Nəticə
Beləliklə, beynəlxalq maliyyə qurumları yarandığı anda əsas məqsədləri
dünya ölkələrini 2-ci dünya müharibəsindən sonra dirçəltmək idisə, hal-hazırda
ən başlıca məqsədləri yoxsulluğun qlobal səviyyədə ləğv edilməsidir. Qurumların
fəaliyyəti də məhz bu məqsədə çatmaq üzərində cəmlənib. DB ölkələrə kreditlər,
qrandlar, yardımlar vermək yolu ilə onların inkişafına dəstək olur. Bank öz
xərclərini heç bir kənar maliyyələşdirmə mənbəyi olmadan ödəyir. Onun 5
qurumu inkişafın ayrı-ayrı aspektləri üzrə ixtisaslaşsa da, hamısının ümumi
məqsədi kimi yoxsulluğun ləğv edilməsi çıxış edir. DB öz kapitalını beynəlxalq
maliyyə bazarlarında “AAA” reytinqli istiqrazlarını reallaşdırmaqla artırır. DB
üzv ölkələrin hökumətləri ilə birlikdə layihələr, proqramlar hazırlayır, eyni
zamanda ölkələrin həyata keçirdikləri proqram-layihələri maliyyələşdirir. DB
eyni zamanda onun tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsinə
nəzarət edir. Beləliklə, DB müasir BİM sistemində mühüm iqtisadi təşkilat
olmaqla dünya iqtisadiyyatının tam, stabil inkişaf etməsinə səbəb olur. Ancaq
Bretton-Vuds maliyyə sistemləri hal-hazırda effektiv fəaliyyət göstərə bilmir.
Artıq 70 ildən çoxdur ki, BVF və DB dünyanın başlıca maliyyə institutları olaraq
qalırlar. Bu müddət ərzində onlar kasıb ölkələrdə neoliberallaşma, heteredoks
ticarət və özəlləşdirmə siyasəti həyata keçirirlər. Bunun səbəblərindən biri kimi
bank əməliyyatlarında ənənəvi olaraq valyuta kimi dollardan istifadə olunmasıdır.
Marşall planı nəticəsində dollar həm də Avropa dövlətlərinə də daxil olmuşdur.
Bu onun mövqeyini möhkəmləndirdi. Bildiyimiz kimi, dolların arxasında çox az
əmtəə və qızıl ehtiyatı durur. Asiyanın və Latın Amerikasının inkişaf edən
bazarlarının daim valyutaya ehtiyacı var. Bütün bunlar ABŞ-ın hədsiz gəlir
qazanmasına səbəb olur. Buna görə də ABŞ hələ də dünya maliyyə sistemində
lider rolunu saxlayır. Beynəlxalq valyuta sistemi stabilliyini qorumaq üçün
beynəlxalq maliyyə qurumları reformasiya olunmalı və dəyişmiş tələbatlara
uyğunlaşdırılmalıdır.
101
Liberallaşdırma və özəlləşdirmə siyasəti dövlətlərin öz öhdələrinə
buraxılmalıdır, heç bir dövlət buna məcbur edilməməlidir. Çünki “kənardan
inkişafı idxal etmək alınmır”. BVF və DB-nın ölkələrə nə etmək lazım olduğunu
əmr etməli olduğu günlər arxada qalıb. BVF və DB borc vermə şərtlərini və
maliyyə öhdəliklərini azaltmağa söz versələr də, onlar sadəcə yenidən
quruplaşdırılır və ya digər adlarla adlandırılırlar. BVF etiraf edir ki, kapital
bazarının liberallaşdırılması bəzən daha çox qeyri-sabitliyə gətirib çıxarır. BVF-
nin Afrika ilə bağlı proqramlarının uğursuzluğa düçar olmasının səbəbi onların
dövlətlərə demək olar ki məcburi surətdə yeridilməsi, yəni bərabərhüquqlu
tərəfdaşlar kimi danışıqlar aparılmamasıdır. Bu layihələr kasıbları daha da kasıb
edir. BVF və DB-nın fəaliyyətində aclıq problemini həll edilməməsidir. Dövlətlər
borclarının çoxluğundan və strukturi uyğunlaşmadan əziyyət çəkirlər.
BVF-nin tədqidçiləri qeyd edirlər ki, Bretton-Vuds sistemi yarandığı
dövrdə olan kapital qıtlığı şəraiti ilə hazırki şərait üst-üstə düşmür. BVF
beynəlxalq maliyyə sisteminin stabilliyini təmin etmək üçün kifayət qədər resursa
malik deyil. Aydındır ki, artıq onu “axırıncı müdafiə verə biləcək kreditor”
adlandırmaq olmaz. BVF bəzən elə şərtlərlə kredit verir ki, bu ölkədəki vəziyyəti
daha da ağırlaşdırır.
Son illərdə inkişaf etməkdə olan ölkələr öz vəziyyətlərini yaxşılaşdırmaq
üçün əməkdaşlıq etməyə çalışırlar. Məsələn, Braziliya və Argentina “BVF ilə
danışıqlar aparılmasının adi prinsipləri” barədə razılıq imzalayıblar. Başqa
nümunə kimi 120 BVF üzvünün imzaladığı kommunikeni göstərmək olar. Bu
ölkələr BVF-nin baş direktorunun seçilmə prosesinin daha açıq və şəffaf
keçirilməsini tələb edirlər. Adətən baş direktoru ABŞ və Avropa nümayəndələri
bağlı qapılar arxasında seçirlər. Hal-hazırda Bretton-Vuds institutlarının idarə
edilməsi debatlarda ən çox müzakirə edilən mövzulardır. Ənənəvi şüar olan bir
ölkə - bir dollar sistemi qəbul edilmir.
Dünya Bankının kreditlərinin uzun müddətli və simvolik faizlə verilməsi
müharibə şəraitindən və keçid dövrü problemlərindən dolayı maliyyə
102
mənbələrinin tapılması imkanlarının az olması səbəbi ilə Azərbaycan üçün çıxış
yollarından biri olmuşdur. Uzun illər baxımsızlıqdan yararsız hala düşmüş və ya
dünya standartlarına cavab verə bilməyən infrastruktur, neft ölkəsi olaraq dünya
arenasına çıxmağa hazırlaşan, eyni zamanda bir çox infrastruktur layihələrinin
mərkəzindəki geostrategiyalı mövqedə yer alan Azərbaycan üçün yolverilməzdir.
Ona görə də dövlətimizin beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığı
respublikanın sosio-iqtisadi inkişafına müsbət təkan verəcəkdir.
Beləliklə, beynəlxalq maliyyə qurumlarının müasir beynəlxalq münasibətlər
sistemində rolunun effektivliyini artırmaq üçün düşünürəm ki, aşağıdakı
məsələlərə xüsusi diqqət artırılmalıdır:
Beynəlxalq maliyyə qurumlarının müasir tələbatlara cavab verməsi
üçün onlarda struktur islahatları aparılmalıdır. Həmçinin bəzi
dövlətlər əməkdaşlığa daha ciddi əmək sərf etməlidirlər.
İcra ilə bağlı məsələlərə daha çox diqqət ayırmaq.
Bank mövcud layihələrin icrasına diqqəti artırmalı və yalnız o halda yeni
kreditləri nəzərdən keçirməlidir ki, mövcud icra vəziyyəti buna zəmanət versin.
İcra vəziyyətinin əhəmiyyətli dərəcədə ləngidiyi layihələri Bank və Hökumət ləğv
etməyi nəzərdən keçirməlidir ki, daha tez uğurun əldə oluna biləcəyi layihələrə
daha yaxşı diqqət yetirsin.
Yeni layihələri seçərkən daha diqqətli olmaq.
Eyni zamanda, Bank inkişafa yüksək ehtiyacı və Bankın müqayisəli üstünlüyə
malik olduğu, ancaq hökumətin məhdud səviyyədə sahib çıxdığı digər sahələrdə
daha məhdud dəstəkləyici rol oynamaqdan yayınmamalıdır.
Yeni layihələr üçün daha güclü hazırlıq süzgəcini tətbiq etmək.
Biliklərin bölüşdürülməsi və siyasi kursla bağlı dialoq üçün daha konkret
mexanizmlərə doğru Bankın tədbirlərini yenidən tarazlaşdırmaq.
Transmilli korporasiyalar anlayışının özü nisbətən cavan olsa da, onun
dünyaya və beynəlxalq münasibətlər sisteminə verdiyi töhfələr daha təkmil və
kifayət qədər həcmli görünür, bunu rəqəmlər də sübut edir: bütün dünya sənaye
103
istehsalının 80%-i, ümumdünya ticarətinin 70%-i onların payına düşür. Bu
faktların statistik reallığı ona yalnız iştirakçı aktor kimi baxmağa imkan vermir,
o, özü dəyişmə, hərəkət və daşınma hərəkatlarının başında gedən siyasi cərəyanın
nəhənglərindəndir. O, demək olar ki, beynəlxalq münasibətlər sisteminin hər
yerindədir və son artım göstəriciləri onu deməyə əsas verir ki, bu ardıcıllıq,
konsitensiya yaxın gələcəkdə pozulmayacaq, çünki nə qədər mübahisəyə səbəb
olsa da, özü bu ardıcıllığın baş və axır həlqələrini təşkil edir.
Subyekt-obyekt planından yanaşsaq, müasir dövrün qarşısında duran əsas
məsələlər
- geriliyin ləğvi, azad vətəndaş cəmiyyət qanunları, müstəqilliyin təminatı
və TMK-ların bu yöndə göstərdiyi cəhdlərdir. Son proseslər göstərir ki, TMK-lar
beynəlxalq münasibətlərin vacib instrumenti kimi, onun digər aktorları arasında
konfliktin, asılılığın dərinləşməsində maraqlıdır, eləcə də dünyanın siyasət
prosesləri bəşəriyyətin təsiri altında transformasiyalaşır, məhz TMK-lar texnoloji
inkişafın ciddi faktoru kimi dünya təsərrüfat münasibətlərində mərkəzlə periferiya,
zəif inkişafla gerilik arasında uçurum yaradır.
TMK-ların müasir beynəlxalq münasibətlər sistemindəki möhkəm yerindən
xəbər verir, aşağıda beynəlxalq sistemin bəzi xarakterik xüsusiyyətlərini qeyd
etmişəm:
Dünya dövlətləri nə qədər əvvəlki tək vacib aktor sayılsa da,
son proseslərin gedişatı göstərir ki, onlar öz yerini TMK-lara
“satmaqdadır”.
TMK-lar həm hökumətlərarası, həm də qeyri-hökumət
təşkilatları kimi kəmiyyətcə artmaqdadır.
Son 3 min illik tarixi dövrə aid gözləntilər qloballaşma və
transmilliləşmə şəraitində beynəlxalq siyasi münasibətlərin TMK-lar
tərəfindən transsərhəd hörgüylə əhatələnməsi ilə bağlıdır.
104
Beynəlxalq münasibətlər sistemi qloballaşma ilə paralel olaraq
desentralizasiya, regionalizm, regional tənzimləyici blokların yaranması və
çox polyarlılığın mövcudluğu vəziyyətində daha ziddiyyətli görünür.
Beynəlxalq sistemdə münaqişə mərkəzlərinin TMK-ların
köməyilə tez-tez dəyişilməsidir, bu işdə TMK-ların bütün fondları ilə mobil
olması vacib rol oynayır.
Və nəhayət müxtəlifliyin eyni zamanlılığı və məkanlılığıdır,
bir tərəfdən mərkəzlə periferik nöqtələr arasında ziddiyyət dərinləşir, digər
tərəfdən TMK-lar və onu dəstəkləyən xüsusi maraq qrupları, hökümətlər
daha da stabil vəziyyətə gətirilir.
Mənim qənaətim bundan ibərətdir ki, onların yaranması və artımı
inteqrasiya, qarşılıqlı asılılıq proseslərinin qanuni inikasıdır, nə qədər ki
qloballaşma onların kəmiyyət ölçülərinin artımında maraqlı olacaq, bu vəziyyət
uzun
müddət
dəyişməyəcək,
ehtimal
ki,
çoxtərəfli
diplomatiyanın
institutlaşmasının sonrakı prosesi güclənəcəkdir. TMK-ların artımı dövlətlərdən
vacib aktor kimi öz statuslarının qaytarılması məqsədilə beynəlxalq münasibətlər
sisteminin idarə olunması və tənzimlənməsinin adekvat cavab mexanizmlərinin
işlənməsini tələb edir. Çünki xüsusilə İnkişaf etməkdə olan ölkələr iqtisadi inkişaf
naminə daha çox sərmayə əldə etmək üçün transmilli korporasiyalara baş əymək
məcburiyyətində qalırlar. Bu da onların daxili və xarici siyasətlərini yaxın edəcək
ki, bu da ziddiyyətləri daha da artıracaq: bir tərəfdən öz süverenliyini onlarla
bölüşməyə daha hazır olacaq, digər tərəfdən isə milli maraqlarının yuyulmasının
qarşısını almaq üçün bunun əksinə hərəkət edəcək.
105
İstifadə edilmiş ədəbiyyat siyahısı
Azərbaycan dilində
1.Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. I-X kitablar. Bakı, 1996-2001.
2.Heydər Əliyev Azərbaycanı dünyaya tanıdır. Bakı, 1994.
3.Azərbaycan Respublikası 1991-2001. Bakı, 2001.
4. Азярбайжан бейнялхалг алямдя. Ы-В жилдляр. Бакы, 1996-1999
5
. Азярбайжан бейнялхалг чохтяряфли гаршылыглы ялагялярдя. Б., 1997.
6. Həsənov Ə. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti.
Bakı 2005
7. Rəcəbli H.M. BMT-nın ixtisaslaşmış qurumları
8. Məmmədov M., İbadov E. Beynəlxalq iqtisadi təşkilatlar, Bakı 2008
9. Osman Nuri Araz , Elçin Süleymanov “ Azərbaycan iqtisadiyyatı”. Bakı 2010
10. Vəliyev D., Rəhimov M. Vəliyev T., Kərimov A “Beynəlxalq Maliyyə.
International Finance” Bakı (2000).
11. “Yeni dünyada Yeniləşən Azərbaycan Iqtisadiyyati” Dr. Şahin Əhmədoğlu
2006.
12. Dünya Bankı və Azərbaycan. (hesabatlar) 2000-2009.
13. Elçin Süleymanov, ”Müstəqillik Sonrası Azərbaycan və Dünya Bankı
Münasibətləri”, Azərbaycan Müstəqillikdən Sonra Beynəlxalq Konfransın
Materialları, Bakı 3-4 Mart 2003, ss .102-103
14. “Transmilli korporasiyalar”// “beynəlxalq iqtisadi münasibətlər”
Məqalələr/ Prof.İslam Şamil oğlu Qarayevin redaksiyası altında
15.Qloballaşma/ Taleh Şahsuvarlı
16.Qloballaşma nədir/ Allahyar Eyuboğlu
17.Yeni dünya sistemində Azərbaycan iqtisadiyyatı/ Rəşadət Axundov
18.Postmodern çağa doğru/ Samir Rəcəbli
19.A.Ş.Şəkərəliyev Dünya iqtisadiyyatı və BİM. Bakı-1999
20.Beynəlxalq ticarətin mahiyyəti və əsas xüsusiyyətləri// Beynəlxalq iqtisadi
münasibətlər// Elşən Bağırzadə//Bakı 2011
106
21.Dünya iqtisadiyyatı//TMK-lar istehsal sahəsində əməkdaşlığın əsas forması
kimi//Bədəlov. Ağayev.Tağızadə
22. Beynəlxalq Münasibətlər Nəzəriyyəsi // Abbasbəyli, Ağalar və Etibar
Nəcəfov. Beynəlxalq Münasibətlər Nəzəriyyəsi. Bakı: Mütərcim, 2007
23.
Dünya iqtisadiyyati: müasir dövrün problemləri // Aqil Əliyev, Arif
Şəkərəliyev, İdris Dadaşov //BAKI 2003
Rus dilində
1. Л.П. Бородулина, И.А.Кудрйашева, В.А.Йурга “Международные
экономические организации”
2.
Герчикова И. Н. « Международные економические организации:
регулирование мирохозяйственных связей и предпрнимателской
деятельности». Изд-во «Консалтбакир». Москва, 2002
3.
«Основы международных валютно-финансовых и кредитных отношений»
Учебник под редакции В. В. Кругулова. Изд-во ИНФРА-М. Москва, 2000.
4.
Х. А. Шреплер « Международные економические организации» Изд-во
«Международные отношения». Москва, 1999.
5. Шегорчов Т. Мировая финансовая система, Москва, 2005
6. Моисеев С. «Международные валютно-кредитные отношения». Москва,
2003
7. «Международные валютно-кредитные и финансовые отношения» Под-
ред. Красавиной, Москва, 1994
8. Международные валютно-кредитные и финансовые отношения:
Красавиной Л.Н. - М.: Финансы и статистика,
2001
9. Роберт В. Колб, Рикардо Дж. Родригес “Financial İnstitutitons and Markets“
10.Транснациональные корпорации в мировом хозяйстве// Мировая
экономика: Учебник / Под ред. проф. А.С.Булатова. - М.: Юристъ, 1999.
107
11.Транснациональные корпорации и прямые иностранные инвестиции как
основа глобализации // Долгов С.И. Глобализация экономики: новое слово
или новое явление? - М., 1998.
12.Государство и транснациональные компании // Проблемы теории и
практики управления/ Шиман М.: М, 1999.
13.Роль Транснациональных корпораций в мировом хозяйстве и их
воздействие на международную конкуренцию //Щетинин В.: М, 1997
14.Транснациональные корпорации //Семенов К.А. Международные
экономические отношения: Курс лекций. - М.: Гардарика, 1998.
15.Современные международные отношения. Учебник / Под. ред. А.В.
Торкунова. — М.: «Российская политическая энциклопедия» (РОССПЭН),
1999.
16.Казаков И.А. Транснациональные корпорации и элементы регулирования
в мировом экономическом пространстве //Вестник Московского
университета.
17.Лукашук И.И. Глобализация, государство, право, XXI век. – Москва:
Спарк, 2000
18.Макконнел К.Р., Брю С.Л. Экономикс: принципы, проблемы и политика.
Т.II.
19.П.А Цыганков, «Мировая политика и ее содержание», журнал
«Международные процессы», 2004,
20.М.А. Мунтян, Основы теории международных отношений, Москва 2007
21.Цыганков П.А., Акторы и факторы в международных отношениях и
мировой политике. 1. Проблемы теории и генеалогии знания, глава I
22.
“Налоговая политика в социально-экономическом развитии стран с
переходной экономикой”. (2011). Под ред. Р.С.Гринберга, З.Н.Кузнецовой,
Санкт-Петербург: Алетея, 2
23. Райнерт Э.С. (2011). “Как богатые страны стали богатыми, и почему
бедные страны остаются бедными”, Москва: Изд.дом ВШЭ
108
24. Фокин С. (2002). “Влияние транснациональных компаний на
конкурентоспособ- ность стран”. Москва: МГУ им. Ломоносова
25. Трапезников В.А. Валютные регулирования в международном
инвестиционном праве. М. Наука. 2004
26. Шумилов И.М. Международное финансовое право. Москва 2003
27. Эбке В.Ф. Международное валютное право. Пер. с нем. М. Междуна-
родные отношения, 1997
İngilis dilində
1. “International Financial Institutions” Age F. Bakker
2. Anthony Saunders, Marcid Millon Cornett “Financial Markets and İnstitutions”
3. Pedro Belli, Jack R. Anderson, Howard N. Barnum “Economic Analysis of
Investment Operations ”.
4. “Financial Globalization and Exchange Rates” Philip R. Lane Gian Maria,
Milesi-Ferretti
5. “The atlas of global development” World Bank for 2011
6. “International finance and Caribbean development” P. Desmond Brunton, S.
Valerie Kelsick.
7.
“World Economy Today” (2011).
8. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan
“Doing Business 2011” hesabatı.
9.News Release, World Bank approves first loan to Azerbaijan ,
Washington, 2009.
10.Nonstate Actors: Impact on International Relations and Implications for the
United States,Conference Report, August 2007
11.Albrow M. Globalization, Knowledge and Society. – London: Sage,1990.
109
12.Robertson R. Globalization: social theory and global culture. – London: Sage,
1992.
13.Giddens A. The consequences of modernity. – Cambridge: Polity Press, 1990.
14.Holton R.C. Globalization and the nation-state. – Hong Kong, 1998.
15. Dunning C.H. The Globalization of Business. –London: Routledge, 1993.
16.Hurrell A. International political theory and the global environment.
International Relations Theory Today edited by Ken Booth and Steve Smith. –
Cambridge: Polity Press, 1995.
17.
The World Bank Global Economic Prospects and the Developing Countries.
2002
18.
Bradley, F.; International Marketing Straregy, Prentice Hall, New York 1990
19.Dunning, J. H.; Multinational Enterprises and the Global Economy, Addison-
Wesley, Wokingham 1993.
20. Moran, T. H.; Multinational Corporations and and the Politics of Dependence,
Princeton University Press, Princeton 1974.
21.
Phatak, Arvind V.; Managing Multinational Corporations, Praeger Publishers,
New York 1974.
22.
Cantwell J. (1997). “The globalization of technology: what remains of the
product cycle model?” “Technology, globalization and economic performance”,
Cambridge University Press
23. “Innovation & technology transfer”. Special edition. (2000). Published by the
EC
24.
IMF. World Economic Outlook. May 2008. Wash., 2008. P. 219; Ibid.
25.United Nations Development Programme – Annual Report 2007
26.
Rugman, Alan M. (2003); “Regional Strategy and the Demise of
globalization”, Journal of İnternational Management, 9(2003)
27.
“After 20 Years: The future of the Third World” S.Huntington,Journal of
Democracy,7,2.1996
110
28.
“Global Political Economy - Understanding the International Economic
Order. “ Gilpin, Robert (2001). Princeton University Press. pp. 15–23.
Türk dilində
1.Uluslararası Çalışma Örgütü (ILO), “Çokuluslu Şirketler ve Sosyal Politika İle
İlgili İlkeler Üçlü Bildirgesi”, 1993.
2.
Akat, Ömer; Uluslararası Pazarlama Karması ve Yönetim, Ekin Yayınları (2.
Baskı), Bursa 1998.
3.
Alpar, Cem; Çok Uluslu şirketler ve Ekonomik Kalkınma, Ankara İTİA
Yayını, No. 106, Ankara 1977.
4.
Deniz, Nevin; Global Eğitim, Türkmen Kitabevi, İstanbul 1999.
5. Drucker, Peter F.; Gelecek için Yönetim, (Çev. Fikret Üçcan), Türkiye İş
Bankası Kültür Yayınları, Ankara 1992.
6. Özalp, İnan, Çok Uluslu İşletmeler: Uluslararası Yaklaşım, Eskişehir: Anadolu
Üniversitesi, 1998
7.
Stiglitz, Joseph.E; Küreselleşme Büyük Hayal Kırıklığı, Plan B Yayıncılık,
Çev: Arzu Taşçıoğlu & Deniz Vural, 3. Baskı, İstanbul, Kasım 2004
8.Allard, Jean-Guy; “Mc Donald’s Kaderiyle Yüz Yüze”
Dövri mətbuat
1. “Azərbaycan” qəz., Bakı 1992-1999
2.
“Globalization and Inflation in OECD Countries ”. Pehnel, Gernot; ECIPE
Working Paper No 04/2007.
3. Guimaraes, Roberto. Osorio Buitron. Carolina; Porter, Nathan; Filiz, Unsal and
Walsh “Consolidating the Recovery and Building Sustainable Growth”. Chapter
2, Washington DC: International Monetary Fund, October 2010, pp. 41-55.
4.
Hennart, Jean Francois – Larimo, Jorma; “The Impact of Culture on the
Strategy of Multinational Enterprises: Does National Origin Affect Ownership
111
Decisions?”, Journal of International Business Studies, Vol. 29, Issue 3, 3rd
Quarter 1998.
5.
Jacoby, Neil H.; “The Multinational Corporation”, The Center Magazine, Vol.
3 No. 3, May 1970.
6.
Ернылева И.Ю. Международное банковское право: механизм правового
регулирования банковской деятельностью / Гос. и право, 1996, №12
7.
Mann F.A. The legal Aspect of Money. 5ed.. Clarendon Press. Oxford 1992
8.Yusifov C.R. (2013). “Azərbaycanın vergi təhlükəsizliyinin milli iqtisadiyyatın
rəqabətqabiliyyətliliyində rolu”, “Azərbaycanın vergi jurnalı”, №1
9.
Yusifov C.R. (2011). “İqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi
Azərbaycan Respublikası iqtisadi təhlükəsizliyinin təmin edilməsi amili kimi”,
“Azərbaycanın vergi xəbərləri”, №12
İnternet resursları
1.
www.worldbank.org 20 dekabr 2014
2.
www
.
un.org
15 yanvar 2015
3.
www.imf.org 15 yanvar 2015
4.
http://vergiler.az/
17 aprel 2015
Dostları ilə paylaş: |