tənəffüsün çətinləşdirilməsindən ibarətdir. Dumanlı və yüksək rütubətli
havada sulfit anhidridi aerozol halında təsir
göstərərkən daha güclü
qıcıqlanmalar baş verir və belə hava şəraitində əhalinin kütləvi surətdə
zəhərlənməsinə səbəb ola bilər. Bu maddənin havada konsentrasiyasının
yol verilən həddi 0,01 mq/l-dir. Sulfit anhidridi iyinin hissedilmə həddi
0,003 mq/l-dir.
Dəriyə və gözlərə təsiri. Əleyhqaz taxmış adam sulfit anhidridin 26
mq/l konsentrasiyası şəraitində dəri səthinin nazik və tərli hissələrində
qıcıqlanma və istilik hiss edir. Maye halında belə maddənin təsirindən dəri
səthində və gözlərdə yanıq əmələ gəlməsi halları mümkündür. Gözlərdə
yanıq baş verməsi bu maddənin surətlə gözlərin buynuzvari qişasının
dərinliyinə sorularaq orada sulfat turşusu kimi
təsir göstərməsi ilə izah
olunur. Xroniki (müntəzəm) təsir nəticəsində çox vaxt dərinin səthində
irinli xoralar əmələ gəlir.
Mühafizə və ilk yardım tədbirləri. Silfit
anhidridinin təsirindən
tənəffüs üzvlərini və gözləri qorumaq üçün süzgəcli «V» və «BKF»
markalı sənaye əleyhqazlarından, həmçinin QP-5, QP-7 mülki
əleyhqazlardan istifadə etmək olar. Bu maddənin qatılığı 6,6 mq/l olarkən,
«V» markali sənaye əleyhqazının mühafizə müddəti 90 dəqiqədir. Az
mühafizə müddətinə malik «BKF» əleyhqazından da istifadə etmək
mümkündür. Daha yüksək qatılıqlarda (14 mq/l-dən artıq) PŞ-1, PŞ-2
əleyhqazlarından, İP-4, İP-5 markalı təcridedici əleyhqazlardan, KİP-8,
RVL-1, ASV-2 cihazlarından istifadə olunmalıdir.
Sulfit anhidridi ilə
zəhərlənmiş adamı zəhərli zonadan təmiz havaya çıxarmaq lazımdır. Sonra
oksigenlə inhalyasiya etməli, 2%-li soda və ya 0,5%-li boraks məhlulu ilə
gözləri, burnu yumalı, boğazı yaxalamalı. Tənəffüs çətinləşərkən buruna
efedrin damızdırmalı, dəri altına atropin, 1 ml dozada 1%-li demidrol
məhlulu vurmalı. Boğaz nahiyəsini isti saxlamalı, öskürək hallarında
kodein, dionin verməli. Bundan sonra bəlğəm
gətirən dərman içirtməli,
zədə nahiyəsinə xardal yaxması qoymalı, borjom suyu, soda, yağ və bal
qatılmış süd verməli. Ağır zəhərlənmə hallarında ağciyər iltihabının
qarşısını almaq və müalicə məqsədi ilə
antibiotik və sulfinilamid
dərmanları ilə müalicə aparmaq lazımdır. Gözlər zədələnərkən onları
yuyub təmizləyəndən sonra hər bir gözə bir damcı 2%-li novokain məhlulu
və ya dikalinin adrenalində 0,5%-li məhlulu (1:1000 nisbətində)
damızdırmalı, sonra gözlərin birləşdirici qişa nahiyəsinə steril vazelin və
ya şaftalı yağı daxil etməli. Bundan sonra 30%-li albusid məhlulu,
hidrokortizon sürtməli.
Dostları ilə paylaş: