Ammonyak NH
3
–
sənayedə nitrat turşusu, ammonium nitrat və
ammoniumsulfat, maye gübrələr, karbamid (sidik cövhəri) və soda istehsal
etmək üçün; parçaların boyanmasında üzvi sintez üçün;
soyuducu
qurğularda soyuducu maddə kimi və güzgülərin gümüşlənməsi işlərində
tətbiq edilir. Suların, ağ neftin və bir sıra mineral yağların təmizlənməsi,
dərinin aşılanması işlərində, şəkər zavodlarında ammonyaka təsadüf edilir.
O həmçinin təmizlənməmiş asetilenin içində də olur.
Fiziki-kimyəvi xassələri. Ammonyak boğucu, kəskin naşatır iyli
rəngsiz qazdır, hiss olunma həddi 0,037 mq/l, dadı çox acıdır, havadan
yüngüldür. Bildiyiniz kimi havanın molekul kütləsi 29, ammonyakınkı isə
17-dir. Sıxlığı 0
0
C-də 0,771 q/l, 25
0
C-də 0,59 q/l-dir. Mənfi 33-35
0
C
dərəcəyədək soyudularkən sıxılaraq rəngsiz maye halına keçir. 1 həcm
suda 700 həcm ammonyak həll olunur. Efirdə və digər üzvi həlledicilərdə
həll olur. Ammonyakın hava ilə 4:3 nisbəti və ya 15-28%-li qarışığı
partlayışa səbəb olur. Partlayış təhlükəli konsentrasiyanın hədləri:
oksigendə 13,5-79%, aşağı valentli azot oksigendə 2,2-72%-dir.
Ammonyak havada surətlə ammonium karbonata (NH
4
)
2
CO
3
çevrilir,
yaxud rütubətlə udulub naşatır spirtinə (ammonium hidroksidə) çevrilir.
Reaksiyalara çox meyllidir, birləşdirmə,
əvəzetmə və oksidləşmə
reaksiyalarına daxil olur. Qabdan kənara (atmosferə) çıxarkən tüstülənir.
Maye halında çox vaxt suda 10 və 25%-li qaz məhlulu şəklində təsadüf
edilir. Çənlərdə və ya balonlarda təzyiq altında mayeləşdirilmiş halda
saxlanılır və daşınır.
Zəhərləyici xassələri. Ammonyak yuxarı tənəffüs yollarına və gözlərə
qıcıqlandırıcı təsir göstərir. Onun yüksək konsentrasiyaları (qatılığı)
gözlərdə ağrıya
və yaş axmaya, təngnəfəsliyə, kəskin öskürəyə, baş
gicəllənməsinə, mədə ağrılarına
və qusmaya səbəb olur, ağciyərlərin
fəaliyyəti zəifləyir. Ammonyakın güclü təsirindən bir neçə dəqiqə sonra
əzələ zəifliyi, yüksək reflektor qıcıqlanma, qıcolma halları müşahidə edilir,
eşitmə qabiliyyəti azalır. Baş-beyin qabığında
maddələr mübadiləsi
pozulur. Kiçik konsentrasiyalarda gözlərin və burunun selikli qişaları
azacıq qıcıqlanır, asqırma baş verir, yüngül ürəkbulanma, baş ağrıları,
sifətin qızarması,
güclü tərləmə, döşdə ağrı hiss edilir. Ammonyakın
havada konsentrasiyasının yol verilən həddi (KYH) belədir: iş aparılan
binaların havasında 0,02 mq/l, sənaye müəssisələrinin ərazisindəki açıq
havada – 0,007 mq/l, yaşayış məntəqəsinin havasında – 0,0002 mq/l.
Konsentrasiya 0,04-0,08 mq/l olarkən gözlərin, yuxarı nəfəs yollarının
kəskin surətdə qıcıqlanması, güclü baş ağrıları baş verir. Susuz maye
ammonyak ağır yanıqlar törədir, həm də yüksək buxarlandırma hərarətinə
malik dondurucu maddə kimi təsir göstərir. Həcmcə 1%, 7 mq/l
konsentrasiyada yaş dəri səthinin azacıq aşınması, 2%-də isə nəzərə çarpan
aşınması müşahidə olunur, bir neçə dəqiqədən sonra suluqlu yanıq yarası
əmələ gəlir. Naşatır spirti dəriyə zəif təsir göstərir, lakin hər halda kəskin
ağrı, qızarma, xeyli uzun müddətli təsir zamanı suluqlar törədə bilər.
Dostları ilə paylaş: