teatr binası (indiki musiqili komediya teatrının binası) tikdirdi. Artıq XIX əsrin 80 - 90-cı illərində Bakı ilə yanaşı, Şuşa, Quba, Şəki, Gəncə, Naxçıvan və İrəvanda da teatr tamaşaları göstərilirdi. 1895-ci ildə Bakı Artistlər Cəmiyyəti təşkil edildi. XX əsrin əvvəlində Cahangir Zeynalov, Hüseyn Ərəblinski, Mirzəağa Əliyev, Sidqi Ruhulla, Hüseynqulu Sarabski milli teatrımızın çox istedadlı aktyorları idilər. Hüseyn Ərəblinski milli səhnəmizin ilk peşəkar aktyoru idi. O, C.Məmmədquluzadənin "Ölülər" pyesini tamaşaya qoymuş, 1916-ci ildə "Neft və milyonlar səltənətində"adlı ilk Azərbaycan bədii filminin çəkilişində yaxından iştirak etmişdi. İlk azərbaycanlı qadın aktrisa Şövkət Məmmədova həmin dövrdə təqib və hədə-qorxulara baxmayaraq, seçdiyi yoldan dönmədi. Ş.Məmmədovaya qədər səhnəmizdə qadın rollarını da kişilər oynayırdılar. 1909-cu ildə Cənubi Azərbaycanda - Təbrizdə ilk teatr tamaşası göstərildi. 1916-cı ildə isə Təbrizdə ilk teatr binası tikildi. Musiqi: XIX əsrdə Azərbaycanda aşıq musiqisi və muğam sənəti inkişaf etməkdə idi. Aşıqlardan Molla Cumə, Aşıq Ələsgəri, muğam sənətinin Xarrat Qulu, Hacı Hüsü, Məşədi İsi, Cabbar Qaryağdıoğlu, Sadıqcan kimi nümayəndələrini nəinki Qafqazda, onun hüdudlarından kənarda da yaxşı tanıyırdılar. Milli musiqimizin inkişafında bəstəkar Üzeyir bəy Hacıbəylinin yaratdığı ilk milli operamız “Leyli və Məcnun”un 1908-ci il 12 yanvarda afişası verilmiş, 25 yanvarda Bakıda səhnəyə qoyulması təkcə Azərbaycanda deyil, ilk dəfə bütün müsəlman Şərqində böyük mədəni hadisə idi. “O olmasın, bu olsun” “Arşın mal alan” musiqili komediyaları ona dünya şöhrəti qazandırmışdı. Digər bəstəkarımız Müslüm Maqomayevin Bakıda tamaşaya qoyduğu “Şah İsmayıl” (1916) operası musiqi sənətimizin qızıl fonduna daxil edilmişdir. Xanəndələr Cabbar Qaryağdıoğlu, İslam Abdullayev, Seyid Mirbabayev və tarzən Qurban Pirimov muğam sənətinin inkişafında əvəzsiz xidmətlər göstərdilər. Rəssamlıq: XIX əsrdə Azərbaycan rəssamlığında portret janrı sahəsində rəssam Mirzə Qədim İrəvani İrəvan Xan sarayındakı Güzgülü salonun divarlarına “Cavan oğlan”, “Oturmuş qadın”, “Abbas Mirzə” portretlərini çəkmişdi. Dövrün digər rəssamı Mir Möhsün Nəvvab da çoxlu miniatür və illüstrasiyalarla yanaşı, Əmir Teymurun portretini yaratmışdır. Ustad rəssam Qarabağlı Qənbər şagirdləri ilə birlikdə XIX əsrin ortalarında Şəki Xan sarayının divar rəsmlərini bərpa etmişdi. XX əsrin əvvəlində tanınmış peşəkar rəssamlardan biri Bəhruz Kəngərli “Qaçqın uşaqlar” və s. onlarla rəsm əsərinin müəllifidir. Azərbaycanda satirik qrafikanın görkəmli nümayəndəsi Əzim Əzimzadə idi. “Molla Nəsrəddin” jurnalına çəkdiyi karikaturalar və M.Ə.Sabirin “Hophopnamə”sinə çəkdiyi şəkillər ona böyük şöhrət qazandırmışdı.


Yüklə 315,92 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin