Mühazirə mətnləri Ümumi: 30 Mühazirə mövzusu. Cəmi: 60 saat (30 saat mühazirə-30 saat seminar) Bakı-2021



Yüklə 315,92 Kb.
səhifə32/90
tarix02.01.2022
ölçüsü315,92 Kb.
#46223
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   90
60 saatlıq mühazirələr 2021-2022

Qaraqoyunlu dövləti: Qaraqoyunlu tayfa birliyinə daxil olan oğuz türkman boylarının Azərbaycanda məskunlaşması hələ VII əsrdən, Qaraqoyunlu tayfa birliyinə daxil olan Ağacərilər isə V əsrdən Azərbaycanda məskunlaşmışdı. Monqol yürüşləri ərəfəsində Xalxal bölgəsini idarə edən Ağacərilər sonradan digər oğuz boyları kimi qərbə doğru çəkilməyə məcbur olmuşdular. Sədlilər NaxçıvanSürməlidə məskunlaşmışdılar. Qaraqoyunlu tayfa birliyinin və dövlətinin yaranmasında isə Baharlı tayfası aparıcı rol oynamışdır. Qaraqoyunlu tayfasının adı həmin tayfanın totemi sayılan «qara qoç»la bağlıdır. İlk oğuz-türk axınları zamanı ölkəmizə gələn qaraqoyunlu tayfa birliyinin mərkəzi vilayəti Van gölündən şimalda Ərciş olmuşdu. Monqol işğalları dövründə isə yerini dəyişməyə məcbur olan qaraqoyunlular Kiçik Asiyanın digər yerləri, İraq və Suriyada məskunlaşmışdılar. Qaraqoyunlu sülaləsinin banisi Bayram Xoca (1375-1380) Cəlairilərin sultanı Üveysin sarayında nüfuzlu əmirlərdən biri olmuşdu. Onun oğlu Qara Məhəmməd (1380-1389) 1387-ci ildə Çapaqçur döyüşündə Teymur üzərində inamlı qələbə qazandı və mərkəzi Van şəhəri olmaqla Qaraqoyunlu bəyliyinin əsası qoyuldu. Qaraqoyunlu dövlətinin yaranması və güclənməsi Qara Məhəmmədin oğlu Qara Yusifin (1389-1420) hakimiyyəti dövrünə təsadüf edir. Qara Yusif Sultan Əhməd Cəlairi ilə birlikdə Əmir Teymura qarşı mübarizəyə başlasa da, 1394-cü il Bağdad döyüşündə məğlub olub, Sultan Əhmədlə birlikdə əvvəl Osmanlı dövlətinə, 1402-ci il Ankara döyüşündən sonra Misir-məmlük dövlətinə sığında, Misir sultanı Fərəc Teymurun təhdidi ilə Sultan Əhməd və Qara Yusifi həbsxanaya saldırmışdı. 1405-ci ildə Teymurun ölümündən sonra həbsdən azad edilən Sultan Əhməd Bağdadda, Qara Yusif isə Van şəhərində hərbi qüvvə toplayaraq Təbrizə yürüş etməyə qərar vermişdilər. Ancaq andlaşmanı pozan Sultan Əhməd 1406-cı ildə Təbrizə daxil olmuşdu. Qara Yusif teymuri Əbu Bəkri ilk dəfə 1406-cı ildə Naxçıvan yaxınlığında Araz çayı sahilində baş verən döyüşdə, ikinci dəfə isə 1408-ci ildə Təbriz yaxınlığındakı Sərdrud düzündə məğlub etdi. Miranşah öldürüldü Sərdrud döyüşünün mühüm tarixi əhəmiyyəti var idi. Bununla da teymurilərin Azərbaycanın torpaqlarındakı hakimiyyətinə son qoyuldu hakimiyyət Qaraqoyunluların əlinə keçdi. Qara Yusifin teymurilər üzərindəki qələbələri, əhali arasında nüfuzunun artması Sultan Əhmədi narahat edirdi. Nəticə də 1410-cu ildə Qara Yusifin Təbriz yaxınlığında Şənbi-Qazan adlı yerdə keçmiş müttəfiqi Sultan Əhməd Cəlairinin qoşunlarını darmadağın etmişdi. Bu qələbə nəticəsində Sultan Əhməd Azərbaycandaİraqda hakimiyyətin rəsmən Yusifin oğlu Pirbudağa verilməsi haqqında fərman imzalamağa məcbur olmuşdu. Beləliklə, paytaxtı Təbriz olan Qaraqoyunlu dövləti (1410-1468) yarandı. Ərazisi Azərbaycanın Şirvanşahları çıxmaqla, bütün qalan torpaqları, Ərəb İraqı, Əcəm İraqı, Anadolunun şərq hissəsi daxil idi. 1411-ci ildə Yusif Təbrizdə böyük bir məclis keçirərək oğlu Pirbudağı sultan elan etmiş və dövlətin idarə işlərini onun vəkili kimi öz üzərinə götürmüşdü. Qara Yusifin məhz özünü deyil, oğlu Pirbudağı sultan etməsinin səbəbi bu idi ki, dövrün ənənəsinə görə yalnız Çingiz xanın sultan nəslinə mənsub olanlar qanuni hökmdar elan olunurdular. Buna görə də Qara Yusif hələ xeyli əvvəl Pirbudağı Sultan Əhmədə oğulluğa vermişdi. Dövlətin rəsmi fərmanlarında “Sultan Pirbudaq xanın yarlığıdır. Yusif bahadır sözümüz” yazılırdı, təngə adlı pulların üzərində də Pirbudağın adı göstərilirdi. Ancaq real hakimiyyət Yusifin əlində idi. Şirvanşah I İbrahimin 1406-cı ildə iki aylıq Təbrizdə öz hakimiyyətini qurması. Sultan Əhməd Cəlairini qanuni hökmdar kimi tanıması 1410-cu ildə oğlu Kəyumərsi Sultan Əhmədə köməyə göndərməsi onlar arasındakı münasibətləri savaş həddinə çatdırdı. Şirvanşah I İbrahim yaşının bu ahıl çağında Şirvanı heç kimə boyun əymədən idarə etmək fikrində idi. 1412-ci ilin dekabnnda Kür çayı sahilində baş vermiş döyüşdə Qara Yusif qalib gəlmiş, 60 yaşlı olan İbrahim qardaşı və yeddi oğlu, eyni zamanda, müttəfiqləri Şəki hakimi Seydi Əhməd və Kaxet çarı II Konstantin ilə birlikdə əsir düşmüşdü. Maraqlıdır ki, Qara Yusif Kaxet çannı 130 gürcü əyanı ilə birlikdə dərhal edam etdirmiş, Şirvanşahın bütün döyüşçülərini heç bir ödənc almadan əsirlikdən azad etmişdi. Təbriz əhalisinin topladığı kifayət qədər böyük məbləğdə - 1200 tümən pul ödəməklə sərbəst qalan I İbrahim Qara Yusifin Şirvan üzərində ali hakimiyyətini tanımağa məcbur olmuşdu. Əslində bu aslılıq formal xarakter daşıyırdı və I İbrahim ömrünün sonuna qədər Şirvanı müstəqil idarə etmişdi. Qara Yusifin teymurilərdən mühüm ticarət məntəqələri olan SultaniyyəQəzvini geri alması ilə barışmayan Teymuri hökmdarı Şahrux onunla bir neçə dəfə döyüşsə də, uğur qazana bilməmişdi. Lakin Qara Yusifin ölümdən sonra hakimiyyətə gələn Qara İskəndər (1421-1435) 1421-ci ildə Alaşkert yaxınlığında baş verən döyüşdə sayca üstün olan teymuri qoşunlarına məğlub oldu. Sonralar da Qaraqoyunlu dövlətinə qarşı Şirvanşahlar və ağqoyunlularla əlbir fəaliyyət göstərən Şahrux Azərbaycan üzərində hakimiyyətini qurmağa çalışmış və buna müəyyən qədər nail olmuşdu. Lakin Şahrux burada qoşun saxlamamış, yalnız öz hakimiyyətini yerli hakimlərə tanıtmaqla kifayətlənmişdi. İskəndərin ölümündən sonra taxta çıxan Cahanşah (1436-1467) Teymuri Şahruxun ölümünə qədər (1447) ondan asılı olaraq dövləti idarə etmiş və ölümündən sonra müstəqil siyasət yürüdüb dövlətin iqtisadi və hərbi qüdrətini bərpa etmək üçün tədbirlər gördü. Hərbi islahat keçirərək ordunu gücləndirən Cahanşah Kiçik Asiyada əsas rəqibi olan ağqoyunlularla mübarizədə uğur qazana bilməsə də, XV əsrin 50-ci illərində Əcəm İraqını, İsfahan və Qum şəhərlərini, Yəzd və Kirmanı ələ keçirdi. Teymurilər dövlətindəki daxili çəkişmələrdən istifadə edən Azərbaycan hökmdarı 1458-ci ildə Herata daxil olub Teymurilərin taxtında əyləşdi. Lakin oğlanları Həsənəlinin Təbrizdə, Pirbudağın isə Bağdadda qiyam qaldırması xəbərini alan Cahanşah teymuri Əbu Səidlə 1459-cu ildə sülh bağladı və təzminat alaraq Heratı tərk etməyə məcbur oldu. Tez-tez baş verən qiyamlar, daxili çəkişmələr, əhalinin güzəranını pisləşdirir, dövləti zəiflədirdi. Bundan Ağqoyunlular məharətlə yararlandılar. 1467-ci ildə baş verən Muş döyüşündə Cahanşah əsas rəqibi olan ağqoyunlu Uzun Həsən Bayandura məğlub oldu və öldürüldü və 1468-ci ildə Qaraqoyunlu dövləti süqut etdi.


  • Yüklə 315,92 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   28   29   30   31   32   33   34   35   ...   90




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin