Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Kimyəvi silahların əsas xüsusiyyətləri aşağıdakılardır



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə44/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   40   41   42   43   44   45   46   47   ...   97
Mülki müdafiə-converted

Kimyəvi silahların əsas xüsusiyyətləri aşağıdakılardır: 
– maddi sərvətlərə zərər vurmadan canlı qüvvələri məhv etmək


– geniş sahələri zəhərləmək və zədələyici təsirini uzun müddət 
saxlama qabiliyyəti
– zəhərlənmənin ani baş verməsi və nəticələrinin ağırlığı; 
– istehsalının nisbətən ucuz başa gəlməsi və s. 
Kimyəvi silahları toksikoloji təsnifata görə aşağıdakı qruplara 
ayırırlar: 
1. Sinir iflicedici ZM (Zarin, Zoman, V-qazlar); 
2. Ümumzəhərləyici maddələr (Sianid turşusu, Sianxlorid); 
3. Dəridə yara əmələ gətirən ZM (İprit, Lyuizit); 
4. Boğucu ZM (Fosgen, Difosgen); 
5. Qıcıqlandırıcı ZM (Adamsit, Sİ-EC); 
6. Psixokimyəvi ZM (Bi-zet, DLT (dietilamid lizergin turşusu)); 
7. Göz yaşardıcı ZM (Xlorasetafenon, Xlorpikrin). 
 
1. SİNİR İFLİCEDİCİ ZM 
Zarin – metilflorfosfon turşusunun flüoranhidridinin izopropil efiridir. 
CH
3
P
OCH(CH
3
)
2
O
F
Zarin –adi halda rəngsiz və ya zəif sari rəngli, iysiz, xüsusi sıxlığı -1,1 
q/sm
3
, qaynama temperaturu 150

C, donma temperaturu mənfi 100


olan mayedir. Su ilə istənilən nisbətdə qarışır, benzin, kerosin və 
dixloretanda yaxşı həll olur. Həm buxar, həm də maye halda insana təsir 
göstərir. İnsanın bədəninə tənəffüs orqanları, həzm sistemi və ya dəri səthi 
vasitəsi ilə daxil olaraq sinir sistemini zədələyir. Su tutumlarında 
(çənlərdə) zarin öz təsirini 25 sutkayadək saxlayır. 
Zarinin zədələyici əlamətləri: göz bəbəklərinin daralması, ağız 
boşluğunda ifrazatın artması, nəfəsalmanın çətinləşməsi, ürəkbulanma, 
hüşun itirilməsi, qıcolma və s. Ağır zədələnmə hallarında, nəfəs yollarının 
iflici baş verir və ölümlə nəticələnir. 
Deqazasiya - xlorlu əhəng, qələvilər və ammonyakın suda məhlulu ilə 
həyata keçirilir. Xlorlu əhəng (CaOCl
2
) xlor iyi verən ağ və ya sarımtıl 
rəngdə tozdur. Suda qismən həll olur. Qızdırdıqda və ya parlaq 
işıqlandıran zaman parçalanaraq O
2
və Cl
2
qazları əmələ gəldiyi üçün 
preparatı qaranlıq və sərin yerdə saxlamaq lazımdır. Turşular (hətta 
karbonat turşusu) xlorlu əhəngi Cl
2
O ayrılmaqla parçalayırlar: 2CaCl(OCl) 
+ CO

= CaCl

+ CaCO

+ Cl
2

Zoman – (metilflorfosfin turşusunun pinakolin efirdir) rəngsiz, zəif 


kamfora iyi verən mayedir. Sıxlığı 1,02 q/sm
3
, qaynama temperaturu 200
0
C, donma temperaturu mənfi 80
0
C-dir. Suda həll olmur, üzvi 
həlledicilərdə isə yaxşı həll olur. Toksiki xassələrinə görə zoman zarindən 
güclüdür, onun buxarları zarin buxarlarından 3-4 dəfə çox toksikdir. Maye 
- damla halında isə zarindən 15-20 dəfə toksikdir. Zoman öz zəhərləyici 
xassələrini su tutumlarında 2,5 ayadək saxlayır. Zəhərlənmənin ilkin 
əlamətləri – göz bəbəklərinin daralması (mioz), bronx tutmaları, ağız suyu 
və tər ifrazının artması, ürək döyüntülərinin qısamüddətli şiddətlənib, 
sonra isə sakitləşməsini göstərmək olar. 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin