Vakuum quruducu digər quruduculara nisbətən materialdan ayrılan qiymətli (
bəzən aqressiv ) buxarları daha yaxşı tutur. Əgər maddəni yuxarı
temperaturda
qızdırdıqda oksidləşmə baş verirsə onu vakuumda qızdırırlar. Çünki vakuumda
daha aşağı temperatur tələb olunur.
Ona görə də təhlükəsizliyi təmin etmək məqsədi ilə təhlükəli-partlayıcı,
yanar
və toz verici maddələrin qurudulması vakuum quruducularında aparılır.
Aqressiv təhlükəli maddələrin qarışdırılması atmosfer təzyiqi altında
aparılması, yaxud aşağı hissədən buraxılış qurğusu qoyularsa mayenin atılması və
ya tökülməsi baş verir, ciddi təhlükə və qəza yaranar.
Ona görə belə işləri
vakuumda aparmaq məqsədəuyğundur ( eyni zamanda sifonun doldurulmasında ).
1.12 Partlayış təhlükəli qazların ( eləcə də toksiki qazların ) atılması
sistemi
.... Bir çox texnoloji proseslərin aparılması zamanı partlayıcı və toksiki qazların
kənarlaşdırılması ( tullanması ) lazım gəlir. Bu proseslərin təhlükəsiz aparılması
üçün belə qazların toplanması, istifadə olunması və
yaxud yox edilməsi sistemi
tətbiq edilir. Bu sistem fakel ( alov ) sistemi adlanir.
Bəzi müəssisələrdə xüsusilə neftkimya sahələrində tullantı qazların miqdarı 10-
15 min m
3
/saat təşkil edir. Əgər nəzərə alsaq ki, karbohidrogenlərin alışma qatılıq
həddi 2% ( həcmi ) təşkil edir və onların sıxlığı havanın sıxlığından
böyükdür,
onda asanlıqla hesablamaq olar ki, qısa müddət ərzində bir neçə min kvadrat metr
ərazini partlayış təhlükəli bulud tutur. Çox güman ki, adi bir impuls güclü
Dostları ilə paylaş: