AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 476,5 Kb.
səhifə1/4
tarix31.01.2017
ölçüsü476,5 Kb.
#7238
  1   2   3   4


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

FOLKLOR İNSTİTUTU

______________________________________________
AĞAVERDİ XƏLİL

FOLKLOR VƏ DÖVLƏTÇİLİK

BAKI – 2014

Kitab böyük dövlət xadimi, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin parlaq xatirəsinə həsr olunur.

Redaktoru: Sərxan XAVƏRİ

Ağaverdi Xəlil. Folklor və dövlətçilik. Bakı, Elm və təhsil, 2014, 84 səh.
Kitabda orta əsrlər dövrünə aid yazılı abidələrdə əks olunmuş dövlətçilik düşüncəsinin mənəvi əsaslarının əks olunduğu folklor qay­naqları araşdırılmışdır. Bunun üçün “Orxon-Yenisey abidələri”, “Kita­bi divani lüğət-it türk”, “Kutadqu bilik”, “Cami ət təvarix”, “Siya­sət­namə”, “Əxlaqi-nasiri”, “Kitabi Dədə Qorqud” və başqa yazılı qay­naqlardakı ənənəvi mədəniyyət elementləri, folklor motivləri seçilmiş və dövlətçilik dəyərləri baxımından təhlilə cəlb edilmişdir. Folklor və dövlətçilik əlaqələrinin müasir dövrü ümummilli lider Heydər Əliye­vin müstəqil dövlət quruculuğu sahəsindəki fəaliyyətinin nümunəsində təqdim edilmişdir. Tədqiqatdan humanitar elm sahəsinin mütəxəssis­lə­ri, alimlər, müəllimlər və universitet tələbələri faydalana bilərlər.
folklorinstitutu.com
X 4603000000 Qrifli nəşr

N-098-2014

© Folklor İnstitutu, 2014

ORTA ÇAĞ TÜRK YAZILI ABİDƏLƏRİNDƏ FOLKLOR VƏ DÖVLƏTÇİLİK
Türk dövlətçiliyinin tarixi çox qədim zamanlardan baş­la­nır. Dövlətçilik ənənəsi qədim olduğundan xalq yaradıcı­lığında, xalq düşüncə və davranışında, ictimai-siyasi əxlaqda sabit mənəvi dəyərlər yaranmış, müxtəlif folklor janrlarında ifa­də olunmuşdur. Folklor bir tərəfdən dövlətçiliyin mənəvi əsaslarını möhkəmləndirməyə xidmət etmiş, onu müxtəlif ob­raz, süjet və motivlərdə xalq yaddaşına köçürmüş, digər tərəf­dən onun fəlsəfəsini və estetikasını hazırlamışdır. Dövlət ger­çək olmazdan öncə o, xalqın arzu və istəklərində, düşüncə və xəyallarında yaranır və uyğun tarixi şəraitdə geçəkləşir. İcma, ailə və tayfa mədəniyyətinin və bu mədəniyyəti xalq hafizə­sində yaşadan folklorun dövlətçilikdə xüsusi rolu olur. Çünki etnik-milli özünütəşkilin ən nikbin yolu folklorda mövcud olan mənəvi dəyərlərdən keçir. Başqa sözlə, folklorunda döv­lətçilik ideyası olan xalqın dövlət qurması da asanlıqla baş ve­rir. Çünki folklor dövlətçiliyin mənəvi əsasıdır. Folklor irsini yaddaşında və davranışında yaşadan xalq dövlətçilik təcrübə­sində sosial harmoniyanı təmin etmək üçün çətinlik çəkmir. Onu da qeyd edək ki, folklor ayrı-ayrı janrlarda gerçəkləşən mətnlər olmaqla yanaşı xalq düşüncəsinin və həyatının bütün sahələrini əhatə edən sabit mənəvi dəyərlər sistemidir. Milli folklor milli düşüncənin və davranışın təkcə təzahür forması deyil, həm də onun modelləşdirici sistemi, başqa sözlə, dü­şüncə və davranış tərzidir. Dövlətçilik də bu düşüncə və dav­ranış çərçivəsində gerçəkləşir. “Xalqın dövlətçilik ənənəsi de­dikdə onun dövləti idarəçilikdə iştirakı nəzərdə tutulur. Bu o deməkdir ki, dövlət başçısına hakimiyyəti xalq həvalə edir. Ha­kimiyyəti idarəçiliyə xəyanət etdikdə və ya bunu bacarma­dıq­da xalq həmin hökmdarı (iqtidarı) dəyişmək hüququna ma­likdir” (1,5).

Dövlətçilik tarixi-ictimai mədəniyyətin ən yüksək for­ma­sıdır. Bu mədəniyyətə sahib olmayan xalqlar milli varlıq­larını qoruya bilməmişlər. Bu mədəniyyətin və ənənənin qo­run­ma­sı­nı isə folklor, yaddaş, xalqın mənəvi bütövlüyünü təş­kil edən ehtiyatlar təmin edir. Bu mənada folklor və dövlət­çilik bir-birinə sıx surətdə bağlı, üzvi vəhdət təşkil edən mə­sələlərdir. Əgər məsələyə geniş prizmadan baxılsa dövlətçilik də xalq yaradıcılığının bir forması götürülə bilər. Cəmiyyət dünyəvi qa­nunlara zaman-zaman uyğunlaşır, amma milli əx­laqa, milli ənənəyə və milli davranışa zidd olmayan qanunlar ictimai mü­nasibətlərdə dərhal öz təsdiqini tapır. Bəzən “ya­zılmamış qa­nunlar” ifadəsi işlədilir. Bu əslində etnik ictimai davranış və mil­li əxlaq normasının müasir qanunlarda öz ək­sini tapmayan hissəsidir. Bu həm də ənənədə formalaşmış xalq demokratiya­sının müasir hüquqdan və qanundan geniş­li­yi və üstünlüyüdür.

Xalqımız milli müstəqil, hüquqi, demokratik dövlət qu­ruculuğu prosesini yaşayır. Dövlətimizin və dövlətçiliyimizin möhkəmləndirilməsi üçün milli dövlətçilik ənənəmizin tarixi­nə və onun folklorda gerçəkləşən mənəvi məsələlərinin təsvi­rinə və təhlilinə də diqqət artırılmalıdır. Bizim araşdırmaya cəlb etdiyimiz qaynaqların hər biri məhz bu problem üzrə müs­təqil bir tədqiqatın mövzusu ola bilər və olmalıdır. Gə­ləcək tədqiqatlarda bu problemlərin daha geniş araşdırmalara cəlb edilməsi də nəzərdən qaçırılmamalıdır.

Tarixdən türklərin qurduğu böyük Hun imperatorluğu, Xəzər xaqanlığı, Göytürk imperatorluğu, Oğuz-Səlcuq impe­ra­torluğu, Osmanlı imperatorluğu, Qaraxanlı dövləti, Bulqar dövləti, Uyğur dövləti və b. məlumdur. Türk xalqlarından biri ki­mi, biz bu dövlətlərin, onların yaratdığı zəngin dövlətçilik mədəniyyətinin varisləriyik. Bununla yanaşı Şirvanşahlar döv­­ləti, Ağqoyunlu dövləti, Qaraqoyunlu dövləti, Səfəvi döv­ləti kimi Azərbaycan dövlətləri mövcud olub. Bunların hər birinin milli dövlətçilik tariximizdə xüsusi xidmətləri olub.

Azərbaycan ərazisində mövcud olmuş Manna dövləti (era­mız­dan əvvəl IX-VII əsrlər), Atropatena dövləti (eramız­dan əvvəl IV əsr-eramızın II əsri) də bu ənənəyə öz töhfələrini verib. Paytaxtı Qəbələ olan Qafqaz Albaniyası dövləti eramız­dan əvvəl IV əsrdə yaranıb. Onu da əlavə edim ki, Sovetlər Birliyi dönəmində SSRİ-nin strateji müdafiə sisteminə daxil olan mühüm obyektlərdən biri – Qəbələ RLS qədim Qəbələ şəhərinin yerində tikilməli imiş. O zaman bu obyektin yeri Heydər Əliyevin kəskin etirazı ilə dəyişdirilmiş, qədim Qə­bə­lənin qalıqları tarixi-mədəni abidə kimi qorunmuşdur.

Tarixdən məlum olduğu kimi, Azərbaycanın dövlətçilik ənənələri çox zəngindir. Tədqiqatçıların mülahizəsinə görə, “bu ənənələr öz başlanğıcını dili və mədəniyyəti ilə türk xalqlarına yaxın olan şumerlərdən götürür. Məşhur şumerşü­nas S.N.Kramer “Tarix Şumerdən başlanır” əsərində (1991-ci il) yazmışdır: “Bəşəriyyətin ən qədim tarixində “parlament demokratiyası” ilə rastlaşırıq. Şumer dövlətini parlament ida­rə edirdi: 1.Atalar – ağsaqqallar – senat sayılırdı. 2. Şəhər ər­ləri, orduda qulluq edənlər – parlamentin aşağı palatası hesab olunur” (1,3). Mütərəqqi dövlətçilik ənənələri sonrakı dövr­lər­də də davam və inkişaf etdirilmişdir. “Azərbaycan dövlət qurumunun təxminən üç minillik tarixi vardır. Orta əsrlərdə Azərbaycan dövlətçiliyi daha rəngarəng olmuş və dövlətçiliyə dair müəyyən qanunlar yazılmışdır” (1,5).

Cəmiyyət həmişə sosial rifah və ədalətli idarəçilik haq­qında düşünmüşdür. Xalqın düşüncə və arzuları ədalətli hökm­dar ideyasını doğurmuşdur. Hər şeyi rəhbərindən gözlə­yən xalq bir çox hallarda onu müqəddəsləşdirmiş və mütləq­ləş­dirmişdir. Bu düşüncələr də folklorda ifadə olunmuş, xalq içində də, saraylarda da dövlətçiliyin mənəvi məlumat dəstə­yi, onu kamilləşdirən əsas faktor kimi çıxış etmişdir. Xalqın sonsuz sevgisi olduğu kimi, nifrəti də kükrəyəndə hüdudsuz olur. Bu özünü hakimiyyətlə xalq, elita ilə kütlə arasındakı so­sial məsafənin çoxalıb maksimum səviyyəyə çatdığı mə­qam­larda daha çox təzahür etdirir. Dövlətçiliyin sarsılması da məhz bu zaman başlanır. İdarəçiliyi mükəmməl olmayan hökmdarlar xalq yaradıcılığında “zalım padşah” kateqoriya­sı­na aid edilir. Məsələn, Sultan Səncər “zülümkar”, Şah Abbas “cənnətməkan” epitetləri ilə yaddaşlarda qalıb.

Dövlətçilik mədəniyyətimizi əks etdirən folklor qarışıq yazılı abidələr və ya xalis folklor nümunələri digər istiqa­mətlər ilə yanaşı həm də bu yönümdə məhz dövlətçiliyimizin monolitliyi naminə öyrənilməlidir.



ORXON-YENİSEY ABİDƏLƏRİNDƏ

DÖVLƏTÇİLİK
Qədim dövlətçilik mədəniyyətimizin əks olunduğu yazı­lı abidələrdən biri türkologiyada “Orxon-Yenisey yazıları” adı ilə məşhur olan daş kitabələrdir.

“552- ci ildə Göytürk imperiyası yaradıldı. Bu imperiya o vaxtadək Orta Asiyada qurulmuş dövlətlərin ən böyüyü idi. Bu­günki məlumatlarımıza görə, türk dilinə aid xatirələr də Göytürk imperiyası dövrünə aiddir. Bu xatirələri başlıca ola­raq qəbirüstü kitabələr təşkil edir. Bunlar Orxon və Yenisey kitabələri olmaq üz­rə iki qismə ayrılır. Orxon kitabələri VIII əsrin yadigarıdır. Ye­niseydəkilərin isə daha əvvəl, qüvvətli ehtimala, VII əsrdə ya­zıldığı təxmin edilir. Oğuz adına da ilk dəfə elə Yenisey kitabə­lərinin birində rast gəlirik” (2, 27). “Orxon-Yenisey kitabələri üç kitabadan ibarətdir. Onlarda türk Çin müharibələri təsvir olunur. Kitabın biri Göytürk hökmdarının vəziri Bilgə Tonyukuk tərə­fin­dən 720-ci ildə yazdırılmışdır. Tonyukuk burada türk qəbilə­lə­rinin tarixini xatirələr şəklində qələmə alır. Abidələrdə Göy­türk dövlətini yenidən qurub möhkəmləndirən Kutlıq xanın öv­ladlarından Gültəkin və Bilgə Kağana ithaf edilmişdir. Gültəkin kitabəsi 732-ci ildə, Bilgə Kağana aid hissə isə 735-ci ildə yazıl­mış­dır” (19,23). Abidələrin məzmunu daha çox dövlətçilik mə­sə­lələrini əks etdirir. “Yolluq Təkin Göytürk tarixini xatirələri şək­lində əbədiləşdirir. O, yeri gəldikcə atalar sözləri və mə­səl­lərdən də istifadə edərək qısa və aydın cümlələr işlədir. Bilgə Ka­ğanın dilindən deyilən sözlər isə çox sadə, həm də xalq ru­hu­na uyğundur. Kitabədə türk bəylərinə və xalqına müraciət his­səsində isə hadisə və lövhələr canlı və həyəcanlı bir tərzdə ve­ri­lir, keçmiş qəmli, acı əhvalatlardan isə kədərli bir dil ilə danı­şı­lır. Türk qəbilələrinin cəsurluğu və igidliyi ilə yanaşı, onun ge­ri­liyinin səbəbləri də göstərilir” (19,24). Hə­min dövr türk cəmiy­yə­tinin ictimai səciyyəsi belə xarakterizə olunur: “Bu kitabə­lər­də irqi mahiyyəti və siyasi səciyyəsi nə olursa-olsun, bütün si­yasi və qövmi təşəkküllər budun (xalq – A. X.) kəlməsi ilə ifadə edilir: türk budunu, tabqaç budunu, kıtay budunu, oğuz budunu, qırğız budunu. Köçəri budunlar bir çox boylardan meydana gəl­mişdir. Boylar da hər halda oba­lara ayrılırdı” (2,29). Tədqiqat­la­rın da təsdiqlədiyi kimi, “Göytürklərin etik münasibətləri, adət ənə­nələri, dövlət quru­luşu, mədəniyyəti və dini haqqında əsas mə­lumatı Çin mənbə­lərindən, qismən də Orxon-Yenisey abidə­lərindən almaq olar. Göytürk dövlətinin taxtında oturan şəxs ka­ğan “xaqan”, onun arvadı katun “xatun” adlanır. Dövlətin ida­rəsi iki qola bölü­nür: dövlətin qərb budağını idarə edən adam yab­ğu (ərəb mən­bələrində: cəbğu), şərq budağını idarə edən adam şad ad­lanır. Xaqanın oğulları (şahzadələr) tigin adlanır, onların ar­vad­larına isə kunçuy deyirlər. Xaqandan sonra ən bö­yük rütbə xan sayılır. Görünür, xan müəyyən qəbilə birliklərinin rəhbə­ridir. Orxon-Yenisey abidələrində xanlar barədə az danı­şıl­sa da, bəylər haqqında çoxlu məlumat vardır. Görünür, bəy əv­vəllər hərbi işlərlə əlaqədar əmələ gələn rütbə adı olmuşdur, la­kin sonralar bəylərə əmlak (adam,torpaq, ilxı, mal-qara və s.) ay­rılmış, bəylik imtiyazları vərəsəlik yolu ilə keçmişdir. Abi­də­lərdə bəzən bəylərə xaqan adı verilməsi haqqında fi­kirlərə də tə­sadüf edilir: “Bars bəg erti, kağan at bunta biz birtimiz- Bars bəy idi, xaqan adı burada biz verdik” (KT ş 20) (3,27). Türk cəmiy­yətində bəylik institutu uzun müddət ya­şamışdır. Cəmiyyətin si­yasi, mənəvi, dini rəhbərindən zadə­ganlıq institutuna qədər də­yiş­mişdir. “Orxon – Yenisey yazı­la­rından aydın olur ki, döyüş­kən, cəsarətli oğuzlar Göytürk xaqanlığının əsas tayfalarından bi­ri olmuşlar. Bunu oğuzların başçılarının daşıdığı yabqu ünvanı da təsdiqləyir. Özlərini ilk türk cahan dövləti quran əfsanəvi Oğuz Ataya bağlayan bu tayfa VII-VIII əsrlərdə Tula çayı ətra­fın­da yaşamış, IX-XII əsrlərdə Sır-Dərya və onun şimal çöllə­ri­nə gəlib, mərkəzi Ye­nikənd olmaqla oğuz yabqu dövlətini qur­muşlar. İyirmi dörd sancaq bəyindən ibarət olan bu yabqu döv­ləti təqribən XII əsrin əvvəllərində dağılmış, sonra oğuzların bir hissəsi Səl­cuq­ların (kınıq tayfasının) başçılığı altında Xorasana, Azər­baycana, Anadoluya yürüşlər etmişlər. Monqolların yürüşü­nə qədər oğuzların əksəriyyəti Səlcuq cahan dövləti tərkibində yaşamışlar. Məhz bu dövrlər və monqol yürüşlərindən sonrakı dövr oğuzların dastan dövrüdür” (4,3).

Tarixin epikləşməsi folklor dilinin bütün sferalarda ak­tiv işləndiyini göstərir. ”Gültəkin kitabələrində real tarixi ha­disələr əksini tapırsa, digər yazılarda isə bunu görmürük. So­nuncularda əfsanəvi-fantastik ruh qüvvətlidir. Tonyukuk ki­tabələrində bütün hadisələr personajların mükaliməsi əsa­sın­da qurulmuşdur. Burada Tonyukuk əhvalatları danışsa da, başqa surətlər öz sözü və səsi ilə seçilir” (19,24).

Göytürk dövlətində hakimiyyətin varislik məsələsi haq­qında tədqiqatlarda məlumat verilir: “Türk adətinə görə, türk döv­lətinin şərq budağını (hissəsini) idarə edən kiçik xan, yəni vəliəhd hesab edilirdi; xaqan öldükdən sonra məhz şərq bu­da­ğını idarə edən kiçik xan xaqanlıq taxtına çıxırdı” (3,27). Türk­lərdə özünəməxsus seçki mədəniyyəti də mövcud olmuş­dur: “Türk­lərdə xanı taxta çıxarmağın qəribə adəti vardı. Xan seçilə­cək adam keçə üstündə oturdulurdu, ətrafında doqquz dairə vu­rub oynayırdılar. Sonra xanı ata mindiridilər. Bu vaxt bir nəfər qəfildən ipək parçanı onun boynuna atır və boğur­muş kimi sıxır, eyni zamanda ona sual verirdi: “Bizə neçə il xanlıq edə bilə­cək­sən?” Xan boğula-boğula istənilən rəqəmi deyirdi” (3,27). Göy türklərdən bəhs edən mənbələrdə onların cəsur və igid olmaları, onlar üçün namusun ən müqəddəs şey sayılması bildirilir (3,28). Qədim türklərdə ölkə əhalisinin ya­şa­yışının, sosial rifahın təmin olunmasının dövlət vəzifəsi ol­duğu qeyd olunur. “Tenri yarlıka­dukın üçün, özüm kutum bar üçün kağan olurtım. Kağan olurıp yok çığay bodunığ kop kobartdım, çığay bodunığ bay kıltım, az bodunığ üküş kıltım. Azu bu sabımda igid borğu türk bəglər, bodun, esidin: türk (bodunığ ti) rilip il tutsıkının bunta utrım, yanqılıp üləsiginin yəmə bunta urtım nənq nənq sabım ersər, ben­gü taşka urtım” (3,71). Tanrının iradəsi olduğu üçün, özü­mün bəxtim olduğu üçün xaqan oldum. Xaqan olub yoxsul, ka­sıb xalqı bütünlüklə topladım, yoxsul xalqı varlı etdim, az xalqı çox etdim. Məgər bu sözümdə şişirtmə var? Türk bəyləri, xalqı eşidin: türk xal­qının dirçəlib el tutacağını burada həkk etdim, yanılıb parça­lanacağını da burada həkk etdim. Nə qədər sözüm varsa, əbə­di daşa həkk etdim (3,77-78). Burada hökmdarın xalqa müna­sibəti ifadə olunur. Türk hökmdarının xarakteri belədir: “Türk xalqının adı, şöhrəti yox olmasın deyə, atam xaqanı, anam xa­tunu yüksəltmiş Tanrı, türk xalqının adı, şöhrəti yox olmasın de­yə, özümü Tanrı xaqan etdi (3,80). Abidədə qeyd olunur ki, mən xaqan olanda xalq ac, yoxsul və çılpaq idi. Mən xalqın çox kasıb bir vaxtında xaqan oldum. Ata-babalarımızın, xal­qımızın şöhrətinin itməməsi naminə kiçik qardaşım Kültiginlə məslə­hət­ləşib gecə-gündüz çalışdıq, xalqı ağır vəziyyətdən çıxardıq, yox­sul xalqı zənginləşdirdik, xalqın sayını çoxaltdıq və s. (3,80-81). Türk dövlət başçısının xalq naminə və xalq üçün gördüyü işlər indi də dövlətçilik mədəniyyəti üçün örnək ola bilər. Abidələrdə türk dövlətinin rəmzi olan bayrağa tuğ, dövlət tədbirlərində, rəsmi mərasimlərdə və hərbi yürüşlərdə bayrağı aparan şəxsə bayraqdar anlamına gələn tuğtutar de­yildiyi də məlum olur.

“Orxon-Yenisey kitabələri türkdilli tayfaların (türk xalq­larının – A.X.) bədii zövqünü, dini-mifoloji görüşlərini, türk şei­rinin gözəlliklərini və ideya-mövzu qaynaqlarını öy­rən­mək üçün zəngin mateial verdiyi” (19,24) kimi, türk döv­lətçilik fikrinin və təcrübəsinin də ən mükəmməl nümunə­lə­rini özündə birləşdirir. Burada dövlətçilik dərin humanizm ideyaları ilə zəngindir və milli ruhu yüksəldən emosional effektə malikdir.

Türk xalqlarının dövlətçilik ənənələrini və düşüncələ­rini araşdırmaqda folklorla sıx şəkildə bağlı olan qədim “Fal” kitabı (VII-IX əsrlər), Mahmud kaşqarlının “Divani lüğət-it türk” ki­tabı (1072-1074), Yusif Balasaqunlunun “Kutadqu bi­lik” poe­ma­sı (1069), Nizamülmülkün “Siyasətnamə” (1076), Nizami Gən­cəvinin əsərləri (XII əsr), Nəsrəddin Tusinin “Əx­laqi-nasiri” (1232-1233), Rəşidəddinin “Cami ət təvarix” (Oğuznamə) (XIV əsr), Əbubəkr Tehraninin “Ki­tabi- Diyar­bəkriyyə” (1470-1471) əsəri və Şah İsmayıl Xə­tainin “Di­van”ı daha çox səciyyəvidir.

DİVANİ LÜĞƏT-İT TÜRK” DƏ DÖVLƏTÇİLİK


Dövlətçilik ideyalarının, türkçülük ideologiyasının və qədim türk mədəniyyətinin şah əsəri olan Mahmud Kaşqar­lının (1008-1095) “Divani lüğət-it türk” (1072-1074) kitabı təd­­qiqatçıların qeyd etdiyi kimi bütün digər ehtiyatları ilə ya­naşı, həm də zəngin folklor antologiyasıdır (5,9). Abidəni epoxal bir mədəniyyət hadisəsi kimi dəyərləndirən Y.Qarayev yazır: “ilk islam-türk ədəbiyyat dil abidələri ilk klassik islam-türk yarandı-Qaraxanlılar vaxtı: “Qutadqu bilik” (1069), “Di­vani hikmət” (XI əsr), “Ətabətül həqaiq” (XII əsr). Həmin əsr­lərdə, təxminən eyni vaxtda meydana çıxan “Divani lüğət-it-türk”ü (1072-1074) isə artıq yalnız növbəti dil və fikir kitabəsi hesab etmək mümkün deyil, yox: Mahmud Kaşqarlı (1008-1095) türk dilində kitab yazmayıb, türk dilinin kitabını yazıb: özü də Avropada ilk Qamus yaradanlardan (“ensiklo­pedistlərdən”), Şərqdə Şəmsəddin Samidən, Rusiyada aka­de­mik Daldan və Ojeqovdan neçə əsr əvvəl! Daha doğrusu, o ilk dəfədir ki, şeirdən, beytdən, sətirdən yox, mənadan, seman­tikadan məsnəvi və divan yaradıb” (6,3). Abidəni çox yüksək səviyyədə və özünəməxsus üslubda dəyərləndirən alimə görə, “məhz düşüncədə cisimləşən yaddaşın dildə sənədinə çevrilən mənşə, tarix və coğrafiya burada vahid bir bilgi bankını təşkil edir. Üstəlik, canlı, şifahi və obrazlı dil vahidləri, məsəllər, atalar sözləri ilə bu bilgi öz hüdudlarını adi semantika (lüğət) çərçivəsindən qat-qat geniş çərçivəyə çıxarır. Nəhayət, onun öz “Lüğəti”i ilə türkcəni öyrətmək, yaymaq niyyətini açıq, proqram bir şəkildə qarşıya qoyduğunu bir də o sübut edir ki, Kaşqarlı bu məqsədi öz arzusu şəklində yox, peyğəmbərin mesajı və vəsiyyəti səviyyəsində bir çağırış kimi irəli sürür: “Yalavacımız qiyamət bəlgələrini, axır zaman qarışıqlıqlarını və Oğuz türklərinin ortaya çıxacaqlarını söylədiyi sırada “Türk dilini öyrəniniz, çünki onlar üçün uzun sürəcək bir ha­kimiyyət vardır” – deyə buyurmuşdur (7,4).

Kaşqarlının türk xalqına, onun dilinə, folkloruna və mə­dəniyyətinə göstərdiyi xidməti diqqətə çəkən alim qeyd edir ki, “Kaşqarlı öz türk dil təbliğatını israrla və inadla, axıra qə­dər davam etdirir: “Dərdini dinlədə bilmək və türklərin kön­lünü almaq üçün onların dilləri ilə danışmaqdan başqa yol yox­dur”. Sonrakı hakim qələm və qılınc sahibi türklərdən-səlcuqlardan, həmişə “atalarımız” deyə müraciət etdiyi oğuz­lardan, osmanlılardan, əfşarlardan, qacarlardan ...fərqli olaraq lüğətçi alim türklüyün hətta adını ilahilik səviyyəsinə yüksəl­dir, “türk” kultunu Atatürkdən əvvəlki ən yüksək səviyyəyə kaşqarlı çatdırır: “Uca Tanrı, mənim bir ordum vardır, ona “türk” adı verdim. Onları Şərqdə yerləşdirdim. Bir xalqa qə­zəb­lənsəm, türkləri o xalqın üzərinə müsəllət qılaram” deyir. Bax bu, türklər üçün bütün insanlara qarşı bir üstünlükdür. Çünki Tanrı onlara ad verməyi öz üzərinə almışdır, onları yer üzünün ən yüksək yerində, havası ən təmiz ölkələrində yer­ləşdirmiş və onlara “Öz ordum” demiş­dir. Bununla bərabər, türklərdə gözəllik, sevimlilik, şirinlik, ədəb, böyüklərə hör­mət, sözünü yerini yetirmək, sadəlik, öyünməmək, igidlik, mərdlik kimi öyülməyə dəyər, saysız yaxşı cəhətlər görün­məkdədir. Necə ki, bu şeirdə də deyilir:

Qaçan görsə anı Türk,

Budun anqa aydaçı

Munqar təqir uluğluk,

Munda naru kəslinür.

“Haçan bir türk görsələr, bu adam üçün böyüklük və ulu­luq yaraşır və ululuq bunda qurtarır, söyləyəcəkdir” (7, c. 1. 350-352; 6, 5). Türkün şəninə Qurani-Kərimin, peyğəmbə­rin dilindən müqəddəs hədisi də məhz Kaşqarlı “Lüğət”də tür­kün şərəfinə yenidən səsləndirir, misal gətirir və incələyir (6, 5).

Divan təkcə dövlətçilik düşüncəsini və mədəniyyətini əks etdirməklə məhdudlanmır, eyni zamanda onun ideoloji əsaslarını təqdim edir. Dövlət quruculuğunun mənəvi təməli dil, folklor, din və ədəbiyyat məsələləri önə çəkilir. Kaşqar­lının türk ölkəsini başdan-başa gəzərək folklor toplamasının özü dövlətçiliyə, onun mənəvi resurslarının möhkəmləndi­ril­məsinə ən böyük xidmətdir.

“Divan”da insan və cəmiyyət münasibətləri kültür epo­xaları baxımından çoxlaylıdır. Paremiyalarda daha çox yer alan sosial struktur beq-bodun modelidir. Bununla yanaşı boy (tayfa) və toy (camaat) kimi sosial strukturlar da müşahidə olu­nur. Bodun (xalq) boylardan, toylardan və soylardan iba­rət­dir. Məsələn, Oguz bodun (Oguz xalqı) 24 boydan (bun­lardan 22-si göstərilib) ibarətdir. Paremiyalarda sosial vahid­lərin ər, kişi, yalnquk, qul kimi ümumi anlayışları ilə yanaşı onun təşkil olundugu qruplar da əks olunur. Cəmiyyətin struk­turunda statusal dərəcələnmə də müşahidə olunur. Guc strukturlarında ərən, alp ər, alp ərən statusal mahiyyət daşıyır. Bunlar hərb işində böyük qəhrəmanlıq göstərmiş insanlara aiddir. Oxşar status mənəvi sahədə də mövcuddur. Belə ki, cəmiyyətdə yüksək mənəvi dəyərlərin daşıyıcıları özündə bö­yük hörmət məzmunu ifadə edən bilgə ərən adlandırılır “(8). ”Divan” üzərindəki araşdırmalarımızda da qeyd etdiyimiz ki­mi, “cəmiyyətin siyasi təşkil modeli “el”dir” (8). Müşahi­də­lər­dən aydın olur ki, bu söz iki anlamda işlənir: “El (dövlət). Savlarda dövlətə çox böyük əhəmiyyət verilməsini, onun ailədən üstün və daha aktual hadisə olmasını göstərən fikir ifadə olunur. “Xan ışı bolsa, qatun ışı qalır” (7,c.,I, 410) (Xan işi olsa, xanım işi qalar) deyimi bunu aydın şəkildə göstərir. Dövlət işi ailə işindən daha vacib hesab olunur. Törü isə döv­lətdən də üstün hadisə sayılır. “El qalır, törü qalmas” (7,c.,III, 221) (Dövlət süqut edə bilər, törü dagılmaz) deyimində döv­lətin süqut etmək məcburiyyətində qaldıgı zamanda da cəmiy­yətin mənəvi prinsiplərinin qorunub saxlanmasının zəruriliyi hökm olunur” (7).

M.Kaşqarlı bu sюzцn (7, ъ.,I,106; c.,II,18, 25;c.,III, 120,221) dцzən, nizam, adət, yaradılmaq mənalarının ol­du­gunu izah etmişdir. ”Tюrц” semantemi aşagıdakı pare­miyalarda işlənmişdir: “El qaldı tюrц qalmas” (7, ъ.,II,25). (El qaldы tюrə qalmaz. Məmləkət atıla bilər, цsul, adət atıl­maz. Bu sav adətə, tюrəyə gюrə iş gюrməsi istənilən kimsəyə sюylənilir).“Kцч eldin kirsə tюrц tцnlцktən чıqar” (7, ъ., II,18) (Gцc qapıdan girsə tюrц bacadan чıxar. Zцlm qa­pıdan girsə, haqq- ədalət, insaf bacadan чıxar) (7).



F.Bayat türk törəsini izah edərək yazır: “Tюrə- tюrəmək, doьulmaq sюzцndən olub, tюrəyişdən юlənə qədər tцrkцn əməl etməyə boclu oldugu pozulmaz qanun idi” (4,3). Bizə görə, “törə İslam öncəsi türk alplıq dönəminin hə­yat və yaşayış normalarını tənzimləyən etik yaşayış qayda­larını nəzərdə tutur. İslam чevrəsinə girdikdən sonra isə tюrə ilə şəriətin qoşalaşması baş verir. Tюrə prinsipləri daşlaş­mış davranış qaydaları kimi etnik əxlaqı İslam əxlaqına transformasiya edir. Bundan sonra tюrц tцrk цчцn haqq-ədalət, insaf-mцrvət kateqoriyalarına цzvlənmiş olur. Tюrц prinsipi ilə yaşayış İslam mцhitində də davam edir. Etnopsixoloji davranış forması kimi tюrц aydın şəkildə əski savlarda əks olunur. Bu mənada tюrц təkcə bu ter­minin işləndiyi deyimlərlə məhdudlanmır. Əslində savlar tюrцnцn mцhafizəsini təmin edən əsas mцddəlar, hюkm­lərdir” (8). Tədqiqatda o da qeyd olunur ki, “Orxon-Yenisey mətnlərində Kagan-Bodun modeli DLT-də Bəq-Bodun şək­lin­dədir. Formal baxımdan həmin struktur müşahidə olunur. Burada keçən bəy həm sakral, həm də profan səviyyələrdə işlənmişdir. Sosial kontekstdə bəy toplumun başçısıdır. Bəzi deyimlərdə o kontekstdən asılı olaraq “qılavuz” və “çuvga” ilə işarələnmişdir” (8). Xalq deyimlərində, atalar sözlərində iş­lənmiş bu sözlər başçı anlamını bildirir. “Qalın qaz qlavuz­suz bolmas” (7, c.,I, 487) (qaz qatarı başçısız olmaz), “Qalın qulan çuvgasız bolmas” (7, c., I, 424) (Heyvan sürüsü baş­çısız olmaz) kimi deyimlərdə başçının olmasının zəruri bir hadisə oldugu bəyan edilir. Deyimlərdəki məlumat zookon­tekstdə verilsə də burada toplumun idarə olunması üçün baş­çının zəruri funksiya daşıması diqqətə çəkilir. “Yer basruqı tag, budun basruqı bəq” (Yeri dag basar, xalqı bəy) deyiminin neqativ funksiyası ilə yanaşı pozitiv funksiyadan da məhrum deyil. Çünki dagın kult olması məlumdur; burada bəy dagla binar münasibətə daxil oldugundan onların arasında semantik paralellik mövcuddur. Deyimlərdə dövlət başçısı bəy və xan kimi vahidlərlə işarələnmişdir. El//İL-vətən. Paremiyalarda vətən anlayışı açıq kodla verilməmişdir. Kitabi Dədə Qorqud­dakı yurd anlayışına burada rast gəlinmir. Vətən də “el” anlayışı ilə ifadə olunur. Amma yurdsevərlik, vətənpərvərlik duyğusu başqa şəkildə də ifadə oluna bilir: Məsələn, “Tilkü öz yiniqə ürsə uzuz bolur” (7,c.,I,54-55;c., III,5) (Tülkü öz yuvasına hürsə qotur olar)” (8). Xalqın həmrəyliyini, birliyini ifadə edən və belə yüksək ictimai fikri daşıyan, yaddaşlara ya­yan müdrik xalq kəlam­la­rında dost- düşmən münasibət­lərinin xarakteri də öz əksini ta­pır. Çünki bu dövlətçilik üçün çox əhə­miyyətli ha­di­sədir. “Paremiyalarda türkün dost-düşmən mü­nasibətlərinin struk­tur modelləri öz əksini tapır. Bu da öz növbəsində sabit, za­man­la dəyişməyən dəyərləri ehtiva edir. “Yat­nınq yaglıq ti­kü­sindən özninq qanlıg yuzruq yeq” (7,c.,III,43) (Yadın yag­lı tikəsindən özünün qanlı yumrugun yaxşıdır) deyimində bu münasibətlər aydın şəkildə ifadə olunur. Eyni zamanda düş­mə­nə qarşı münasibətdə ehtiyatlılıq, tədbirlilik, onun güc və imkanlarının düzgün qiymətləndiril­məsi tövsiyə olunur” (8).

˃‹яòäяàäû ÷яêèëяí òƒðê ãяhðяìàíëûã òàðèõèíèí á‰jƒê яðяí­ëяðèíäяí áèðè Àëï Яð Òîíãàäûð. Jяãèí êè, Ôèðäîâñèíè íя­çяð­äя òóòàðàã, Êàøãàðëû jàzûð êè, “èðàíëûëàð îíu êèòàáà ñàëìûø­äû­ëàð”. Ñîíðàäa яäяáè-áяäèè âя åëìè ìяíáяëяðäя äя Àëï Яð Òîí­ãà (Яôðàñèjàá) àäûíà ìƒíòяçяì ðàñò …яëèðèê (6,5). “Alp Ər Ton­qa eramızdan əvvəl VII əsrdə yaşamış görkəmli türk sər­kərdəsi və hökmdarıdır. O, tarixdə daha çox Əfrasiyab adı ilə tanınır... Alp Ər Tonqa vaxtilə çox böyük bir əraziyə malik olan Turan kimi qüdrətli bir imperiyanın hökmdarı olmuşdur” (20,24-25). “Divan”da Alp Ər Tonqa ilə bağlı bir sıra məlu­mat­lar, o cümlədən onun adının farslarda Əfrasiyab olması mə­lumatı vardır. Bundan başqa “Divan”ın müxtəlif yerlərində verilmiş şeir (dördlük) örnəkləri vardır. Tədqiqatlarada bu şeir­lər 10 bənd dördlük olaraq qruplaşdırılmış və ağı mətni ki­mi səciy­yələndirilmiş­dir (64). Bu dördlüklərdən birində deyilir:

Alp ər Tonqa öldimü

İsiz ajun qaldımu

Özlək öçin aldımu

Emdi yürək yırtılur (7, c.,I , 41)

(Alp Ər Tonqa öldümü?

Yaman dünya qaldımı?

Fələk öcün aldımı?

İndi ürək yırtılır! ) (5,132).

Bəzi mülahizələrə görə, bu mətnlər Alp Ər Tonqa das­tanından parçalardır. N.Cəfərova görə, bu mətnlər dastan de­yil, dastanlaşma prosesini keçməmiş dastan süjetləridir. Mətn­də bu əfsanəvi dövlət başçısına çox böyük bir sevgi müşahidə olunur. Eyni zamanda onun adı dünya bəyi (ajun bəqi), ərdəm bəyi kimi epitetlərlə xatırlanır (5,133). M.Kaşqarlı bu əfsa­nə­vi türk hökmdarını belə təqdim edir: Алп Яр Тонга-tцрклярин улусал гящряманы вя бюйцк хаганы (7, c., I, 41). O, “Di­van”ın müxtəlif yerlərində bu adı izah edərək yazır: “Яф­расийаб-tцрклярин “Тонга Алп Яр” дедикляри улусал вя яфса­няви гящряман вя бюйцк хаганын фарсъа ады” (7, c., I, 159, 343, 381, 395, 413, 466, 486; c.,III, 149, 150, 151, 157), “Тон­га Алп Яр-Яфрасийабын Тцрклярдя ады” ( 7, c., I, 41; c., III, 149, 368). Müəllif bu adın etimologiyasını da verir: “Тон­га -“бябир” дейилян щейванын ады олуб гящряманлара ад олараг верилир”.

Алп Яр Тонга адыna başqa яски абидялярдя də rast gəlinir. Кaşqarlının мцасири Йусиф Хас Щаъиб Баласагуни дя онун Яфрасийаб олдуьуну йазыр:



“Тцрк бяйляри арасында ады билэяли Тонга Алп Яр иди. О билиэи иля танынрды, билиэи эцълц, щцнярляри чох, аьылы иля дцнйада тяк иди. Таъикляр она Яфрасийаб дейирдиляр. Бу Яф­расийаб еллярини зянэинляшдирди” (21,31).Авестада Туранын Франграсиан кими адландырылан мифик падшащы. Туран халгы­нын щюкмдары. Иран мифляриндя, яфсаняляриндя вя “Шащ­на­мя” епопейасында буна раст эялинир. Шярги юйрянян алимляр Яфрасийабын эенелоэийасын Тювратдакы Йафятин оьлу Тцрк иля баьлайырлар. Ят-Тябяридя (Х яср) – «Фрасиаб бин Бяшянэ бир инат бин Ришман бин Тцрк», иbн Щялдунда (XIV яср) «Яфрасиаb бин Ашк бин Рцстям бин Тцрк» кими кечир. Яф­расийаб образы Тцрк яфсаня вя рявайятляриня трансформасийа олунараг сахланмышдыр. Бу образын “Оьузнамя”лярдя дя иz­ляри мцшащидя олунур. Бу мянада Алп Яр Тонга-Яф­ра­си­йаб образы Оьузларын епик гящряманы статусуну дашымыш­дыр; X-XI-ясрлярин Тцрк Алплыьы дюняминдя щям халг ядябиййатынын, щям дя диван ядябиййатынын епик гящряманы кими эениш шякилдя ишлянмишдир (64, 168). Araşdırmadan məlum olur ki, “Алп Яр Тонга образы иля баьлы эюркямли тцр­колог Халиг Короьлунун Совет Тцрколоэиyасы журна­лын­да эениш арашдырмасы вардыр. Алп Яр Тонга Фирдовсинин “Шащ­намя”синдя, Булгар дастаны “Шан гызында”, Й.Х.Щ. Баласагунлунун «Гутадгу Билиэ»индя, «Дядя Горгуд ки­табы» кими Оьуз абидяляриндя мцхтялиф шякилдя мцшащидя олу­нур. Бунунла йанашы айрыъа «Алп Яр Тонга дастаны»нын да, яскилярдя мювъуд олмасы шцбщя доьурмур. ДЛТ-дя сахланмыш бу нцмуня щямин дастанын сон щиссяси олма­лы­дыр. ДГК-дяки «инди щаны дедийим бяй əрянляр» мятни мяз­мун вя мялумат бахымындан «Алп Яр Тонга юлдцмц»нцн давамыдыр; схем вя код сявиййяляри дя идентикдир” (5,168). Turan və turanlılar haqqında məlumatların məhdudluğunu izah edərək K.Hüseynoğlu yazır: “Bu onunla bağlıdır ki, turanlılar haqqında ilk məlumat zərdüştliyin müqəddəs kitabı sayılan “Avesta”da, daha sonralar isə həmin kitabdan asılı olan İran rəvayət və dastanlarında verilmişdir” (23,21). Kaş­qarlı məqsədyönlü şəkildə türk dövlətçiliyinə xidmət etdi­yin­dən “divan”da türkün özünəməxsus mədəniyyətini və folk­lorunu təqdim etmişdir. O, yad təsirlərdən yayınmış, farslara münasibəti isə müsbət olmamışdır. Qədim türk hökmdarı Alp Ər Tonqa haqqında əfsanə və rəvayətləri yazıya almaqla Kaş­qarlı türk dövlətçiliyinin zəngin ənənəsinin, dövlətin və onu simvolizə edən hökmdarın qüdrətinin səciyyəsini təsvir etmiş, onu şifahi yaddaşdan yazılı abidəyə köçürmüşdür. Alp Ər Tonqa haqqında ağıdan məlum olur ki, türklər dövlət başçı­sının ölümünə böyük bir faciə kimi baxmış və ona ağır yas saxlamışlar. Digər tərəfdən isə bu mətn qədim yas mərasimi və ağı janrı haqqında təsəvvürləri genişləndirir. Abidədə türk­lərin qurban mərasimləri haqqında da məlumat verilir. Son­ralar bu mərasim islami xarakter qazanmış və İsmayıl qurbanı şəklində davam etmişdir. Tədqiqatçı alim K.Hüseynoğlu Nov­ruz bayramının köklərini araşdırmış və onun Turanlıların Tu­ra bayramından gəldiyi mülahizəsini irəli sürmüşdür. Bu bayramın qədim adı ilə çuvaş türklərində qaldığını diqqətə çəkən alim yazır: “Çuvaşların bayramları sırasında “günəşə, Tura allahına və əcdadlara qurbankəsmə bayramı xüsusi yer tutur. Bu bayram mart ayında keçirilir və bir neçə gün davam edir. Çuvaşlar oda, suya, günəşə, yerə ehtiram göstərir və baş allah Silt Tura başda olmaqla xeyir allahlarına və ruhlarına inanırdılar”. Vaxtilə qədim Turan ərazisində məskunlaşmış bir sıra Sibir xalqlarının (şorslar, evenkilər) qədim təqvimində də mart ayının ortalarından aprel ayının ortalarına qədər olan müddətə “turan” ayı deyilir” (23,59). Qədim türklər müqəd­dəs saydıqları şeylərə ıduk deyiblər. Qurbanlıq heyvan da müqəddəs məqsəd üçün kəsildiyindən ona da ıduk deyil­miş­dir. Tədqiqatlarda göstərilir ki, “hunlar və sonradan göytürk­lər də ildə üç dəfə qurban verib bayram keçirirdilər. Bu qur­bankəsmə mərasiminin və bayram törənlərinin ilin birinci, be­şinci və doqquzuncu aylarında keçirilməsi və bunların da ar­dıcıllıqla bahara-22 marta, yaya-22 iyuna və payıza-24 sen­tyabra uyğun gəlməsi heç də təsadüfi deyildir. İyulun 20 və ya 22-sinə düşən qurbankəsmə mərasimi qutsal dağda, dövlət başçılarıyla isə Ötüken dağinda Tanrıya qurbanvermə və bay­ram şənlik törənləri şəklində gerçəkləşdirilirdi. Qurbanvermə mərasimini keçirmək dövlət ənənəsində kahin- hökmdar funk­siyasını üzərinə alan kağanın haqqı idi. Tayfa, boy səviyyə­sində Tanrıya həsr edilən qurbanları kəsən və ritualı keçirən boyun ən yaşlısı, ağsaqqalı olurdu. Göy tanrıya qurbanvermə mərasimi açıq havada keçirildiyi halda əcdad kultu ilə bağlı keçirilən törənlər mağaralarda gerçəkləşdirilirdi. Birinci ayda qurbanvermə mərasimi də bilindiyi kimi ata-baba mağara­la­rında keçirildiyindən əcdad ruhlarına verilən qurban mərasimi hesab olunurdu. Göy Tanrının şərəfinə bişmiş ət, əcdad kul­tuna çiy ət verilirdi” (24, 87-88). Qədim türk cəmiyyətində bu mərasim çağdaş anlamda dövlət tədbiri idi. “Qurban məra­sim­ləri sadəcə dini bir ayin olmayıb bir törən, bir şölən mahiyyəti daşımaqla, boyun fərdləri arasında anlaşmanı, yardımlaşmanı və bütünlüyü qorumaqdaydı. Bu baxımdan Göy Tanrıya veri­lən qurban törənləri dövlətin və millətin toxunulmazlığını zə­manət altına almaq məqsədi daşımaqdaydı” (24,89). Qədim türk cəmiyyətinin tanrıçılıq dini görüşlərini ictimai- mədəni və dini-mifoloji hadisə kimi araşdıran F.Bayat qənaətlərini aşağıdakı şəkildə ümumiləşdirir:

“1. Bu mərasim- ritual kütləvi xarakter daşıyır, boy, tayfa və xalqın iştirakı ilə həyata keçirilir.

2. Qurbanlıq heyvan ağ rəngli cavan qoç və ya boz rəngli at olur.


  1. Qurbanlıq heyvanın erkək olması şərtdir.

  2. Mərasimdə iştirak etmək haqqı və mərasimdə iştirak etmə statusları olmayanların, yeraltı ruhlara qamlıq edən qara şamanların mərasimə gəlmələri yasaqdır.

  3. Mərasimi şaman deyil, Göy Tanrıya alqış-duaları bi­lən yaşlı bir nəfər (ağsaqqal) keçirir.

  4. Mərasim qutsal dağın başında qayın ağacının ya­nın­da keçirilir.

  5. Qurbanlıq heyvanın qanının yerə tökülməməsinə, sümüklərinin və dərisinin yandırılmasına diqqət edilir.

  6. Mərasim Göy Tanrının simvolu olan ıduk qayın ağa­cının yanında, günün hərəkəti istiqamətində, ağacın ətrafına üç dəfə dolanmaqla, yanan ocağa baş əyməklə və Tanrı adını zikr etməklə, yəni kaçinlərdə Teer Teer, beltirlərdə Tigir Tigir deməklə başlayır.

  7. Tanrıya qurbanvermə mərasiminin xüsusi alqış-dua­lardan ibarət mətni mövcuddur.

  8. Bu qurban mərasimi başqa ruhlara verilən qurban mərasimlərindən qəti şəkildə fərqlənir.

Tanrıya həsr edilən qurban mərasimində məqsəd bütün canlı varlıqlar üçün törəmənin və yenidən törəmənin istənil­məsi, zamanın durmadan axan axışı içində dövlətin əbədi­li­yini, millətin səfasını, fərdlərin ağrısız, acısız yaşamasını tə­min etməkdir” (24,96). Dövlətin və xalqın asayişinə, sala­mat­lığına, “azıb gələn qəza”dan qorunmasına və rifahına xidmət edən, yəni bu kimi məqsədlər üçün keçirilən mərasimlərin türk dövlətçilik ənənəsində xüsusi rolu olub. Digər dini tə­rəf­ləri ilə yanaşı mərasimlərin insanların həyatında oynadığı mü­hüm rollardan biri də hakimiyyət və xalqın həmrəyliyinin təsdiqidir. Bu təsdiq ildə bir neçə dəfə keçirilən mərasimlərdə öz əksini tapır. Məsələn, Qalın Oğuz elininn dövlət törəni olan “toy”da Dirsə xan və Alp Aruzla bağlı motivlər mərasi­min nə qədər mühüm funksiya daşıdığını nümayiş etdirir. Bu­rada üzə çıxan narazılıq birincidə (Dirsə xan) ailə səviy­yə­sin­də, ikincidə (Alp Apuz) dövlət səviyyəsində problemlər ya­radır. Əslində qədim mərasimlər cəmiyyətin təşkilində və ida­rə olunmasında xüsusi rola malik olub. Bunlar qədim yazılı abidələrimizdə, o cümlədən “Divani lüğət-it türk”, “Kitabi Də­də Qorqud” və başqa qaynaqlarda müşahidə olunur.

Abidədə qədim türk dövlətçiliyini əks etdirən folklor mətn­lərindən biri də xaqan Şu haqqında rəvayətdir. Bu mətni arxaik türk dastanları sırasına daxil edənlər də vardır. N.Cə­fərovun qənaətinə görə, “гЃдим тцрк дастанлары, ЃсасЃн, е.Ѓ. I миниллиjин орта­ларында меjдана чыхмышдыр. Лакин епос ЃнЃ­нЃсинЃ уj‹ун олараг, даЋа гЃдим д‰врлЃрин ЋадисЃлЃри, и‡ти­маи, етник-естетик ЃЋвал-руЋиjjЃси дЃ онларда ‰з Ѓксини тап­мышдыр. Апары‡ы овгат, дцнjа…‰рцшц, етник-и‡тимаи емо­сиjа исЃ мЃЋз дастанларын формалашды‹ы д‰врЃ аиддир” (25,16).



МцЃллиф mülahizələrinə davam edərək qeyd edir ki, “гЃдим тцрк дастанлары” анлаjышы шЃртидир, чцнки онларын ЋЃ‡­ми, мЃнзум, jахуд мЃнсур формада олмасы, дил-цслуб хцсусиjjЃтлЃри барЃдЃ конкрет мЃлумат jохдур – мЃнбЃ­лЃрдЃ ЋЃмин ЃсЃрлЃрин, ЃсасЃн, “гыса мЃзмуну” вЃ jа “сц­жети” мцЋафизЃ олунмушдур. БелЃ мЃзмун вЃ сцжетлЃрин ‰зц дЃ бир сыра Ћалларда jа там деjил, jа да “мцасирлЃшди­рил­миш”, мцЃjjЃн мЃгамлары тЃЋрифЃ мЃруз галмышдыр. Чин вЃ Иран мЃнбЃлЃриндЃ мцЋафизЃ олунмуш гЃдим тцрк дас­тан­ларында (ЃслиндЃ, дастан сцжетлЃриндЃ) нЃинки бир сыра мотив­лЃр, ЋЃтта адлар белЃ дЃjишиклиjЃ мЃруз галмыш, тцрк адлары Чин вЃ Иран адлары илЃ ЃвЃз едилмишдир. Bu fikri inkişaf et­di­rən H.İsmayılov yazır: “Тцрк епосунун дифференсиjасы кон­текстиндЃ етник-мЃдЃни чеврЃлЃри IX-XI ЃсрлЃр д‰врц цчцн Сибир, Тцркцстан (jахуд МЃркЃзи Асиjа), Урал-Волга­боjу, ШЃрги Авропа, Гафгаз – Кичик Асиjа олмагла локаллашдыран Н.†ЃфЃров “ГЃдим тцрк епосу илЃ тЃхминЃн еjни д‰врдЃ тЃ­шЃккцл тапан вЃ тцркчцлцк тЃфЃккцрцнцн идеjа-естетик Ѓса­сыны тЃшкил едЃн танрычылы‹ы мцкЃммЃл идеоложи мЃнЃви сис­тем кими дЃjЃрлЃндирир вЃ тцрк мЃдЃниjjЃтинин (о ‡цмлЃдЃн ЃдЃбиj­jа­тынын) ЋЃмин системдЃн кЃнарда изаЋ етмЃjин мцмкцн олмады‹ыны“ да геjд едир” (25,16; 85,291). Belə bir əlaqə özünü xaqan Şu ilə bağlı motivdə də göstərir. “Шу Хаган бирбаша “Шу” ады иля кечмяся дя бязи мянбялярдя, о ъцмлядян Н.Эянъявинин “Исэяндярнамя” ясяриндя, хцсу­силя Хаган образында эюрцнцр. Бу образла баьлы мотивляр, демяк олар ки, ДЛТ аноложи мялуматлары иля идентикдир. Садяъя олараг бурада епик гящряманларын бири Чин Хаганы (Низамидя), диэяри ися Тцрк хаганы Шцдур (Кaşqarlıda); ха­рактерляр вя давранышлар да чох охшардыр. Бурадан о гяная­тя эялмяк олар ки, йа Низами М.Кашгарлнын «Диван»ындан истифадя едиб йа да онларын щяр икиси ейни информсийа мян­бяйиндян (шифащи вя йа йазылы) гайнагланыб. Щяр щалда мятн­лярин мящз мялумат сявиййясиндя мцгайисяси бу няти­ъяйя эялмяйя ясас верир.

«Шу» иля баьлы диэяр диггяти чякян мясяля ися одур ки, бу адын чинъя мянасы «Ай»дыр. Бизим ялимиздя Оьуз епик комплексиня дахил олан мятнлярин яксяриййяти Оьуз хан вя онун бюйцк оьлу «Эцн» ханла баьлыдыр. Сосиал-сийаси шяраит оьузун диэяр ювладларынын ады иля баьлы епик мятнляри дя сой шяъяряси бахымындан деформасийайа уьрадыб. Мясялян, Байандырлар вя Салурлар Эюй ханын оьуллары олдуьу щалда, щямин сойдан олан Аьгойунлулар юзлярини Эцн ханын няс­линя баьлайырдылар (Бах: «Тарихи Гызыллашан», Тарихи Дийар­бякриййя). Сялъуглардан сонракы дюнямдя бунун бир нюв яняня щалыны алдыьы эюрцнмякдядир. Ай хан (оьуллары Yазыр, Дудурьа, Дцкяр) Оьуз епик янянясиндя чох зяиф шякилдя мцшащидя олунур. Бунун тябии ки, ъидди сосиал-мядяни ся­бяб­ляри олмамыш дейилдир. Ялдя олан «Шу хаган» мятни «Оьуз хаган»ын Чин вариантынын галыьыдыр. Даща доьрусу Чин Тцркляринин епик йарадыъылыг юрняйинин реликтляридир. Heç təsadüfi deyildir ki, Nizaminin “İsgəndərnamə”sində İsgəndərin Çin xaqanına yazdığı məktubda ona “Çin türkü” kimi müraciət olunur (Məsələn, “Ey torke-çin çe dari to dər demağ”). Бу типли мялуматлары системляшдириб онларын цзя­риндя ъидди тящлилляр апармаг мцмкцндцр. Бунунла Оьуз епик информасийасынын йайылма aреалларыны, трансформатив тюрямялярини вя с. епик проблемляри айдынлашдырмаг олар” (5,169).”Divan”da Şu ilə bağlı müxtəlif əfsanə və rəva­yətlər vardır. Kaşqarlı bunları ərəb dilinə tərcömə edərək kitaba daxil edib. Kaşqarlı bu adı belə izah edir: “Şu xaqan – bir türk xaqanının adı” (7, c., III, 413,416). Mətnin məzmunu özündə Makedoniyalı İsgəndərin Çinə yürüşü motivini əks etdirir. Mətndə diqqəti çəkən məsələlərdən biri dövlət başçısı Şunun ölkənin təhlükəsizliyi üçün ciddi təhlükə yarandığı bir şəraitdə nümayiş etdirdiyi davranışdır. Xaqana İsgəndərin ordusunun türk ölkəsinə yaxınlaşması xəbərini verəndə bunu soyuqqanlılıqla qarşılayır. Saray əyanlarına da səfərlərdə onun əyləncəsini təmin edən səyyar hovuzda üzən quşlara tamaşa etməyi məsləhət bilir. Digər tərəfdən də mə­lum olur ki, xaqanın xüsusi kəşfiyyat xidməti vardır. Çünki düşmən ordusunun yürüşünü sarayda heç kim bilməyəndə be­lə xaqan bundan xəbərdar imiş və zəruri tədbirləri görübmüş. Sarayda ona ögələrlə məsləhətləşməyin zəruriliyini bildirirlər. Kaşqarlı ögənin çox ağıllı, yaşlı adam, ulusun böyüyü anlam­larını izah edib. Bu təxminən sonrakı dövlətçilik ənənəsindəki vəzirin funksiyasına uygundur. Xaqan çətin situasiyalarda ögələrlə məsləhətləşərmiş. Məlumdur ki, qədim zamanlarda saraylarda bilikli, müdrik insanlar saxlanarmış və onların biliklərindən istifadə olunarmış. İsgəndərin sarayında filosof­ların, o cümlədən məşhur filosof Aristotelin olması faktı mə­lumdur. Çünki dövlətçilikdə bunun faydası böyük olmuşdur. Hərbi zəfərlər də təkcə güc faktorunun deyil, eyni zamanda ağlın gücü ilə əldə edilmişdir. Bu baxımdan türk ögəsi yunan filosofundan üstün mövqedədir. Çünki xaqanın dünyanın bö­yük bir hissəsini fəth etmiş İsgəndərə qarşı tətbiq etdiyi tak­tika onun ordusunu məhv olmaq təhlükəsi qarşısında qoyur. Gecə ilə bütün əhali ölkəni tərk edərək bozkırlara döğru çə­kilir. Şübhəsiz ki, bu zaman arxada ərzaq ehtiyatı da saxla­nıl­mır. Çevik türk dəstələri isə İsgəndərin ordusuna gözlənilməz zərbələr endirirlər. Bu yürüşün uğursuzluğunu dərk edən İs­gəndər xaqanla barışır, dağılmış şəhərləri yenidən tikdirir, abad­lıq işləri görür. Şu xaqanın İsgəndər ordusuna tətbiq et­diyi hərbi taktika təxminən iki min il sonra rus sərkərdəsi Kutuzov tərəfindən Napaleon ordusuna tətbiq edilir. Əhali Moskvanı tərk edib boş şəhəri düşmənə təhvil verir. Ordu isə düşmənin ərzaq yolunu, arxa ilə əlaqəsini kəsir. Az müddət­dən sonra Napaleon tələyə düşdüyünü anlayır və Borodino çölündə ağır məğlubiyyətə uğrayır. Türk dövlətçilik ənənə­lə­rin bəzi məqamlarını və qədim türk hökmdarının xarakterini göstərən bu rəvayətin başqa bir şəkli də Nizami Gəncəvinin “İsgəndərnamə” əsərində yer alır (27,256-286). Burada öncə xaqanla İsgəndər məktublaşır. Sonra elçi sifətində xaqan İsgəndərin düşərgəsinə gəlir. Xaqan türkün həm sülh, həm də hərb mədəniyyətini nümayiş etdirir. O, özünəməxsus danışıq yolu ilə İsgəndəri təzminat tələbindən yan keçdirir. Bu yolla ölkəni ağır bir zərərdən qurtarmış olur. Onun şəxsi cəsarəti, ağlı, yüksək mədəni davranışı, səmimiyyəti, sadəliyi və gücü İsgəndəri heyrətləndirir. Çinə düşmən kimi gəlmiş İsgəndər Çinin türk xaqanının zəkası və türklərə məxsus yüksək döv­lətçilik mədəniyyəti ilə qarşılaşır , ona güzəştə getməyə vadar olur və bu ölkəni dost kimi tərk edir. İstər Nizamidə, istərsə də Kaşqarlıda verilmiş bu mətnlər hər şeydən öncə xalq ya­radıcılığından qaynaqlanır. Mədəniyyətimiz tarixindəki bu böyük xidməti xarakterizə edən Y.Qarayev yazır: “ˆç ÷îõ­‡èëäëè, ÷îõìèãjàñëû “˃‹əò”è èëəÊàøãàðëı ìяhç Яð Òîíãà âя Ôèðäîâñè èøèíè òƒðê êƒëòƒð òàðèõèíäя …‰ðäƒ: àíà òƒðê‡яjяáяäèi ñàáèòëèê âяäяjèøìяjяí, ì‰òяáəяð, ñƒðяêëè ñàkèòëèê …яòèðäè. ăí­jàäà ñîí á‰jƒê ê‰÷яðè õàëãûí øèôàhè äèëèíäяêè áƒòƒí îòó­ðàã ñ‰zlər hàìûñû áèðëèêäə áó äяôя àðòûã åëäяí-åëя, äèëäяí-äèëя jîõ, èëê äяôяäèð êè, ñahìàíëû-ñèñòåìëè øяêèëäə òяëяôôƒçäяí jà­çûjà, à‹ûçäàí êà‹ûçà, øiôàhè, ê‰÷яðè ìяêàíäàí îòóðàã ìяêàíà ê‰÷ åëяäè” (6,5). “Divan” həm Qaraxanlı, həm də Oğuz-Səlcuq dюvlətlərinin mədəni gerчəlkilərini əks etdirməklə ya­naşı, onda toplanan folklor və etnoqrafik materiallarla чox qə­dim dюvrlərin həqiqətlərini də yaddaşlardan yazıya alaraq təqdim edir. Eramızdan əvvəlki minillikdə yaşadığı ehtimal olunan türklərin əfsanəvi hökmdarı Alp Ər Tonqa və Şu xa­qan da bu silsilədən olan mətnlərə aiddir. Bununla heç şüb­həsiz ki, Kaşqarlı dövlətçilik davranışının və milli ruhun yüksəldilməsinə, başqa sözlə, mövcud türk dövlətinin mənəvi əsaslarının möhkəmlənməsinə xidmət etmişdir.


Yüklə 476,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin