Mühazirənin planı: Fövqəladə hal (hadisə) anlayışı, yaranma səbəbləri


Bakterioloji şəraitin qiymətləndirilməsi



Yüklə 0,82 Mb.
səhifə23/63
tarix31.12.2021
ölçüsü0,82 Mb.
#50008
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   63
Mülki müdafiə mühazirələr.

Bakterioloji şəraitin qiymətləndirilməsi

Düşmənin bakterioloji silahı tətbiq etməsi nəticəsində yaranan şəraitə bakterioloji şərait deyilir.

Bakterioloji şəraiti adamların, heyvanların, ərazinin, təsərrüfat obyektlərinin bakterioloji zəhərlənməsi miqyasını və dərəcəsini aydınlaşdırmaq, bakterioloji vasitələrin mülki müdafiə dəstələrinin xilasetmə və digər təxirəsalınmaz işlərinə, həmçinin əhalinin kənd təsərrüfatı işlərinin aparılmasında göstərdiyi fəaliyyətinə təsirini təyin etmək üçün qiymətləndirirlər. Bakterioloji şərait adamların, heyvanların, bitkilərin və sairənin mühafizəsini vaxtında təşkil edən tədbirləri həyata keçirmək üçün də qiymətləndirilir.

Qeyd etmək lazımdır ki, bakterioloji zəhərlənmə ocağını şəhər, rayon, respublika miqyasında ləğv edirlər. Lakin kənd təsərrüfatı rəhbərləri, qərargahlar, dəstələr bakterioloji zəhərlənmə ocağının ləğvində bilavasitə iştirak edir.

Bakterioloji şəraitin qiymətləndirilməsinə aşağıdakılar aiddir: bakterioloji zəhərlənmə rayonunun sərhədini təyin etmək; torpaqdan istifadə etmə planına və ya ümumi vəziyyət sxeminə zəhərlənmə rayonunu köçürmək; karantin rejimini dəqiqləşdirmək; xüsusi təmizliyin aparılması üçün kənd təsərrüfatı istehsalı obyektlərini təyin etmək; həmçinin müalicə-profilaktik tədbirləri qaydalarını və həcmini müəyyənləşdirmək. Zəhərlənmə ocağının sərhədlərini tibb və baytar kəşfiyyatları təyin edir, onları ərazidə nişanlayır və lazımi məlumatları plana və ya xəritəyə köçürürlər.

Karantin şəhər, rayon (respublika) mülki müdafiə rəisinin qərarı ilə qoyulur, obyektin rəhbəri ərazisində yaranmış bakterioloji ocağı ləğvetmə işlərini təşkil edir. Burada zəhərlənmə ocağını ayırmaq üçün aparılan rejim tədbirlərinə və lazımi sanitar-gigiyena, epidemiya əleyhinə tədbirlərin keyfiyyətli aparılması üçün kənd təsərrüfatı işlərinin təşkilinə xüsusi diqqət yetirilməlidir. Kənd təsərrüfatı istehsalının obyektlərini xüsusi təmizliyin aparılması üçün kəşfiyyat məlumatları və laboratoriya nəzarəti əsasında ayırırlar. Xüsusi təmizliyi birinci növbədə adamlar, heyvanlar, tövlələr və bitkilər keçirlər. Bu iş üçün dəstələr ayrılır, işin yerinə yetirilməsi qaydaları qoyulur, həmçinin maşın və xüsusi dezinfeksiya vasitələri ayrılır.

Müalicə-profilaktik tədbirlərin aparılması lazım gələrsə, aşağıdakılara xüsusi diqqət yetirilir: əhalidə tibbi müşahidələrin fasiləsiz aparılmasını və kənd təsərrüfatı heyvanlarında baytar müşahidəsini təşkil etmək; yoluxucu xəstələri və şübhəliləri tapmaq, onları ayırmaq, hospitala qoymaq və müalicə etmək; əhalinin və heyvanların təcili profilaktikasını (antibiotiklərlə və başqa xüsusi dərmanlarla) təşkil etmək; qoruyucu peyvəndlər vurmaq.


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin