13.6 Təmizləmə işləri zamanı tlükəsizlik
...Aparatlar,boru kəmərləri ,həcmlərdə uzun müddət istismar zamanı
çirk,çöküntü,mexaniki qarışıqlar,koks,duzlar və s, toplanır.Adətən təmir zamanı
,bəzi hallarda təmirlər arası müddətdə təmizləmə işləri aparılır.Təmizlənən
maddələri kanalizasiyavə digər icazə verilməyən yerlərə atmaq olmaz.Belə şeyləri
istifadəsi mümkün olduqda istifadə olunmalı,müəyyən olunan yerlərə atılmalıdır.
...Təmizləmə tullantılarından istifadəsi...
Təmizləmə işləri ağır,zərərli və təhlükəlidir.Texnoloji proseslərdən çöküntüləri
rasional üsulla kənarlaşdırmaq imkanı məhduddur.Ona görədə əl əməyini
yüngülləşdirmək üçün müxtəlif mexaniki,kimyəvi üsullardan istifadə etməyə cəhd
edilir,o cümlədən ;
- hidromexaniki üsul.Bu üsulla təzyiq altında su axını
ilə çöküntü yuyulur və lazımı yerlərə atılır
- fiziki-kimyəvi üsul.Aparat açılmadan həlledicilərlə sirkulyasiya edib ,sonra
lazımı yerlərə ötürülür.Həlledici xüsusi olaraq seçilir.
- ayrılmış maddənin yandırılması(mümkün halda).Aparat açılmadan hava axını
ilə yandırma,yanğın məhsullarının zərərsizləşdirilməsi və s.
- mexaniki üsul.Ayrılmalar mexanizm və insturmentlərlə xırdalanıb,lazımı
ayrılmış yerlərə atılır.
Bütün hallarda işin təmizlənən maddənin xassəsindən asılı olaraq qərarlar
qəbul edirlər.Bu işlərin görülməsində butun mövcud olan təhlükəsiz iş qaydalarına
ciddi əməl olunması həmişə vacibdir.Bu hər bir işçinin və ətrafdakıların
təhlükəsizliyinə zəmanət verir...
ƏDƏBİYYAT
1. Texniki təhlükəsizlik haqqında Azərbaycan Respub-likasının Qanunu. Bakı
ş.02.11.1999, №733-İQ (2005, 2007,2008 dəyişiklikləri ilə)
2. Охрана труда в химической промышленности ( Г. В. Макаров и др.) М:
Химия, 1989.
3. Hümbətov M.O. Texnoloji proseslərin təhlükəsizliyi, Bakı, 2017 200s.
|