Mühazirə mətnləri Ümumi: 30 Mühazirə mövzusu. Cəmi: 60 saat (30 saat mühazirə-30 saat seminar) Bakı-2021


) 1828-1829-cu illər Rusiya-Türkiyə müharibəsi



Yüklə 315,92 Kb.
səhifə52/90
tarix02.01.2022
ölçüsü315,92 Kb.
#46223
növüMühazirə
1   ...   48   49   50   51   52   53   54   55   ...   90
60 saatlıq mühazirələr 2021-2022

5) 1828-1829-cu illər Rusiya-Türkiyə müharibəsi: Azərbaycan torpaqlarına ermənilərin köçürülməsi 1828-1829-cu illəri əhatə edən Rusiya-Türkiyə müharibəsindən sonra daha geniş vüsət aldı. 1829-cu ildə imzalanmış Ədirnə sülhünə görə, Osmanlı dövləti ərazisindən 90 minə yaxın erməni əhalisi Azərbaycanın şimal torpaqlarına köçürüldü. Bu sülhə əsasən, Axalsıx paşalığının bir hissəsi Rusiya imperiyasına ilhaq edildi, Osmanlı dövləti bütün Cənubi Qafqazın işğalını rəsmən tanıdı.

6) Çarizmin köçürtmə siyasəti. Rusiya imperiyası Şimali Azərbaycanda özünə xristian əhalidən dayaq yaratmağa çalışırdı. Bu məqsədlə işğaldan dərhal sonra Cənubi Qafqaza, o cümlədən Azərbaycana almanları, erməniləri, rusları və digər xristian xalqları köçürməyə başladı. Çarizmin köçürmə siyasətində almanlar da mühüm yer tuturdular. XVIII əsrin sonu – XIX əsrin əvvəllərində Almaniya siyasi dağınıqlıq dövrünü keçirməklə yanaşı, ağır iqtisadi böhran içərisində idi. Napoleon müharibələri də ölkədən yan ötmədi. Məhz belə bir dövrdə Rusiya alman əhalisinin hərbi cəhətdən fəth edilmiş Qafqaz torpaqlarında yerləşdirilməsinə ciddi diqqət ayırdı. XIX əsrin əvvəlində Almaniya əhalisi I Napoleonun işğalçı müharibələri və feodal zülmündən ağır vəziyyətə düşdü, əhalinin bir hissəsi vətənlərini tərk etdi. 1818-ci ildə Rusiya hökuməti Cənubi Qafqaza köçürdüyü alman ailələrinin bir hissəsini Yelizavetpol (Gəncə) dairəsində məskunlaşdırdı. Yelenendorf (indiki Göygöl) və Annenfeld (indiki Şəmkir) adlanan alman məskənləri salındı. Onların içərisində savadlı mühəndislərin, bacarıqlı sənətkarların, kəndlilərin olması da rus çarizminin Qafqazla bağlı iqtisadi maraqları ilə üst-üstə düşürdü. Cənubi Qafqazın zəngin təbii ehtiyatlarını səmərəli şəkildə mənimsəməyə, həmçinin bölgədə xristian ünsürlərinin mövqeyini gücləndirməyə çalışan Rusiya almanların burada yerləşdirilməsində daha maraqlı tərəf idi. XV maddədə “bağışlanma əta olunanlar” Rusiya ilə aparılan müharibələrin gedişində şah hökumətinə xəyanət edən, rus qoşunlarının uğur qazanması üçün onlara çuğulçuluq edib hər cür yardım göstərən ermənilər idi. Türkmənçay (1828) və Ədirnə (1829) sülh müqavilələrindən sonra Şimali Azərbaycan torpaqlarına qısa müddət ərzində İrandan 40 min, Türkiyədən 84 minə yaxın erməni kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürüldü. Rusiya imperiyası erməniləri, əsasən, keçmiş İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazilərində və Borçalıda məskunlaşdırmaq siyasəti yeridirdi. 1828-ci ildə İrəvan və Naxçıvan ərazisində “Erməni vilayəti” quruldu. Lakin Naxçıvanda yerli əhalinin ciddi müqaviməti nəticəsində bu bölgədə ermənilərin kütləvi məskunlaşdırılması baş tutmadı. Çar hökuməti köçürüb gətirdiyi erməni əhalisini çox yüksək səviyyədə himayə edirdi. Onlar 6 il ərzində bütün vergi və mükəlləfiyyətlərdən azad edildi və hətta Qacarlar dövlətindən alınan təzminatın bir hissəsi əlavə vəsait kimi onlar üçün ayrıldı. Şimali Azərbaycan torpaqlarında ermənilərin məskunlaşması XX əsrin əvvəllərinə qədər davam etmiş, əhalinin etnik tərkibi ciddi dəyişikliklərə məruz qalmışdı.  Lakin Naxçıvanda yerli əhalinin ciddi müqaviməti nəticəsində bu bölgədə ermənilərin kütləvi məskunlaşdırılması baş tutmadı.  Çar hökuməti ruslaşdırma siyasətinə uyğun olaraq Azərbaycana rusların köçürülməsini də diqqətdə saxlayırdı. İlk vaxtlar burada xidmət edən əsgərlərin xidmət müddətini başa vurduqdan sonra Azərbaycanda məskunlaşdırılmasına cəhd edilsə də, bu alınmadı. Rus əsgərləri özləri üçün yad olan iqlimdə yaşamaq istəmirdilər. Rusiyanın mərkəzi quberniyalarında rəsmi pravoslav kilsəsinə qarşı çıxanlar ölkəmizə sürgün edildi. Çarın 20 oktyabr 1830-cu il tarixli fərmanı ilə qısa müddət ərzində yüzlərlə təriqətçi və bidətçi rus ailəsi köçürülərək Azərbaycanın Şirvan, Lənkəran və Qarabağ bölgələrində yerləşdirildi. 30 qədər rus kəndi salındı. Sonrakı dövrlərdə də rusların Azərbaycanın şimal torpaqlarında yerləşdirilməsi prosesi davam etdirildi. Ən münbit torpaqlar, həmçinin yerli əhalinin yaylaq kimi istifadə etdiyi ərazilər gəlmələrə verildi. XX əsrin əvvəlində təkcə Cavad qəzasına - Muğana köçürülən rus kəndliləri üçün 44 min desyatin yararlı torpaq sahəsi ayrılmışdı. Bununla bağlı Muğanda 2 mindən çox azərbaycanlı ailəsi öz ata-baba yurdundan qovulmuş, torpaqları isə yeni köçürülmüş rus kəndlilərinə verilmişdi. Çox qısa müddət ərzində Muğanda 49 rus kəndi salınmışdı. Sosial-iqtisadi həyat: Azərbaycanda istehsal edilən xam ipək, pambıq, qızıl, boya, yun məmulatları və s. məhsullar Rusiyaya aparılırdı. Bu dövrdə ilk manufakturalar meydana gəldi. 1827-ci ildə Şəki yaxınlığında Xanabad manufakturası fəaliyyətə başladı. Sonralar bu manufaktura Cənubi Qafqazda 1836-cı ildə yaradılmış, ipəkçiliyi və ticarət sənayesini yayan cəmiyyətin sərəncamına verildi. 1836-cı ildə Xaçın məlikliyi ərazisində yerləşən alban katolikosluğu ləğv edildi, alban kilsəsi və alban tarixinə aid qiymətli mənbələr Rusiyaya aparıldı. Bu, qədim alban etnosunun varlığına böyük zərbə oldu. Çar Rusiyası sənətkarlıq və ticarətdən gələn gəlirlərini artırmaq üçün XIX əsrin 20–30-cu illərində bir sıra addımlar atdı. Rusiya ticarəti inkişaf etdirmək məqsədilə 1821-ci ildə Cənubi Qafqazda güzəştli ticarət tarifi (qaydaları) tətbiq etdi. Bu qaydalara görə, gətirilən əcnəbi malların yalnız 50%-dən gömrük haqqı alınırdı. Həmin tarifin qüvvədə olduğu müddətdə Şimali Azərbaycanda ticarət müəyyən dərəcədə canlandı. Lakin Qərbi Avropa toxuculuq məhsulları aşağı keyfiyyətli Rusiya məhsullarını Cənubi Qafqaz bazarlarında sıxışdırdığı üçün çar hökuməti güzəştli ticarət tarifini ləğv etdi. 1831-ci ildən tətbiq olunan yeni qaydalara görə, Qərbi Avropa malları artıq Cənubi Qafqaza gətirilə, buradan da üçüncü ölkəyə (İrana, Mərkəzi Asiya ölkələrinə) aparıla bilməzdi. 1836-cı ildə rəhdari rüsumunun ləğvi ticarətin inkişafına müsbət təsir göstərdi. Xanlıqlar dövründən qalan müxtəlif çəki, ölçü və pul vahidlərinin mövcudluğu sənətkarlıq və ticarətin inkişafını ləngidirdi. 1839–1843-cü illərdə bu sahədə irəliyə doğru addımlar atıldı. Azərbaycanda da Rusiyada istifadə olunan vahid çəki, ölçü, pul vahidləri tətbiq edildi. Beləliklə, çarizmin bölgədən gələn gəlirlərini artırmaq məqsədilə həyata keçirdiyi islahatlar obyektiv olaraq sənətkarlıq və ticarətin inkişafına müsbət təsir göstərdi.


Yüklə 315,92 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin