Qarayara Qarayara – kəskin yoluxucu xəstəlikdir. Təbii şəraitdə qarayara əsas etibarı ilə
kənd təsərrüfatı heyvanlarında müşahidə olunur və bu xəstəlik insanlara heyvanlardan
keçir. Bu mikrob sporunun xarici mühitdə çox davamlılığı, müxtəlif yollarla keçib
insanı və heyvanları yoluxdurma qabiliyyətinə malik olması və ölüm hallarının
yüksək olması qeyd olunur. Qarayara törədicisini ilin bütün fəsllərində su təchizatı
məbələrini, otlaqları, yemi, mal-qara sürülən yolları və başqa obyektləri zəhərləmək
yolu ilə tətbiq etmək olar. Xəstəliyi yaymaq üçün yoluxdurulmuş həşəratlardan və
aerozol halına salınmış törədicinin spor formasından istifadə edirlər. Nəticədə
heyvanların kütləvi surətdə xəstələnməsi mümkündür.
Təbii Çiçək Təbii çiçək – ağır yoluxucu xəstəlikdir. İnsanlar təkcə bilavasitə əlaqə
nəticəsində deyil, həmçinin üçüncü şəxslər tərəfindən də yoluxa bilərlər. Toz
vasitəsilə yoluxma binaların içərisində də yayıla bilər. Çiçək törədicisi inkubasiya
dövründən sonra qana keçir və bir neçə gün ərzində qanda dövran edir. Qanın
viruslarla dolması çox şiddətli ümumi reaksiyaya, bədənin yüksək hərarətinə, baş
ağrısına, bel ağrısına, huşun depressiyasına səbəb olur. 2-3 gündən sonra bədəndə,
xüsusilə boğazda və üzdə səpkilər əmələ gəlir. Bu səpkilər şişli və qızılcalı olur.
8-9-cu günlərdə suluqların irinləməsi başlanır, deşilmiş və ya mexaniki olaraq
zədə (travma) almış yerlərdən çirk axır və üzün şişməsi baş verir. Selikli qişanın
xoralanması nəticəsində udqunma çətinləşir. 15-16-cı günlərdə suluqlar quruyur və
nazik qabıq əmələ gəlir, bunlar sonra tədricən düşməyə başlayır. Xəstəliyin qanlı
forması daha təhlükəlidir. Bu zaman içi qara qanla dolu tünd-qırmızı və qara-qırmızı
rəngli çoxlu suluqlu səpki müşahidə olunur. Bu hal adətən ölümlə nəticələnir.
Taun Taun – təhlükəli yoluxucu xəstəlikdir. Bu xəstəliyə insanlar yoluxdurulmuş
gəmiricilərdən və birələrdən yoluxa bilərlər. Yoluxma gəmiricinin (birənin)
dişləməsi, tənəffüs və həzm yolları vasitəsilə, xəstəlik törədicilərin zədələnmiş dəriyə
və gözün selikli qişasına düşməsi nəticəsində baş verə bilər. Gizli dövr 2-6 gündür.
Bu xəstəliyin törədiciləri taun çöpləridir. Çox vaxt qasıq nahiyəsindəki limfa
düyünləri şişir, sonra irinləyir, müalicə etmədikdə yaralar açılır. 4-5 gündən sonra
sepsis nəticəsində hərarət qalxır və xəstəliyin ağ ciyər forması inkişaf etməyə
başlayır. Bu zaman pnevmoniya inkişaf edir və qısa zamanda epidemiya xarakteri ala
bilər. Taun insandan insana hava-damcı yolu ilə keçir. Müalicə aparmadıqda ölümlə
nəticələnir.