Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Qismən sanitariya təmizliyi



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə42/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   38   39   40   41   42   43   44   45   ...   97
Mülki müdafiə-converted

Qismən sanitariya təmizliyi yaranmış vəziyyətdən asılı olaraq zəhərlənmə 
ocaqlarında və zəhərlənmə ocaqlarından çıxdıqdan sonra insanların özləri tərəfindən 


keçirilir. Qismən sanitariya təmizliyi keçirirərkən aşağıdakı ardıcıllığa riayət etmək 
lazımdır: 
A) Zəhərlənmə ocaqlarında: 
– dəri səthinin mühavizə vasitələrini, üst paltarı və ayaqqabıları şotka və ya 
süpürgə ilə təmizləməli
– isladılmış dəsmal və ya tampon ilə əlləri (əlcəkləri) və əleyhqazın səthini 
silməli. 
B) Zəhərlənmə ocağından çıxdıqdan sonra: 
– dəri səthinin mühavizə vasitələrini ehtiyatla çıxarmalı (bu zaman əleyhqaz 
çıxarılmır); 
– arxası küləyə tərəf durub üst paltarı çıxarmalı; 
– çıxarılmış üst paltarı (geyimi) kəndirdən (ipdən) asıb şotka və ya süpürgə ilə 
radioaktiv tozları süpürməli, əleyhqazın çantasını təmizləməli və üzlük 
hissəsini isladılmış əski ilə silməli; 
– əleyhqazı çıxarıb əlləri, üzü, gözləri yaş dəsmalla silməli, ağız-burun 
boşluğunu təmiz su ilə yaxalamalı. 
Qismən sanitariya təmizliyindən sonra bədənin zəhərlənmə dərəcəsi təhlükəsiz 
normadan yəni 50mkr\saat-dan artıq olarsa tam sanitariya təmizlənməsi keçirilir.
Tam sanitariya təmizlənməsi – bədənin hər yerinin radioaktiv və zəhərləyici 
maddələrdən həmçinin bakterial vasitələrdən təmizlənməsinə deyilir. Tam sanitariya 
təmizlənməsi hamamlarda, duşxanalarda, təmiz su hövzələrində ya da xüsusi 
düzəldilmiş səyyar yuyunma məntəqələrində həyata keçirilir və alt paltarları mütləq 
dəyişdirilir. 
Təhlükəsiz radiasiya dozaları:
– sülh dövründə təhlükəli obyektlərdə işləyənlər – bir il ərzində 5R. (həmin 
obyektlərin yaxınlığında yaşayanlar bir il ərzində 0,5 R).
– müharibə dövründə bir dəfəlik doza 4 gün ərzində 50 R, çoxdəfəlik dozalar: bir ay 
ərzində 100 R, üç ay ərzində 200 R, bir il ərzində 300 R təşkil edir. 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin