Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə58/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   54   55   56   57   58   59   60   61   ...   97
Mülki müdafiə-converted

dezinfeksiya, xəstəlik törədən həşaratların məhv edilməsinə dezinseksiya və xəstəlik 
yayan gəmiricilərin məhv edilməsinə deratizasiya deyilir. 
Observasiya – epidemiya əlamətləri olan yerlərdə yoluxucu xəstəliklərin 
yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən təcridetmə -
məhdudlaşdırma və müalicə-profilaktika tədbirləri sisteminə deyilir. 
Bu zaman həkimin göstərişi ilə yaşayış yerini, ictimai istifadə yerlərini
yeyinti məhsullarını, suyu, qab-qacağı, paltarı, ayaqqabını, yorğan-döşəyi, mebeli və 
s. dezinfeksiya edirlər. 
Observasiya həmçinin karantin zonasının bilavasitə təmas xəttində tətbiq edilir.
Observasiya rejiminə aid olan tədbirlər aşağıdakılardır: 
– giriş və çıxışın maksimum məhdudlaşdırılması, həmçinin zədələnmə 
ocağından əmlakın yalnız epidemioloji baxışdan sonra çıxarılması; 
– qidalanma və su təchizatına tibbi nəzarətin gücləndirilməsi; 
– zəhərlənmiş ərazidə hərəkətin məhdudlaşdırılması; 
– insanlar arasında ünsiyyətin məhdudlaşdırılması. 
Bioloji (bakterioloji) silahın təsirinə bilavasitə məruz qalmış rayonda 
hakimiyyət orqanları tərəfindən xüsusi karantin rejimi tətbiq edilir və həmin rayona 
gediş-gəliş ümumiyyətlə qadağan edilir. 
Karantin – bakterial yoluxma ocağını təcrid etmək, xəstəliyin yayılmasının 
qarşısını almaq və yoluxmanı aradan qaldırmaq məqsədilə yerinə yetirilən, epidemiya 
əleyhinə rejimli müalicəvi tədbirlər sistemidir. Karantin zonasının sərhədlərində 
mühafizə və patrul xidmətləri yaradılır. Ərazidə olan obyektlərdə daxili komendant 
xidməti təşkil edilir. İnsanların, heyvanların və əmlakın çıxarılmasına qadağa 
qoyulur. Karantin zonasına daxil olmağa yalnız bioloji vasitələrin nəticələrinin 
aradan qaldırılması və tibbi yadımın göstərilməsi üçün gələn tibbi heyətə və FHN 
xüsusi dəstələrinə icazə verilir. Karantin dövründə əhalinin vəzifəsi qoyulmuş 
qaydalara ciddi riayət etməkdir. 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin