maddələri 2 qrupa ayırmaq olar: – lakrimatorlar – burun, boğaz və gözün
selikli qişalarını qıcıqlandıran, nəticədə yaş axma (
göz bəbəklərinin
spazmı) və burun axması əmələ gətirən maddələr («lakrime» yunan sözü
olub göz yaşı deməkdir) və sternitlər – yuxarı tənəffüs yollarının selikli
qişasının sinir sonluqlarını qıcıqlandıran, nəticədə öskürək, qusma,
asqırma və başağrısı əmələ gətirən maddələr.
Qıcıqlandırıcı zəhərləyici maddələrə Adamsit və Sİ-EC daxildir.
Adamsit – 1918-ci ildə amerikalı alim Adams tərəfindən alınmışdır.
Kimyəvi
adı
dihidrofenarsazinxloriddir.
Kimyəvi
formulu:
HN(C
6
H
4
)AsCl. Təmiz adamsit sarımtıl-yaşıl rəngli, iysiz,
kristal
maddədir. Qaynama temperaturu 410
0
C, suda demək olar ki,
həll olmur,
əksər üzvi həlledicilərdə isə çətin həll olur. Texniki adamsit toz halında və
ya ərimiş kütlə halında olub, ərimə temperaturu 190-195
0
C-dir. Adamsit
yuxarı tənəffüs orqanlarına güclü qıcıqlandırıcı təsir göstərir (öskürək,
asqıraq, burun qişasından çoxlu selik axması, sinədə ağrı və göynəmə).
Havada 3 mq/l qatılıqda 10 dəqiqə nəfəs aldıqda ölümlə nəticələnir.
İlk yardım: zəhərlənmiş şəxsə əleyhqaz
geydirib onu zəhərlənmiş
sahədən çıxardıqdan sonra, fərdi kimya əleyhinə paketdə olan tüstü
əleyhinə məhlulu çıxarıb əleyhqazın
içərisinə yeritməklə, yaxud
zərərçəkənə qoxulatmaqla deqazasiya etmək lazımdır.
Mühafizə vasitəsi – əleyhqaz. Deqazasiya otağın havasını dəyişməklə
aparılır. Adamsit kimyəvi kəşfiyyat cihazı vasitəsi ilə müəyyən edilir.
6. PSİXOKİMYƏVİ ZM
Bu zəhərli maddələr qrupuna Bi-Zet, DLT (dietilamid lizergin turşusu)
aid edilir. Bu maddələr adətən insanların psixologiyasına
təsir göstərir,
onlarda psixoloji ruh düşkünlüyü hissi yaradır, əsgərlər döyüşməkdən
imtina edir, öz silahlarını atıb gedirlər. Bu hal onlarda bir neçə gün davam
edə bilər. Sonra adətən insanlar sağalırlar.
Dostları ilə paylaş: