Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə43/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   39   40   41   42   43   44   45   46   ...   97
Mülki müdafiə-converted

5. Elektromaqnit impulsu  
Nüvə partlayışlarından istiqamətlənən elektromaqnit sahəsinə 
elektromaqnit impulsu deyilir. Elektromaqnit impulsun yaranması 
Komptonov (ingilis alimi) mexanizmi nəticəsinə əsaslanır. Nüvə 
partlayışı anında küllü miqdarda qamma kvantlar və neytronlar yayılı r. 
Partlayışın qamma-kvantı, ətraf mühitin atomları ilə qarşılıqlı təsirdə, 
müsbət yüklü zəif ionlar və cəld elektronlar əmələ gətirir ki, bunlar da 
yeni 
qamma-kvantların 
törəmələri istiqamətində hərəkət edirlər. 
Nəticədə ətraf mühitin bu boşluğunda sərbəs t elektrik cərəyanı və yüklü 
sahə əmələ gəlir. Öz növbəsində cəld elektronlar mühitdə ionlaşaraq, 
müsbət yüklənmiş ionlar və zəif elektronlar yaradırlar. Nəticədə bu 
mühit elektrik keçirici olur. Elektrik sahəsinin təsiri altında, yaranmış 
cəld elektronların, zəif elektronlara qarşı hərəkətə başlamasından 
elektronlarda cərəyan keçiriciliyi yaranır.
Elektromaqnit impulsu radioelektron cihazlara və elektrotexniki 
avadanlıqlara (kabel və rabitə sistemi xətlərinə, idarəedilən cihazlara, 


elektrik təchizatına və digər qəbuledicilərə) məhvedici təsir göstərir. Bu 
cihazlarla işləyən insanların təhlükəsizliyi üçün tədbir görülməyibsə
elektromaqnit impulsu yüksək gərginliyi ilə insanları zədələyə bilər. 
Elektromaqnit impulsundan mühafizə vasitəsi kimi qoruyucu avtom at 
tərtibatlarından istifadə edilir. 
Fəsil-II. Mülki Müdafiə sisteminin idarə edilməsi və kütləvi qırğın silahları. 
§ 8. Kimyəvi silahların təsnifatı 
Kimyəvi silah – kütləvi qırğın silahlarından biri olub, zəhərləyici 
maddələrə və onları tətbiq etmək üçün istifadə olunan vasitələrə deyilir. 
Zəhərləyici maddələr (ZM), əhalinin əmək və qoşunların döyüş 
qabiliyyətinin zəifləməsinə, bəzi hallarda isə bütün canlıların məhvinə 
səbəb ola bilən xüsusi kimyəvi birləşmələrdən ibarətdir. 
Zəhərləyici maddələr zəhərlənmiş hava ilə nəfəs aldıqda, dəri üzərinə 
və selikli qişaya düşdükdə, həmçinin zəhərlənmiş yeyinti məhsullarından 
və sudan istifadə etdikdə insanları və heyvanları zəhərləyir. Kimyəvi silah 
təyyarə bombalarında, top mərmilərində, mayesi tökülə bilən təyyarə 
cihazlarında və müxtəlif tərtibatlarda, ərazini zəhərləmək üçün damcı-
maye halında, insanları zəhərləmək üçün buxar və aerozol (tüstü, duman) 
şəklində tətbiq edilə bilər. ZM küləyin istiqamətində 10 kilometrlərlə 
məsafəyə yayıla bilən zəhərli bulud yaradır. 
Ərazinin və ya obyektin zəhərlənmə dərəcəsi oraya düşən ZM-in 
miqdarından asılıdır və ZM-in qramlarla miqdarının 1kv.m səthə nisbəti ilə 
ifadə olunan zəhərlənmə sıxlığı ilə müəyyən edilir. 
Kimyəvi silah tətbiq olunan rayonlarda kimyəvi zəhərlənmə ocağı 
yaranır. Kimyəvi zəhərlənmə ocağı – o əraziyə deyilir ki, kimyəvi silahın 
və ya güclü təsirli zəhərləyici maddələrin təsiri nəticəsində orada əhalinin, 
heyvanların və bitkilərin zədələnməsi baş verir. Kimyəvi zəhərlənmə ocağı 
iki zonaya – ZM ilə bilavasitə zəhərlənən əsas zonaya və ZM-n buxar 
aerozolları yayılan ikinci zonaya bölünür. 
ZM-in dayanıqlığı, yəni insanlara və heyvanlara göstərdiyi zədələyici 
təsirin müddəti, həmin ZM-in fiziki-kimyəvi xassələrindən, həmçinin 
ərazinin xarakterindən və havadan asılıdır. Havanın temperaturu yüksək 
olduqca ZM daha tez buxarlanır, güclü külək buxarı səpələyir, yağış isə 
ZM torpaqdan, bitkilərdən və müxtəlif əşyalardan yuyub aparır. Binalarda, 
zirzəmilərdə, yarğanlarda və dərələrdə zəhərlənmiş hava uzun müddət qala 
bilər. Kimyəvi silahdan mühafizə olunmaq üçün əleyhqazdan, xüsusi 
geyimlərdən və ya hermetik bağlanmış sığınacaqlardan istifadə edilir. 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin