Zəhərləyici xassələri. Xlor yuxarı tənəffüs yollarına kəskin nəzərə
çarpan qıcıqlandırıcı təsir göstərir. Yüksək konsentrasiyalarda təsir zamanı
dərhal ağciyər şişi inkişaf edir. Yüksək konsentrasiyada zəhərlənmə –
tənəffüs mərkəzinin reflektor tormozlanması sayəsində dərhal ölümlə
nəticələnə bilər.
İlk yardım:xlorla zəhərlənmiş adamı təmiz havaya çıxarmaq,
mümkün qədər tez oksigenlə inhalyasiya etmək, istilik və rahatlığını təmin
etmək, sonra isə xəstəxanaya aparmaq lazımdır. Yuxarı tənəffüs yollarının
qıcıqlanması hallarında – toz şəklindəki 2%-li Na
2
SO
3
məhlulu, qələvi
məhlulları (çay sodası) iylətməli. Gözləri, burnu və ağızı 2%-li soda
məhlulu ilə yumalı, soda qatılmış isti süd içirməli. Şiddətli öskürmə
hallarında kodein və ya dionin verməli, xardal yaxması qoymalı, boğazın
səs yarığı daralarkən boğaz nahiyəsini isitməli, isti qələvi ilə inhalyasiya
etməli, dəri altına atropin vurmalı. Gözlər qıcıqlanarkən – 2% natrium –
bikarbonat məhlulu ilə yumalı. Ürək zəifliyində – strofantin verməli,
0,1%-li strofantin ilə qlükoza məhlulu vurmalı.
Zərərsizləşdirmə üsulları. Xloru neytrallaşdırmaq üçün deqazasiya
maddəsi olaraq qələvilərin suda məhlulu, natrium-hiposulfit, söndürülmüş
əhəng və ya 1:120 nisbətində (1 ton xlor üçün 120 ton su) su işlədilməlidir.
Sulfit anhidridi (kükürd 2-oksid) SO 2. Sulfit anhidridi (kükürd 2-oksid) SO 2 xarakterik kəskin iyli və
şirintəhər dadlı, rəngsiz qazdır. Sənayedə sulfat turşusu və natrium sulfat
hazırlamaq üçün xammal kimi, yunun, ipəyin, qarğıdalı ununun, əncirin,
şəkərin
ağardılması
üçün,
meyvə
və
giləmeyvələrin
konservləşdirilməsində, soyuducu maddə kimi və dezinfeksiya məqsədi ilə
istifadə olunur.
Fiziki-kimyəvi xassələri. Sulfit anhidridi otaq temperaturunda 4-5
atmosfer təzyiq altında rəngsiz maye halına keçir. Qaynama temperaturu
10,1
0
C, sıxlığı qaz halında 2,93 q/l-dır, suda, spirtdə, sirkədə, sulfat
turşusunda və efirdə həll olunur. Nəm sulfit anhidridi adi temperaturda
H
2
S (hidrogen sulfid) ilə reaksiyaya girərək tamamilə quru, reaksiyalara
qoşulmayan kükürd əmələ gətirir. Açıq havada tüstülənir. Təzyiq altında
mayeləşdirilmiş halda sisternlərdə daşınır.