Mühazirə toplusu Azərbaycan Respublikası Təhsil Nazirliyi


Avadanlıqların açıq meydançalara çıxarılması  Bakı – 2022



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/101
tarix16.12.2023
ölçüsü5,01 Kb.
#181226
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   101
ST müh

1.14
Avadanlıqların açıq meydançalara çıxarılması 
Bakı – 2022 
MÖVZU 1


1. 
1 Sənaye proseslərinin işlənməsi zamanı təhlükəsiz iş şəraiti 
yaradılmasının əsas istiqaməti
 
Müasir texnoloji proseslər çoxşaxəli və olduqca mürəkkəbdir. Onlar yüksək 
temperatur və təzyiqlə, yüksək qatılıqlı çoxlu miqdarda komponentlərdən istifadə 
olunması ilə xarakterizə olunur. Bir çox hallarda əsas reaksiyalardan əlavə kənar 
proseslərdə ( reaksiyalar ) gedir və bu zaman əmələ gələn maddələr həm təmiz 
məhsul alınmasına mane olur, həm də təhlükəli halların yaranmasına səbəb olur. 
Bəzi proseslər isə olduqca güclü getməklə çoxlu istilik ayrılır. Temperatur güclü 
artdıqda və həmin istilik prosesdən götürülmədikdə ( ayrılmadıqda ) reaksiyanın
( prosesin ) sürəti daha da artır və partlayış baş verir. Bəzi hallarda texnooji 
prosesin aparılma şəraitinin azacıq miqdarda dəyişməsi reaksiya sistemini 
idarəolunmaz hala-vəziyyətə gətirə bilər. Texnoloji proses parametrlərin 
yüksəlməsi ( t, P və s ) eləcə də normadan aşağı düşməsi qəza halı yarada bilər. 
Məsələn qazformalı propanın havanın oksigeni ilə oksidləşməsi zamanı 
çoxsaylı müxtəlif birləşmələr əmələ gəlir; 
Ona görədə lazım olan məhsulu almaq üçün texnoloji prosesi ele aparmaq ( 
təşkil etmək ) lazımdır ki, kənar məhsullar ( paboçnoye ) alınmasın və proses 
təhlükə yaratmasın. Əsas texnoloji prosesə təsir edən parametrlərdən biri 
temperaturdur. Neft kimya sintezi reaksiyalarında temperaturun 10
0
C artması 
nəticəsində prosesin sürəti 2-4 dəfə artır.
Texnoloji prosesdə soyutma və kondensləşmə prosesinin aparılması bəzən 
qızdırma prosesindən daha təhlükəli olur. Əsas təhlükə burada fazatərkibinin 
dəyişməsi ilə baş verir. Belə halda buxar-qaz fazada partlayıcı qarışıqlar əmələ 
gələ bilər. Məsələn, alışma temperatur həddi -14
o
C +13
o
C-yə qədər olan benzol 
soyutma mərhələsində daha təhlükəli olur, nəinki qızdırma mərhələsində. 


Təzyiqin artması prosesin sürətinə daha çox təsir edir. Məsələn, metanın 
oksidləşməsi zamanı təzyiqin yüksəlməsi ilə metanol alınır,hansı ki, atmosfer 
təzyiqində bu mümkün deyil.Aşağı təzyiqdə aparılan proseslər daha az təhlükəlidir. 
Texnooji parametrlərin növləri və təsirləri çoxşaxəli və mürəkkəbdir 
(məs;katalizator iştirakı ilə gedən proseslər və s.). Texnoloji proseslərin
effektliliyini və təhlükəsizliyini təmin etmək üçün əvvəlcə bir-biri ilə qarşılıqlı 
təsirdə olan parametrləri, eləcə də onların miqdarını müəyyən etmək lazımdır. 
Sonra onların təhlükə həyəcanı yaradan hədlərini öyrənmək lazımdır. 
Daha sonra həmin təhlükələrin aradan qaldırılması qaydası göstərilməlidir. 
Texnoloji proseslər bir-birindən fərqləndiyi kimi, bu proseslərin təhlükəsizliyinin 
təmini də müxtəlifdir. Bununla belə onların bir çoxunun təhlükəsizlik tələbatları 
qısa formada aşağıdakılar kimi qeyd etmək olar. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin