Mühazirə toplusu Azərbaycan Respublikası Təhsil Nazirliyi


Çox əmək sərfi tələb edən təhlükəli və zərərli proseslərin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/101
tarix16.12.2023
ölçüsü5,01 Kb.
#181226
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   101
ST müh

 
1.5 Çox əmək sərfi tələb edən təhlükəli və zərərli proseslərin 
mexanikləşdirilməsi 
Əl işlərinin müxtəlif enerjilərdən istifadə etməklə maşın və mexanizmlərlə 
həyata keçirilməsi istehsal prosesinin mexanikləşdirilməsi adlanır. Bəzi hallarda əl 
işlərinin bir hissəsi mexanikləşdirilir. Bu halda yarı mexanikləşdirilmiş istehsal 
prosesi adlanır. Kompleks mexanikləşdirmədə bütün texnoloji prosesdə işlərin 
çoxu ( <90% ) mexaniki üsulla, mexanikləşdirilməsi mümkün olmayan az 
miqdarda işlərin isə əllə həyata keçirilməsi baş verir. Daha yüksək səviyyədə 
təchiz edilmiş texnoloji proseslər tam mexanikləşdirilmiş və avtomatlaşdırılmış 
hesab olunur. 
Texnoloji proseslərin avtomatlaşdırılması-mexanikləşdirilməsi xüsusilə zərərli 
və təhlükəli maddələr istifadə olunan sahələrdə böyük əhəmiyyət kəsb edir. Belə 
ki, mexanikləşdirmə işçilərin zəhərli maddələrlə əlaqəsini aradan qaldırır, ağır 
işlərdən azad edir, partlayış-yanğın təhlükəli zonalardan kənarlaşdırır. Ona görə də 
texnoloji proseslərin işlənməsi mərhələsində çalışmaq lazımdır ki, bütün işlər 
maksimum mexanikləşdirilsin və avtomatlaşdırılsın. 
Sənaye sahələrində və bütünlükdə xalq təsərrüfatında texnoloji proseslə yanaşı 
bütün işlərdə, o cümlədən yüklərin boşaldılması, tullantıların kənarlaşdırılması, 


avadanlıqların təmizlənməsi, nümunələrin götürülməsi və s. işlərin tam 
mexanikləşdirilməsi və avtomatlaşdırılması təhlükəsizliyin əsas 
amillərindəndir. 
.... Respublikamızda mexanikləşdirmələr üzrə statistik rəqəmlər yoxdur. 
1.6 Texnoloji prosesdə iştirak edən maddələrin tərkibi 
Texnoloji proseslərin normal şəraitdə getməsi üçün əsas şərtlərdən biri həmin 
istehsala daxil olan xammal və yardımçı materialların daima stabil tərkibdə 
olmasıdır. Hər bir istehsalın texnoloji reqlamentində istifadə olunan xammal və 
materialın, eləcə də alınan məhsulun keyfiyyət göstəriciləri dəqiq müəyyən edilir. 
Bu göstəricilər elə seçilir ki, texnoloji prosesin stabilliyi və təhlükəsizliyi təmin 
edilsin. Onlardan kənaraçıxma həm prosesin normal getmesini pozur, həmdə onun 
nəticəsi olaraq qəza vəziyyəti yaranır. 
Qeyd edilən nümayişi üçün aşağıdakı misalı göstərək. Standarta əsasən 
nitrolaşdırmaq üçün nəzərdə tutulan melanjın ( qatı HNO
3
+ 10% kuporos yağı 
H
2
SO
4
qarışığı ) tərkibində közərdilmiş qalıq 0,1%-dən artıq olmamalıdır. Ondan 
yüksək miqdarda avtomatlaşdırmanın işi çətinləşir, boru kəmərləri və həcmlərdə 
çöküntülər əmələ gəlir, onların təmizlənməsi isə ağır əmək tələb etməklə olduqca 
zərərli və təhlükəli əməliyyatlar hesab olunur. 
Xlorlaşdırma prosesində istifadə olunan təmiz xlor qorxulu və partlayış 
təhlükəli deyil. Lakin onun tərkibində hidrogen qarışığı ( ~ 4%, həcmi ) olduqda o 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin