Mühazirələr i.ü. f d., dosent Zeynalov M. H. Bakı – 2023



Yüklə 147,54 Kb.
səhifə27/50
tarix23.04.2023
ölçüsü147,54 Kb.
#101754
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   50
Azərbaycan İiqtisadiyyatı mühazirə

İqtisadi tədbirlərə çoxuşaqlı analara müavinat, təminat səviyyəsi aşağı olan ailələrə uşaq müəssisələrindən istifadəyə görə güzəşt, uşaqlara çəkilən xərclərin müəyyən qisminin ödənilməsi, himayədə olanların sayını nəzərə almaqla gəlir vergisinin və mənzil kirayəsinin azaldılması, hamiləliyə görə və doğumdan sonra, habelə xəstə uşaqlara qulluqla əlaqədar haqqı ödənilən məzuniyyət verilməsi, səhiyyə və idmanın inkişafı, əmək haqqı səviyyəsinin ərazi üzrə fərqlənməsi, yeni ərazilərin məskunlaşmasına maddi köməklər və güzəştlər və s. aid edilə bilər. İqtisadi tədbirlərlə dövlət ailədə cəmiyyət üçün arzu olunan sayda uşaq olmasına təsir etməkdən ötrü uşaqların saxlanılması xərclərinin bir hissəsini öz öhdəsinə götürür, uşaqların sayının ailənin maddi vəziyyətinə təsirini azaldır, habelə əhalinin sağlamlığının möhkəmləndirilməsinə və ömür müddətinin artmasına, əhalinin miqrasiyasına və ya müəyyən ərazidə qalıb işləməsinə şərait yaradır.
Təbliğat xarakterli tədbirlər dedikdə bütün informasiya vasitələri ilə ailədə uşaqların arzuolunan sayı haqqında, ailənin möhkəmliyinin zəruriliyi haqqında, sağlamlığın möhkəmləndirilməsi, əhalinin müəyyən bir əraziyə yer dəyişməsi haqqında ictimai rəy yaradılması nəzərdə tutulur. Demoqrafik siyasətin son məqsədi ölkənin iqtisadi və sosial tərəqqisini təmin edən kəmiyyətdə və keyfiyyətdə əmək resursların formalaşdırılmasıdır.Əmək resursları cəmiyyətin mövcudluğunun və inkişafının əsası olan istehsalın başlıca və ən fəal amilidir.Hər bir ölkənin əmək potensialı əmək qabiliyyətli yaşda əhalinin sayı, onun təhsil səviyyəsi və peşə-ixtisas tərkibi ilə müəyyən olunur.Hazırda Azərbaycan Respublikasında əhalinin 53.9 %-ni əmək qabiliyyətli yaşda əhali təşkil edir.Ölkənin iqtisadiyyatında məşğul olanlar əsasən bu yaşda olan əhalidir.Əmək qabiliyyətli əhalinin iqtisadiyyatda məşğulluğu iş yerlərinin olması ilə yanaşı onların bu iş yerlərinin tələbinə müvafiq təhsilə, peşə və ixtisasa malik olmasından asılıdır.Bazar iqtisadiyyatına keçidlə əmək bazarında rəqabət mühiti yaranır və bu mühitdə məşğulluğun təmin edilməsində təhsil səviyyəsinin və peşə-ixtisas tərkibinin əhəmiyyəti daha da artır. Respublikada 15 və yuxarı yaşda əhalinin hər 1000 nəfərindən 886 nəfərini ali və orta (tam və natamam) təhsili vardır və təhsil səviyyəsi ildən ilə artır. Deyilənlərdən aydın olur ki, respublikada demoqrafik proseslər, əhalinin təhsil, peşə-ixtisas tərkibi onların məşğulluğunun təmin edilməsi baxımından müəyyən problemlər doğurur və gələcəkdə də doğuracaqdır.
Əhalinin məşğulluğu onların yaşayış vasitələri ilə təmin olunması mənbəyi olmaqla sosial əmin-amanlığın mühüm şərtidir.Əmək qabiliyyətli əhalinin məşğuliyyət tapması, işsiz qalması cəmiyyətdə sosial gərginlik yaradır.Qeyd etmək lazımdır ki, hələ keçmiş SSRİ dövründə Azərbaycan əmək ehtiyyatlarının artımı yüksək olan respublikalardan biri olmuşdur.Burada əmək ehtiyyatlarının artımı iş yerlərinin artımını üstələmişdir. Bununla yanaşı son illərdə Ermənistandan, Azəbaycanın Dağlıq Qarabağ zonasından və digər yeddi rayondan azərbaycanlı əhalinin öz yurdlarını məcburi tərk etməsi əhalinin məşğulluğunda yeni və həlli çətin problemlər doğurmuşdur.Bir tərəfdən bu əhali öz iş yerlərini itirmişdir, digər tərəfdən onların əksəriyyəti kənd təsərrüfatı işçiləri olsa da şəhər yerlərində məskunlaşmışdır və işlə təmin olunması çətindir. Hər bir ölkədə işsizlərin uçotu əmək birjalarında aparılır. Azərbaycanda işsizlərin qeydə alınması, omlara işsizlik müavinatı verilməsi, yenidən hazırlanması və işə düzəldilməsi ilə məşğulluq idarələri məşğul olur. Azərbaycanda əmək üzrə qanunvericilik əsasən əmək bazarının tənzimlənməsi üzrə beynəlxalq praktikaya, həmçinin Beynəlxalq Əmək Təşkilatının əmək üzrə konvensiyalarına uyğundur.1991-ci ildə Azərbaycan hökuməti məşğulluğu və əmək bazarını tənzimləyən qanunvericilik aktlarının bütöv paketini qəbul etmişdir.Buna məşğulluq haqqında qanun, dövlət məşğulluq xidmətinin yaradılması haqqında, məşğulluq fondu yaradılması, ictimai işlərin təşkili haqqında qərarlar və s. daxildir. Respublikada əhalinin işlə təmin edilməsində yaranan problemləri, içsizliyin artmasının səbəbləri çoxdur.Onlardan əsaslarına aşağıdakıları aid etmək olar. Respublikanın müstəqillik əldə etməsi ilə əlaqədar əvvəlki iqtisadi əlaqələrin pozulması və nəticədə əsas məşğulluq sahəsi olan dövlət müəssisələrinin fəaliyyətinin tamamilə və ya qismən dayandırılması əhalinin müəyyən qisminin məşğulluğunu itirməyə gətirib çıxarmışdır.
Respublikanın bazar iqtisadiyyatına keçməsi ilə əlaqədar əhalinin məşğulluğunda tələb və təklif başlıca rol oynayır.Əgər planlı iqtisadiyyatda dövlət əhalinin məşğulluğunu təmin edirdisə, bazar iqtisadiyyatında dövlət məşğulluğa kömək göstərə bilər.Və indiki keçid dövründə belə köməklik mexanizmi hələlik formalaşmamışdır.Digər tərəfdən bazar iqtisadiyyatında məşğulluğun təmin olunmasında mühüm əhəmiyyət kəsb dən sahibkarlıq fəaliyyəti və özüməşğulluq geniş miqyas almışdır.Bu vəziyyət də məşğulluğa mənfi təsir edir, işsizliyi artırır.
Ermənistanın respublikamıza qarşı apardığı müharibə, onunla əlaqədar Ermənistandan və Azərbaycanın işğal olunmuş zonalarından qaçqınlar və məcburi köçkünlər də əhalinin məşğulluğu problemini çətinləşdirmişdir.
Əhalinin bazar iqtisadiyyatında özünün iqtisadi fəallığını təmin etmək təcrübəsinin olmaması, öz işlərini hələlik bazar iqtisadiyyatı tələblərinə müvafiq qura bilməməsi də məşğulluğu çətinləşdirir. Bunlarla yanaşı bir çox sahələrdə əmək haqqının çox aşağı olması onun, ən bəsit dolanışıq xərclərini ödəməyə kifayət etməməsi ayrı-ayrı adamları əvəzçilik üzrə bir neçə yerdə işləməyə sövq edir ki, bu da işsizliyin səviyyəsini yüksəldir. Azərbaycanda məşğulluq strukturunun araşdırılması göstərir ki, onun təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər görülməlidir.İlk növbədə mövcud əmək ehtiyyatlarının işlə təmin edilməsi vacib problemdir.Hələlik iqtisadiyyatda dövlət mülkiyyəti xeyli xüsusi çəkiyə malik olduğu üçün dövlətin iş yeri yaratmaq imkanlarından istifadə edilməlidir.Bununla yanaşı sahibkarlıq fəaliyyətinə, xüsusi ilə kiçik və orta sahibkarlığın fəaliyyətinə əlverişli şərait yaratmaqla əhalinin məşğulluğunu bu bölmə hesabına artırılması başlıca vəzifələrdən olmalıdır. Ümumiyyətlə Azərbaycanda məşğulluq sahəsində siyasət aşağıdakı istiqamətlərdə həyata keçirilməlidir. -Mülkiyyətin müxtəlif formaları əsasında çoxukladlı iqtisadiyyatın formalaşdırılması ilə əmək ehtiyyatlarının iqtisadiyyatın bölmələri üzrə yenidən bölüşdürülməsinə nail olmaq;
-Büdcə vəsaitinin və xüsusi kapitalın, əhalinin pul yığımlarının cəlb edilməsi yolu ilə iqtisadiyyatın strukturca yenidən qurulması üzrə irimiqyaslı dövlət proqramının həyata keçirilməsi və əmək ehtiyyatlarının sahələr üzrə yenidən bölüşdürülməsinə nail olunması;
- Maddi istehsalda, xüsusən kənd təsərrüfatında məşğul olanların xüsusi çəkisinin tədricən azaldılması;
- Xidmət sahələrində məşğul olanların xüsusi çəkisinin artırılması;
- Dövlət mülkiyyətinin özəlləşdirilməsi yolu ilə kiçik və orta sahibkarlığın inkişafına əlvarişli şərait yradılması və bu sferada məşğulluğun genişləndirilməsi;
- İşsizlik səviyyəsinin optimal normadan yuxarı qalxmasına yol verməmək üçün xüsusi sosial institutların-əmək birjası, məşğulluq xidməti və s. köməyi ilə iqtisadi və hüquqi vasitələrlə əmək bazarının, iş qüvvəsi tələbi və təklifinin tənzimlənməsi; Burada artıq iş qüvvəsinin azad olunması, əmək bazarında rəqabət mühitinin yaradılması, fəal iş axtaranların yenidən öyrədilməsi və operativ işə düzəldilməsi sisteminin yaradılması mühüm əhəmiyyət kəsb edir.
- Qaçqınların və məcburi köçkünlərin məşğulluğun təmin olunması. Məlumdur ki, uzun müddət işsiz vəziyyətində olan adam öz peşə vərdişini və işləmək adətini, əməyə marağını itirir.Qaçqınlar və köçkünlər üçün bu amil daha təsirli olmuşdur.Çünki onların əksəriyyəti kənd əhalisi olduğu halda şəhərlərdə yerləşdirilmişdir və onların yenidən kənd təsərrüfatı məşğuliyyətinə cəlb edilməsi çətinliklərlə bağlı olacaqdır.Buna görə işsizlərin psixoloji reabilitasiyası institutlarının yaradılması, müvəqqəti ictimai işlərin və məşğulluğun standart olmayan formalarının təşkili vacibdir.
-Aşağı rəqabət qabiliyyəti olan gənclərin, əlillərin, qadınların məşğulluğunun təmin edilməsi üzrə xüsusi tədbirlərin hazırlanıb həyata keçirilməsi;
-İş qüvvəsinin keyfiyyətinin yüksəldilməsi, məşğul olmayan əhalinin peşə-ixtisas hazırlığının artırılması və yenidən hazırlanması sisteminin təkmilləşdirilməsi;
-Əhalinin özü məşğulluğu üçün əlverişli şərait yaradılması və s.
Bütün bu istiqamətlərdə görülən tədbirlər Azərbaycanda əhalinin səmərəli məşğulluğuna nail olmağa imkan verəcəkdir.

Yüklə 147,54 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin