işlərində işçi adət etmədiyi şərait yaranır, yeni işçilər gəlir(təmirçilər) və onlar iş
şəraitini bilmirlər.Bəzi hallarda isə təmirçilərlə istismarçılar bir-biri ilə
razılaşdırılmamış işlər görürlər.Elə hallar olmuşdur ki,istismarçılar maşın və ya
aparatı işə saldığı halda, həmin vaxt təmirçilər işlləyiblər.Bunlar isə qəzaya səbəb
olub...
Uzun müddət (illər) zədəalmanın analizi nəticəsində sənayedə 50%-dən çox
mexaniki zədələr olduğu məlum olmuşdur.Zədələrin şoxu avadanlıq və
kommunikasiyalarda olan nasazlıqların aradan qaldırılması zamanı baş
verir.Sökülüb yığılma zamanı 25% qəza baş verir.Avadanlıqların yerdəyişməsində
(qaldırıb-endirilməsində) 14%, elektrik avadanlıqları və xətlərində isə bu rəqəm
10%-təşkil edir.
Zərərçəkənlərin əsas hissəsini təmirçilər təşkil edir, çilingər və
elektromantyorlar (80%),növbətçi çilingər və elektroçilingərlər (12%),təmirçilər
(8%).
Qeyd olunanlar göstərir ki, təmizləmə və təmir işlərinin təşkili və
aparılmasında təhlükəsiz əmək şəraitinin yaradılması böyük əhəmiyyətə malikdir.
Dostları ilə paylaş: