Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə13/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   165
Tibb bacısının işi

Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 11 
MÖVZU 5 
 
HƏRƏKƏT VƏ SAĞLAMLIQ 
 
Şəxsiyyətin inkişafında və bir çox xəstəliklərin profilaktikasında müntəzəm fiziki fəallığın və bədən 
tərbiyəsinin son dərəcə mühüm əhəmiyyəti vardır. Kifayət dərəcədə və optimal fiziki fəallıq bir tərəfdən 
xəstəliklərin qarşısını alır, digər tərəfdən də düzgün təyin olunan müalicəvi bədən tərbiyəsi həmin 
xəstəliklərin müalicəsinə kömək edir. Fəal həyat tərzi keçirən insanların əmək qabiliyyəti fiziki işlə az 
məşğul olan adamlara nisbətən xeyli yüksəkdir. Oturaq işlərdə işləyən adamlarda ürək-damar sisteminin 
ehtiyat imkanları xeyli azdır. Ona görə də belə adamlar hətta orta ağırlıqda fiziki iş gördükdə belə onların 
ürəyi daim məşq etmiş adama nisbətən daha tez-tez vurur və nəticədə daha tez yorulur.
Məşq etməmiş adamlarda sakit vəziyyətdə və iş gördükdə qana məşq etmiş adama nisbətən daha çox 
adrenalin buraxılır. Nəticədə məşq etmiş adamlarda müxtəlif işlər zamanı, hətta sakit vəziyyətdə belə 
ürəyin oksigenə tələbatı daha çox olur. Ona görə də oturaq işlə məşğul olan, az hərəkət edən insan azacıq 
belə fiziki yükə məruz qaldıqda tənəffüs tezləşir, ürək döyünmələri artır və nəhayət, insan çox tez yorulur.
Hazırda elm və texnikanın inkişafı ilə əlaqədar olaraq insanların fəal həyatı məhdudlaşmış, insan 
passivləşmişdir. Fiziki işlə məşğul olanların sayı getdikcə azalır, buna müvafiq olaraq da ürək-damar 
xəstəlikləri artır. Məişətdə və işdə fiziki fəallığın azlığını idmanla, bədən tərbiyəsi ilə məşğul olmaq, 
yaxud da hər hansı fiziki məşğuliyyətlə doldurmaq olar. Bədəndə yağ mübadiləsini tənzimləmək
aterosklerozun qarşısını almaq üçün əzələ işi son dərəcə vacibdir. Fiziki işlə məşğul olarkən işə sərf 
olunan enerjini təmin etmək məqsədilə sutkada 500 q-a qədər yağ oksidləşir. Bu isə piylənmənin qarşısını 
almaq üçün çox əhəmiyyətlidir. Nəzərə alsaq ki, bədənin 30-40%-ni əzələ təşkil edir və ayrı-ayrı əzələ 
qruplarını 30-40 dəqiqə yığılıb açılmağa məcbur etsək, orqanizmə daxil olan yağların 70-80%-i oksidləşib 
neytrallaşacaqdır.
Beləliklə, sağlam orqanizmin mövcudluğu üçün fiziki fəallıq son dərəcə vacibdir. Bu tələbat insanın 
milyon illər davam edən uzun təkamül prosesindən yaranıb. Hər zamanın isə dövrə uyğun hərəkət növləri 
olub, qədimdən fiziki əməyə, ovçuluğa, əkinçiliyə meylli olan insan orqanizmi sonralar elm və texnikanın 
getdikcə inkişaf etməsi nəticəsində hərəkət tələbatını bədən tərbiyəsi, idmanla yerinə yetirməyə başladı. 
Müxtəlif dövrlərdə müxtəlif hərəkət və idman növlərinə üstünlük verilirdi. Məsələn:üzgüçülüyə, futbola, 
gimnastikaya və s. idman növlərinə müxtəlif münasibətlər olub. Lakin bilmək lazımdır ki, bütün idman və 
hərəkət növləri, ümumiyyətlə, fiziki təlimin ən müxtəlif növləri insanın sağlamlığına xidmət edir. Onların 
heç biri ayrı-ayrılıqda insanı bütün xəstəiklərdən xilas edə bilməz.
Bütün idman növləri bu və ya digər dərəcədə əzələlərin hərəkətinə xidmət edir. Əzələlərin qeyri-adi 
xüsusiyyəti ondadır ki, onlar təkcə qüvvə və dözümlülük üçün deyil. Əzələ hərəkəti insanın emosional 
vəziyyətinə də çox müsbət təsir göstərir. Əzələ fəaliyyəti bütün orqanizmin, o cümlədən, baş beynin 
tonusunu qaldırır ki, bu da insanın zehni qabiliyyətini artırır. Deməli, hərəki fəaliyyətlə təkcə bədəni deyil, 
həm də beyni möhkəmlətmiş oluruq. Seçenov yazırdı:“Əzələ hərəkəti beynin inkişaf fəaliyyətində
deməli, bütün orqanizmin inkişafında xüsusi məna kəsb edir. Hazırda “hipokineziya»sözü geniş 
yayılmışdır. Bu sözün yunanca mənası “hərəkətin məhdudluğu” deməkdir. Hələ qədimdən İbn Sina təsdiq 
edirdi ki, idmanla məşğul olan insanın müalicəyə ehtiyacı yoxdur.
Amerikada qospitalların birində 6 nəfər sağlam və cavan insanı 3 həftə hərəkətsiz uzandırmışlar. 
Təcrübənin sonunda həmin cavanlarda qanın həcmi 10% azalmışdır, yəni qan qatılaşmışdır. Nəticədə ürək 
zədələnmiş, onun 1 dəqiqədə aortaya vurduğu qanın miqdarı 20,5% azalmşdır, orqanizmdə zülallar 
parçalanmağa başlamış, toxumalarda oksigen mübadiləsi zəifləmiş, orqanizmdən çoxlu miqdarda kalsium 
duzları xaric olmağa başlamış, nəticədə sümüklər yumşalmışdır. Bu gənclər yataqdan durub hərəkət 
etdikdə onların ürəyi daha teztez vurmuş, A/T aşağı düşmüşdür. Bəzilərində kollaps baş vermişdir. Ən 
sadə hərəkəti belə icra edərkən nəbz daha da sürətlənmişdir.



Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin