istehsalatın ayrılmaz hissələri olmuşlar. Respublikamızın bəzi təsərrüfat
obyektlərində GTZM-dən bilavasitə istehsal məqsədi üçün, yada
istehsalatla əlaqədar olan müxtəlif proseslərin təmin edilməsi üçün istifadə
edilir.
GTZM təsərrüfat məqsədləri ilə işlədilən
elə kimyəvi maddələrə
deyilir ki, onlar ətrafa dağılarkən və ya yayılarkən havanın zədələyici
konsentrasiyalarda zəhərlənməsinə səbəb olur. GTZM-in, onlar saxlanılan
tutumlardan və qablardan kənara axması, həm dinc dövrdə qəzalar
nəticəsində, həm də müharibə vaxtı nüvə partlayışının zərbə dalğasından
və adi basqın vasitələrinin bilavasitə təsirindən
və ya təxribat yolu ilə
GTZM avadanlığının dağılması nəticəsində baş verə bilər. Kimyəvi
maddələr istehsalı zamanı baş verən qəzalar adətən partlayışlar və
yanğınlarla müşayiət olunur. Bunlar isə çox vaxt yanma və kimyəvi
maddələrin natamam parçalanması nəticəsində yeni GTZM yaranmasına
və atmosferin
çirklənməsinə səbəb olub, qəza vəziyyətini daha da
mürəkkəbləşdirir, həmçinin zəhərlənmə zonasına gəlmiş şəxsi heyətin
mühafizəsi üçün əlavə tədbirlər görülməsini tələb edir.
Kimya, neftayırma, neft kimyası, yeyinti
sənayesi və digər sənaye
sahələrinin müəssisələrində çoxlu miqdarda texnoloji və yardımçı
avadanlıqlar açıq halda yerləşir ki, bu da onların cürbəcür silah növlərinin
təsirindən xeyli dərəcədə dağılmasına səbəb ola bilər. Beləliklə, düşmənin
nüvə və ya adi silahla havadan zərbələri nəticəsində yaranan qəzalar
zamanı kimyəvi maddələr istehsal edən obyektlərdə GTZM ətrafa axması
mümkündür. Belə hallarda ikinci zədələnmə ocaqları yaranır.
Kimyəvi təhlükəli obyektlərə aşağıdakılar aid edilə bilər: - kimya,
neft emalı, neft kimyası sənayesinin və onlarla əlaqədar olan digər sənaye
sahələrinin müəssisələri; - suyu təmizləmək üçün xlordan istifadə edilən su
kəməri və su təmizləmə qurğuları; - soyuducu maddə olaraq
ammonyakdan istifadə olunan soyuducu
qurğulara malik müəssisələr, ilk
növbədə yeyinti sənayesi (meyvə-tərəvəz, ət-yağ, balıq və digər ərzaq
ehtiyatlarını) saxlayan nazirliklərin və idarələrin soyuducu qurğuları və
bazaları; - GTZM daşıyan nəqliyyat vasitələrinin dayanması üçün xüsusi
yerləri olan dəmir yolu stansiyaları; - taxıl və taxıl məmulatı anbarlarının
dezinfeksiya və deretizasiya edilməsi üçün zəhərli maddələr ehtiyatları
saxlanılan
xüsusi anbar və bazalar; - kənd təsərrüfatında işlədilən
kimyəvi maddələr ehtiyatı saxlanılan anbarlar və bazalar.
Respublikamızın təsərrüfatında ən çox işlədilən bəzi güclü təsirli
zəhərli maddələri nəzərdən keçirək.
Dostları ilə paylaş: