Mühazirə toplusu Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə76/101
tarix16.12.2023
ölçüsü5,01 Kb.
#181226
növüMühazirə
1   ...   72   73   74   75   76   77   78   79   ...   101
ST müh

Qəza bloklaşdırıcı qurğu
qəza vəziyyətinin aradan qaldırılmasına,texnoloji 
sistemin ayrı-ayrı hissəsini ayırır (saxlayır,dayandırır),xüsusi bağlayıcı ,ayrıcı işə 
qoşur;qazın,xammalın,yanacağın verilməsini dayandırır ,istilik mənbəyini ayırır və 
s. 
Elektrik enerjisini kəsilməsi və yaxud sıxılmış havanın kəsilməsi zamanı 
(tənzimləyici qurğunu işə salmaq üçün) qəza bloklaşdırıcısı icra mexanizmini elə 
vəziyyətə qoyur ki,qəzanın baş verməsi aradn qalxır.Məsələn,xammal boru 
kəmərinin qəza klapınını bağlayır, boşalyma xəttini sistemdən məhsulun çıxması 
vəziyyətinə gəriri, sistemə elektrik enerjisinin buxar və havanın verilməsini 
dayandırır. Maye fazalı dövrü proseslər üçün qarışdırıcılardan istifadə olunur.Onlar 
fasiləsiz və etibarlı qarışdırmanı təmin etməlidir.Elə qəza halları məlumdur ki, 
qarışdırıcının gec qoşulması və ya dayanması məhsulun yerli qızmasına və 
idarəolunmaz reaksiyaların inkişafı nəticəsində baş verib.Tam qarışdırma 
reaktorları katalitik proseslərin aparılması üçün əlverişlidir. 
Şarvari (şarşəkilli) katalizatorla işləyən reaktorlarda əsas təhlükə nəqletmə 
sistemi vasitəsi ilə kontakt qazlarının reaktordan generatora düşməsidir.Əsasən bu 
təhlükə kontakt qazı düşə biləcək sahəyə inert qazların verilməsi ilə aradan 
qaldırılır.Digər təhlükə katalizatorun sürtünməsindən kiçik toz hissəciklərinin 
əmələ gəlməsidir.Burada katalizatorun dənəvərlik tərkibi pozulur,katalizator 
axınında qazın fitrlənməsi qeyri bərabər gedir və təhlükə yaranır. 
Yüksək təzyiqli aparatları şərti olaraq 2 əsas qrupa bölmək olar ; 
avtoklavlar-dövri proseslərin həyata keçirilməsi üçün və daimi xammal vermək-
məhsul çıxarmaqla fasiləsiz proseslərin aparılması üçün aparatlar. 
Kimya,neft-kimya və neft emalı müəssisələrində yüksək təzyiq
10 M Pa (100 kqq/
𝑠𝑚
2
) və ondan yuxarı,olduqca yüksək isə
150 M Pa (1500 kqq/
𝑚
2
)-dən çox olan hesab olunur. 


Avtoklavlarda (hermetiklik) kiplik əsas məsələlərdən biridir.Xüsusilə 
“zatvor”dan istifadə etməklə qapağın korpusla birləşdirilib kipliyin əldə 
olunmasıdır. “Zatvor” kipliyi etibarlı istismarı təmin etməklə bərabər qapağın tez 
və təhlükəsiz açılıb bağlanmasını imkan verməlidir.Müasir avtoklavların 
konstruksiya edilməsi elə aparılır ki,qapağın avtomatik və kip,eləcə də tez-açılıb 
bağlanması avtomatik-mexaniki elektrik mühərriki ilə aparılır.Təhlükəsizliyi təmin 
etmək məqsədilə avtoklavlar həm də bloklaşdırıcı qurğularla təchiz olunur... 
Yüksək təzyiqli kalon aparatları fasiləsiz texnoloji proseslərin həyata 
keçirilməsi üçün nəzərdə tutulur... 
Böyük qurğuların (kalonların) etibarlılığı və təhlükəsizliyinin əsas 
faktoru(NH
3
, NHCO) avtomatik mühafizə sistemidir.Bu sistem qəza vəziyyəti 
yarandıqda bütünlükdə aqreqatın (aparatın,qurğunun) təhlükəsiz vəziyyətə 
keçməsini təmin edir.Daha məsuliyyətli orqanların idarə olunması üçün üçüncü 
“avtanom” qida (elektriki) mənbəyi nəzərdə tutulur.Ona ventilin elektrik ötürməsi 
(elektroprivod) qoşulur.Bentil əsas texnoloji axınlara xidmət edir.Ən təhlükəli qəza 
ola biləcək sistem-bloklaşdırma,nəzarət ölçü cihazları və siqnalizasiya ilə bu 
sistemə birləşdirilir və avtomatik mühafizə sisteminə qoşulur...Sobalar əsasən 2 
əsas qrupa bölünür.Onlar reaksiya aparatları da hesab olunur və texnoloji prosesə 
sərf olunacaq istiliyin alınması məqsədini daşıyır. 
Birinci qrupa,sulfat turuşsu alınmasında kükürd yandıran,xlorun və 
hidrogenin yandırılmasında və s. istifadə olunanlar aiddir.Buraya həm də istiliyin 
işlənən məhsula verilməsi də daxildir,məsələn əhəngdaşının yandırılması üçün 
sobalar və s. 
Ikinci qrup sobalar qaz və bərk,eləcə də maye maddələrin yandırılmasından 
alınan istiliyi aralıq divar vasitəsilə verə bilir(buxar qazanı-vabyel,istilik daşıyıcı-
su,buxar və s...). İstiliyi aralıq istidaşıyıcılarla verən qurğularda istidaşıyıcıların 
seçilməsi mühüm əhəmiyyət daşıyır. 


...Su buxarı və qızdırılmış su nisbətən təhlükəsiz istilikdaşıyıcı sayılır,xüsusilə 
yüngülyanan məhsulların alınması proseslərində.Buxardan istifadənin çatışmazlığı 
ondan ibarətdir ki,yüksək təzyiq yaranır və buxar vasitəsilə 180-190 dərəcə selsiyə 
qədər qızdırmaq mümkün olur.Bu da1.0-1.2 M Pa(10-12 kqq/
𝑠𝑚
2
) təzyiqə uyğun 
gəlir.Daha yüksək təzyiq və temperaturda divarları daha da qalın borulardan 
istifadə etmək lazım gəlir ki,bu zaman sistemin təhlükəsizliyi artır... 
Məhsulu daha yüksək temperatura qədər qızdırmaq lazım gəldikdə(800 
0
𝐶
və ondan yuxarı) qeyri-üzvi istilikdaşıyıcılardan istifadə olunur-əridilmiş duzlar və 
metallar atmosfer təzyiqində yüksək temperatur əldə etməyə imkan verir. 
Elektrik qızıdırıcılarından istifadə etməyin digər qızdırmadan(üsuldan) 
üstünlüyü vardır.Belə halda reaksiya sahəsi tam kip olur.Bu isə reaksiya mühitinin 
aparılma şəraitini(oksidləşdirici,reduksiyaedici,neytral) verilən rejimdə 
saxlamağa,reaksiya məhsulunun çirklənməsinin qarşısınin 
alınmasına,temperaturun dəqiq tənzimlənməsinə və işin təhlükəsizliyinə imkan 
verir.Lakin işləmələrə,görülən tədbirlərə baxmayaraq avtomatik sistemlərin 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin