Mühazirə toplusu Azərbaycan Respublikası Təhsil Nazirliyi


Qaz , partlayış və yanğın təhlükəli yerlərdə iş



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə83/101
tarix16.12.2023
ölçüsü5,01 Kb.
#181226
növüMühazirə
1   ...   79   80   81   82   83   84   85   86   ...   101
ST müh

13.5
Qaz , partlayış və yanğın təhlükəli yerlərdə iş 
Qaz təhlükəli yerlər FHN- təyininə görə havada sanitar normadan yüksək 
qatılıqda birdən-birə toksiki qazlar (buxa,toz) yaranan yerdə sayılır.Həmdə bu 
yerlərdə aparılan işlər qaz təhlükəli hesab edilir. 
Partlayış təhlükəli yerlər və işlər isə aşağı alışma həddi və ondan yuxarı 
qatiliqda partlayıcı qaz (buxar, toz) olan və ya yaranan yerlər sayılır. 
Yanğın təhlükəli yerlər qaynar (isti),öz-özünə alışan qaz,buxar,maye,berk 
materiallar olan və şərait yarandığı halda(yüksək temperatur,açıq alov,qığılcım) 
yanğın baş veren yerlərdir. 
Hər bir müəssisədə (FHN-tələblərinə görə) qaz,partlayış,yanğın təhlükəli 
yerlər olan texnoloji proseslərin sxemi hazırlanmalı və həmin yerlərin təhlükəlilik 
dərəcəsi göstərilməlidir. 
Onalardan asılı olaraq zəhərlənmə, partlayış və yanğın əleyhinə təcrübi işlər 
qurulmalıdır(aparılmalıdır),profilaktiki işlər görülməlidir. 
Bağlı həcmlərdə (yerlərdə iş).Aparatların,sisternlərin,hozqolderlərin (qaz 
tutumlarının), kollektorların,həcmlərin içində aparılan işlər xüsusi təhlükəli yerlər 
və işlər hesab olunur. 
Belə bağlı yerlərdə hər an gözlənilmədən,birdən birə taksiki,yanğın partlayış 
təhlükəli qaz,yaxud buxar əmələ gələ bilər.Belə yerlərdə işıqlanma,səseşitmə 
yaxşı olmur və qəza halı yarandıqda insanların evakuasiya olunması çətinləşir.Ona 


görədə bağlı yerlərdə ,aparatların içində aparılan işlərə xüsusi hazırlıq işləri 
görülməsi tələb olunur və belə işlər reqlamentləşdirilir. 
Belə yerlərdə təmizləmə-boşaltma işlərinin aparılması ,lazımı analiz və 
təhlillərin edilməsi ,işin başlanmasına icazə verilməsi,işçilərin tərkibinin müəyyən 
edilməsi,təlimatlandırılması,onların belə işləri yerinə yetirilmələrinə buraxılış,iş 
üzrə məsuliyyətçinin təyin edilməsi və s. müəyyən edilir.Məsul şəxs iş yerinə tam 
baxış keçirdikdən sonra işin icrası başlanır. 
Belə yerlərdə işləməyə 20 yaşdan yuxarı ,sağlam işçilər buraxılır(qadın 
əməyinə icazə verilmir).İş yerində həmişə 2 nəzərin olması nəzərdə tutulur.Çünki 
işləyən bir nəfər bayıra çıxara bilmədiyindən həmişə əlavə adam olmalıdır.İş 
şlanqla(rezin boru ilə) əleyhqazla yerinə yetirilir və mütləq əvəzedici xidmətçi 
olur.Əvəzedici şlanqın vəziyyətinə ,hava daxil olmasına,siqnal ipinə nəzarət edir 
və onun möhkəmliyini sistematik olaraq yoxlayır.Əvəzedici bütün mühafizə 
vasitələri hazır olmaqla,hər an zərərçəkənə yardım üçün hazırlığa malik 
olmalıdır.Bağlı yerdə işləməyin müddəti mövcud qaydalara əsasən müəyyən 
edilir.... 
Şlanqlı əleyqazla işləyərkən içəridə işləmək müddəti 15 dəqiqədən,sonra 15 
dəq. bayırda istirahət olmalıdır. 
Aparata daxil olmazdan əvvəl iş rəhbərinin iştirakı ilə kəmər geyilir(siqnal 
ipi ilə),12v gərginlikli akkumulyatorla işəri girilir,əllə heç vaxt bir əşya 
götürülmür.Lazım olan alətlər sonra verilir.Aparat daxilində hava 30 
0
C dən 
aşağıya qədər soyudulmalıdır.Aparat daxilində 50 
0
C yuxarı tempraturda işləməyə 
icazə verilmir... 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin