dezinfeksiya, xəstəlik törədən həşaratların məhv edilməsinə dezinseksiya və xəstəlik
yayan gəmiricilərin məhv edilməsinə deratizasiya deyilir.
Observasiya – epidemiya əlamətləri olan yerlərdə yoluxucu xəstəliklərin
yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən təcridetmə -
məhdudlaşdırma və müalicə-profilaktika tədbirləri sisteminə deyilir.
Bu zaman həkimin göstərişi ilə yaşayış yerini, ictimai istifadə yerlərini,
yeyinti məhsullarını, suyu, qab-qacağı, paltarı, ayaqqabını, yorğan-döşəyi, mebeli və
s. dezinfeksiya edirlər.
Observasiya həmçinin karantin zonasının bilavasitə təmas xəttində tətbiq edilir.
Observasiya rejiminə aid olan tədbirlər aşağıdakılardır: – giriş və çıxışın maksimum məhdudlaşdırılması, həmçinin zədələnmə
ocağından əmlakın yalnız epidemioloji baxışdan sonra çıxarılması;
– qidalanma və su təchizatına tibbi nəzarətin gücləndirilməsi;
– zəhərlənmiş ərazidə hərəkətin məhdudlaşdırılması;
– insanlar arasında ünsiyyətin məhdudlaşdırılması.
Bioloji (bakterioloji) silahın təsirinə bilavasitə məruz qalmış rayonda
hakimiyyət orqanları tərəfindən xüsusi karantin rejimi tətbiq edilir və həmin rayona
gediş-gəliş ümumiyyətlə qadağan edilir.
Karantin – bakterial yoluxma ocağını təcrid etmək, xəstəliyin yayılmasının
qarşısını almaq və yoluxmanı aradan qaldırmaq məqsədilə yerinə yetirilən, epidemiya
əleyhinə rejimli müalicəvi tədbirlər sistemidir. Karantin zonasının sərhədlərində
mühafizə və patrul xidmətləri yaradılır. Ərazidə olan obyektlərdə daxili komendant
xidməti təşkil edilir. İnsanların, heyvanların və əmlakın çıxarılmasına qadağa
qoyulur. Karantin zonasına daxil olmağa yalnız bioloji vasitələrin nəticələrinin
aradan qaldırılması və tibbi yadımın göstərilməsi üçün gələn tibbi heyətə və FHN
xüsusi dəstələrinə icazə verilir. Karantin dövründə əhalinin vəzifəsi qoyulmuş
qaydalara ciddi riayət etməkdir.