3. DƏRİDƏ YARA ƏMƏLƏ GƏTİRƏN ZM İprit – kimyəvi adi – dixlordietilsulfid, aşağıdakı sxem üzrə alınır:
CH
2
CH
2
O
2HCl
CH
2
OH
CH
2
Cl
2
2
Na
2
S
-2NaCl
CH
2
CH
2
OH
CH
2
CH
2
OH
S
2HCl
-2H
2
O
CH
2
CH
2
Cl
CH
2
CH
2
Cl
S
İprit yağlı maye halında olan maddədir. Kimyəvi təmiz iprit rəngsiz,
texniki iprit isə tərkibində olan qarışıqların təsirindən tünd – qəhvəyi
rəngdə, istiot və ya sarımsaq iyi verən maddədir.
Xüsusi çəkisi 1,3 q/sm
3
, qaynama temperaturu 217
0
C, donma
temperaturu isə mənfi 14
0
C-dir. İprit suda çətin, yağ və üzvi həlledicilərdə
isə yaxşı həll olur. Suda həll olmuş iprit normal temperaturda hidroliz
olaraq tiodiqlikol və xlorid turşusu əmələ gətirir.
Toksiki xassələri: İprit orqanizmə hərtərəfli təsir göstərir. O, maye-
damcı halında dəri üzərinə düşdükdə bir necə saatdan sonra (4-24 saat)
dəridə qızartı əmələ gəlir, qızartı getdikcə böyüyür, 2-3 gündən sonra kiçik
köplər əmələ gəlir və bu köplər getdikcə böyüyür və 3-5 gündən sonra
partlayır, onun yerində yaralar əmələ gəlir və onları da uzunmüddətli
müalicədən sonra sağaltmaq mümkün olur.
Əgər iprit buxarları gözə düşərsə, 2-4 saatdan sonra gözlərin şişməsi,
göz yaşlarının axması, işıqdan qorxma və görmə qabiliyyətinin pozulması
halları baş verir.
İprit buxarları tənəffüs yollarına düşdükdə 4-12 saatdan sonra
zəhərlənmə halları özünü büruzə verir. Quru öskürək və səsin batması
müşahidə olunur.
İprit mədə-bağırsaq yollarına düşdükdə 30-60 dəqiqədən sonra
mədədə kəskin ağrılar başlayır, ürəkbulanma və qusma baş verir. Mədə-
bağırsaq zəhərlənmələri çox halda ölümlə nəticələnir.
İprit gizli təsir dövrünə malikdir və onun müddəti zəhərli maddənin
dozasından, fərdi hissiyyatdan və xarici mühitin temperaturundan asılıdır.